Məhkəmə qərarları › İş №2(110)-1423/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-1423/2025

09.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-1423/2025 09.02.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin qazanca və digər gəlirlərə münasibətdə tutulması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay aylıq qazançının və başqa gəlirlərinin 50%-i miqdarında alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞN/24-A-01615 saylı barışıq sazisinə əsasən Cavabdeh ilə birgə nikahdan doğulmuş azyaşlı uşaqları xx.xx.2015ci il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdü X3 onun himayəsində qalması və uşaqların sosial qayğılarını qarşılamaq üçün hər ay Cavabdeh aylıq əmək haqqının 50%-i miqdarında aliment olaraq 2024-cü ilin dekabr ayından başlayaraq hər ayın 15-30 tarixləri arasında onun adına açılmış bank kartına ödənilməsi müəyyən edilmiş və Şərur rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(110)-131/2025 saylı qətnaməsinə əsasən Cavabdeh ilə aralarında xx.xx.2014-cü il tarixdə Şərur rayon Oğlanqala kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 05 № ilə qeydə alınmış nikah pozumuşdur. Bildirir ki, Cavabdeh aylıq əmək haqqı barədə dəqiq məlumat müstəqil əldə edə bilmir, aldığı əməkhaqqı barədə də isə bizə dəqiq məlumat vermir, barışıq sazişi ilə müəyyən olunmuş alimenti isə vaxtlı-vaxtında ödəmir. O, Şərur rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək barışıq sazişində müəyyən olunmuş alimentin Cavabdeh aylıq əmək haqqına yönəldilməsini xahiş etsə də ona alimentin borclunun aylıq qazancına və digər gəlirlərindən tutulmasına ancaq məhkəmə qətnaməsinə əsasən yönəldilə biləcəyini bildirilər. O aralarında olan mübahisənin məhkəmədən kənar həll edilməsi üçün yenidən Mediasiya Təşkilatına müraciət etsə də Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməməsi səbədindən mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştiak edilməməsi barədə arayış verildi. Bu səbəbdən də o birgə nikahdan doğumuş azyaşlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin məhkəmə qaydasında Cavabdeh aylıq qazancının və digər gəlirlərinin 50%-i miqdarında tutulmasını istəyir. Ona görə də müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd olunan xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq cavabdehlə aralarında olan razılaşmaya əsasən onun aliment ödənişlərini 2026-cı ilin yanvar ayınadək ödədiyini, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edərək bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul etdiyini, əmək haqqından tutulacaq məbləğin bir hissəsinin uşaqların hesabına köçürülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabadehin izahatına və iş materialında olan digər sübutlara məcmu halında tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 21 iyul 2025-ci il tarixli AZ-İ № 434443 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2025-ci il tarixdə rəsmi nikah pozulmuşdur; - Şərur rayon Oğlanqala kənd İ.N tərəfindən verilmiş 21 iyul 2015-ci il tarixli AZ-İİİ № 082136 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X2 valideynləridir; - Şərur rayon Oğlanqala kənd İ.N tərəfindən verilmiş 17 oktyabr 2016-cı il tarixli AZ-İİİ № 536229 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X1 valideynləridir; - Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 iyul 2020-ci il tarixli AZ-İV № 463266 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2020-ci il təvəllüdlü X3 valideynləridir; - xx.xx.2024-cü il tarixli, MŞN/24-A-01615 saylı barışıq sazisinə əsasən Cavabdeh ilə birgə nikahdan doğulmuş azyaşlı uşaqları xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdü X3 İddiaçı himayəsində qalması barədə tərəflər razılığa gəlmişlər. Məhkəmə təqdqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, iş üzrə tərəflər xx.xx.2014-cü ildə rəsmi olaraq nikahları qeydiyyata alınmaqla ailə qurmuşlar. Onların üç övladı doğulmuş, keçən müddət ərzində isə müxtəlif səbəblərdən tərəflər arasındakı münasibət pozulmuş və onlar faktiki olaraq ayrılmışlar və ayrı-ayrı ünvanlarda yaşayırlar. Ayrıldıqdan sonra isə onların birgə evliliyindən doğulmuş övladları da iddiaçının himayəsində qalmışdır. İddiaçının ərizəsində göstərdiyinə və məhkəmə iclasında verdiyi izahata görə iddiaçı övladlarının saxlanmasında maddi cəhətdən çətinlik çəkir, cavabdeh isə övladının tələbatını ödəməkdə iddiaçıya heç bir köməklik göstərmədiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iddiaçı üçün yuxarıda qeyd edilən diqqətəlayiq halları, qanunvericilik aktlarının tələblərini, uşağın üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşağa qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsini, hər iki valideynin uşaq üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşağı saxlamağa borclu olmasını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iş üzrə cavabdehin məhkəməyə təqdim etdiyi qəbzlərə əsasən müəyyən olunur ki, uşaqların saxlanılması üçün 2025-ci ilin dekabr ayınadək razılaşmalarına əsasən iddiaçınında qeyd etdiyi kimi alimenti ödəmişdir, odur ki, xx.xx.2026-cı il tarixdən hesablanmaqla xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh – Cavabdeh hər ay qazancının və digər gəlirlərinin ikidə bir hissəsi miqdarında aliment tutularaq anası - İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 172.1.1-ci maddəsinə əsasən işə bərpa, aliment tutulması barədə işlərə 2 ay müddətdən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən, valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur; - 76.1.1-ci maddəsinin tələbinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üşün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi aliment tutulur; - 78.1-ci maddəsinin tələbinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 100.2-ci maddəsində deyilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərini daha yaxşı təmin edilməsinə yönəldilir,istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya digər idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür; - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Qanunvericiliyin qeyd edilən imperativ normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi qaydad cəlb olunmasından ibarətdir “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur; - 217.2-ci mаddəsinin tələbinə görə, Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, mediasiya xərci olaraq ödənilmiş 50 manat iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı cavabdehdən həmin məhkəmə xərclərini tələb etmədiyindən həmin xərc iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. xx.xx.2026-cı il tarixdən hesablanmaqla xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh – ataları Cavabdeh hər ay qazancının və digər gəlirlərinin ikidə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı – İddiaçı xeyrinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar