Məhkəmə qərarları › İş №2(108)-69/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-69/2023

08.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-69/2023 08.05.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Ali Məhkəmənin hakimi Kuimova Vera Gennadiyevnanın sədrliyi və məruzəsi ilə, hakimlər Allahverdiyev Əli Kərimoğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki iş üzrə Sədərək Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(088)-10/2023 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünü yoxlayıb müəyyənetdi: İddiaçı Sədərək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh, xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək bir uşağın saxlanılması üçün 220 manat olmaqla üç uşağın saxlanması üçün 660 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sədərək Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(088)-10/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh hər bir uşağa 60 (altmış) manat olmaqla üç uşaq üçün ümumilikdə 180 (yüz səksən) manat aliment qismində hər ay tutularaq birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı ödənilməsi, alimentin hesablanmasının iddia ərizəsi məhkəməyə daxil olduğu gündən 19 yanvar 2023-cü il tarixdən hesablanması, qətnamənin dərhal icra edilməs i, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Sədərək Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(088)-10/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh da apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Sədərək Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(088)-10/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və aliment məbləğinin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə İddiaçı və Cavabdeh verdiyi apellyasiya şikayətləri baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Azərbaycan Respublikası MPM-in 3 66.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Kollegiya daxil olmuş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq belə qənaətə gəlir ki, hazırkı işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. MPM-in 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elek tron kabinet vasitəsilə həyata keçirilir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil kağız variantda göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 101.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur) birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üzrə məhkəmə iclasında verdiyi izahatda İddiaçı orta təhsilli olduğunu və qanunvericiliyin normalarını bilmədiyini, apellyasiya şikayətinin vəkili tərəfindən tərtib edildiyini, apellyasiya şikayətinin elektron kabinet vasitəsilə verilməli olduğundan məlumatsız olduğunu, apellyasiya şikayətinin vəkili tərəfindən nə üçün elektron kabinet vasitəsilə verilməməsini bilmədiyini göstərərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh da izahatında verdiyi apellyasiya şikayətinin təmin olunaraq iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Sədərək Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(088)-10/2023 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən baxılması üçün prosessual əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Mülki işin materiallarından görünür ki, birinci instansiya məhkəməsi qanunun yuxarıda sadalanan normalarının tələblərinə əməl edilməsi vəziyyətini yoxlamadan işi prosessual əsaslar olmadan baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərmişdir. Azərbaycan Respublikası MPM-in 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Ona görə də, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməklə tərəflərə qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Kollegiya göstərilənlərə əsaslanıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366 və 368-ci maddələrini rəhbər tutub q ə r a r a a l ı r: İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki iş üzrə Sədərək Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(088)-10/2023 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesab edilsin. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar R espublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar