Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-139/2021 03.02.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan xx xxxxxxxx 2018-ci il tarixdə doğulmuş X1 üçün alimentin 130 (bir yüz otuz) manat məbləğində tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən İddiaçı məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək ərizəsində Şərur Rayon Məhkəməsində Cavabdeh qarşı alimentin sabit pul məbləğində 130 manatın tutulmasına dair iddia qaldırdığını, hal-hazırda iddia tələbini dəyişdirərək Cavabdeh birgə nikahlarından doğulmuş uşaqları sentyabr 2018-ci il tarixdə doğulmuş X1 üçün hər ay 80 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə 2(110)- 139/2021 nömrəli, xx xxxxxx 2021-ci il tarixli qərardadla mülki işə azaldılmış iddia tələbi çərçivəsində baxılması qənaətinə gəlmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında Cavabdeh ilə xx xxxxxx 2018-ci il tarixdə nikaha daxil olaraq evləndiklərini, birgə nikahdan onların bir övladının- xx xxxxxxxx 2018ci il təvəllüdlü X4 doğulduğunu, nikaha daxil olduqdan sonra ailə münasibətlərinin normal olduğunu, aralarında heç bir narazıçılıqlar olmadığını, bir müddət keçdikdən sonra ailə münasibətlərinin tədricən soyumağa başladığını, buna səbəb Toğrulun onunla pis rəftar etməsi olduğunu, evə gələndə hər şeyin üstündə dava saldığını, haliyyədə Toğruldan ayrıldığını, Şərur rayon Danyeri kəndində anası evində yaşadığını, birgə nikahdan olan uşağının onun himayəsində olduğunu, uşağın saxlanmasında çətinlik çəkdiyini, cavabdehin onun maddi vəiyyəti ilə maraqlanmadığını, heç bir köməklik göstərmədiyini, Cavabdeh qarşı sabit pul məbləğində 130 manat aliment tutulması barədə iddia qaldırdığını, lakin cavabdeh fiziki qüsurlu- lal və kar olduğunu, 3 qrup əlil kimi 110 manat müavinət aldığını nəzərə alaraq alimentin məbləğini azaldaraq Cavabdeh birgə nikahlarından doğulmuş uşaqları xx xxxxxxxx 2018-ci il tarixdə doğulmuş X1 üçün hər ay 80 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahatında cavabdehin anası olduğunu, oğlunun İddiaçı ilə xx xxxxxx 2018-ci il tarixdə nikaha daxil olaraq evləndiklərini, birgə nikahdan onların bir övladı- xx xxxxxxxx 2018-ci il təvəllüdlü X4 doğulduğunu, əvvəllər onların ailə münasibətlərinin yaxşı olduğunu, uşaqları doğulduqdan sonra Kəmalənin Toğrulu saymadığını, ona qulluq etmədiyini, heç bir şeydən ailədə səs-küy salaraq dörd aydır uşağıda götürərək anasının evinə getdiyini, oğlunun fiziki qüsurlu olduğunu, 3-cü qrup əlil kimi 110 manat müavinət aldığını, 80 manat aliment ödədikdən sonra oğluna qalan pulla onun heç bir təminatını ödəyə bilməyəcəyini qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarına və iş materialında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli nikahın bağlanması haqqında akt qeydiyyatı kitabından çıxarışdan görünür ki, Cavabdeh ilə X6 arasında xx xxxxxx 2016-cı il tarixdə 263 nömrəli akt qeydi ilə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Əliyeva” soyadı verilmişdir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli doğum haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, iş üzrə tərəflər xx xxxxxxxx 2018-ci il təvəllüdlü X4 valideynləridir. İş materiallarında olan Şərur rayon Danyeri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 12/20 nömrəli arayışdan görünür ki, İddiaçı övladı X8 ilə birlikdə Danyeri kəndində anası X2gildə yaşayır. İş materiallarında olan Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 02/50 nömrəli, xx xxxxxx 2021-ci il tarixli arayışından görünür ki, Şərur rayon İbadulla kənd sakini Cavabdeh Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən 3-cü dərəcəli əlil kimi hər ay 110 (bir yüz on) manat müavinət alır. Məhkəmə təqdqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, tərəflər 2016-cı ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, onların bu evliliyindən isə bir övladı doğulmuşdur. Keçən müddət ərzində isə müxtəlif səbəblərdən tərəflər arasındakı münasibət pozulmuş və onlar faktiki olaraq ayrılmışlar, tərəflər faktiki ayrıldıqdan sonra isə onların birgə evliliyindən doğulmuş övladı da iddiaçının himayəsində qalmışdır. Hazırda isə iddiaçı övladı ilə anasının himayəsində yaşayır, övladının saxlanmasında maddi cəhətdən çətinlik çəkir. Bu müddətdə isə cavabdeh övladının tələbatını ödəməkdə iddiaçıya heç bir köməklik göstərmədiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə yuxarıda qeyd edilənləri iddiaçı üçün diqqətəlayiq hal hesab edərək, onun tələbində haqlı olması qənaətinə gələrək müəyyən edir ki, iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu xx xxxxxx 2021-ci il tarixdən hesablanmaqla, xx xxxxxxxx 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 80 (səksən) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, iş üzrə cavabdehin gəlirləri müəyyən edilmədiyindən iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etmişdir. Ona görə də aliment sabit pul məbləğində müəyyənləşdirilməlidir. Alimentin sabit məbləği müəyyənləşdirilərkən uşağın təminatının mümkün qədər maksimal saxlanması əsas tutulmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Məhkəmə iddianı qismən təmin edərkən, valideynlərin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını nəzərə almışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən, valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsində deyilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsində qeyd edilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsində deyilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmçinin «X9» Azərbaycan Respublikası Qanununun: 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür; 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 172.2-ci maddəsinin tələbinə görə, işə bərpa, aliment tutulması, övladlığa götürmə, dövlət orqanlarının, ictimai birliklərin, vəzifəli şəxslərin qərarlarının, hərəkətlərinin (və ya hərəkətsizliklərinin) düzgün olmaması barədə işlərə 1 ay müddətində baxılır və həll edilir; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasında 2021-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" xx xxxx 2016-cı il tarixli qərarında qeyd etmişdir ki;
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “X9” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyinə görə iddianın təmin edilmiş hissəsinə münasib olan 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq
qət etdi: İddia təmin edilsin. xx xxxxxx 2021-ci il tarixdən hesablanmaqla xx xxxxxxxx 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamə aliment tulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Seymur Qarayev