Məhkəmə qərarları › İş №2(108)-98/2022

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-98/2022

17.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-98/2022 17.08.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(079)-241/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 12 mart 2013-cü il tarixdə anadan olmuş X2 və 29 dekabr 2014-cü ildə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh bir uşaq üçün hər ay sabit məbləğdə 193 manat olmaqla, ümumilikdə 386 manat alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Babək Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(079)-241/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 05 may 2022-ci il tarixdən hesablanmaqla, 12 mart 2013-cü il tarixdə anadan olmuş X2 və 29 dekabr 2014-cü ildə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə iki uşağa görə 240 (iki yüz qırx) manat miqdarında alimentin tutularaq uşaqların anası İddiaçı ödənilməsi, iddianın qalmış hissədə rədd olunması, qətnamənin alimentə dair hissədə dərhal icra olunması, Cavabdeh 58.80 (əlli səkkiz manat səksən qəpik) manat mə bləğində dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti ilə müraciət edərək 08 iyul 2022-ci il tarixdə Babək Rayon Məhkəməsinin çıxardığı 13 iyun 2022-ci il tarixli, 2(079)-241/2022 nömrəli qətnamənin dəyişdirilməsi, alimentin aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında tutulub, övladları 12 mart 2013cü il tarixdə anadan olmuş X2 və 29 dekabr 2014-cü ildə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün anaları İddiaçı ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırımışdır ki, qətnamə ilə razılaşmır ona görə ki, hal-hazırda heç bir yerdə işləmir, 2-ci qrup əlil olduğundan sabit pul məbləğində bir u şağa 120 manat olmaqla, iki uşağa görə cəmi 240 manat miqdarında aliment ödəməyə imkanı çatmır və hazırda bu pulu ödəmək iqtidarında deyil. Hesab edir ki, birinci instansiyası məhkəməsi ailə qanunvericiliyinin tələblərinə görə alimentin miqdarının müəyyən edilməsi üçün tərəflərin maddi və ailə vəziyyətinə düzgün hüquqi qiymət vermədən nəticəyə gəlmişdir. Əgər valideynin gəliri, qazancı azdırsa artıq qazanc əldə etmək imkanı yoxdursa, onu pul qazanmağa məcbur etmək neqativ halların baş verməsinə səbəb olur. Belə ki, aliment ödəmək iqtidarında olmayan valideynlər barəsində məhkəmə qətnaməsini icra etməməyə görə qanunvericiliklə inzibati və cinayət məsuliyyətinə cəlb edilmə halları mövcuddur. Babək Rayon Məhkəməsində məhkəmə araşdırılması dövründə məhkəməyə təqdim edilmiş arayışdan və iddia çının izahatından məlum olur ki, o, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Babək Rayon şöbəsində 2-ci dərəcə əlilliyə görə müddətsiz əmək pensiyaçısı kimi qeydiyyatda durur və pensiyasının aylıq məbləği 268.61 manat təşkil edir. Həmçinin həyat yoldaşı çox gözəl anlayır ki, onun iş qabiliyyəti məhduddur və o, heç yerdə işləyə bilmir. Hal-hazırda nəinki alimenti ödəməyə, heç özünü dolandırmağa imkanı çatmır. O, mütəmadi olaraq dərmanlar qəbul edir, həmin dərmanlar bahalıdır və onları əldə etməkdə çox çətinliklər çəkir. Onun həmin dərmanları almağa maddi imkanım çatmır və həmin dərmanlardan istifadə etmədən yaşaya bilmir. Həmçinin qeyd edir ki, iddiaçı ilə ayrıayrılıqda yaşamağı o istəməyib. Hər şeyi gözə alaraq uşaqların xatirinə dəfələrlə barışmağa çal ışıb. İddiaçı məhkəmədə verdiyi izahatdan da aydın görsənir ki, onunla ailə kimi bir yerdə olduğu vaxtlar özünün və ailə üzvlərinin köməyi ilə onun və uşaqlarının maddi çətinlikləri olmamışdır. Cavabdeh uşaqlarını saxlamaqdan boyun qaçırtmadığını, lakin iş qabiliyyətinin məhdud olduğunu, anadan gəlmə əqli zəiflikdən əziyyət çəkdiyini və nəticə etibarı ilə 2-ci qrup əlil olduğunu, Babək Rayon Məhkəməsində Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Babək Rayon şöbəsində 2-ci dərəcə əlilliyə görə müddətsiz əmək pensiyaçısı kimi qeydiyyatda durub aylıq 268.61 manat məbləğində pensiya aldığı halda və başqa gəlirlərinin olub-olmamasını araşdırmadan ondan sabit pul məbləğində 2 uşaq üçün cəmi 240 manat aliment tutulması barədə qətnamə çıxardığını, belə olan hald a aylıq pensiyası olan 268.61 manatdan 240 manat aliment tutulduqdan sonra ona ancaq 28.61 manat pul qaldığını bildirmişdir. Apellyator qeyd etmişdir ki, Ailə qanunvericiliyinə əsasən 2 uşağa görə aylıq qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi aliment miqdarı olaraq təyin edilməlidir. Alimentin gəlirin müəyyən hissəsi miqdarında deyil, sabit pul məbləğində tutulması üçün valideynin aylıq qazancı qeyri-müntəzəm və dəyişən olmalıdır. Lakin onun gəliri aylıq əmək haqqı olaraq sabitdir. Alimentin cəmi 240 manat miqdarda təyin edilməsi onun maddi vəziyyətini olduqca ağırlaşdırır. Belə olan halda onun nəinki minimum yaşayış səviyyəsində yaşamağa, heç dərmanlarını almağa belə pulu çatmır. Bir daha bildirir ki, o uşaqlarına təyin olunacaq alimentdən yayınmır, lakin həqiqətən də verə bilmək imk anından xaric alimentin Babək Rayon Məhkəməsi tərəfindən kəsilməsini ədalətsiz qərar hesab edir. Bundan əlavə qeyd edir ki, iddiaçı izahatında qeyd etdiyi kimi heç bir yerdə işləmir. Hansı ki, hazırda onun haradasa işləməsinə mane olacaq hal yoxdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsində də göstərilib ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Belə olan halda nəyə görə iddiaçı da uşaqlarımızı saxlamaq üçün işləməməlidir? Qadınlar üçün iş yeri kişilərlə müqayisədə daha çoxdur və rahat tapılır. Bu səbəbdən də Babək Rayon Məhkəməsinin çıxardığı 13 iyun 2022-ci il tarixli, 2(079)241/2022 nömrəli qətnaməsinin dəyişdirilməsini, alimentin aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında tutulub övladları 12 mart 2013-cü il tarixində anada n olmuş X2 və 29 dekabr 2014-cü ildə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün anaları İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. İddiaçı tərəfindən kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İddiaçı kollegiyadakı izahatında apellyasiya şikayətini qəbul etməyərək Babək Rayon Məhkəməsinin çıxardığı 13 iyun 2022-ci il tarixli, 2(079)-241/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmiş, iştir ak etməməsinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya d olayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya iş üzrə məruzəçinin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir: Belə ki, iş üzrə Cavabdeh apellyasiya şikayətinin əsas dəlili kimi 2-ci qrup əlil olduğunu, sabit pul məbləğində bir uşağa 120 manat olmaqla, iki uşağa görə cəmi 240 manat miqdarında aliment ödəməyə imkan ı çatmadığını, hazırda pulu ödəmək iqtidarında olmadığını, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Babək Rayon şöbəsində 2-ci dərəcə əlilliyə görə müddətsiz əmək pensiyaçısı kimi qeydiyyatda durduğunu, pensiyasının aylıq məbləğinin 268.61 manat təşkil etdiyini, iş qabiliyyətinin məhdud olduğunu, heç yerdə işləyə bilmədiyini, hal-hazırda nəinki alimenti ödəməyə, heç özünü dolandırmağa imkanı çatmadığını, mütəmadi olaraq dərmanlar qəbul etdiyini, həmin dərmanların bahalı olduğunu, onları əldə etməkdə çox çətinliklər çəkdiyini, həmin dərmanları almağa maddi imkanının çatmadığını, iddiaçının hazırda heç bir yerdə işləmədiyini, halbuki iddiaçının işləməməsi üçün heç bir əsasın olmadığını və qadın olduğu üçün onun daha asan iş tapma imkanının olduğunu göstər mişdir. Kollegiya cavabdehin yuxarıda göstərdiyi bütün bu dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək sabit qaydada müəyyən olunmuş aliment məbləğinin ödəniş qaydasının dəyişdirilməklə aylıq qazancdan hissə kimi tutulması üçün əsas hesab etmir və qeyd edir ki, alimentin məbləği müəyyən edilərkən ilk növbədə tərəfin marağı deyil, qanuna uyğun olaraq uşaqların mənafeləri üstün götürülməlidir. Cavabdehin apellyasiya şikayətində dəlil kimi istinad etdiyi həmin hallar onun bir valideyn kimi uşağını sağlam şəraitdə böyütmə, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etmə, müstəqil həyata hazırlama, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlamalı olması, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi kimi vəzifələrindən azad edilməsi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli Plenum Qərarının 8.2 və 8.7-ci bəndlərində məhkəmələrə tövsiyyə olunmuşdur ki, “Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas v erir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısın a qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 17-ci maddəsində qeyd olunur ki, uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində isə qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Həmin Qanununun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən, analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasın da yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəliri n) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitiusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu isə hər il müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Beləliklə, kollegiya cavabdehin yuxarıda göstərdiyi dəlilləri işin halları ilə əlaqəli şəkildə təhlil edib, bu dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək alimentin cavabdehin aylıq qazancından hissə kimi tutulması üçün əsas hesab etmir və qeyd edir ki, yuxarıda da qeyd olunduğu kimi alimentin ödəniş forması və məbləği müəyyən edilərkən ilk növbədə tərəflərin marağı deyil, qanuna uyğun olaraq uşaqların mənafeləri üstün götürülməlidir. Qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu v əzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimentin məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə alimentin ödəniş qaydasını və miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini, həmçinin digər diqqətəlayiq olan halları nəzərə almalıdır. Lakin bu qayda və məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Kollegiya qeyd edir ki, cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Babək Rayon şöbəsində 2-ci dərəcə əlilliyə görə müddətsiz əmək pensiyaçısı kimi qeydiyyatda durduğunu, pensiyasının aylıq məbləğinin 268.61 manat təşkil etdiyini, iş qabiliyyətinin məhdud olduğunu, heç yerdə işləyə bilmədiyini bildirsə də, qeyd edilən hallar onu, uşaqların normal saxlanılması vəzifəsindən azad etmir. Bundan əlavə bu da qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən hər iki tərəfin mənafeyini nəzərə almış və məhs mübahisənin diqqətəlayiq hallarını nəzərə almaqla iddia tələbini tam deyil, qismən təmin etmişdir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin ödəniş qaydası və məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etm iş, lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsində qeyd olunur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qanunvericiliyin sadalanan bu normasının mənasına görə sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması müəyyənləşdirilir. Bu zaman müəyyənləşdiriləcək məbləğ uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasına kifayət etməklə yanaşı respublika ərazisində uşaqlar üçün müəyyən olunan yaşayış minimumuna uyğun olmalıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi Babək Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(079)-241/2022 nömrəli qətnaməsi ilə ümumilikdə iki uşaq üçün müəyyən edilmiş 240 (iki yüz qırx) man at məbləğində aliment yuxarıda qeyd olunan qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğinə uyğundur və birinci instansiya məhkəməsi “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini əsas götürərək və mübahisənin diqqətəlayiq hallarını nəzərə almaqla ədalətli nəticəyə gəlmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, iş materiallarında olan və cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi arayışdan belə məlum olmuşdur ki, Nadirov X4 Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Babək Rayon şöbəsində 2-ci dərəcə əlilliyə görə müddətsiz əmək pensiyaçısı kimi qeydiyyatda durur, əmək pensiyasının aylıq məbləği 268.61 manat (iki yüz altmış səkkiz manat altmış bir qəpik) təşkil edir. Məhs bunu əsas dəlil kimi qeyd edən apellyator şikayətin də qətnamənin dəyişdirilməklə aliment məbləğinin sabit formada deyil, onun aylıq qazancından hissə kimi tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin siyahısında həmçinin faktiki alınan pensiyası da nəzərdə tutulmuşdur. Kollegiya sözügedən halın sabit pul məbləğində müəyyən olunmuş alimentin tutulma qaydasının dəyişdirilərək, aylıq qazancdan hissə kimi təyin edilə bilməyəcəyini həmçinin bununla da əsaslandırır ki, cavabdehin qazancı və ya sair gəliri barədə təqdim edilmiş arayışdan belə məlum olur ki, onun aylıq gəliri aldığı 268.61 manat (iki yüz altmış səkkiz manat altmış bir qəpik) pensiya məbləğindən ibarətdir. Belə olan halda Ailə qanunvericiliyinin tələbinə uyğun olaraq iki uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment təyin edilə biləcəyi nəzərə alındıqda bu tərəflərdən birinin, yəni uşaqların yanında olduğu ananın marağının, eyni zamanda uşaqların üstün mənafelərinin əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnəcəkdir. Beləliklə kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri işin halları ilə əlaqəli şəkildə təhlil edib, bu dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək sabit qaydada müəyyən olunmuş aliment məbləğinin aylıq qazancdan hissə kimi tutulması üçün əsas hesab etmir və bir daha qeyd edir ki, alimentin məbləği müəyyən edilərkən ilk növbədə tərəflərin marağı dey il, qanuna uyğun olaraq uşaqların mənafeləri üstün götürülməli, uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili də nəzərə alınmalıdır. Cavabdehin apellyasiya şikayətində dəlil kimi istinad etdiyi hallar Babək Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(079)-241/2022 nömrəli iddianın qismən təmin olunması barədə qətnaməsinin dəyişdirilməsi, həmçinin onun bir valideyn kimi uşaqlarını sağlam şəraitdə böyütmə, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etmə, müstəqil həyata hazırlama, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlamalı olması, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi kimi vəzifələrindən azad edilməsi üçün əsas deyildir. Babək Rayon Məhkəməsini n 13 iyun 2022-ci il tarixli, 2(079)-241/2022 nömrəli qətnaməsindən də göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən adıçəkilən qətnamə qəbul olunarkən məhz qanunvericiliyin yuxarıda göstərilən tələbləri və sadalanan meyarlar nəzərə alınmaqla Cavabdeh hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə iki uşaq üçün 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq 12 mart 2013-cü il tarixdə anadan olmuş X2 və 29 dekabr 2014-cü ildə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün anaları İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi tutulacaq aliment məbləğini sabit formada və qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməs inin 13 iyun 2022-ci il tarixli, 2(079)-241/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Babək Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(079)-241/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianin qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 402.1-ci maddəsinə u yğun olaraq “ Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan,..... az olan iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər..” Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qətetdi: İddiaçı, Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(079)-241/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Babək Rayon Məhkə məsinin 13 iyun 2022-ci il tarixli, 2(079)-241/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar