Məhkəmə qərarları › İş №2(108)-77/2022

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-77/2022

11.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-77/2022 11.10.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlu (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, İddiacı İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh4 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(110)-47/2022 nömrəli qətnaməsindən iddiacı İddiaçı,iddiaçının vəkili və nümayəndəsinin verdiyi apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: Şərur Rayon Məhkəməsinin (sədrlik edən M.Ə.Əliyev) 29 mart 2022-ci il tarixli, 2(110)47/202 2 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh4 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilmiş, iddia qaldırılarkən ödənilmiş 275 (iki yüz yetmiş beş) manat dövlət rüsumu iddiacıya aid edilmişdir. Qətnamə ilə razılaşmayan İddiaçı, nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək Şərur Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(110)-47/2022 nömrəli qətnaməsinin ləğv edilərək həkim məsuliyyətsizliyi nəticəsində sağlamlığın pozulmasına görə vurulmuş 26000 (iyirmi altı min) manat maddi və 35000 (otuz beş min) manat mənəvi zərərin, ümumilikdə 61000 (altmış bir min) manat məbləğində pulun cavabdehlərdən tutularaq ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətində göstərilmişdir ki, Azər baycan Respublikası Konstitusiyasının 41-ci maddəsinin 3-cü hissəsinə əsasən insanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər. Bu maddəyə əsasən onlar doğuş zamanı nəticələri ilə qərəzli olaraq xəbərdar edilmədikləri üçün sonda onlara dəyən həm maddi, həm də mənəvi zərərin ödənilməsi üçün məhkəmə qaydasında hüquqlarının müdafiəsini həyata keçirməklə bağlı müraciət etmişlər. Naxçıvan MR Şərur Rayon Məhkəməsinin hakimi həmin normanı pozaraq iddia tələbini rədd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyə əməliyyatı, yalnış diaqnoz və s). nəticəsində şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvu ran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə məsuliyyətdən azad edilir. Cavabdeh1 qeysəriyyə əməliyyatı zamanı uşağın alın nahiyyəsində deformasiya yaranmasını onlardan qərəzli olaraq gizlətmiş, bu fakt onlardan bir müddət gizli saxlanılmışdır. Əgər onlara vaxtında məlumat verilsəydi başqa həkimlərə də müraciət edərək uşağın müalicəsini vaxtında başlatmaq imkanları olardı. Onlara bu faktla bağlı məlumat verməməklə yanaşı, uşağın müalicəsi də vaxtında aparılmamış, lazımi ehtiyatlılıq nümayiş etdirilərək ixtisaslı həkimlərə qərəzli olaraq yönləndirilməmişdir. Xəstədə hamiləlik dövründə yaranmış kraniosinestozun (kəllə tikişlərinin bərkiməsi) halını bilən tibb işçisinin xəstəyə müdaxiləsi yanlış və gecikmiş olması ilə yanaşı, ola biləcək nəticələrlə də bağlı xəstəyə hər hansı bir xəbərdarlıq olunmamışdır. Daha sonra müraciət etdikləri həkimlər tərəfindən də oğlunun sağlamlığında görülən mənfi nəticənin qeysəriyyə əməliyyatı zamanı alın nahiyyəsində yaranmış olan deformasiya ilə əlaqədar olduğu bildirilmiş, vaxtında müalicə olunmadığı üçün sonradan bir neçə dəfə əməliyyat olunmasına ehtiyac duyulmuşdur. Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığın vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir. Türkiyə Respublikası İstanbul və Ərzurum şəhər xəstəxanalarında olarkən onlara uşağın beyninin zədələnməsinin səbəbinin qeysəriyyə əməliyyatı zamanı alın nahiyyəsində yaranmış olan deformasiya ilə əlaqədar olduğu, sonradan uşağın səhhətində yaranan problemlərin də bağlı olduğu səbəbin vaxtında müalicənin aparılmaması ilə bağlı olduğu bildirilmişdir. Cavabdeh1 isə bu faktı onlardan qərəzli olaraq gizlətmişdir. Türkiyə Respublikası İstanbul və Ərzurum şəhərlərində uşağın müayinəsi zamanı verilən həkim rəyinə əsasən doğuş zamanı uşağın başında deformasiya yarandığı məlum olmuşdur. Lakin hamiləlik dövründə kəllə tikişlərinin vaxtından əvvəl bərkiməsi nəticəsində kəllə sümüklərinin inkişafının çətinləşməsini Cavabdeh1 bilməli olduğu halda qeysəriyyə əməliyyatını yalnış və gec aparmış və bu hal nəticəsində oğlunun sonrakı inkişafına maneə olmuşdur. Naxçıvan MR Səhiyyə Nazirliyin in məhkəmə tibbi ekspert komissiyasının xx.xx.2021-ci il tarixli, 01M nömrəli rəyi ilə İstanbul şəhər Səhiyyə müdirliyi Sağlamlıq heyəti hesabatı arasında ziddiyyət olmasına baxmayaraq məhkəmə həmin rəyi sübut kimi qiymətləndirmiş, rəylə razı olmadıqlarını, onlarda əsaslı şübhələr doğurduğunu bildirsələr də məhkəmə qəbul etdiyi qətnamədə həmin rəyə əsaslanmışdır. Qeyd etdikləri ziddiyyət ekspertin rəyinə münasibətdə şübhə doğurmaqla təkrar ekspertiza üçün əsas qismində çıxış etsə də məhkəmə tərəfindən belə bir qərardad qəbul edilməmişdir. Bu baxımdan apellyasiya şikayətinə baxılarkən təkrar ekspertiza keçirilməsi və ekspertizanın Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə tibb ekspert komissiyası tərəfindən həyata keçirilməsi ədalətli nəticənin əldə olunması və onlardakı şübhələr in aradan qalxması baxımından zəruridir. Apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki,xx.xx.2015-ci ildə övladı X14 şəhər “X24 Mərkəzi”ndə qeysəriyyə əməliyyatı nəticəsində doğulmuş, doğuş zamanı uşağın alın nahiyyəsində deformasiya yaranmış, uşaq doğulduqdan sonra həmin müalicə müəssisəsindən uşağın alın nahiyəsində deformasiyanın olması barədə qərəzli olaraq məlumat verilməmiş, bununla yanaşı bu halda heç bir müalicə aparılmamış, evə buraxıldıqdan sonra uşaqda narahatlıq yaranmış, başqa həkimlərə müraciət edən zaman uşağın doğuş zamanı alın nahiyəsində deformasiya olduğuna görə və vaxtında müalicə aparılmadığı üçün uşaqda bu cür fəsadların olması deyilmiş, bundan sonra uşağın müalicəsi üçün bütün lazımi imkanlarından istifadə etmiş, uşağın vəziyyətinin pisləşdiyini görüb Bakı şəhə rinə Neyrocərrahlıq xəstəxanasına aparmış, orada 12000 manat ödəyərək övladını əməliyyat etdirmiş, 2 aydan sonra yenidən əməliyyatın lazım olması səbəbindən əlavə 8000 manat pul ödəmişdir. Oğlunun hazırda 6 yaşı var, Şərur Rayon ƏSMM-dən ona 18 yaşınadək sosial müavinət müəyyən olunmuşdur. Şərur şəhər X24 Mərkəzi Cavabdeh1 etdiyi səhvdən sonra bir dəfə də olsun uşaqla maraqlanmamış, onun müalicəsi üçün heç bir köməklik göstərilməmiş, bütün xərcləri özü çəkmiş, bu müddət ərzində ona 26000 manat miqdarında maddi ziyan dəymişdir. Birinci instansiya məhkəməsində iş icraatda olan zaman Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspert komissiyasının xx.xx.2021-ci il tarixli 01M №-li rəyinə etiraz etmiş övladının Türkiyə Respublikasında müayinəsi zamanı uşağın alın nah iyəsindəki deformasiyanın qeysəriyyə əməliyyatı zamanı yarandığını təsbit edən İstanbul şəhər Səhiyyə Müdürlüyü Sağlamlıq heyətinin hesabatını birinci instansiya məhkəməsinə təqdim edib, bu barədə bildirmiş, lakin məhkəmə tərəfindən nəzərə alınmamışdır. Apellyasiya şikayətində hüquqi əsas kimi Azərbaycan Respublikasının Konstitusiyasının 41-maddəsinə,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə, Əhalinin sağlamlığının qorunması haqqında Qanunun 25-ci maddəsinə, Məhkəmə ekspertizası fəaliyyəti haqqında Qanunun 18-maddəsinə və Azərbaycan Respublikasının MPM-nin 14, 88, 357, 372-ci maddələrinə istinad olunmuşdur. Apellyasiya şikayəti baxılması üçün 31 may 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyanın icraatına daxil olmuşdur. Apellyasiya ş ikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya şikayətinə baxılarkən İddiaçı vəsatəti əsasında 01 iyul 2022-ci il tarixli 2(108)-77/2022 nömrəli qərardadla təkrar məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 X22 tapşırılmaqla ekspert rəyi məhkəməyə təqdim olunanadək apellyasiya şikayətinə baxılması üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X12” Publik Hüquqi şəxsin X1 adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 420/KEŞ saylı ekspert rəyi 29 avqust 2022-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuş və Kollegiyanın 29 avqust 2022-ci il tarixli 2(108)-77/2022 nömrəli qərardadı ilə apell yasiya şikayəti üzrə işin icraatı təzələnmişdir Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh2 və X6 məhkəmə baxışı iclasında iştirak etməmişdir. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İddiaçı kollegiyadakı izahatında, övladı dünyaya gələn zaman yoldaşını “Şəfa” özəl tibb müəssisəsinə aparmış, həmin gün saat 9-dan gecə saat 12-ə kimi orada olmuş, daha sonra isə onların razılığı ilə əməliyyat olunmuşdur. Uşaq anadan olandan sonra isə oksigenə qoşulmuşdur. Uşağı 15 gün xəstəxanada saxlamışlar və uşağın səhhəti ilə bağlı həkimdən maraqlandıqda isə ona bildirmişlər ki, uşaq ana bə tnində olan zaman maye udubdur. Uşağı evə gətirdikdən sonra dayanmadan ağlamağa başlamış, onlar da dərhal uşağı götürüb Hidayət həkimin yanına getmiş, Hidayət həkim onlara bildirmişdir ki, uşağı onun yanına deyil, Əli həkimin yanına aparmaq lazımdır. Həmin vaxtı uşağı bir daha Mirsəməd həkimin yanına aparmışlar. Uşağın başının arxa nahiyəsində fındıqdan bir az böyük şiş olduğundan Mirsəməd həkim də, həmin şişi onlara heç nə demədən iynə ilə çəkmişdir. Daha sonra uşağı kəndin həkiminə apamış, orda da bildirmişlər ki, uşağa nevropatoloq baxmalıdır, ona görə uşağı Zərifə Əliyeva adına poliklinikaya gətirmişlər. Uşağında doğuş zamanı travmanın həkimlərin səhlənkarlığından yaranması ilə bağlı ilk təəssürat orada həkimim müayinəsi zamanı yaranmış, ondan sonra uşağı Bakı şəhərindəki Neyrocərrahiy ə Xəstəxanasına aparmışlar. Orada uşağı müayinə edən zaman uşağın doğuş zamanı travma alması bildirilmiş və bunu sənədlə də təsdiq etmişlər. Orada həkimlər belə qənaətə gəlmişlər ki, uşaq əməliyyat olunmalıdır. Uşağın ağlama səbəbinin alın nahiyəsinin beynin yaşayan hüceyrələrini sıxması və qıcıq yaratması olduğunu bildirmişlər. Əməliyyat edəndən 10-15 gün sonra xəstəxanadan evə gəlmişlər. Müəyyən vaxtdan sonra yenidən müayinə üçün Neyrocərrahiyyə Xəstəxanasına getmişlər və onlara bildiriblər ki, birinci dəfə əməliyyat olunan yerə maye yığıldığına görə həmin mayenin çıxarılması üçün ikinci dəfə də əməliyyat olunmalıdır. Uşaq ikinci dəfə də əməliyyat olunmuş amma heç bir irəliləyiş olmamışdır Hal hazırda uşağının altı yaşı var, nə yeriyir, nə görür, nə də ki danışır, yataq şəraitində yaşa yır. Uşağı Türkiyə Respublikasının X15 Xəstəxanasına, Ərzurum şəhərinə də müayinəyə aparmışlar. Bir həftə orada qaldıqdan və müayinə etdikdən sonra bildirmişlər ki, uşaq anadan olan zaman travma almışdır. Uşağın beyni cəviz boydadır və həmin hissə inkişaf edir, beynin digər hissəsi isə ət kütləsindən ibarətdir. Həmin nəticəni İstanbulda başqa özəl bir xəstəxanada da, Ərzurumda da demişlər. Hazırda uşaq Ərzurum şəhərinə təkrar müalicəyə aparılmalıdır. Ərzurum şəhərində həkim demişdir ki, uşağı gətir iki ədəd dərman var, onları verək uşaq sakitləşsin, amma maddi imkanı olmadığından gedə bilmir. Məhkəməyə təqdim etdiyi sənədlərdə yoldaşının hamiləlik dövründə heç bir xəstəlik keçirməməsi qeyd olunmuşdur. X6 doğuş zamanı qadın həkimi kimi iştirak etdiyinə görə o da cavabdehlik daşıyır. Uşaq do ğulduqdan sonra uşaq həkimi kimi Hidayət həkim onu müalicə etdiyinə və 15 gün müddətində uşağın travmalı olması barədə məlumat vermədiyinə görə cavabdehdir. İddiaçı izahatında əlavə olaraq göstərdi ki, təkrar məhkəmə tibb ekspertizası aparılarkən komissiya tərəfindən uşağa baxılmamışdır. İddiaçı apellyasiya şikayətini müdafiə edərək Şərur Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməklə iddiasının təmin edilməsini xahiş etdi. Cavabdeh1 izahatında xəstənin axşam vaxtı gəldiyini və həmin saatlarda ananın vəziyyətinin xronoloji ardıcıllıqla izləndiyini, ana xəstəxanaya gətirildikdən 4 saat sonra əməliyyat olunduğunu, anada heç bir təbii doğuş əlaməti olmadığını, qeysəriyyə əməliyyatının tibbi zərurət olduğunu, iddiaçının doğuş zamanı uşaq əldən düşübdür və ya yıxılıbd ır dediyinə cavab olaraq bildirir ki, ana əməliyyat vaxtı spinal anestezi olduğunu, yəni beldən aşağı anestezi olmaqla ananın onlarla birlikdə əməliyyata şahid olduğunu, əgər orada hər hansı bir hadisə baş verərdisə ananında görə və anlaya biləcəyini, həmin zaman ananın şüurunda heç bir narahatlıq olmadığını, uşağı ana bətnindən çıxardıqdan sonra neontoloq Hidayət həkimə verdiklərini, bu hadisələrin hamısına ananın da şahidlik etdiyini, uşağa və ya anaya qarşı heç bir qərəzçıliklərinin olmadığını, əməliyyat zamanı anaya heç bir müdaxilə olmadığını, qeysəriyyə əməliyyatının çox rahat olduğunu, hətta onların Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinə ana haqqında, doğuş prosesi barədə, doğuşun ləngiməsi, hipoksiyası haqqında məlumat verdiklərini, əməliyyatda cərrah kimi özü, yoldaşı Cavabd eh2 mama ginekoloq və assistent kimi, Zakir Abbaslı isə anestezoloq qismində iştirak etdiklərini, qızı Cavabdeh3ovanın əməliyyatda iştirak etmədiyini,gənc həkim kimi təcrübə toplamaq məqsədilə əməliyyata baxdığını,1986-cı ildə universiteti bitirdikdən sonra 7 il həkim cərrah işlədiyini, həmin vaxtdan da qeysəriyyə əməliyyatı aparığını,1992-ci ildən müstəqil olaraq qeysəriyyə əməliyyatı aparmağa başladığını, bu gün də Sərur rayonunda həkimlərin arasında ən çox qeysəriyyə əməliyyatı edən həkim olduğunu, uşaq ana bətnində olarkən sitomeqalovirus infeksiyası keçirdiyini, ananın hamiləlik dövründə həmin infeksiyaya yoluxması onlarda və iddiaçının özündə olan sənədlərdə qeyd olunduğunu, bütün xəstələrə hamiləlik dövründə müayinənin nəticələri ilə bağlı mama ginekoloqlar tərəfindən məlumat veril diyini, iddiaçının xanımına da keçirdiyi infeksiya və infeksiyanın fəsadları ilə bağlı şifahi formada xəbərdarlıq edildiyini,ana 6-7 gün xəstəxanada saxlandıqdan sonra evə buraxıldığını,2021-ci ildə məhkəməyə çağırılan zaman Afəddinin uşağının alın nahiyəsində deformasiya olması barədə bildiyini, əvvəlcədən ona bu barədə heç nə demədiyini, Naxçıvan MR Səhiyyə Nazirliyinin komissiyası bütün tibbi sənədləri tələb edib işi araşdıraraq rəy verdiyini, aparılan təkrar ekspertiza zamanı da müvafiq rəyin verildiyini bildirdi. Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirib apellyasiya şikayətinin təmin edilməməsini, Şərur Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh4 izahatında neontoloq vəzifəsində işləd iyini, qaydaya görə yeni uşaq dünyaya gəldikdə dəvət olunaraq uşağa baxdıqlarını və uşağın onlara təhvil verildiyini, 6-7 gün uşağın orada saxlanılması səbəbinin uşağın oksigenə qoşulması və uşağın sağlam şəkildə evə buraxılması olduğunu, iddiaçının uşağının alın nahiyəsində deformasiyanı görmədiyini, uşaqda mikrosefaliya əlamətinin olduğunu, onu da qısa müddətdə bilməyin mümkün olmadığını, onu zamanla başın ölçüsünü ölçməklə müəyyən olunduğunu, 2015-ci ildə Naxçıvan MR-da dopler müayinənin olmadığını, USM müayinə dəqiq informasiya vermədiyini, uşaqda nevroloji problem gördüyü üçün nevropatoloqun yanına aparmağı məsləhət gördüyünü bildirdi. Cavabdeh4 qanuni qərar qəbul edilməsini xahiş etdi. Kollegiya tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərin i araşdıraraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Şərur Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(110)-47/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan; Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZ-İ № 785197 seriyalı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X10 xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuşlar və qadına Novruzova soyadı verilmişdir. Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZ-İİİ № 533331 seriyalı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən aydın olur ki, Niyaməddin Novruzov xx.xx.2015-ci il tarixdə doğulmuş, İddiaçı atası, X11 isə anasıdır. Şərur Rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfində n verilmiş xx.xx.2017-ci il tarixli 062550 №-li əlillik vəsiqənin sürətindən görünür ki X3 əlildir. xx.xx.2021-ci il tarixli 290/01 nömrəli lisenziyanın surətindən aydın olur ki, Cavabdeh1 tibb sahəsində fərdi sahibkarlıq fəaliyyətini həyata keçirməyə icazə verilmişdir. Şərur Rayon Vergilər Şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin (VÖEN **********) surətindən görünür ki, Cavabdeh1 vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh2 ”Şəfa”X17 əmək müqaviləsi əsasında işləyir. Şərur Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(110)94/2021 nömrəli qətnaməsinin surətindən aydın olur ki, İddiaçı Şərur Şəhər Şəfa”X21rşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası mövcud olmayan hüquqi şəxsə qarşı qaldırıldığından rədd edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarından görünür ki həmin iş üzrə Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti təmin edilməyərək qətnamə dəyişdirilmədən saxlanılmışdır. Kollegiya iddiaçının apellyasiya şikayətində göstərdiyi, Cavabdeh1 qeysəriyyə əməliyyatını yanlış və gec aparması, qeysəriyyə əməliyyatı nəticəsində uşağının doğulması zamanı alın nahiyəsində deformasiyanın yaranması, uşaq doğulduqdan sonra uşağın alın nahiyəsində deformasiyanın olması barədə qərəzli olaraq məlumatın verilməməsi, bununla əlaqədar heç bir müalicə aparılmaması, övladının Türkiyə Respublikasında muayinəsi zamanı uşağının alın nahiyəsindəki defor masiyanın qeysəriyyə əməliyyatı zamanı yaranmasının təsdiq edilməsi barədə dəlillərini əsassız hesab edərək qeyd edir ki, həmin dəlillərin araşdırılması tibb sahəsində xüsusi biliyə malik ixtisaslı mütəxəssislərin köməyi ilə mümkün olduğundan birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə-tibbi ekspertizası üzrə işə əlavə edilən, Naxçıvan MR Səhiyyə Nazirliyində yaradılan Naxçıvan MR Şərur Rayon Püsyan kənd sakini X1 xəstəliyinin araşdırılması haqqında məhkəmə-tibbi ekspert komissiyasının 12 mart 2021-ci il tarixli, 01M nömrəli rəyində göstərilmişdir ki, 1.X1 alın-təpə-gicgah nahiyəsində kəllə sümüklərinin deformasiyası mövcuddur. 2.Kəllə sümüklərinin deformasiyasının əmələ gəlməsi uşağın doğulduğu tarixə uyğun gəlmir. Bu vəziyyət hamiləlik dövrünün son aylarında uşağın kəllə t ikişlərinin vaxtından tez bərkiməsi (ossifikasiyası) nəticəsində kəllə sümüklərinin inkişafının çətinləşməsi (kraniostenoz), doğulduqdan sonrakı inkişaf dövrlərində kəllə sümüklərinin deformasiyasına səbəb olmuşdur. Belə ki, xəstənin alın sümüyü arasındakı verdikal tikişin erkən bitişməsi nəticəsində kəllə sümüklərindəki tac, sagital və lyambdaya bənzər tikişlərə uyğun böyümə alın sümüyünə nisbətən çox olmuşdur.(metopik frontal sinostoz və ya frontal düzləşmə).Bu da təpə nahiyəsində kranial qabarıqlığın əmələ gəlməsinə səbəb olmuşdur. Yuxarıda qeyd olunan kəllə sümüklərinin deformasiyası yanlış və vaxtından gec aparılan qeysəriyyə əməliyyatının nəticəsi deyildir. Çünki xəstədə müşahidə olunan kəllə sümüklərinin deformasiyası hamiləlik dövründə yaranmış kraniosinestozun (kəllə tikişlərinin bərkiməsi) nəticəsi olaraq yaranmışdır ki, daha irəlidə, yəni uşaq doğulduqdan sonrakı inkişaf mərhələlərində bu vəziyyət xəstədə İİ-li mikrosefaliyanın yaranmasına (kəllənin ölçüsünün yaşına görə inkişafdan qalmasına) gətirib çıxarmışdır. Kəllənin mikrosefal olması uşaqlarda bilavasitə beynin inkişafına mənfi təsir edir və gələcəkdə buna uyğun ciddi əlamətlərin meydana çıxmasına səbəb olur. Əlavə olaraq qeyd etmək olar ki, uşaqlarda mikrosefaliya iki yolla, genetik və çevrə faktorlarının təsiri ilə yaranır, ana bətnində formalaşmağa başlayır, bətndaxili anomaliya kimi dəyərləndirilir. Əsas əlamətlər doğumdan sonra özünü göstərir. Belə ki, doğularkən ən azı 35 sm baş çevrəsi olan yeni doğulmuşda bu ölçü 6 həftəliyində 23 sm, 3 ayda 5 sm, 6 ayda 8-10 sm, 9 ayda isə 12 sm qədər artmalıdır. U şaqlarda kəllənin böyüməsi 18 ayına qədər davam edir. Çevrə faktorlarından hamilədə ən çox rast gəlinən sitomeqalovirus infeksiyasıdır ki, araşdırılan xəstənin bətndaxili inkişafının birinci trimestrində aparılan laborator analizdə həmin virusun yüksək titri (normadan beş dəfə artıq) aşkarlanmışdır. Laborator analizin nəticəsi iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuşdur. (“Əfsanə özəl müalicə və diaqnostika müəssisəsi” Məmmədova Sahilə, infeksiyaların müayinəsi, tarix 25.10.14,nəticə: Cyto meqalovirus İg G-51 (pozitiv), norma 9 NU (neqativ)dir. Bu göstərici hamiləliyin ilkin dövründə anada sitomeqalovirus infeksiyasının olmasını göstərir. Hamiləliyi zamanı virus əleyhinə müalicə almasına (məhkəməyə təqdim olunan resept blanklarına əsasən) baxmayaraq həmin dövrdə virusun plasenta yolu il ə dölə keçmə ehtimalı yüksəkdir. Bu da ilk növbədə dölün bətndaxili dövründə beyin toxumalarının virus tərəfindən zədələnməsi (atrofiyası və kalsifikasiyası), kraniostenoz, daha sonra bu patoloji proseslərin nəticəsi olaraq uşaq doğulduqdan sonra inkişafının sonrakı dövrlərində İİli mikrosefaliyanın əmələ gəlməsinə, bu da öz növbəsində yuxarıda qeyd olunan diaqnozların meydana çıxmasına səbəb olur. Sitomeqalovirus infeksiyası səbəbilə əmələ gələn belə vəziyyətlərin bir qismi doğumdan bilavasitə sonra kəskin olaraq meydana çıxarkən (sarılıq, başın normadan kiçik olması, çəkinin az olması, qaraciyər və dalağın böyüməsi) bəzi hallarda uşaq böyüdükcə tədricən meydana çıxar. (qusma, beyindaxili təzyiq, kəllə sümüklərinin yaşa uyğun böyüməməsi, epileptik tutmalar). Ən çox zədələnən orqanlar ilk növbədə beyin, göz, qaraciyər və dalaqdır. Belə uşaqlar sadəcə dəstəkləyici müalicələrlə yaşama qabiliyyətlərini davam etdirə bilirlər. Buna misal olaraq nevropatoloqun simptomatik konservatik müalicələri, həmçinin yeni doğulmuşun ilk altı ayında aparılan və beyindaxili təzyiqin, o cümlədən qusma və epileptik tutmaların azaldılması üçün cərrahi yolla kəllədə sümük defektinin yaradılması ilə aparılan kəllə sümüklərdə kraniostenozun korreksiyası əməliyyatını göstərmək olar. Apellyasiya baxışında təyin edilmiş təkrar məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin. “Məhkəmə-Tibbi Ekspertiza və X12” Publik Hüquqi şəxsin komisyon ekspertizalar şöbəsinin X1 adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli 420/KEŞ saylı rəyində ekspert komissiyası aşağıdakı nəticəyə gə lmişdir. 1.X5 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, kəllə sümüklərinin deformasiyasının əmələ gəlməsi uşağın doğulduğu tarixə uyğun gəlmir.Bu vəziyyət hamiləlik dövrünün son aylarında uşağın kəllə tikişlərinin vaxtından tez bərkiməsi (ossifikasiyası) nəticəsində kəllə sümüklərinin inkişafının çətinləşməsi (kraniostenoz), doğulduqdan sonrakı inkişaf dövrlərində kəllə sümüklərinin deformasiyasına səbəb olmuşdur.Beləki, xəstənin alın sümüyü arasındakı vertikal tikişin erkən bitişməsi nəticəsində kəllə sümüklərindəki taç, sagital və lyambdaya bənzər tikişlərə uyğun böyümə alın sümüyünə nisbətən çox olmuşdur (metopik frontal sinostoz və ya frontal düzləşmə).Bu da təpə nahiyəsində kranial qabarıqlığın əmələ gəlməsinə səbəb olmuşdur. 2.3.5-7.Kəllə sümüklərinin deformasiyas ının Sahilə Novruzovanın üzərində icra edilmiş “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi olmamışdır. Belə ki, müşahidə olunan kəllə sümüklərinin defomasiyası hamiləlik dövründə yaranmış kraniosinestozun (kəllə tikişlərinin bərkiməsi) hesabına yaranmışdır. Uşaq doğulduqdan sonrakı inkişaf mərhələsində bu vəziyyət uşaqda İİ-li mikrosefaliyanın yaranmasına (kəllənin ölcüsünün yaşına görə inkişafdan qalmasına) gətirib çıxarmışdır.Kəllənin mikrosefal olması uşaqlarda bilavasitə beyinin inkişafına mənfi təsir edir və bunun da sonradan alın-təpə-gicgah nahiyəsində kəllə sümüklərinin deformasiyasının meydana cıxmasına səbəb olması istisna edilmir.

4. Sahilə Novruzovaya aparılmış müayinə və müalicələr Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. Ek spert rəyləri ilə müəyyən olunmuşdur ki, kəllə sümüklərinin deformasiyasının əmələ gəlməsi uşağın doğulduğu tarixə uyğun gəlmir.Bu vəziyyət hamiləlik dövrünün son aylarında uşağın kəllə tikişlərinin vaxtından tez bərkiməsi (ossifikasiyası) nəticəsində kəllə sümüklərinin inkişafının çətinləşməsi (kraniostenoz), doğulduqdan sonrakı inkişaf dövrlərində kəllə sümüklərinin deformasiyasına səbəb olmuşdur. Kəllə sümüklərinin deformasiyasının Sahilə Novruzovanın üzərində icra edilmiş “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi olmamış, Sahilə Novruzovaya aparılmış müayinə və müalicələr Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur Kollegiya ekspertiza rəylərini digər sübutlarla müqayisəli şəkildə qiymətləndirərək qeyd edir ki, ekspert rəyi sübut növlə rindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəylərində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən və rəylər arasında ziddiyyət olmadığından ekspert rəyləri sübut kimi qəbul edilməlidir. “ X7rşı” işi üzrə 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Həmçinin Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qəra rında göstərmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçının izahatında təkrar məhkəmə-tibbi ekspertizası aparılarkən komissiya tərəfindən uşağa baxılmamasını göstərməsi ilə əlaqədar Kollegiya qeyd edir ki, təkrar məhkəmə-tibbi ekspertizası keçirilməsi üçün iddiaçının övladı X2 və onun anası X8 aid tibbi sənədlər (xəstəlik tarixi, uşağın inkişaf tarixi, hamilə və zahı qadınların müşahidə vərəqəsi) mülki işin materialları ilə birlikdə ekspertizaya göndərilmiş, uşağın ekspertizaya təqdim edilməsi üçün ekspert komissiyası tərəfindən məhkəməyə vəsatət verilməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutla rı qiymətləndirilərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından ş ərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 18 mart tarixli Qərarı). Məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbini sübut edə bilməmiş və onun iddia ərizəsində göstərdiyi faktlar öz təsdiqini tapmamışdır. Kollegiya toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq İddiaçı cavabdehlərdən ona dəymiş maddi ziyanın (26000 (iyirmi altı min) manat) ödənilməsi tələbinə dair hissəsi üzrə iddiasını rədd etmişdir. Kollegiya iddia tələbinin dəymiş mənəvi zərərə görə 35000 (otuz beş min) manat pulun cavabdehlərdən tutulmasına dair hissəsinə münasibətdə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin mə hkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Həmin Qərarın 2-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmçinin həmin Qərarın 8-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında s əbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki,qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-c ı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində)şəxsin sağlamlığ ına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərəvuran zərəri onun təqsiri üzündən baş vermədiyinin sübuta yetirərsə məsuliyyətdən azad edilir. Kollegiya qeyd edir ki, mülki hüquq pozuntusuna (delikt) görə mülki hüquq məsuliyyətinin yaranması üçün Qanunda göstərilən zəruri şərtlər mövcud olmalıdır. Belə ki,törədilmiş əməl hüquqazidd olmalı,törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməli, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalı və hüquqpozan şəxsin təqsiri olmalıdır. Vurulmuş zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçıya həmin zərər cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində dəymiş olsun, qanunsuz hərəkət və hərəkətsizliklə vurulmuş zərər arasında səbəbli əlaqə olmaqla, zərərvuran şəxsin t əqsiri müəyyən edilmiş olsun. Kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin göstərilən maddələrinə əsasən müvafiq qaydada iddia qaldırmaqda subyektiv hüquqa malik olsa da, onun tələbinin qanuni əsaslarının digər dispozitiv şərtlərinin mövcudluğu, yəni övladı X1 alın-təpə-gicgah nahiyəsində mövcud olmuş kəllə sümüklərinin deformasiyasının həkimlərin təqsirli (hüquqa zidd) hərəkətlərinin nəticəsi olması öz təsdiqini tapmamışdır. Belə ki, işdə olan sübutlar (ekspert rəyləri də daxil olmaqla) cavabdehlərin peşə fəaliyyəti ilə bağlı təqsirli (hüquqa zidd) əməllərini istisna edir Kollegiya qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, cavabdehlərin mülki hüquq pozuntusu törətmələri sübut olunmadığından birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının cavabdehlərdən maddi və mənəvi zərə rin alınıb ona ödənilməsi barədə tələblərini əsassız hesab edərək rədd etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 72.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan,tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi r. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinə əsasən qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəf lərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh ed ilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul etmişdir.İddiacının apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilmir, həmçinin işə kollegiyada baxılması zamanı qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar da müəyyən edilməmişdir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392, 393, 402.1, 403, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh4 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(110)-47/2022 nömrəli qətnaməsindən iddiacı İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(110)-47/2022 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar