Məhkəmə qərarları › İş №2(108)-80/2024

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-80/2024

09.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-80/2024 09.04.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X1 (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X6 məhkəmə iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, Şərur Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(110)-117/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Şərur Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(110)-117/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası təmin edilərək xx.xx.2023-cü il tarixdən hesablanmaqla 16 aprel 2007-ci il təvəllüdlü X2 və 21 may 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşın a çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə 200 (iki yüz) manat olmaqla, ümumilikdə iki uşağa görə 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, qətnamənin aliment tutulmasına dair hissədə dərhal icra edilməsi və iddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 68.0 (altmış səkkiz) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülməsi qət olunmuşdur. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16 aprel 2007-ci il təvəllüdlü X7 və 21 may 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi bir uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində 200 (iki yüz) manat, ümumilikdə 400 (dörd yüz) manat alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(110)-117/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə Cavabdeh 15 fevral 2024-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(110)117/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün bir uşağa 100 manat olmaqla iki uşağa görə hər ay 200 manat miqdarında sabit pul məbləğində alimentin tutulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iş Cavabdeh apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxt ar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. İş üzrə Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şərur Rayon Məhkəməsi mülki iş üzrə məhkəmə baxışı iclaslarını iddiaçının və onun iştirakını təmin etmədən, məhkəmədə çəkişmə prinsipinə əməl edilmədən, heç bir obyektiv araşdırma aparmadan, işin faktiki hallarını dəqiq müəyyən etmədən İddiaçı nümayəndəsi Nümayəndə haqsız tələbinə əsaslanaraq iddiaçının mənafeyinə uyğun qətnamə qəbul edilmişdir. Qeyd edir ki, cavabdeh İddiaçı ilə 2004-cü ildə ailə qurduqdan sonra Şərur rayon Yengicə kəndində yaşayıblar, onların bu nikahdan 3 övladı doğulmuşdur. Bu nikahdan doğulmuş övladı xx.xx.2010-cu il təvəllüdlü X13 onkoloji xəstə olduğundan 2019-cu ildə Naxçıvan MR Səhiyyə Nazirliyi vasitəsi ilə Dövlət Onkoloji xəs təxanasında müalicə və müayinə olmaq üçün Bakı şəhərinə göndərilmişdir. Ona görə də ailəliklə Bakı şəhərinə köçməli olublar. Bakı şəhərində kirayədə yaşayaraq maşın təmiri sexlərində işləyib övladının müalicə xərclərini qarşılayıb, digər övladı X2 Şərur rayon Yengicə kəndində təhsil xərclərini ödəyib. 2023-cü ilin 25 avqust tarixində övladları X13 uzun sürən onkoloji xəstəlik səbəbindən vəfat etmişdir. Yas mərasimini, qırxını verib qurtardıqdan sonra İddiaçı kəndə qayıtmalarını bildirib. İddiaçı kəndə qayıtmaq istəmədiyini, Bakı şəhərində qalmaq istədiyini, istəyirsə onun gedə biləcəyini bildirmişdir. Buna görə də cavabdehlə mübahisə edib və o, qayınatası Nümayəndə telefonla zəng edərək olanları ona bildirmiş, Nümayəndə ona “sən bu gün evə getmə, mən səhər gəlirəm, danışıb hər şeyi yoluna qoyacağam” demişdir. O, sabahı axşam evə gələndə artıq evdə heç kim yox idi, Nümayəndə cavabdeh İddiaçı ilə birlikdə evdəki bütün əşyaları da götürüb apardıqlarını görmüşdür. Sonradan o, Nümayəndə ailəsini oğlunun yanına apardığını öyrənmiş, Nümayəndə isə Şərur rayonuna qayıdaraq İddiaçı adından ona qarşı aliment tələbi ilə məhkəməyə müraciət edib. Əlavə olaraq bildirir ki, birgə nikahdan doğulmuş övladları X8 haliyyədə iddiaçının X7 isə Şərur rayon Yengicə kəndində babası Nümayəndə yanındadır. Cavabdeh İddiaçı və onun atası Nümayəndə uşaqları ilə görüşməyinə maneələr yaradır və uşaqları ona göstərməyəcəkləri ilə hədələyirlər. İddiaçının onun ailəyə baxmadığını, uşaqlara qayğı göstərmədiyini bildirməsi ilə razı deyil. Belə ki, onun özü İİ dərəcəli əlildir və 220 manat sosial müavinət alır. Onun kartı evdən çıxıb getdikləri günə kimi iddiaçıda olub, heç vaxt iddiaçıdan onun müavinətini hara və necə xərcləməsini soruşmamışdır, əlavə olaraq özü maşın təmiri sexlərində işləyərək bütün qazancını ailəsinə, uşaqlarının müalicəsinə və təhsilinə xərcləmişdir. Cavabdeh İddiaçı isə bu müddət ərzində heç bir yerdə işləməyib, ev işləri və uşaqlarının müalicəsi və təhsili ilə məşğul olub. Bütün bunların hamısını onun özü qarşılamışdır. Son zamanlar övladının vəfat etməsi ona çox pis təsir edib və həm övladının vəfat etməsi, həm də xəstəliyi ilə əlaqədar səhhətində problemlər yaranıb. Bu səbəbdən də maddi cəhətdən sıxıntı çəkməyə başlayıblar və o, iddiaçıya həm kirayə ödəməyə, həmdə ailənin maddi tələbatını qarşılamağa çətinlik çəkdiyini bildirərək, Yengicə kəndinə evlərinə qayıtmağı təkl if edib. Bu səbəbdən də iddiaçı ilə fikir ayrılıqları yaranıb və iddiaçı qəti olaraq kəndə qayıtmaq istəmədiyini bildirib. Bildirir ki, İİ dərəcəli əlildir və 220 manat sosial müavinət alır, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş bir uşağa görə 200 manat olmaqla, iki uşağa görə hər ay 400 manat aliment ödəmək maddi cəhətdən onun üçün çox çətindir. Ona görə də alimentin miqdarının azaldılmasını istəyir və bir uşağa görə hər ay 100 manat olmaqla iki uşağa görə hər ay 200 manat aliment ödəmək onu maddi cəhətdən çətinliyə salmaz. Qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə yuxarıda qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan və düzgün qiymətləndirmədən iddiaçının mənafeyinə uyğun qətnamə qəbul etmişdir. İddiaçı nümayəndəsi məhkəməyə iddia tələbini əsaslandıracaq heç bir sübut təqdim etməmiş, iddia tələbi ilə əlaqədar təqdim olunan sübutlar tam və hərtərəfli araşdırılmadan, aydınlıq gətirmədən qətnamə qəbul etmişdir. Göstərilənlərin nəzərə alınaraq Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(110)-117/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün bir uşağa 100 manat olmaqla iki uşağa görə hər ay 200 manat miqdarında sabit pul məbləğində alimentin tutulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında Şərur Rayon Məhkəməsinin qərarı ilə uşaqların saxlanılması üçün onların hər birinə 200 manat olmaqla ümumilikdə 400 manat aliment müəyyən edildiyini, onun özünün xəstəlikdən əziyyət çəkdiyini, heç bir yerdə işləmədiyini, İİ də rəcəli əlil kimi dövlətdən aldığı 220 manat sosial müavinətdən başqa heç bir qazancının olmadığını, iddiaçı ilə birgə nikahından 3 övladının olduğunu, övladı Əli İsmayılovun uzun sürən xəstəlikdən sonra vəfat etdiyini, qızı X4 kəndində iddiaçının nümayəndəsinin yanında qalmaqla təhsil aldığını, oğlu Məhəmməd İsmayılovun isə iddiaçı ilə birlikdə yaşadığını, bir valideyn kimi övladlarının saxlanılması üçün aliment ödəməyə etiraz etmədiyini, ancaq məhkəmənin qərarı ilə kəsilmiş aliment məbləğini ödəməyə maddi imkanının olmadığını, onun alimentin azaldılmasını tələb etdiyini, onun “Sədəf”, yəni dəri xəstəliyindən əziyyət çəkdiyini, maddi vəziyyətini nəzərə alaraq uşaqların saxlanılması üçün onların hər birinə 100 manat aliment ödəyə biləcəyini, bundan artıq aliment ödəməyə imkanının çatmadığın ı, iddiaçı ilə ayrı yaşadıqları vaxtdan indiyə kimi ailənin bərpası üçün heç bir addım atmadığını, bundan sonra da ailənin bərpa olunmasını istəmədiyini bildirərək, apellyasiya şikayətinin təmin edilməsi və Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(110)-117/2024 nömrəli qətnaməsinin ləğv edilərək, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün bir uşağa 100 manat olmaqla iki uşağa görə hər ay 200 manat miqdarında sabit pul məbləğində alimentin tutulması barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında tərəflər arasında olan mübahisədən sonra onların ayrıldığını, qızının Bakı şəhərində kirayə mənzil tutaraq hazırda orada yaşadığını, onların birgə nikahından doğulmuş övladları Rə biyyənin hazırda onun yanında qalmaqla təhsil aldığını, Məhəmmədin isə qızının yanında qaldığını və orada məktəbə getdiyini, iddiaçının hər ay mənzil kirayəsi üçün 250 manat ödədiyini, evində paltar tikməklə dərzilik etdiyini, qızının heç bir yerdə işləmədiyini, onun yeganə qazanc yerinin tikiş maşını ilə gördüyü işlərin müqabilində əldə etdiyi gəlir olduğunu, hər ay qızının saxlanılması üçün iddiaçının əldə etdiyi gəlirdən ona 180 manat pul göndədiyini, onun alimentin azaldılmasına qəti etiraz etdiyini, məhkəmənin bu barədə qəbul edilmiş qərarının qanuni və əsaslı olduğunu hesab etdiyini, cavabdehin hər ay 220 manat pensiya aldığını, həmçinin maşın ustası kimi işləməklə yaxşı qazanc əldə etdiyini, əldə etdiyi qazancla uşaqların saxlanılması üçün müəyyən edilmiş aliment pulunu ödəməyə madd i imkanının çatacağını düşündüyünü, cavabdehin uşaqları üçün ödədiyi aliment pulunun kart hesabı açıldığından həmin karta ödənildiyini, cavabdehin qazancı barədə əlində sübutu olmasa da, hazırda cavabdehin işlədiyini və yaxşı qazanc əldə etdiyini bildiyini qeyd edərək, apellyasiya şikayətinin təmin olunmaması və Şərur Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(110)-117/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı işə baхılmanın vaхtı və yeri haqqında lazımi qaydada хəbərdar edilməsinə baхmayaraq məhkəmə iclasına gəlməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normal arına riayət etməsini yoxlayır. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16 aprel 2007-ci il təvəllüdlü X7 və 21 may 2014cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi bir uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində 200 (iki yüz) manat, ümumilikdə 400 (dörd yüz) manat alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 08 sentyabr 2004-cü ildə Şərur rayon Yengicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmi nikah qeydiyyatından keçməklə evlənmiş, birgə nikahdan 16 aprel 2007-ci ildə X7 və 21 may 2014-cü ildə X8 adlı iki uşaqları doğulmuş və h ər iki uşaq anaları, yəni iş üzrə İddiaçı himayəsindədirlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Həmin maddənin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borclu durlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara nikahın pozulması, uşaqların onun yanında saxlanılması və aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də nikahın pozulması, uşaqların onun yanında saxlanılması və aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəx sin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin qanunun valideynlərin hüquq və və zifələrini müəyyən edən 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinin mənasına görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib- keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərc lərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən nikahın pozulması, uşaqların onun yanında saxlanılması və aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü yarımbəndində müəyyən edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Şərur Rayon şöbəsi tərəfindən verilmiş 05 fevral 2024-cü il tarixli, 08/185 nömrəli arayışdan aydın olur ki, Cavabdeh Naxçıvan MR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Şərur rayon şöbəsində qeydiyyatda durmaqla İİ dərəcəli əlil kimi xx.xx.2022-ci il tarixindən hər ay 220 manat sosial müavinət alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Kollegiya tərəflərin maddi və ailə vəziyyətini, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, diqqətəlayiq digər hal kimi cavabdehin İİ dərəcəli əlil olmaqla onun əmək qabiliyyətini, gələcəkdə qətnamənin icrasının təmin edilməsinin mümkünlüyünü nəzərə alaraq belə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin alimentin miqdarının müəyyən edilməsinə dair hissəsi dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn q əti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərinə məcmu halında qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və bu iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin bir uşağa görə 200 (iki yüz) manat olmaqla, ümumilikdə iki uşağa görə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment sözləri göstərilən hissəsi dəyişdirilməklə “bir uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə iki uşağa görə 300 (üç yüz) manat sabit pul məbləğində aliment” və iddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumunun sözləri “iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 5 6 (əlli altı) manat məbləğində dövlət rüsumu” sözləri əlavə olunmalı, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.3, 392 və 402-ci mаddələrini rəhbər tutaraq kollegiya qətetdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(110)-117/2024 nömrəli qətnaməsinin “bir uşağa görə 200 (iki yüz) manat olmaqla, ümumilikdə iki uşağa görə 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin” və “iddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu” sözləri göstərilən hissəsi dəyişdirilsin. Həmin hissəyə “bir uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə iki uşağa görə 300 (üç yüz) manat sabit pul məbləğində aliment” və “iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 56 (əlli altı) manat məbləğində dövlət rüsumu” sözləri əlavə edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar