Məhkəmə qərarları › İş №2(108)-65/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-65/2025

23.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-65/2025 23.04.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevnadan və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 2(089)-29/2025 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Culfa Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 2(089)-29/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan İddiaçı nümayəndəsi Nümayəndə vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək Culfa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(089)29/2025 nömrəli qətnaməsinin ləğv edilərək, İddiaçı iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuşdur. 23 aprel 2025-ci il tarixdə apellyasiya şikayətinə baxılarkən tərəflər razılığa gəldiklərini bildirərək barışıq sazişini kollegiyaya təqdim etmiş, işi sülh yolu ilə yekun laşdırmaq niyyətində olduqlarını, barışıq sazişini təsdiq etməklə iş üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdirlər. Kollegiyaya təqdim olunmuş tərəflər arasında bağlanmış barışıq sazişinin məzmunu aşağıdakı kimi olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli 2(089)-29/2025 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması ilə əlaqədar biz aşağıda imza edənlər: iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh qarşılıqlı razılığa gələrək aşağıdakı qaydada barışıq sazişi bağlayırıq: - Mən iddiaçının nümayəndəsi Nümayəndə İddiaçı Cavabdeh qarşı aliment t ələbi üzrə qəbul edilmiş Culfa Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli 2(089)-29/2025 nömrəli qətnaməsi və iddiaçı Nümayəndə Cavabdeh qarşı valideynin əlavə xərclərə cəlb edilməsi tələbi üzrə qəbul edilmiş Culfa Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli 2(089)-121/2021 nömrəli qətnaməsi ilə təyin olunmuş 25 (iyirmi beş) manat ödənişin müqabilində qarşılıqlı razılığa gələrək 23 aprel 2025-ci il tarixdən ümumilikdə hər ay 100 (bir yüz) manat pulun iddiaçının müalicəsi məqsədilə Cavabdeh ödəməsi şərti ilə razılaşıram. Tərəflər qarşılıqlı razılığa gəlir ki, İddiaçı əmək fəaliyyətinə başlayacağı təqdirdə Cavabdeh iddiaçının müalicəsi üçün ödəyəcəyi 100 (bir yüz) manat pul dayandırılacaqdır. Eyni zamanda hazırki sazişin şərtlərinə uyğun olaraq Culfa Rayon Məhkəməsinin 30 iyul 2021- ci il tarixli, 2(089)-121/2021 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi ilə bağlı razılığa gəlirik. Bu şərtlər daxilində barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edirəm. Barışıq sazişinin bağlanılması ilə bağlı hüquqi nəticələr mənə aydındır; -Mən iş üzrə Cavabdeh İddiaçı Cavabdeh qarşı aliment tələbi üzrə qəbul edilmiş Culfa Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli 2(089)-29/2025 nömrəli qətnaməsi və iddiaçı Nümayəndə Cavabdeh qarşı valideynin əlavə xərclərə cəlb edilməsi tələbi üzrə qəbul edilmiş Culfa Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli 2(089)-121/2021 nömrəli qətnaməsi ilə təyin olunmuş 25 (iyirmi beş) manat ödənişin müqabilində qarşılıqlı razılığa gələrək 23 aprel 2025-ci il tarixdən ümumilikdə hər ay 100 (bir yüz) manat pulun iddiaçının müalicəsi məqsədilə oğlum İddiaçı ödəməyim şərti ilə razılaşıram. Tərəflər qarşılıqlı razılığa gəlir ki, İddiaçı əmək fəaliyyətinə başlayacağı təqdirdə tərəfimdən iddiaçının müalicəsi üçün ödəyəcəyim 100 (bir yüz) manat pul dayandırılacaqdır. Eyni zamanda hazırki sazişin şərtlərinə uyğun olaraq Culfa Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(089)-121/2021 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi ilə bağlı razılığa gəlirik. Bu şərtlər daxilində barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edirəm. Barışıq sazişinin bağlanılması ilə bağlı hüquqi nəticələr mənə aydındır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, tər əflər arasında yuxarıda qeyd olunan məzmunda bağlanmış barışıq sazişi təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Bu Məcəllənin 191.4-cü maddəsinə əsasən məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul et mədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Kollegiya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar fikrini dinləyərək belə nəticəyə gəlir ki, hazırkı vəziyyətdə sazişin təsdiq olunmaması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci və 191.4-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil, ona görə də tərəflər arasında 23 aprel 2025-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə görə tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə i craata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mül ki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən normanın tələbinə uyğun olaraq kollegiya hesab edir ki, iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən iddia ərizəsi verilərkən "xxxx" ASC-nin Naxçıvan şəhər filialının ödəmə terminalı vasitəsilə xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzlə ödədiyi 50 (əlli) manat məbləğində dövlət rüsumu İddiaçı (və ya iddiaçının nümayəndəsi Nümayəndə) geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.5, 384.0.5, 400, 402.2.4 və 405.0.2-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı nümayəndəsi Nümayəndə ilə Cavabdeh arasında aşağıdakı şərtlərlə bağlanmı ş barışıq sazişi təsdiq edilsin:

1. İddiaçının nümayəndəsi Nümayəndə İddiaçı Cavabdeh qarşı aliment tələbi üzrə qəbul edilmiş Culfa Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli 2(089)-29/2025 nömrəli qətnaməsi və iddiaçı Nümayəndə Cavabdeh qarşı valideynin əlavə xərclərə cəlb edilməsi tələbi üzrə qəbul edilmiş Culfa Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli 2(089)-121/2021 nömrəli qətnaməsi ilə təyin olunmuş 25 (iyirmi beş) manat ödənişin müqabilində qarşılıqlı razılığa gələrək 23 aprel 2025-ci il tarixdən ümumilikdə hər ay 100 (bir yüz) manat pulun iddiaçının müalicəsi məqsədilə Cavabdeh ödəməsi şərti ilə razılaşır. Tərəflər qarşılıqlı razılığa gəlir ki, İddiaçı əmək fəaliyyətinə başlayacağı təqdirdə Cavabdeh iddiaçının müalicəsi üçün ödəyəcəyi 100 (bir yüz) manat pul dayandırılaca qdır. Eyni zamanda hazırki sazişin şərtlərinə uyğun olaraq Culfa Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(089)-121/2021 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi ilə bağlı razılığa gəlirlər.

2. Cavabdeh İddiaçı Cavabdeh qarşı aliment tələbi üzrə qəbul edilmiş Culfa Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli 2(089)-29/2025 nömrəli qətnaməsi və iddiaçı Nümayəndə Cavabdeh qarşı valideynin əlavə xərclərə cəlb edilməsi tələbi üzrə qəbul edilmiş Culfa Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli 2(089)-121/2021 nömrəli qətnaməsi ilə təyin olunmuş 25 (iyirmi beş) manat ödənişin müqabilində qarşılıqlı razılığa gələrək 23 aprel 2025-ci il tarixdən ümumilikdə hər ay 100 (bir yüz) manat pulun iddiaçının müalicəsi məqsədilə oğlum İddiaçı ödəməyim şərti ilə razılaşır. Tərəflər qarşılıqlı razılığa gəlir ki, İddiaçı əmək fəaliyyətinə başlayacağı təqdirdə tərəfimdən iddiaçının müalicəsi üçün ödəyəcəyim 100 (bir yüz) manat pul dayandırılacaqdır. Eyni zamanda hazırki sazişin şərtlərinə uyğun olaraq Culfa Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(089)121/2021 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi ilə bağlı razılığa gəlirlər. Culfa Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 2(089)-29/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçının nümayəndəsi Nümayəndə tərəfindən iddia ərizəsi verilərkən "xxxx" ASC Naxçıvan Şəhər Filialının ödəmə terminalı vasitəsilə xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzlə ödədiyi 50 (əlli) manat məbləğində dövlət rüsumu İddiaçı (və ya iddiaçının nümayəndəsi Nümayəndə) geri qaytarılsın. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində eyni əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar