Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-99/2024 02.05.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X3 və X2 ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2(079)-111/2024 nömrəli qətnaməsindən İddiaçı vəkil və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayıb müəyyənetdi: İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh h ər uşaq üçün hər ay sabit məbləğdə 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 705 (yeddi yüz beş) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Babək Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2(079)-111/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2024-cü il tarixdən hesablanmaqla, xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iş üzrə Cavabdeh bir uşağın saxlanılması üçün 115 (bir yüz on beş) manat olmaqla, üç uşağın saxlanılması üçün 345 (üç yüz qırx beş) manat sabit pul məbləğində alimentin tutulub uşaqların anası İddiaçı ödənilməsi, iddianın qalmış hissədə rədd edilməsi, qətnamənin alimentə dair hissədə dər hal icra olunması, Cavabdeh 61.4 manat (altmış bir manat qırx qəpik) məbləğində dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı vəkili və nümayəndəsi Vəkil vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verərək Babək Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2(079)111/2024 nömrəli qətnaməsinin dəyişdirilməsi və xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay bir uşağa 235 (iki yüz otuz beş) manat olmaqla, üç uşağa ümumilikdə 705 (yeddi yüz beş) manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş e tmiş, mülki iş apellyasiya şikayətinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üzrə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasına gəlməmiş, iştirak etməməsinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üz rə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı verdiyi izahatında şikayətin mümkün hesab edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 366.1-366.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxı lmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Kollegiya qeyd edir ki, prosessual əsaslar dedikdə apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357 (apellyasiya şikayəti vermək hüququ), 358-ci (apellyasiya qaydasında işə baxan məhkəmələr), 360 (apellyasiya şikayətinin verilmə müddəti), 361-ci (apellyasiya şikayətinin məzmunu) və 362-ci (apellyasiya şikayətinin verilməsi) maddələrində müəyyən olunmuş tələblərə riayət olunmaqla verilməsi başa düşülür. Bu baxımdan apellyasiyanın mümkünlüyü apellyasiya şikayətinin həmin normaların tələblərinə uyğun verilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Mə cəlləsinin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya daxil olmuş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Babək Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2(079)-111/2024 nömrəli qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi qismində Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti iş materiallarına və “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumatlara əsasən iddiaçı tərəfindən imzalanmamış, şikayət iddiaçının vəkili və nümayəndəsi qismində Vəkil tərəfindən imzalanmış, apellyasiya şikayətinə 19 mart 2024-cü il tarixli, ***** ** nömrəli vəkil orderi əlavə edilmiş, lakin vəkil orderi düzgün tərtib edilməyərək “tapşırığın yerinə yetirildiyi təşkilat” qrafasında “Babək Rayon Məhkəməsi” qeyd edilmişdir. Həmçinin 02 may 2024-cü il tarixdə keçirilən məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Vəkil verilmiş 842211 nömrəli, 30 oktyabr 2023-cü il tarixli etibarnamənin etibarlılıq müddəti də 30 aprel 2024-cü il tarixdə bitmişdir. Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən vəkil orderi – müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göst ərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir. Buradan da aydın olur ki, hər bir orderdə vəkilin iştirakı üçün bir məhkəmənin adı yazılır və bu order həmin məhkəmədə iş üzrə vəkilin iştirakını səlahiyyətli edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin iş materiallarından da göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti apellyasiya instansiyası məhkəməsinə göndərilərkən mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normaları diqqətə alınmamış və apellyasiya şikayəti mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının vəkili və nümayəndəsi kimi onun tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinin tələbinə əməl edilmədən verildiyindən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün qeyri-mümkün sayılmalı və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraalır: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2(079)-111/2024 nömrəli qətnaməsindən İddiaçı vəkil və nümayəndəsi qismində Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət iddiaçıya geri qaytarılması üçün mülki işlə birlikdə Babək Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-99/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-99/2024
02.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver