Məhkəmə qərarları › İş №2(110)-200/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-200/2022

01.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-200/2022 01.04.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması tələbi” barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşağı 13 iyun 2016-cı il tarixdə doğulmuş X3 və 02 dekabr 2017-ci il tarixdə doğulmuş X1 üçün hər ay hər uşaq üçün 130 manat olmaqla ümumilikdə 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edilən iddia ərizəsini 07 fevral 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərək mülki iş üzrə məhkəmə hazırlıq iclasını 09 mart 2022-ci il tarixə təyin etmişdir. Qeyd edilən tarixdə hazırlıq iclasını tərəflərin iştirakı olmadan keçirən məhkəmə, mülki işi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edərək, həmin iş üzrə məhkəmə baxışı iclasını 01 aprel 2022-ci il tarixə təyin etmişdir. Məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq göstərilən tarixə təyin edilmiş məhkəmə iclasında tərəflər iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin: - 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə, məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda, bu Məcəllənin müvafiq olaraq, 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir; - 259.0.6-cı maddələrinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır; - 172.1.1-ci maddəsinə əsasən işə bərpa, aliment tutulmasına dair işlərə ərizə məhkəməyə daxil olduğu vaxtdan 2 aydan gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Beləliklə məhkəmə edir ki, tərəflər təyin olunmuş məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu kateqoriya işlərə 2 ay müddətində baxıldığından, mülki iş üzrə məhkəmə iclası təxirə salındığı təqdirdə prosesual pozuntuya yol verilmiş olacağını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin: - 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır; - 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsasla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması tələbi” barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah olunsun ki, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar