Məhkəmə qərarları › İş №2(108)-72/2021

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-72/2021

17.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-72/2021 17.03.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İş № 2(108)-72/2021 Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası “17” mart 2021-ci ildə Naxçıvan şəhərində Hakimlər Xıdırov Əhliman Mehman oğlu (sədrliyi və məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, Rəhimova Aybəniz Məhəmməd qızının məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(078)-857/2020 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi X7 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay Cavabdeh bir uşaq üçün 170 manat olmaqla 2 uşaq üçün hər ay ümumilikdə 340 manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən G.X.Səfərəliyeva) xx xxxxxxx 2020-ci il tarixli, 2(078)-857/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq hər ay sabit məbləğdə bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla iki uşaq üçün ümumilikdə 240 (iki yüz qırx) manat miqdarında alimentin tutularaq xx xxxx 2012-ci il təvəllüdlü X2 və xx xxxx 2 014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməsi, qətnamənin dərhal icra olunması, Cavabdeh iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 21.17 (iyirmi bir manat on yeddi qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan cavabdehin nümayəndəsi X7 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(078)-857/2020 nömrəli qətnaməsi qismən dəyişdirilməklə, xx xxxx 2012-ci il təvəllüdlü X2 və xx xxxx 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə bir uşaq üçün 90 (doxsan) manat olmaqla iki uşağa görə 180 (yüz səksən) manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflərin nikahları hələ pozulmamışdır. Cavabdeh övladlarının saxlanılması üçün əlindən gələni etməyə hazırdır. Hətta anaları İddiaçı övladlarına baxa bilmirsə övladlarını cavabdehə versin və o, bir ata kimi əlindən gəldiyi qədər, ən yaxşı şəkildə övladlarına baxmağa hazırdır. Cavabdeh Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Naxçıvan Şəhər Rabitə İdarəsində işləyir, aylıq maaşı 285 manat təşkil edir. Bu qədər məvacibin müqabilində o necə 240 manat aliment ödəsin?! Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin müəyyən etdiyi miqdarda aliment ödəməyə imkanı yoxdur. Maddi imkanını nəzərə alaraq ödəməyi üçün müəyyən edilən alimentin məbləğinin azaldılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclası zamanı iş üzrə Cavabdeh apellyasiya şikayətini müdafiə edərək şikayəti ilə eyni məzmunlu izahatında Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(078)-857/2020 nömrəli qətnaməsi qismən dəyişdirilməklə, yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay sabit məbləğdə bir uşaq üçün 90 (doxsan) manat olmaqla iki uşaq üçün ümumilikdə 180 (yüz səksən) manat miqdarında alimentin müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclası zamanı iş üzrə cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək şikayəti ilə eyni məzmunlu izahatında Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(078 )-857/2020 nömrəli qətnaməsi qismən dəyişdirilməklə, yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay sabit məbləğdə bir uşaq üçün 90 (doxsan) manat olmaqla iki uşaq üçün ümumilikdə 180 (yüz səksən) manat miqdarında alimentin müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclası zamanı iş üzrə İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında apellyasiya şikayətinin təmin olunmaması, Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(078)-857/2020 nömrəli qətnaməsinin isə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya qətnamənin əsaslılığını və qаnuniliyini yoxlayıb, apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatları və mülki işin materialları ilə müqayisəli tədqiq edərək, iş üzrə toplanmış sübutları hərtərəfli araşd ıraraq аşаğıdаkı nəticəyə gəlir: İş materiallarında olan AZ-İİ seriyalı, 668037 nömrəli çıxarış ilə xx.xx.2012-ci il təvəllüdlü X2, AZ-İİİ seriyalı, 076890 nömrəli çıxarış ilə isə xx.xx.2014-cü il təvəllüdlü X4 iş üzrə tərəflər Cavabdeh ilə İddiaçı qızının övladları olmaları təsdiq edilir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Naxçıvan Şəhər Rabitə İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli, 86 nömrəli arayışından aydın olur ki, Babayev X5 Şəhər Rabitə İdarəsinin Rabitə xətt və abunə qurğularının istismar bölməsi üzrə rabitə mütəxəssisi işləyir və əmək haqqı ştat cədvəli üzrə 285 manatdır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitiusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağ lı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli 04/2020 nömrəli qərardadının 60-cı bəndində qeyd edilmişdir ki, apellyasiya ve kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiya məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidir. Apellyasiya şikayətindən məlum olur ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi alimentin sabit pul məbləğinin miqdarına dair hissədə mübahisələndirilərək həmin miqdarın aza ldılması tələb olunur. Göstərilənlərə müvafiq olaraq da birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı alimentin sabit pul məbləğinin miqdarına dair hissədə yoxlanılmalıdır. Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyаsının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu bоrcun yеrinə yеtirilməsinə dövlət nəzаrət еdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3.1-ci maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələ r, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. “Azərbaycan Respublikasında 2020-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 2019-cu il tаriхli Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 (bir yüz yetmiş) manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd olunan qanunvericilik аktlаrının tələbindən göründüyü kimi uşaqların saxlanılması və onlar ın maddi tələbatlarının təmin edilməsi valideynlərin əsаs vəzifələrindən biri hеsаb еdilir. Kollegiya apellyasiya şikayətinin tərəflər arasındakı nikahın pozulmadığı, cavabdehin övladlarının saxlanılması üçün əlindən gələni etməyə hazır olduğu, hətta anaları İddiaçı övladlarına baxa bilmirsə övladlarını cavabdehə verməsi və onun bir ata kimi əlindən gəldiyi qədər, ən yaxşı şəkildə övladlarına baxmağa hazır olması, cavabdehin Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Naxçıvan Şəhər Rabitə İdarəsində işləməsi, aylıq maaşının 285 manat təşkil etməsi, bu qədər məvacibin müqabilində 240 manat aliment ödəyə bilməməsi, Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin müəyyən etdiyi miqdarda aliment ödəməyə imkanı olmaması, maddi imkanını nəzərə alaraq ödəməyi üçün müəyyən edilən alimentin mə bləğinin azaldılması ilə bağlı dəlillərini əsassız hesab edir. Belə ki, bir valideyndən uşağın saxlanması üçün aliment tutulması üçün uşağın valideynləri arasındakı nikahın pozulması şərt deyil. Həmçinin uşaqların valideynin öz himayəsində olmaması valideyni uşaqlara baxmaq vəzifəsindən azad etmir. Əgər valideyn uşağını saxlamırsa, nikah pozulmasa da ondan alimentin tutulması qanunvericiliyin tələblərinə uyğundur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına ça tmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli qərarının 8.2-ci bəndinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın alime nt kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarına əsasən məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən bi rinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Hazırkı vəziyyətdə uşaqlar ananın yanında qalmaqla uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin də ananın öhdəsində olmasını nəzərə alan məhkəmə doğru olaraq qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin (hər uşaq üçün aylıq sabit 120 manat) aliment kimi cavabdehdən-atadan tutulmasına qərar vermişdir. Göstərilən məhkəmə qərarlarında ifadə olunmuş hüquqi mövqedən də göründüyü kimi alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınmaqla ilkin olaraq uşağın mənafelərinin üstün tutulması məhkəmələrin əsas öncəliyi kimi müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Kollegiya xeyrinə aliment tutulan uşaqlar Xəyyam və Ümidin yaşını, buna mütənasib olaraq onların maddi tələbatlarını, sabit pul məbləğinin miqdarının müəyyənləşdirilməsi üçün əhəmiyyətli olan halları, o cümlədən tərəflərin maddi vəziyyətini və ailə qanunvericiliyi tərəfindən müəyyən olunmuş alimentin məq sədini nəzərə alaraq birinci instansiya məhkəməsinin alimentin sabit pul məbləğinin miqdarı ilə əlaqədar gəldiyi nəticə ilə razılaşır və hеsаb еdir ki, məhkəmənin qətnaməsinin həmin hissədə dəyişdirilməsi üçün işdə əsаslаr yохdur. Kollegiya belə nəticəyə gəlir ki, iş üzrə müəyyənləşdirilmiş aliment məbləğinin azaldılması qanunvericilik normalarının tələblərinə və yuxarıda göstərilən məhkəmə qərarlarında ifadə olunmuş hüquqi mövqelərə uyğun olmaz. Yuxarıda qeyd olunanlara əsasən də kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(078)857/2020 nömrəli qətnaməsi həmin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0 və 384.0.1- ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 392, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutub kollegiya qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(078)-857/2020 nömrəli qətnaməsi cavabdehin nümayəndəsi X7 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə b ilər. Sədrlik edən: Əhliman Xıdırov Hakimlər: Sənan Qarayev Mehman Allahverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar