Məhkəmə qərarları › İş №2(110)-125/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-125/2023

24.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-125/2023 24.02.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin yarısını uşağın adına açılmış bank hesabına ödənilməsi tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 üçün təyin edilmiş alimentin yarısının onun adına açılmış bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi üzrə məhkəmədə mülki iş başlanılmışdır. İddiaçı 24 fevral 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ərizəsində Şərur Rayon Məhkəməsində Cavabdeh “alimentin yarısını uşağın adına açılmış bank hesabına ödənilməsi tələbinə dair” iddia qaldırdığını, halhazırda cavabdehlə öz aralarında razılığa gəldiyini, buna görə də iddiasından imtina etdiyini qeyd edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən keçirilən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının iddiadan imtina etməsi barədə ərizəsini iş materialları ilə əlaqəli araşdırıb hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının iddiadan imtina etməsi Azərbaycan Respublikası MPM-nin 52 və 191-ci maddələrinə uyğundur. Həmçinin, iddiadan imtina başqa şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmur, buna görə də hazırki iddiadan imtina məhkəmə tərəfindən qəbul olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin; - 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir; - 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; - 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; - 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilməlidir; - 262.2-ci maddəsinə əsasən, məhkəmənin qərardadında işdə iştrak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarilması haqqında məsələlərdə həll oluna bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.4 maddəsində iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumunun qaytarılması nəzərdə tutulduğundan, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar "xxxx" ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2022-ci il tarixdə 18278 saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262-264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “alimentin yarısını uşağın adına açılmış bank hesabına ödənilməsi tələbinə dair” mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar "xxxx" ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2022-ci il tarixdə 18278 saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar