Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-1135/2025 05.12.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, Nağıyev Habil Adil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan dogulmuş azyaşlı övladı xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşlarna çatanadək saxlanrlması üçün hər ay aylıq qazancının (və ya) başqa gəlirlərinin ¼ hissəsi (25 %) miqdarında alimentin cavabdeh X6 oglunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh oglu iİa xx.xx.2012-ci il tarixda Şərur rayon Qeydiyyat Şöbəsində nikah haqqında akt qeydlari kitabrnda 03 № iİə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduqlarını, bu nikhadan bir övladları - xx.xx.2022-ci iİ təvəllüdlü X3 döğulduğunu, ailə qurduqdan sonra Cavabdeh hərbi qulluqçu oldugundan Şarur şəhərində kirayədə yaşadıqlarınıı, birgə yaşadıqları müddətdə ilk vaxtlar ailə münasibətləri yaxşı olsa da bir müddət sonra Cavabdeh ailəyə soyuq münasibətinin başladığılnı, evə gec gəlməsi va ailəyə maddi cəhətdən köməklik göstərməməsi səbəbindən onun başqa qadınlarla münasibətdə olmasından şübhələnməyə başladığını, son zamanda cavabehin artıq ev kirasını, kommunal xərcləri da ödəmədiyini və borcların yığışıb qaldığını, bu səbəbdən də Cavabdehla mübahisə etdiklərini və cavabdehin kirayə haqqlarını və kommunal xərcləri ödəyə bilmədiyini, evdən çıxacaqlarını bildirdiyni, 2025-ci ilin iyun ayında onu Şərur rayon Danyeri kəndində yaşayan valideynlərinin yanına apardığını, evin kirayə borcunu və komunal xərcləri atasının ödədiyini, həmin tarixdən də Cavabdehla ayrı yaşadıqlarını, ayrı yaşadıqları müddətdə Cavabdeh nə onunla, nə də u$uşağı ilə maraqlanmadığını, gündəlik zəruri tələbatların qarşılanmasında maddi cəhətdən köməklik göstərmədiyini, gündəlik tələbatlarının qarşılanmasında valideynlərinin köməklik etdiyini, artıq onlara yük olmaq istəmədiyini, övladının bütün qayğsını özünün çəkdiyini, övladının qayğısına qalaraq onun gündəlik tələbatlarını qarşılamaq bir qadın olaraq ona çətin olduğunu, Cavabdeh hərbi qulluqçu olduğunu və aylıq maaşının yüksək olduğunu, buna görə də Cavabdeh birgə nikahdan dogulmuş övladının saxlanılması üçün ona bir uşağa görə aylıq qazancının və digər gəlirlərinin ¼ %, hissəsi miqdarında aliment ödəməsini istədiyini, aralarında olan ailə münasibətlərindən irəli gələn aliment tələbinə dair mtibahisənin məhkəmədən kənar həll edilməsi məqsədi iİə Mediasiya Təşkilatına müraciət etdiyini, Cavabdeh ilkin mediasiyaa sessiyasında iştirak etmədiyindən Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verildiini, ona göra müvafiq iddia tələbi iİə məhkəməyə müraciət etmək zərurəti yarandığını bildirmişdir. 25 noyabr 2025-ci il tarixdə iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbinin dəyişdirilərək birgə nikahdan doğulmuş azyaşlı övladı xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazançına və digər gəlirlərinə münasibətdən sabit pul məbləğində tutulmasına dəyişdirilməsi və hər ay 246 (iki yüz qırx altı) manat miqdarında sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi tələbi daxilində baxılıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şərur Rayon Məhkəməsi Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə uyğun olaraq iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinin dəyişdirilməsinə dair ərizə icraata qəbul edilmiş, işə dəyişdirilmiş iddia tələbləri hüdudunda baxılması qərara alınmışdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd olunan xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.. Məhkəmə iddiaçının izahatına və iş materialında olan digər sübutlara tam hərtərəfli, məcmu halda və əlaqəli şəkildə obyektiv hüquqi, qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X2 arasında rəsmi nikah xx.xx.2012-ci il tarixli 03 nömrəli akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Məmmədova” soyadı verilmişdir; - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-cu il tarixli AZ-İV № 630346 nörməli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2022-ci il təvəllüdlü X1 valideynləridir. Məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, iş üzrə tərəflər faktiki olaraq 2012-ci ildə ailə qurmuş və həmin ildə nikahlarını rəsmiləşdirmişdirlər. Onların birgə evliliyindən bir övladı doğulmuş, keçən müddət ərzində isə müxtəlif səbəblərdən tərəflər arasındakı münasibət pozulmuş və onlar faktiki olaraq altı aya yaxın bir müddətdir birgə təsərrüffat aparmırlar və ayrı-ayrı ünvanlarda yaşayırlar. Ayrıldıqdan sonra isə onların birgə evliliyindən doğulmuş övladı da iddiaçının himayəsində qalmışdır. İddiaçının ərizəsində göstərdiyinə və məhkəmə iclasında verdiyi izahata görə iddiaçı övladının saxlanmasında maddi cəhətdən çətinlik çəkir, ona valideynləri yardım edir, cavabdeh isə övladının tələbatını ödəməkdə iddiaçıya heç bir köməklik göstərmədiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iddiaçı üçün yuxarıda qeyd edilən diqqətəlayiq halları, qanunvericilik aktlarının tələblərini, uşağın üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşağa qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsini, hər iki valideynin uşaq üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşağı saxlamağa borclu olmasını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu 06 oktyabr 2025-ci il tarixdən hesablanmaqla atası - Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqı məbləğinin 0.5 misli həddində aliment tutularaq 20xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün anası - İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 172.1.1-ci maddəsinə əsasən işə bərpa, aliment tutulması barədə işlərə 2 ay müddətdən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən, valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur; - 76.1.1-ci maddəsinin tələbinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üşün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi aliment tutulur; - 78.1-ci maddəsinin tələbinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 100.2-ci maddəsində deyilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərini daha yaxşı təmin edilməsinə yönəldilir,istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya digər idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür; - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Qanunvericiliyin qeyd edilən imperativ normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi qaydad cəlb olunmasından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülkihüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarının 1,1.2 və 1.2.1-ci bəndlərində qet edilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8-ci bənd üzrə 8.4-cü bəndə “8.4-1-ci hissədə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən normanın tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir)” məzmununda 8.4-1-ci yarımbəndin əlavə edilməsi qərara alınmışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə müvafiq olaraq da 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur; - 217.2-ci mаddəsinin tələbinə görə, Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi:
1. İddia qismən təmin edilsin.
2. 06 oktyabr 2025-ci il tarixdən hesablanmaqla tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqı məbləğinin 0.5 misli həddində aliment tutularaq İddiaçı ödənilsin.
3. Qətnamə dərhal icra edilsin.
4. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin.
5. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İlkin Zeynalov