Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-169/2023 10.03.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş azyaşlı övladı - 22 iyun 2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat miqdarında aliment tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə 16 yanvar 2023-cü il tarixli qərardadla qeyd edilən iddia ərizəsinin məhkəmə icraatını mümkün hesab edərək mülki iş üzrə məhkəmə hazırlıq iclasını 17 fevral 2023-cü il tarixə təyin etmişdir. Qeyd edilən tarixdə hazırlıq iclasını tərəflərin iştirakı olmadan keçirən məhkəmə, mülki işi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edərək, həmin iş üzrə məhkəmə baxışı iclasını 10 mart 2023-cü il tarixə təyin etmişdir. Məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq göstərilən tarixə təyin edilmiş məhkəmə iclasında tərəflər iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin: - 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə, məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda, bu Məcəllənin müvafiq olaraq, 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir; - 259.0.6-cı maddələrinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. - 172.1-ci və 172.1.1-ci maddələrinə əsasən işə bərpa, aliment tutulmasına dair işlərə ərizə məhkəməyə daxil olduğu vaxtdan 2 aydan gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Beləliklə də məhkəmə qeyd edir ki, alimentin tutulmasına dair işlərə 2 ay müddətində baxıldığından və bu müddət isə artıq tamam olduğundan mülki işin baxılması təxirə salınacağı təqdirdə prosesual pozuntuya yol verilmiş olacağını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, ərizəni baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsasla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması tələbi barədə” mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah olunsun ki, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədirlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-169/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-169/2023
10.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver