Məhkəmə qərarları › İş №2(110)-1078/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-1078/2023

20.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-1078/2023 20.12.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində müəyyən edilməsi tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş övladları xx.xx.2010cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat miqdarında sabit pul alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh ilə aramızda xx.xx.2010-cu il tarixdə Şərur rayon Danyeri kənd İƏD üzrə Nümayəndəlikdə bağlanmış 02 № ilə nikah qeydi Şərur rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-334/2022 saylı Qətnaməsi ilə pozulmuş, bu nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5 yaşayış yerinin mənim yanımda, - xx.xx.2012-ci il təvəllüdlü X3 yaşayış yerinin isə Cavabdeh yanımda saxlanılması müəyyən edilmişdir. Bildirirəm ki, biz cavabdehlə xx.xx.2022-ci il tarixdən ayrı yaşayırıq və ayrı yaşadığımız müddətdə Cavabdeh bir dəfə də olsun uşaqla maraqlanmayıb, gündəlik zəruri tələbatının ödənilməsinə köməklik göstərməyib. Bildirirəm ki, birgə nikahdan doğulmuş övladımız Akşin böyüyüb, onun artıq 13 yaşı var və gündəlik zəruri tələbatı da artıb, onun bütün qayğısını mən özüm çəkirəm və digər övladımız Həlimə Hüseynovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazançımın və digər gəlirlərimin ¼ (dörddə bir) hissəsi miqdarında aliment ödəyirəm. Uşağın qayğısına qalmaq və gündəlik zəruri tələbatını ödəmək mənim üçün çox çətindir, Cavabdeh isə uşaqla ümumiyyətlə maraqlanmır. Mən hesab edirəm ki, Cavabdeh birgə nikahdan doğulmuş övladımız Aqşin Hüseynovun yetkinlik yaşına çatanadək saxlanılması və gündəlik zəruri təlabatının qarşılanması üçün hər ay mənə sabit pul məbləğində aliment ödəməlidir. Mən aramızda olan ailə münasibətlərindən irəli gələn aliment tələbinə dair mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə Mediasiya Təşkilatına müraciət etdim. İlkin mediasiya sessiyasının yeri və vaxtı Cavabdeh bildirilsə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədi. Ona görə də xx.xx.2023-cü il tarixdə Mediasiya prosesinə xitam verilməsi barədə protokol tərtib edilərək lkin mediasiya sessiyasında iştirak edilməməsi barədə H-1465/2023 saylı arayış verildi. Ona görə də Cavabdeh qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında daxili işlər orqanlarında xidmət etdiyini, 860 manat əmək haqqı aldığını, onun 215 manatını cavabdehə ödədiyini, əlavə kredit ödədiyini, ona görə də yerdə qalan pulla uşağının təminatıını ödəməkdə çətinlik çəkdiyini, ona görə də məhkəməyə müraciət etməəyə məcbur olduğunu qeyd edərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir, çünki heç bir yerdə işləmir, yalnız valideynlərinin pensiyası ilə özünün təminatını, iddiaçı tərəfindən ödənilən alimentlə isə himayəsində olan qızı xx.xx.2012-ci il təvəllüdlü X3 təminatını ancaq ödəyir, eyni zamanda uşağının təlim-tərbiyəsi, onun bütün qayğılarının çəkilməsi və dərslərinin hazırlaması ilə məşğul olur. İddiaçının tələb etdiyi alimenti ödəmək üçün ondan aldığım alimenti ona qaytarmalıyam, onda himayəmdə yaşayan azyaşlı qızımın təminatını necə ödəyəcəm, iddiaçı bu haqda heç düşünmür, onu maddi cəhətdən ağır vəziyyətə salmaqla ona deyil, yalnız qızına pislik etmiş olacaqdır ki, bu isə heç bir formada qəbul edilən deyil, ona görədə məhkəmədən iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatına və iş materialında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. - Belə ki, iş materiallarında olan: - Şərur rayon Nikah Evi tərəfindən verilmiş 06 yanvar 2023-cü il tarixli AZ-İ № 402208 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X4 arasında bağlanmış nikaha 02 dekabr 2022-ci il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 06 yanvar 2023-cü il tarixdə 01 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Allahverdiyeva” soyadı verilmişdir; - Şərur rayon Məhkəməsinin 2(110)-334/2022 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilməklə İddiaçı ilə cavabdeh X4 arasında Şərur rayon Danyeri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə xx.xx.2010-cu il tarixdə 02 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, iş üzrə tərəflərin birgə nikahlarından doğulmuş övladları - xx.xx.2010-cu il təvəllüdlü X8 İddiaçı, xx.xx.2012-ci il təvəllüdlü X6 isə anası - cavabdeh X1 yanında saxlanılmışdır. