Məhkəmə qərarları › İş №2(110)-1442/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-1442/2025

10.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-1442/2025 10.02.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X13 oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı yaxın qohum olan nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, Müəyyən etdi: Tələb:

1. İddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh övladları- xx.xx.2009-cu iİ təvəllüdlü X10 və xx.xx.2019-cu iİ təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi bir uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat, iki uşaöın saxlanılması üçün 440 (dörd yüz qırx) manat alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçının nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, 2007-ci ildə Cavabdeh iİə ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə üç övladları –xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X5 doğulmuşdur. xx.xx.2007-ci iİ təvəllüdlü X8 artıq yetkinlik yaşına çatmışdır. Həsən iİə xasiyyətləri uyğun gəlməyib, yola gedə bilməmişlər, ailəyə və uşaqlara baxmır. Göstərilmiş səbəblərdən aralarında olan ailə münasibətləri son iki aydır ki, korlanmışdır. Bu müddət ərzində cavabdeh uşaqların saxlanılması üçün aliment ödəməmişdir. Cavabdehdən alimentin ödənilməsini tələb etsə də, o razılaşmamışdır. O isə işsiz olduğundan uşaqların saxlanılmasında çətinlik çəkir. Valideynlərinin maddi dəstəyi nəticəsində özlərini saxlayırlar. Cavabdehin aylıq qazancını və digər gəlirlərini müəyyən etmək mümkün deyil. Uşaqların atası Cavabdeh uşaqların sağlamlığı, təhsili və digər xərclərinin ödənilməsində ona maddi köməklik göstərməkdən boyun qaçırır. İlkin mediasiyada cavabdehlə alimentin ödənilməsi barədə razrlıq əİdə olunmadığını bildirmişdir. Tərəflərin izahatları:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı yaxın qohum olan nümayəndəsi Nümayəndə izahatında və ona verilmiş sualları cavablandırarkən iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini, bacısının uşaqları ilə birlikdə Türkiyə Respublikasında yaşadığını, cavabdeh 10 aydır ki, Türkiyədən Şərur rayonuna gəldiyini və burada yaşadığını, buradakı evi satdığını və özünə maşın aldığını, bacısının qalacaq yeri olmadığı üçün məcburi Türkiyədə yaşadığını, cavabdehin uşaqları ilə əlaqə saxlamadığını və onlara heç bir köməklik etmədiyini, uşaq xəstə olduğu üçün bacının işləyə bilmədiyini, böyük uşağın yetkinlik yaşına çatdığını, Uğurun tesktildə işlədiyini, Məhəmmədin isə məktəbə getdiyini, bacının 1 ildir ki, uşaqları ilə Türkiyədə, cavabdehin isə burada yaşadığını, bacının işləmədiyini, Şükür və Uğurun işlədiyini, bir də onların köməklik etdiyini, Uğurun qardaşının yanında işlədiyini və həftəlik 7000 tl aldığını bildirərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında və ona verilmiş sualları cavablandırarkən, iddianı qəbul etmədiyini, oğlunun qolu sındığı üçün onun bura gəldiyini, oğlunu hərbi hissəyə çağırdıqları üçün burada qaldığını, sonra isə anasının xəstə olduğunu və əməliyyat olduğunu, ona görə burada qalmalı olduğunu və çoxlu borcunun yığışdığını, anasının evini satdığını və borclarını ödədiyini, uşaqları ilə əlaqə saxladığını və onlara hər ay pul göndərdiyini, 10 aydır ki, burada yaşadığını, iddiaçının isə uşaqları ilə birlikdə Türkiyə Respublikasında yaşadığını, iddiaçının tikiş fabrikində işlədiyini və aylıq 1600 manat əmək haqqı aldığını, Türkiyədə olan zaman işlədiyini, indi isə işsiz olduğunu, 1 ildir ki, ayrı yaşadıqlarını, kənddəki evi satdığı üçün yoldaşı ilə problem yaşadıqlarını, oğlunun adına ev alsa iddiaçı uşaqlarla görüşməyinə icazə verəcəyini bildirdiyini, 2 aydır ki, uşaqların tələbatını qarşılamadığını, əlilliyinin olmadığını, 315 manat kredit ödədiyini, Türkiyədə olanda inşaatda işlədiyini, həmin vaxtı da yoldaşı, Şükür və Uğurun işlədiyini, ailənin ehtiyaclarını bərabər qarşıladıqlarını, hal-hazırda yoldaşının işləmədiyini, Uğur və Şükürün işlədiyini, 6000 manatlıq avtomobilinin olduğunu, başqa əmlakının olmadığını, 2 uşaq üçün ümumilikdə 200 manat aliment ödəyə biləcəyini bildirmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir.

6. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə İddiaçı iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir İş materialları:

7. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli AZ İ seriyalı, 256724 nömrəli nikah akt qeydi üzrə çıxarışdan görünür ki, X6 ilə Cavabdeh xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş, onların bu nikahı nikahın bağlanması haqqında akt qeydləri kitabında 09 nömrə ilə qeydə alınmış, nikah bağlandıqdan sonra ərə “İbrahimov”, arvada “İbrahimova” soyadı verilmişdir.

8. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli doğum haqqında akt qeydi üzrə çıxarışlardan görünür ki, xx.xx.2009-cü il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X2 atası Cavabdeh, anaları isə X7r.

9. İş materiallarında olan X3 xx.xx.2025-ci il tarixli MŞN/25-İ-01951 nömrəli arayışından görünür ki, iddiaçı alimentin təyin olunması barədə X3 müraciət etmiş, lakin cavabdeh ilkin mediyasiya sessiyasında iştirak etmədiyindən iddiaçıya ilkin mediyasiya sesiyasında iştirak edilməməsi barədə arayış verilmişdir.

10. Tərəflərin EMİS-dən əldə edilmiş gəlir məlumatları üzrə çıxarışlarından görünür ki, tərəflərin heç birinin rəsmi iş yeri və ya hər hansı bir gəliri yoxdur. İşin faktiki halları:

11. Bеləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər xx.xx.2007-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Onların nikahı pozulmamışdır, lakin tərəflər faktiki ayrı yaşayırlar. Birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X5 adlı övladları doğulmuşdur. Uşaqlardan xx.xx.2007-ci il təvəllüdlü X8 artıq yetkinlik yaşına çatmışdır. Yetkinlik yaşına çatmayan uşaqlar anaları X9 ilə birlikdə Türkiyə respublikasında yaşayırlar. Ana ilə birlikdə yaşayan xx.xx.2009-cu il təvəllüdlü X10 hazırda Türkiyə Respublikasında əmək fəaliyyəti ilə məşğuldur və aylıq qazancı vardır. Hazırda iddiaçı bir uşaqların saxlanılmasında çətinlik çəkir. Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

13. “Uşaq Hüquqları haqqında” Konvensiyasının: 3-cü maddəsin əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

15. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarının: Nəticə hissəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Nəticə hissəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 17.“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarı: 8.1-ci bəndində qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi). 8.2-ci bəndində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.4-1-ci bəndində qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan Anın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

18. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı: 1-ci bəndində qeyd olunmuşdur ki, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin. 4-cü bəndində qeyd olunmuşdur ki, bu Sərəncamın 1-ci və 3-cü hissələri 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

19. 2025-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin mövqeyi:

20. Beləliklə, məhkəmə işin faktiki və hüquqi hallarını iş materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.

21. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında valideyndən tutulur. Konstitusiyanın 17-ci maddəsi də uşaqların qayğısına qalmağı valideynlərin borcu kimi müəyyən edir.

22. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflərin yetkinlik yaşına çatmayan övladları xx.xx.2019-cu il təvəllüdlü X5 faktiki olaraq anası ilə yaşayır və cavabdeh uşağın saxlanılmasında müntəzəm şəkildə iştirak etmir. Bu hal uşağın maraqlarının üstünlüyü prinsipinə (Uşaq Hüquqları haqqında Konvensiyanın 3-cü maddəsi) uyğun olaraq cavabdehdən aliment tutulmasını zəruri edir.

23. Digər tərəfdən, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi iki yetkinlik yaşına çatmayan uşağa münasibətdə irəli sürülsə də, işin faktiki halları ilə müəyyən edilmişdir ki, xx.xx.2009-cu il təvəllüdlü X10 hazırda əmək fəaliyyəti ilə məşğuldur və müstəqil qazanca malikdir. Tərəflərin izahatlarından, o cümlədən iddiaçının nümayəndəsinin göstərdiklərindən görünür ki, Uğur Türkiyə Respublikasında işləyir və müntəzəm gəlir əldə edir. Bu səbəbdən, işin mövcud hallarında Uğurun saxlanılması ilə bağlı alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi əsaslı hesab edilmir və həmin hissədə iddia təmin olunmamalıdır.

24. Alimentin müəyyən edilmə formasına gəldikdə, tərəflərin EMİS-dən əldə edilmiş gəlir məlumatlarına əsasən onların rəsmi iş yeri və rəsmi gəliri yoxdur. Cavabdehin gəlirinin qeyri-müntəzəm olması və rəsmi gəlir məlumatının mövcud olmaması Ailə Məcəlləsinin 78.1-ci maddəsində nəzərdə tutulmuş hallar kimi qiymətləndirilir. Buna görə də məhkəmə belə hesab edir ki, alimentin cavabdehin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində müəyyən edilməsi məqsədəuyğundur.

25. Məhkəmə, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün zəruri olan maddi təminatın həm də valideynlərin vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehdən yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulmalıdır.

26. Məhkəmə hesab edir ki, minimum əmək haqqı 2025-ci ildə ölkə üzrə 400 manat təşkil etdiyindən hazırki qətnamə üzrə cavabdehdən tutulacaq alimentin miqdarı minimum əmək haqqının 0.5 misli həddində (200 manat:400 manat = 0.5) müəyyən edilməli və sonrakı illərdə ölkə üzrə minimum əmək haqqı həmin mislə vurulmaqla sabit aliment məbləğləri müəyyən olunmalıdır.

27. Məhkəmə hesab edir ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq tutulmalı və qətnamə dərhal icra edilməlidir. Məhkəmə baxışının hədləri:

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır.

29. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda ödəniləcək dövlət rüsumunun məbləği-30 manat+1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi kimi olmalıdır. Məhkəmə xərcləri:

30. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iddianın təmin olunmuş hissəsinə münasib olaraq 44 manat ((200 manat x12 ay)=2400) manat, qiymətləndirilən iddia üzrə iddianın qiyməti 1000 manatdan çox olduqda 30+qalan məbləğin 1%, yəni 1400 manat=44 manat) məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Nəticə:

31. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki: -İddia qismən təmin edilməli; -xx.xx.2025-ci il tarixdən hesablanmaqla xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməli, -İddia tələbi xx.xx.2009-cu il təvəllüdlü X10 ilə bağlı hissədə rədd edilməlidir. -Qətnamə dərhal icra olunmalı; -Məhkəmə xərci olaraq Cavabdeh oğlundan 44 manat (qırx dörd manat) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. 32.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən hesablanmaqla xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi xx.xx.2009-cu il təvəllüdlü X10 ilə bağlı hissədə rədd edilsin. Qətnamə dərhal icra olunsun. Məhkəmə xərci olaraq Cavabdeh oğlundan 44 manat (qırx dörd manat) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar