Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-52/2023 19.04.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X1 və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müalicə üçün çəkilmiş xərclərin bölünməsi tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2(089)-19/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 17 oktyabr 2005-ci il tarixdə doğulmuş X4, 04 noyabr 2009-cu il tarixdə doğulmuş X2 müalicəsi üçün çəkilmiş xərclərin, 1253 manat məbləğində pulun yarısı, 626.50 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Culfa Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2(089)-19/2023 nömrəli qətnaməsi ilə iddia rədd olunmuşdur. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Culfa Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2(089)-19/2023 nömrəli qətnaməsinin ləğv olunub, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hesab edir ki, məhkəmənin qətnaməsi qanunsuz (maddi və prosessual hüquq normalarına ziddir) və əsassızdır (iş materialları ilə təkzib edilir). Belə ki, birinci instansiya məhkəməsində işə q eyri-obyektiv və birtərəfli baxılmış, işin faktiki halları araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə belə hesab etmişdir ki, A.Süleymanlının Türkiyə Respublikasında müayinə və müalicə edilməsi üçün iddiaçı fakturaları məhkəməyə təqdim etsə də, A.Süleymanlının Azərbaycan Respublikasında müalicəsinin mümkün olmaması, ağır xəstə olması və məhz Türkiyə Respublikasında müalicəsinin zəruri olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Apellyator qeyd etmişdir ki, məhkəmə haqsız olaraq həmin qənaətə gəlmişdir, halbuki uşağın müalicəsinin Azərbaycan Respublikasında mümkün olmaması səbəbindən uşağı Türkiyə Respublikasına aparmışdır. Bunun üçün hansı sübut məhkəməyə təqdim edilməli idi?. Məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyildir. İşin faktiki halla rı aydınlaşdırılmamış, onun uşağı Azərbaycan Respublikasında niyə müalicə etdirmədiyi barədə məhkəmənin gəldiyi qənaət yanlış olmaqla, məhz hansı səbəbdən uşağı Türkiyə Respublikasına aparmağı aydınlaşdırılmamışdır. Nəticə etibarı ilə hesab edir və inanır ki, işə apellyasiya qaydasında baxılarkən məhkəmə heyəti şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, qanuni və əsaslı qərar qəbul edəcəkdir. İddiaçı sonda Culfa Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2(089)-19/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Apellyasiya şikayətinə qarşı heç bir etiraz daxil olmamışdır. Ape llyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə İddiaçı şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahat vermiş, Culfa Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2(089)-19/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə baxışı iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haq qında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hiss əsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxı şının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, apellyasiya baxışı zamanı tədqiq olunmuş iş materiallarını, apellyasiya şikayətinin təmin edilməsi barədə iddiaçının dəlillərini dinləyib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilibedilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi İddiaçı apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğvinə əsas kimi “....birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və bir tərəfli baxıldığını, işin faktiki halları araşdırılmadığını və düzgün hüquqi qiymət verilmədiyini, A.Süleymanlının Türkiyə Respublikasında müayinə və müalicə edilməsi üçün fakturaları məhkəməyə təqdim etdiyini, A.Süleymanlının Azərbaycan Respublikasında müalicəsinin mümkün olmaması, ağır xəstə olması, məhz Türkiyə Respublikasında müalicəsinin zəruri olması barədə məhkəməyə heç bir sübut təqdim etmədiyini, məhkəmənin haqsız olaraq həmin qənaətə gəldiyini, halbuki uşağın müalicəsinin Azərbaycan Respublikasında mümkün olmaması səbəbindən uşağı Türkiyə Respublikasına apardığını, bunun üçün hansı sübutun məhkəməyə təqdim edilməli olduğunu, məhkəmənin gəldiyi nəticənin işin həqiqi hallarına uyğun olmadığını, işin faktiki h allarının aydınlaşdırılmadığını, uşağı Azərbaycan Respublikasında niyə müalicə etdirmədiyi barədə məhkəmənin gəldiyi qənaətin yanlış olmaqla, məhz hansı səbəbdən uşağı Türkiyə Respublikasına aparmasının aydınlaşdırılmadığını” göstərmiş və məhz bu qeyd olunan əsaslara görə Culfa Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2(089)19/2023 nömrəli qətnaməsinin ləğv edilməklə, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Kollegiya iddia tərəfinin apellyasiya şikayətində qeyd etdiyi bu dəlilləri işin mövcud halları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, apellyasiya şikayətində dəlil kimi istinad edilən bu hallar birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması üçün əsas hesab edilə bilməz və dəlillər tamamilə əsassızdır. Belə ki, mülki işin birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı tədqiq olunmuş hallarından, o cümlədən Culfa Rayon Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli, 2(089)-101/2018 nömrəli qətnaməsinin surətindən məlum olmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında 23 yanvar 2006-cı il tarixdə Culfa Rayon Qeydiyyat Şöbəsində nikah bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 12 nömrə ilə qeyd aparılmışdır. Culfa Rayon VVADQ Şöbəsi tərəfindən verilmiş 626260, 797264 və 336047 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən məlum olur ki, tərəflərin bu nikahından övladları 17 oktyabr 2005-ci il təvəllüdlü X4, 11 may 2007-ci il təvəllüdlü X7 və 04 noyabr 2009-cu il təvəllüdlü X5 doğulmuş, doğum haqqında şəhadətnamələrin ata qrafasında uşaqla rın atası Cavabdeh, anası İddiaçı göstərilmişdir. Culfa Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ilə tərəflər arasında olan nikah qeydi pozulmuş, nikahın pozulmasından sonra 17 oktyabr 2005-ci il təvəllüdlü X4, 11 may 2007-ci il təvəllüdlü X7 və 04 noyabr 2009-cu il təvəllüdlü X5 anaları İddiaçı yanında saxlanılmış, Culfa Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(089)-63/2022 nömrəli qətnaməsinə əsasən Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 140 manat olmaqla, hər ay 420 manat məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarından məlum olur ki, iddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən Cavabdeh 17 oktyabr 2005-ci il tarixdə doğulmuş X4 və 04 noyabr 2009-cu il tarixdə doğulmuş X2 müalicəsi üçün çəkilmiş xərclərin-yəni 1253 manat məbləğində pulun yarısı, olan 626.50 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddiaçı məhkəməyə Adəm Süleymanlının 29 sentyabr 2022-ci il tarixdə Türkiyə Respublikasının Van Egitim və Araşdırma Xəstəxanasında müayinə edilməsi üçün 450 Türk lirəsi ödəniş etməsi, 28 sentyabr 2022-ci il tarixdə dərman preparatlarının alınmasına 331.46 Türk lirəsi ödəniş etməsi, 04 noyabr 2022-ci il tarixdə dərman preparatlarının alınmasına 292.41 Türk lirəsi ödəniş etməsi, 05 noyabr 2022-ci il tarixdə özəl İğdır xəstəxanası tərəfindən verilmiş fakturada Adəm Süleymanlının müayinəsinə 3005 Türk lirəsi xərclənməsi barədə faktura, həmçinin Naxçıvan MR Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş beş ədəd reseptlərdə yazılmış dərma n vasitələrinin alınmasına 179 manat ödəniş etməsini təsdiq edən qəbzləri təqdim etmiş, lakin qızı Həlimə Süleymanlının müayinə və müalicəsi üçün hansı məbləğdə pul xərcləməsi ilə bağlı birinci instansiya məhkəməsinə hər hansı sənəd təqdim etməmişdir. Kollegiya iş üzrə İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillərini müzakirə edərək həmin dəlillərin əsassız olması qənaətinə gəlir və qeyd edir ki, mülki işin araşdırılmış hallarından görünür ki, iddiaçı oğlu A.Süleymanlının Türkiyə Respublikasında müayinə və müalicə edilməsi üçün məhkəməyə yuxarıda qeyd edilən fakturaları təqdim etsə də, A.Süleymanlının Azərbaycan Respublikasında müalicəsinin mümkün olmaması, ağır xəstə olması və məhz Türkiyə Respublikasında müalicəsinin zəruri olması barədə hər hansı bir mötəbər sübutu məhkəməyə təq dim etməmişdir. Əksinə mülki işin tədqiq olunmuş hallarından görünür ki, iddiaçının övladlarını Azərbaycan Respublikasının səhiyyə xidmətlərindən kənarda müayinə və müalicəsi üçün aparması onun özünün könüllü olaraq seçimi olmuşdur. Naxçıvan MR Səhiyyə Nazirliyi tərəfindən verilmiş 25 oktyabr 2022-ci il tarixli 607 nömrəli məktub isə A.Süleymanlının Azərbaycan Respublikasında müalicəsinin mümkün olmaması kimi qiymətləndirilə bilməz. Çünki həmin məktubun məzmunundan da görünür ki, A.Süleymanlının məhz Türkiyə Respublikasında müalicəsinin aparılmasının zəruriliyinə dair hər hansı qeyd aparılmamış, eyni zamanda həmin məktuba əsasən Adəm Süleymanlıya “Sağ aşağı ətrafın damar pozğunluğu” diaqnozu qoyulmuşdur. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci ma ddəsinə əsasən yetkinlik yaşına çatmayanların “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dispanserizasiyadan keçmək, dispanserizasiyanın nəticələrindən asılı olaraq tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya-kurort şəraitində tibbi yardım almaq, dispanserizasiyanın nəticələri, o cümlədən aparılmış müayinə-müalicə tədbirləri, habelə sağlamlığının vəziyyəti haqqında tam və obyektiv məlumat almaq, sanitariyagigiyena tələblərinə cavab verən şəraitdə təhsil almaq və əməklə məşğul olmaq, peşə yararlığı müəyyənləşdirilərkən dövlət büdcəsinin vəsaiti hesabına tibbi məsləhətlər almaq, büdcə vəsaitləri hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada güzəştli şərtlərlə qidalanmaq və tibbi sosial yardım almaq hüququ vardır. Fiziki və ya ruhi çatışmazlıqları olan yetkinlik yaşına çatmayanlar valideynlərinin və ya qanuni nümayəndələrinin müraciəti ilə sosial xidmət müəssisələrində saxlanıla bilərlər. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1-1.1-1-1.-cü maddələrinə əsasən tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə sığortaolunanın tibbi xidmət və dərman yardımı almasına təminat verir. Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı sığortaolunanlara icbari tibbi sığortanın maliyyə mənbələri hesabına və xidmətlər zərfi çərçivəsində sığortaolunanların tibbi yardım almasını təmin edir. “İc bari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli 5 nömrəli Qərarına 3.1-ci maddəsinə əsasən xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər təcili və təxirəsalınmaz tibbi yardım, ilkin tibbisanitariya yardımı, ixtisaslaşdırılmış ambulator yardım, stasionar tibbi yardım növlərini əhatə edir. Həmin Qərarın 3.2-ci maddəsinə əsasən xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tibbi xidmətlərin tarifləri bu Sənədin əlavəsinə uyğun olaraq müəyyən edilir. Həmin Qərarın “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə” əlavə olan “Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifi” cədvəlinə əsasən isə A.Süleymanlının həmin zərfə daxil olan tibbi xidmətlər daxilində müayinə və müalic ə olunması mümkün olmuşdur. Apellyasiya baxışı zamanı iş üzrə iddiaçı Q.V.Əhmədova verilən sualları cavablandırarkən İcbari tibbi sığorta üzrə müəyyən olunmuş xidmətlərdən istifadə etməyərək övladının müalicəsi üçün başqa ölkəyə getməsini yerli həkim və xəstəxanalara etibar etməməsi ilə əsaslandırmışdır. Bu da onu deməyə əsas verir ki, iddiaçının övladlarını ölkədən kənarda müayinə və müalicəsi üçün aparması onun özünün könüllü seçimi olmuşdur. İddiaçının birinci instansiya məhkəməsinə sübut kimi təqdim etdiyi dərman preparatlarının alınmasına ödənilmiş 331.46, 292.41 Türk lirəsi və 179 manata gəlincə, kollegiya həmin qəbzlərin məhz A.Süleymanlının müalicəsi üçün alınması məhkəmə tərəfindən müəyyən olunmadığından mötəbər sübut növü kimi qəbul etmir. Bundan başqa kollegiya apellyasiya şik ayətində göstərilən dəlillərə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarında qeyd olunur ki, “...Ailə Mə cəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlar ına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi x idmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə eh tiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir...”. Apellyasiya şikayətində qeyd edilən “...birinci instansiya məhkəməsində işə qeyriobyektiv və bir tərəfli baxıldığını, işin faktiki halları araşdırılmadığını və düzgün hüquqi qiymət verilmədiyini” dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, göstərilən bu dəlil mülahizə xarakterlidir, belə ki, mübahisələndirilən qətnamə forma və məzmuna dair şərtlərə əməl olunmaqla maddi və prosessual normalara uyğun olaraq əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Belə ki, həmin maddənin tələbinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə kollegiyası mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslan maqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya sonda belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı müalicə üçün çəkilmiş xərclərin bölünməsi tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2(089)-19/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Culfa Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2(089)-19/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən “Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qətetdi: İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müalicə üçün çəkilmiş xərclərin bölünməsi tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2(089)-19/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Culfa Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2(089)-19/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Q
Məhkəmə qərarları › İş №2(108)-52/2023
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-52/2023
19.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver