Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-92/2025 04.06.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Apellyasiya şikayətindən imtinanın qəbul edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə çıxarılmış Şərur Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2(110)-207/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “16” yanvar 2025-ci ildə iddia ərizəsi ilə Şərur Rayon Məhkə məsinə müraciət edərək, 01 iyun 2013-cü il təvəllüdlü X2 və 12 sentyabr 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə 246 (iki yüz qırx altı) manat olmaqla, iki uşaq üçün ümumilikdə 492 (dörd yüz doxsan iki) manat miqdarında alimentin tutularaq, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir (iş vərəqə 1-2). Şərur Rayon Məhkəməsinin (sədrlik edən hakim Mehdi Əliyev) 04 mart 2025-ci il tarixli, 2(110)-207/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, 16 yanvar 2025-ci il tarixdən başlayaraq, 01 iyun 2013-cü il tarixdə doğulmuş X2 və 12 sentyabr 2023-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölk ə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulması və dərhal icraya yönəldilməsi qət edilmişdi (iş vərəqə 33-36). Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan Cavabdeh 01 aprel 2025-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək, Şərur Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2(110)207/2025 nömrəli qətnaməsinə qismən dəyişiklik edilməklə 16 yanvar 2025-ci il tarixindən başlayaraq, 01 iyun 2013-cü il tarixdə doğulmuş X2 və 12 sentyabr 2023-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir (iş vərəqə 47-52). Apellyasiya şikayəti verən tərəf müraciətini əsaslandıraraq qeyd etmişdi ki, məhkəmə uşağın yaxşı yaşaması üçün bir sıra qanunvericilikləri, Uşaq hüquqları bəyannaməsini, "Uşaq hüquqları haqqında" konvensiyanı əsas gətirsə də, ölkə üzrə minimum əmək haqqı 2025-ci ildə 400 manat təşkil etdiyindən bir uşaq üçün alimentin miqdarının minimum əmək haqqının 0.62 misli həddində (246 manat: 400 manat-0.62) müəyyən edilməsi və sonrakı illərdə ölkə üzrə minimum əmək haqqının həmin mislə vurulmaqla sabit aliment məbləğləri müəyyən olunmalı olduğu göstərilmişdir. İddiaçı 01 iyun 2013-cü il tarixdə doğulmuş X2 və 12 sentyabr 2023-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmas ı üçün bir uşağa görə 246 (iki yüz qırx altı) manat olmaqla iki uşağın saxlanılmasına 492 (dörd yüz doxsan iki) manat miqdarında sabit pul məbləğində aliment tələb etmişdir. Şərur Rayon Məhkəməsi iddia predmetindən kənara çıxmaqla bir uşaq üçün alimentin miqdarının minimum əmək haqqının 0.62 misli həddində (246 manat: 400 manat-0.62) müəyyən olunmasını qət etmişdir. Yəni bir uşağın saxlanılması üçün (400 manat-0.62- misli-248 manat:) təşkil edir. Yəni iddiaçı bir uşağın saxlanılmasına 246 manat aliment tələb etsə də, məhkəmə bir uşağın saxlanılmasına 248 manat aliment kəsmişdir. Əlavə olaraq iddiaçı onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirmiş, (mağaza, xalça yuma, ev kirayəsi, maşın alqı-satqısı və sair) lakin bununla bağlı məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. Məhkəmə heç bir araşdırma aparmadan sübutlar toplamadan iddiaçının xeyrinə qərar qəbul etmişdir O, övladlarına aliment kəsilmədən də baxır, iddia ərizəsində qeyd olunduğu kimi iddiaçının yaxınlarının onun övladlarının saxlanılmasında heç bir köməyi olmur. Övladlarının bütün xərclərini özü qarşılayır. O, kirayə mağaza götürüb həmin mağazada maşın ehtiyat hissələri satır, əlavə olaraq başqa gəliri yoxdur. 06 yanvar 2025-ci il tarixdə Kapital Bankdan 5300 manat kredit götürüb, hazırda kəsilən aliment məbləği yuxarı həddədir. Alimentin 0.62 misli həddində kəsilməsinin məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edir. Məhkəmə qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Nəticə etibarı ilə hesab edir və inanır ki, işə apellyasiya qaydasında baxılarkən məhkəmə heyəti şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdırıb qanuni və əsaslı qərar qəbul edəcəkdir. Şikayət edən tərəf apellyasiya şikayətinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə, prosessual əsası kimi isə konkret maddə qeyd etməsə də, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin pozulmasına istinad etmişdi. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya şikayətinə baxılması ilə bağlı 04 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh ərizə ilə kollegiyaya müraciət edərək, İddiaçı ona qarşı aliment tələbin ə dair mülki iş üzrə çıxarılmış Şərur Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2(110)-207/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyini və həmin şikayətdən imtina etdiyini qeyd edərək, apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən İddiaçı Şərur Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2(110)-207/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətindən cavabdehin imtina etməsinə etirazının olmadığını bildirmişdi. Cavabdeh tərəfin Şərur Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2(110)207/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etməsinin hüquqi həlli ilə bağlı kollegiya qeyd edir ki, hüququ n hamılıqla qəbul olunmuş dispozitivlik prinsipinə əsasən tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, hüququna toxunan məhkəmə aktından şikayət etmək, ondan imtina etmək və ya onu geri götürmək, bir sözlə tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Apellyasiya şikayətindən imtina edilməsinin prosessual qaydası, onun hüquqi həlli və nəticələri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 369-cu maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 369.2-ci və 369.3-cü maddələrinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Yuxarıda qeyd edilən prosessual norma blanket xarakterli olmaqla, həmin Məcəllənin 191-ci maddəsinə göndərsə də, sonuncu qeyd edilən prosessual normanın mahiyyətinə nəzər yetirdikdə aydın olur ki, o apellyasiya şikayətindən imtinanın qəbul edilib-edilməməsinin hüquqi əsaslarını yox, 369-cu maddə kimi müvafiq müraciətdən imtina edilməsinin prosessual qaydasını, onun hüquqi həllini və nəticələrini müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə nəzər yetirdikdə aydın olur ki, id diadan imtina olunmasının qəbul edilməzliyinin hüquqi əsasları həmin Məcəllənin 52.5ci maddəsində öz əksini tapıb. Belə ki, həmin prosessual normaya əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Göründüyü kimi mülki prosessual qanunvericilik iddiadan, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 365 və 369.3-cü maddələrinin tələbi baxımından apellyasiya şikayətindən imtinanın qəbul olunmazlığını əsasən iki hüquqi əsasla: onun qanuna zidd olması; və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması ilə şər tləndirmişdi. Cavabdeh tərəfin Şərur Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2(110)207/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinasını yuxarıda qeyd edilən hüquqi meyarlar üzrə tədqiq etdikdə aydın olur ki, hazırda apellyasiya şikayətindən imtinanın qəbul edilməməsinə əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar mövcud deyil. Buna görə də kollegiya belə hesab edir ki, həmin tərəfin apellyasiya şikayətindən imtinası qəbul olunmalı, Cavabdeh münasibətdə sözügedən prosessual müraciət üzrə apellyasiya icraatına xitam verilməli və bununla bağlı qərardad qəbul edilməlidir. Çünki Mülki-Prosessual Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qə rardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Kollegiya Şərur Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2(110)-207/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfin verdiyi apellyasiya şikayətindən imtinasını qəbul etdiyindən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə əsaslanmaqla belə hesab edir ki, işdə iştirak edən şəxsə apellyasiya şikayətindən imtina etməsinin hüquqi nəticəsi izah edilməlidir. Sözügedən halın hüquqi nəticəsi isə Mülki-Prosessual Məcəllənin 369.1-ci maddəsində öz əksini tapıb ki, həmin normaya görə işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Yekunda kollegiya onu da bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1-ci və 114.1.6-cı maddələrinin mahiyyətindən həmin Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılarsa və ya apellyasiya icraatına xitam verilərsə ödənilmiş dövlət rüsumunun geri qaytarılmalı olması aydın olur. Bu səbəbdən də kollegiya belə nəticəyə gəlir ki, Şərur Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2(110)-207/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi ilə bağlı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 19 mart 2025ci il tarixli, ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödədiyi 79 (yetmiş doqquz) manat məbləğində rüsum onun özünə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrin in mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri- mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışın dan çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə çıxar ılmış Şərur Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2(110)-207/2025 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətindən imtina qəbul edilsin və apellyasiya şikayəti üzrə icraata хitam verilsin. Cavabdeh apellyasiya şikayəti verilməsi ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 19 mart 2025-ci il tarixli, ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödədiyi 79 (yetmiş doqquz) manat məbləğində dövlət rüsumu onun özünə geri qaytarılsın. İşdə iştirak edən şəxslərə izah edilsin ki, Mülki-Prosessual Məcəllənin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şika yəti verilə bilməz. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Vera Kuimova.
Məhkəmə qərarları › İş №2(108)-92/2025
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-92/2025
04.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver