Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-131/2023 10.02.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş azyaşlı övladları – xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində Cavabdeh ilə xx.xx.2006-cı il tarixdə Şərur rayon VVADQ Şöbəsində 215 № ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduqlarını, onların birgə nikahdan iki övladları – xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 doğulduğunu, ailə qurduqdan sonra Şərur rayon Zeyvə kəndində Cavabdeh valideynləri ilə birlikdə yaşadıqlarını, birgə yaşadıqları müddətdə ailə münasibətlərinin yaxşı olduğunu, ailə təsərrüfatını birgə idarə etdiklərini, bir müddət birgə yaşadıqdan sonra xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən ailə məişət zəminində mübahisələr etməyə başladıqlarını, bu da onların ailə münasibətlərində soyuqluğun yaranmasına səbəb olduğunu, axırıncı dəfə 2022-ci ilin aprel ayının 13-də cavabdehlə mübahisə etdiklərini, onun cavabdehin bu kimi hərəkətlərinə artıq dözə bilməyib atası X5 ilə əlaqə saxlayaraq olanları ona bildirdiyini və gəlib onu aparmasını xahiş etdiyini, atası Vurğun Cəfərovun gəlib onların iki azyaşlı övladı ilə birlikdə Şərur rayon Dərəkəndinə apardığını, həmin tarixdən onların cavabdehlə ayrı yaşadıqlarını və ailə təsərrüfatını birgə idarə etmədiklərini, bu müddət ərzində cavabdehin bir dəfə də olsun nə onunla, nə də uşaqlarla maraqlanmadığını, gündəlik zəruri tələbatının qarşılanması üçün hər hansı bir maddi dəstəkdə olmadığını, onun özünün heç bir yerdə işləmədiyini, onun gündəlik zəruri tələbatlarını valideynlərinin qarşıladığını, onun onlara artıq yük olmaq istəmədiyini, Cavabdeh isə Sədərək Gömrük İdarəsində işlədiyini və maddi imkanı yaxşı olduğunu, ona görə də cavabdehin azyaşlı övladlarının yetkinlik yaşlarına çatanadək saxlanılması üçün ona aliment ödəməli olduğunu hesab etdiyini, cavabdehlə aralarında olan ailə münasibətlərindən irəli gələn aliment tələbinə dair mübahisəni məhkəmədən kənar həll edilməsi məqsədilə Mediasiya Təşkilatına müraciət etdiyini, İlkin mediasiya sessiyasının vaxtı və yeri Cavabdeha bildirilsə də onun ilkin mediasiya sessiyasında iştirak etmədiyini, bu səbəbdən də Mediasiya Təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixdə mediasiya prosesinə xitam verilməsi barədə protokol tərtib edilərək ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə R- 1256/2022 saylı arayış verildiyini (arayışı ərizəmə əlavə edirəm), ona görə də Cavabdeh qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında həqiqətəndə İddiaçı ilə 2006-cı il tarixdə Şərur rayon VVADQ Şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduqlarını, birgə nikahlarındandan iki övladları – xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 doğulduğunu, münasibətlərinin hər zaman yaxşı olduğunu, iddiaşının yalan danışdığını, sonradan 2022-ci ilin aprel ayında iddiaçının səhvliyindən münasibətlərinin pozulduğunu, uşaqlarıda götürərək Düdəngə kəndinə valideynlərinin yanına getdiyini, iddiaçı ilə aralarında bağlanmış nikahın pozulması ilə məhkəməyə müraciət də etdiyini, iddiaçı ilə ayrı yaşadıqları müddətdə iddiaçıya nəğd formada pul verməsədə, uşaqlarının bütün geyimlərini, əlavə nə istəyiblərsə aldığını, haliyədə Şahtaxtı gömrük postunda inspektor vəzifəsində işlədiyini, bundan sonrada uşaqlarının bütün təminatını ödəyəcəyini bildirərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatına və iş materialında olan digər sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon VVADQ tərəfindən verilmiş 24 avqust 2006-cı il tarixli AZ-İ № 178479 nörməli nikah haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş görünür ki, Cavabdeh ilə X2 arasında 24 avqust 2006-cı il tarixdə rəsmi nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 215 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Rzayeva” soyadı verilmişdir; - Şərur rayon Zeyvə kənd İnzibatı ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 16 iyul 2007-ci il tarixli AZ-İ № 799282 nörməli doğum haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş görünür ki, iş üzrə tərəflər xx.xx.2007-ci il təvəllüdlü X3 valideynləridir; - Şərur rayon Zeyvə kənd İnzibatı ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 02 sentyabr 2009-cu il tarixli AZ-İİ № 337845 nörməli doğum haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş görünür ki, iş üzrə tərəflər xx.xx.2009-cu il təvəllüdlü X4 valideynləridir; - Zeyvə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 120 nömrəli arayışdan görünür ki, İddiaçı aşağıdakı tərkibdən ibarət ailə üzvləri var:
1. Həyat yoldaşı: Cavabdeh xx.xx.1981
2. Oğlu: X7 xx.xx.2007
3. Oğlu: X6 xx.xx.2009 - Zeyvə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 121 nömrəli arayışdan görünür ki, X7 və X8 anası İddiaçı ilə birlikdə yaşayırlar. Məhkəmə təqdqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, iş üzrə tərəflər faktiki olaraq xx.xx.2006-cı ildə rəsmi olaraq nikah qeydiyyatından keçərək evlənmişlər. Onların birgə evliliyindən iki övladı doğulmuş, keçən müddət ərzində isə müxtəlif səbəblərdən tərəflər arasındakı münasibət pozulmuş və onlar faktiki olaraq bir ilə yaxın bir müddətdir ayrılmışlar və ki ayrı-ayrı ünvanlarda yaşayırlar. Ayrıldıqdan sonra isə onların birgə evliliyindən doğulmuş övlaları da iddiaçının himayəsində qalmışdır. İddiaçının dediyinə görə övladlarının saxlanmasında maddi cəhətdən çətinlik çəkir, cavabdeh isə övladlarının tələbatını ödəməkdə iddiaçıya heç bir köməklik göstərmədiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iddiaçı üçün yuxarıda qeyd edilən diqqətəlayiq halları, qanunvericilik aktlarının tələblərini, uşaların üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsini, hər iki valideynin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşaqları saxlamağa borclu olmasını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu 26 dekabr 2022-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün anaları İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 172.1.1-ci maddəsinə əsasən işə bərpa, aliment tutulması barədə işlərə 2 ay müddətdən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən, valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur; - 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; - 76.1.2-ci maddəsinin tələbinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üşün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur; - 100.2-ci maddəsində deyilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür; - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.2-ci maddəsinə əsasən Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə müvafiq olaraq da 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq
qət etdi: İddia təmin edilsin. 26 dekabr 2022-ci il tarixdən hesablanmaqla xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə aliment tutulmasına dair hissədə dərhal icra edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Seymur Qarayev