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş 25 oktyabr 2023-cü il tarixli çıxarışdan görünür ki, iş üzrə tərəflər xx.xx.2012-ci iİ təvəllüdlü X3 valideynləridir; - Şərur rayon Çərçiboğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 27 oktyabr 2010-cu il tarixli AZ-İİ № 505572 nörməli doğum haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş görünür ki, iş üzrə tərəflər xx.xx.2010-cu il təvəllüdlü X5 valideynləridir; - Şərur Rayon Məhkəməsinin 2(110)-752/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, 20 iyul 2023-cü il tarixdən hesablanmaqla xx.xx.2012-ci iİ təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı X2 ödənilməsi müəyyən olunmuşdur. Məhkəmə təqdqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, iş üzrə tərəflər faktiki olaraq 2010-cu ildə rəsmi olaraq nikah qeydiyyatından keçərək evlənmişlər. Onların birgə evliliyindən iki övladı doğulmuş, keçən müddət ərzində isə müxtəlif səbəblərdən tərəflər arasındakı münasibət pozulmuş və onlar arasındakı nikah Şərur Rayon Məhkəməsinin 2(110)-334/2022 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Tərəflər arasında nikah pozulduqdan sonra isə onların birgə evliliyindən doğulmuş övlalarından xx.xx.2010-cu il təvəllüdlü X8 İddiaçı, xx.xx.2012-ci il təvəllüdlü X6 isə anası cavabdeh X1 yanında qalması müəyyən edilmişdir. Həmçinin Şərur Rayon Məhkəməsinin 2(110)- 752/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə 20 iyul 2023-cü il tarixdən hesablanmaqla xx.xx.2012-ci iİ təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı X2 ödənilməsi müəyyən olunmuşdur. İddiaçının dediyinə görə onun yanında saxlanılmış övladının saxlanmasında maddi cəhətdən çətinlik çəkir, cavabdehin isə övladının tələbatını ödəməkdə iddiaçıya heç bir köməklik göstərmədiyindən, o, hazırkı tələblə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; - 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; - 78.3-cü maddəsində isə təsbit edilmişdir ki, tərəflərdən hər biri ilə uşaq qalıbsa bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının da məzmunundan göründüyü kimi aliment məsələsi həll edilərkən məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, həmçinin aliment ödənilən tərəfin az təminatlı valideyn olması halı nəzərə alınmalıdır. İş materiallarından isə görünür ki, aliment ödənilməsi tələb olunan tərəf, yəni Cavabdeh heç bir yerdə işləmir, yalnız valideynlərinin pensiyası ilə özünün təminatını, iddiaçı tərəfindən ödənilən alimentlə isə himayəsində olan qızı xx.xx.2012-ci il təvəllüdlü X3 təminatını ancaq ödəyir, eyni zamanda uşağının təlim-tərbiyəsi, onların bütün qayğılarının çəkilməsi və dərslərilə məşğul olur. Himayəsində azyaşlı uşağı olan cavabdehin heç bir yerdə işləməməsi, eyni zamanda da sabit iş yeri olan və müəyyən məbləğdə əmək haqqı alan iddiaçıya aliment ödəməsi onun maddi durumunu daha da pisləşdirəcəkdir. Həmçinin hazırki mülki iş üzrə məhkəmə işin dəlillərinə hüquqi qiymət verərək onu qeyd edir ki, məhkəmələr yalnız təqdim edilmiş sübutlar əsasında araşdırma aparır. Bu sübutları təqdim etmək mülki iş üzrə tərəflərin vəzifəsidir. İddiaçı hazırda cavabdehin işləməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə iddiaçı özü daxili işlər orqanlarında xidmət edir və 860 manat məbləğində əmək haqqı alır. Beləliklə məhkəmə qeyd edir ki, cavabdeh aztəminatlı olmaqla yanaşı, həmçinin heç bir iş yeri və qazancı olmadığı halda iddiaçının xeyrinə aliment ödəyəcəyi təqdirdə o, müəyyən çətinliklərlə qarşılaşacaq, eyni zamanda mənəvi-psixoloji sarsıntılar keçirəcəklərdir. Həmçinin o, himayəsində olan azyaşlı uşağı saxlamağa görə iddiaçıdan, yəni atadan alınan alimenti yenidən öz aliment borcunu ödəmək üçün iddiaçıya qaytaracaqdır ki, bu da onun himayəsindəki azyaşlı uşağın təminatını hansı vəsait hesabına ödənməsini sual altında qoyacaqdır. Ona görə də məhkəmə qeyd edir ki, iddiaçının xeyrinə cavabdehdən alimentin tutulması ədalətli və ağılabatan hesab edilə bilməz və İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində müəyyən edilməsi” tələbi barədə iddiası rədd edilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 234.2.1, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində müəyyən edilməsi” tələbi barədə iddiası rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar