Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-94/2024 07.05.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevnanın sədrliyi və məruzəsi ilə, X4 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Kəngərli Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(111)-49/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəngərli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 12 oktyabr 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək bir uşağın saxlanılması üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində a limentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kəngərli Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(111)-49/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən: Z.Ə.Əhmədov) İddiaçı Cavabdeh 12 oktyabr 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Kəngərli Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(111)-49/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyas iya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razılaşmır ona görə ki, uşaqlardan birinin onun digərini isə Sevincin saxladığını, lakin onun Sevincə 100 manat aliment ödədiyini, ancaq onun aliment ödəməsinin düzgün olmadığını, hazırda heç bir yerdə işləmədiyini, istifadəsində olan nəqliyyat vasitəsinin atasının mülkiyyəti olduğunu, Аzərbаycаn Respublikası Аilə Məcəlləsində valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olduğunun göstərildiyini, belə olan halda nəyə görə iddiaçının da uşaqlarını saxlamaq üçün işləməməsini, iddiaçının işləyib uşaqlarının saxlanmasında iştirak edə biləcəyini və etməli olduğunu, bunun onun da ana kimi borcu olduğunu, qeyd olunan səbəblərdən də Kəngərli Rayon Məhkəməsinin iddia tələbinin rədd edilməsi qətnaməsi ilə razılaşmadığını, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı onların gəlirləri digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi, əmlak vəziyyəti, özünün saxlanılması üçün minimum tələbatının ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməli olduğunu, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilməsini, məhkəmənin özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaş dıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırılmalı olduğunu, məhkəmənin sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib edilməməsinin səbəblərinin aydın göstərilməli olduğunu bildirərək Kəngərli Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli 2(111)-49/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.2-ci maddələrinə, Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh e dilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.1, 88ci maddələrinə istinad olunmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, verdiyi izahatının əvvəlində cavabdehlə nikahları ləğv edildikdən sonra uşaqlardan birinin onun yanında digərinin isə cavabdehin yanında qaldığını, 5 ildir ki hər ay qızına görə 100 manat məbləğində aliment ödədiyini, lakin cavabdehin aliment ödəmədiyini, uşağın birini özü saxladığına görə cavabdehdən aliment tələb etdiyini, hazırda heç bir yerdə işləmədiyini, istifadəsində olan nəqliyyat vasitəsinin atasının mülkiyyəti olduğunu, taksi kimi ondan istifadə etdiyini, yanında qalan uşağın saxlanmasında çətinlik çəkdiyini, 10 aydır ki alimenti ödəyə bilmədiyini, cavabdehin ona yanında qalan uşağını görməyə imkan vermədiyini, cavabdehin ikinci dəfə ailə qurduğunu, maddi vəziyyətinin yaxşı olduğunu, verilən sualları cavablandırarkən isə yanında qalan uşağına yaxşı baxdığını, nəqliyyat vasitəsindən taksi kimi istifadə etdiyindən başqa iş olduğu halda qapılarda fəhləlik də etdiyini, cavabdehin yanında qalan uşağa baxa bilmirsə ona verilməsini istədiyini, uşağının yad kişinin yanında qalmağını istəmədiyini, cavabdeh onun yanında qalan uşağın saxlanılması üçün verilən alimentdən imtina etdiyi halda onun da aliment istəmədiyini göstərərək Kəngərli Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(111)-49/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barə də qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında apellyasiya şikayətini qəbul etmədiyini, bir uşağa görə iddiaçının 100 manat aliment ödədiyini, o pulu da artıq 10 aydır ki ödəmədiyini, özünün ikinci dəfə ailə qurduğunu, ikinci evlilikdən 5 yaşında uşağının olduğunu, maddi vəziyyətlərinin yaxşı olmadığını, həyat yoldaşının, özünün də təhsili olmadığından və uşağının balaca olduğundan heç yerdə işləmədiyini, heç bir gəlirlərinin olmadığını, qızı Rənanın yaxşı oxuduğunu, verilən alimentdən 90 manatını qızının hazırlıqlarına verdiyini, çətinliklə dolansalar da iddiaçının verdiyi alimentin miqdarını qaldırmadığını, onun 100 manat ödəməsi ilə razılaşdığını, iddiaçının isə bundan neçə dəfədir ki, onu məhkəməyə verərək aliment tələb etdiyini, əgər uşağa baxa bilmirsə qaytarıb ona verilməsini bildirərək, Kəngərli Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(111)-49/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi. İş materiallarında əlavə olunmuş Kəngərli Rayon Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli, 2(111)-118/2017 nömrəli qətnaməsinə əsasən İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuş, İddiaçı hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq 22 iyun 2013-cü il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh ödənilməsi qət olunmuşdur. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 506783 nömrəli doğum akt qeydindən çıxarışa əsasən iş üzrə tərəflərin 12 oktyabr 2010-cu il tarixdə X9 adlı uşaqları doğulmuşdur. İş materialların əlavə olunmuş Kəngərli Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 857938 nömrəli doğum akt qeydindən çıxarışa əsasən iş üzrə tərəflərin 22 iyun 2013-cü il tarixdə X10 adlı uşaqları doğulmuşdur. İş materialların əlavə olunmuş AZ-İV seriyalı, 163951 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən Cavabdeh ilə X7 birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X11 adında uşaqları olmuşdur. İş materialların əlavə olunmuş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 X19 Kəngərli Rayon Şöbəsinin 15 fevral 2024-cü il tarixli, 05/74 nömrəli arayışına əsasən İddiaçı barəsində 15 fevral 2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş materialların əlavə olunmuş Naxçıvan MR Əmək v ə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 X19 Kəngərli Rayon Şöbəsinin 02 fevral 2024-cü il tarixli, 05/61 nömrəli arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixdən işsiz kimi qeydiyyatdadır və hazırda adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olu nmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya iş materiallarını araşdırıb tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissə sinə görə analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Həmin maddənin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 6-cı maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcə llənin 75.3-cü maddəsinə əsasən valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə ali mentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Yuxarıda sadalanan qanunvericiliyin normalarından da aydın olduğu kimi, aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Həmçinin, qeyd edilməlidir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Kollegiya İddiaçı verdiyi apellyasiya şikayətində göstərdiyi “uşaqlardan birinin onun digərinin isə Sevincin saxladığını, lakin onun Sevincə 100 manat aliment ödədiyini, belə olduğu halda ancaq onun aliment ödəməsinin düzgün olmadığını, hazırda heç bir yerdə işləmədiyini, istifadəsində olan nəqliyyat vasitəsinin atasının m ülkiyyəti olduğunu, Аzərbаycаn Respublikası Аilə Məcəlləsində valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olduğunun göstərildiyini, belə olan halda nəyə görə iddiaçının da uşaqlarını saxlamaq üçün işləməməsini, iddiaçının işləyib uşaqlarının saxlanmasında iştirak edə biləcəyini və etməli olduğunu, bunun onun da ana kimi borcu olduğunu” dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir. Mülki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, Kəngərli Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan uşaqları - 22 iyun 2013-cü il tarixdə doğulmuş X1 üçün İddiaçı hər ay sabit pul məbləğində 100 manat aliment tutularaq Cavabdeh ödənilməsi qeyd edilmişdir. Məhkəmə bu nəticəyə gələ rkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsaslanmışdır. Belə ki, həmin maddəyə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. İddiaçı iddiasında Cavabdeh bir uşağın saxlanılması üçün ayda 220 manat yetərli olduğunu və cavabdehin də bu məbləği ödəmək imkanının olduğunu, maddi imkanının yaxşı olmasını göstərsədə qeyd etdiklərinə dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı apellyasiya şikayəti ndə hazırda heç bir yerdə işləmədiyini qeyd etsədə kollegiyada verilən sualları cavablandırarkən yanında qalan uşağına yaxşı baxdığını, nəqliyyat vasitəsindən taksi kimi istifadə etdiyini, iş olduğu halda qapılarda fəhləlik də etdiyini göstərdi. İş materiallarına əlavə olunmuş “Elektron məhkəmə sistemi”ndən çıxarışa əsasən iş üzrə İddiaçı istifadəsində etibarnamə əsasında” Mercedes Benz 300” markalı avtomobilin olması qeyd olunur. Kollegiya İddiaçı verdiyi apellyasiya şikayətində göstərdiyi “məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı onların gəlirləri digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi, əmlak vəziyyəti, özünün saxlanılması üçün minimum tələbatının ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir” dəlillərlə bağlı qeyd edir ki, birinci istansiya məhkəməsi tərəfindən qeyd olunanlara qiymət verilmişdir. Kollegiya İddiaçı verdiyi apellyasiya şikayətində göstərdiyi “aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər” dəlillərə münasibətdə aşağıdakıları qeyd edir. Mülki işin materiallarlna əlavə edilmiş Kəngərli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən aydın olur ki, İddiaçı nümayəndə vasitəsi ilə məhkəməyə iddia ərizəsi i lə müraciət edərək cavabdeh X3 12 oktyabr 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək bir uşağın saxlanılması üçün 193 ( bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddiası birinci instansiya məhkəməsi tərəfindən rədd edilmişdir. Kollegiya hesab edir ki, xx.xx.2022-ci il tarixdə qaldırılmış iddia ilə 28 dekabr 2023-cü ildə qaldırılan iddia arasında keçən müddət ərzində tərəflərin heç birinin ailə və maddi vəziyyətində dəyişiklik olmadığından, alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilməsi üçün əsaslar mövcud deyil. Cavabdehin apellyasiya şirayətində “məhkəmənin özü tərəf indən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırılmalı olduğunu, məhkəmənin sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib edilməməsinin səbəblərinin aydın göstərilməli olduğunu” dəlilləri ilə bağlı kollegiya birinci instansiya məhkəməsi tərəfindən işin kifayət qədər araşdırılması və sübutların hər tərəfli araşdırıb onların düzgün qiymətləndirilməsini qeyd edir. Kollegiya belə qənaətə gəlir ki, İddiaçı verdiyi apellyasiya şikayətinin dəlilləri Kəngərli Rayon Məhkəməsinin 16 fevral 2024- cü il tarixli 2(111)-49/2024 nömrəli qətnaməsinin ləğvi üçün əsas deyildir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhə miyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı verilmiş olduğu apellyasiya şikayəti təmin edilməməli, Kəngərli Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(111)-49/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə uyğun olaraq mülki iş lər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayətinin verilməsi istisna olunduğundan həmin qətnamədən də kassasiya şikayəti verilə bilməz. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Kəngərli Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(111)-49/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kəngərli Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(111)-49/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-94/2024
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-94/2024
07.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver