Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-50/2022 01.04.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Məmmədov Fəxrəddin Rüstəm oğlu (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2(090)-22/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 07 dekabr 2021-ci il tarixdə aliment tələbinə dair iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Şahbuz Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(090)-121/2021 nömrəli qətnaməsi ilə müəyyə n olunmuş alimentin miqdarının dəyişdirilərək 06 dekabr 2019-cu ildə doğulmuş X6 və 30 iyun 2021-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşağa görə 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2(090)-22/2022 nömrəli qətnaməsi ilə (sədrlik edən: D.Y.Səfərov) iddia qismən təmin edilərək, Şahbuz Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(090)-121/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh 06 dekabr 2019-cu ildə doğulmuş X6 və 30 iyun 2021-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatana kimi saxla nılmaları üçün hər ay hər bir uşaq üçün sabit məbləğdə 140 (bir yüz qırx) manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının əvvəlinin 30 iyun 2021-ci ildə doğulmuş X3 münasibətdə “07” dekabr 2021-ci il tarixdən hesablanması, dərhal icra olunması, 06 dekabr 2019-cu ildə doğulmuş X4 münasibətdə isə alimentin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, Cavabdeh 53,60 (əlli üç manat, altmış qəpik) manat miqdarında dövlət rüsumunun alınaraq dövlət büdcəsinə keçirilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh 10 fevral 2022-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Şahbuz Rayon Məhkəməsini n 11 yanvar 2022-ci il tarixli, 2(090)-22/2022 nömrəli qətnaməsinin dəyişdirilməsini və təyin olunmuş aliment məbləğinin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddianı qismən təmin edərkən təmin edilməni onunla əsaslandırmışdır ki, hazırki halda cavabdehin maddi vəziyyətində dəyişiklik olmasına dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməsə də, məhkəmə hazırki halda yaşayış minimumunun məbləğinin artmasını, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların normal qida rasionlarına uyğun şəkildə qidalanmalarını, fiziki cəhətdən inkişaflarını, təhsillə bağlı xərclərini nəzərə alaraq alimentin miqdarını dəyişdirməyi zəruri saymışdır. Halbuki Azərbaycan Respublikası Ailə Məcəlləsin in 112.1-ci maddəsinin zəruri şərti alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasıdır. Onun ailə və maddi vəziyyətində dəyişikliyin olması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim olunmamışdır. O, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar hesab edir. Hesab edir ki, məhkəmə qeyd edilən halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 11 2.1-ci maddələri mövcud mübahisə üzrə düzgün tətbiq edilməmişdir. Belə ki, həmin maddələrin tələbinə əsasən sabit pul məbləği olan alimentin təyin olunması və təyin olunmuş aliment məbləğinin dəyişdirilməsi üçün əsas aliment verməyə borclu olan şəxsin qazancının qeyri-müntəzəm dəyişkən olması, almentin valideynin qazancından (gəlirindən) tutulmasının mümkün olmaması, ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasıdır. Həmin əsaslar isə mövcud mübahisə üzrə mövcud deyildir. Məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyildir. O hesab edir ki, işin faktiki halları aydınlaşdırılmamışdır. Belə ki, o, 488 (dörd yüz səksən səkkiz) manat əmək haqqı alır.Uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir ki, məhkəmə qətnamə qəbul edilən zaman bunu nəzərə almamışdır. Həmçinin Cavabdeh he sab edir ki, məhkəmə tərəfindən yalnız bir cümlə yazılmaqla iddia tələbi təmin olunmuşdur. Apellyasiya şikayətinə qarşı heç bir etiraz daxil olmamışdır. İşin baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə baxışı iclasına gəlməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə müvafiq olaraq onun iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı məhkəmə baxışı iclasında apellyasiya şikayətinin rədd olunmaqla Şahbuz Rayon Mə hkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2(090)-22/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, mülki iş üzrə iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Kollegiya cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas gətirdiyi dəlillərini müzakirə edib belə nəticəyə gəlir ki, müvafiq dəlillər əsassızdır və təmin oluna bilməz. Belə ki, kollegiya Cavabdeh apellyasiya şikayətində göstərdiyi “maddi vəziyyətində dəyişiklik olmasına dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməsə də, məhkəmənin haz ırki halda yaşayış minimumunun məbləğinin artmasını, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların normal qida rasionlarına uyğun şəkildə qidalanmalarını, fiziki cəhətdən inkişaflarını, təhsillə bağlı xərclərini nəzərə alaraq alimentin miqdarını dəyişdirməyini zəruri sayması, halbuki Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin zəruri şərtinin alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması olduğu, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 112.1-ci maddələrinin mövcud mübahisə üzrə düzgün tətbiq edilməməsi” dəlilinə münasibətdə bildirir ki, cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən alimentin məbləğinin dəyişdirilməsi üçün maddi və ailə vəziyyətində dəyişikliyin olması barədə sübut təqdim edilmədiyini qeyd etsə də, İddiaçı tərəfindən alimentin təyin olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman iddia ərizəsinə 30 iyun 2021-ci ildə doğulmuş X2 doğulması barədə doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surəti əlavə edilmişdir. Göründüyü kimi İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş onunla cavabdehin birgə nikahından doğulmuş X2 doğum haqqında şəhadətnaməsi iddiaçının, eyni zamanda cavabdehin ailə vəziyyətində dəyişiklik olduğunu təsdiq edən kifayət qədər mötəbər sübutdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfl ərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcəd ə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində digər dəlil olan “məhkəmənin gəldiyi nəticənin işin həqiqi hallarına uyğun olmaması, işin faktiki hallarının aydınlaşdırılmaması, belə ki, onun 488 (dörd yüz səksən səkkiz) manat əmək haqqı alması, həmçinin uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olması, məhkəmənin qətnaməni qəbul edən zaman bunu nəzərə almaması, məhkəmə tərəfindən yalnız bir cümlə yazılmaqla iddia tələbinin tə min olunması” ilə bağlı qeyd edir ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyən ləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, Şahbuz Rayon Məhkəməsi tərəfindən təyin edilmiş bir uşaq üçün 140 manat olmaqla, iki uşaq üçün 280 manat aliment məbləğinin azaldılması göstərilən halların məcmusu baxımından ədalətli və ağlabatan deyildir. Belə ki, apellyasiya şikayətində xahiş edildiyi kimi alimentin miqdarının azaldılması bir uşaq üçün ya şayış minimumunun 2022-ci il üçün 193 manat müəyyənləşdirildiyi bir halda uşaqların və uşaqların saxlanılması üçün aliment tələb edən tərəfin marağını əhəmiyyətli dərəcədə pozar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə uyğun olaraq uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edi lməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağ a qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bütün bunlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və belə hesab edir ki, apellyasiya şikayətində göstərilmiş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsi nin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas təşkil etmir. Birinci instansiya məhkəməsinin qət etdiyi, bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, iki uşaq üçün ümumilikdə 280 (iki yüz səksən) manat miqdarında aliment qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğinə uyğundur və birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasına yönəlmişdir. Həmçinin mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Şahbuz Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2(090)-22/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəll əsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianin qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə uyğun olaraq “Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.” Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2(090)-22/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şahbuz Rayon Məhkəməsinin 11 ya nvar 2022-ci il tarixli, 2(090)-22/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-50/2022
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-50/2022
01.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver