Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-214/2025 17.03.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı-cavabdeh İddiaçı iştirakı ilə, İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması” tələbinə dair ilkin, cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı “nikahın pozulması və uşaqlarla ünsiyyət qaydasının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı-cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan doğulmuş övladları - xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası-cavabdeh X3 hər ay bir uşaq üçün 250 (iki yüz ǝlli) manat olmaqla cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin alınaraq anası-İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı-cavabdeh İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, mən İddiaçı Cavabdeh ilə 2013-cü ilin yayında el adətinə uyğun nikah bağlayaraq ailə həyatı qurmuş, bu nikahımız isə 17 oktyabr 2021-ci il tarixdə Şərur rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirilməklə, həmin orqanın akt qeyidləri kitabında 298 nömrə ilə qeydiyyata alınmışdır. Bizim birgə nikahımızdan xx.xx.2014cü il tarixdə X9, xx.xx.2015-ci il tarixdə X11 adında iki övladımız doğulmuşdur. Ailə qurduğumuz ilk vaxtlarda biz Bakı şəhərində birgə yaşamış və mehriban yola getməklə birgə təsərrüfat aparmışdıq. Sonradan cavabdehin pis vərdişlərə qurşanması, buna görə onun xarakterində baş verən dəyişikliklər və ailəsinə qarşı yaranmış laqeyid münasibət səbəbindən aramızda mübahisələr başlamış, bu müddət ərzində göstərilən səbəbdən bir neçə dəfə küsüb yenidən barışmışdıq. Eyni zamanda qeyd edim ki, aramızda baş vermiş mübahisələr zamanı hətta cavabdeh tərəfindən dəfələrlə şiddətə də məruz qalmışam. Buna baxmayaraq mən hər dəfə övladlarımın və ailəmin dağılmaması xatirinə cavabdehin davranışlarına səbr etsəm də cavabdehin ailəsinə qarşı münasibətində heç bir dəyişiklik olmamış və nəticədə biz ayrılmaqla, ailə münasibətimiz faktiki olaraq pozulmuşdur. Artıq bir nçə aydır ki biz ayrı yaşayır və birgə təsərrüfat aparmırıq. Qeyd edim ki, ayrı yaşadığımız müddət ərzində mən övladlarımla birgə ata evində yaşayır, onların qayğı və tələbatını valideyinlərimin köməkliyi ilə ödəyirəm ki, təkbaşına uşaqlarımın tələbatını ödəməkdə çox çətinlik çəkirəm. Bu müddətdə isə cavabdeh uşaqları ilə maraqlanmayaraq onların qayğısını çəkmək üçün heç bir səy göstərməmiş, mənə hər hansı maddi-mənəvi köməklik etməmişdir. Baxmayaraq ki, cavabdeh Bakı şəhərində kafe işlədir və makler fəaliyyəti ilə məşğul olmaqla yaxşı gəliri var, həmçinin övladlarını saxlamaq onun valideyinlik borcudur. Buna görə də övladlarım - Esmira və Tunarın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Ə.Nəcəovdan bir uşaq üçün 250 manat olmaqla cəmi 500 (dörd yüz) manat sabit pul məbləğində alimentin alınaraq mənim xeyrimə ödənilməsini istəyirəm. Nəzərinizə çatdırım ki, ailə münasibətlərindən irəli gələn tələblər üzrə alimentin alınması üçün tərəfimdən Mediasiya Təşkilatına da müraciət edilmiş, lakin Mediasiya prosesi də heç bir müsbət nəticə verməmişdir. Bu səbəbdən də mən hazırki tələblə məhkəməyə müraciət edirəm. Hesab edirəm ki, ərizəmdə göstərilənlər nəzərə alınmaqla birgə nikahdan doğulmuş övladlarım Esmira və Tunarın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh mənim xeyrimə 500 (beş yüz) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməlidir. Eyni zamanda iş üzrə cavabdeh - iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə məhkəməyə qarşılıqlı iddia ərizəsi göndərərək Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixində Naxçıvan MR Şərur rayon Qeydiyyat şöbəsində № 298 ilə qeyd edilmiş nikahın pozulması və Cavabdeh ilə övladları xx.xx.2014-cü il tarixində anadan olmuş X1 və xx.xx.2015-ci ildə anadan olmuş X5 ünsiyyət vaxtlarının hər həftənin bazar günü saat 10:00-dan-18:00-a kimi, həftə içi bütün günlərdə gündəlik 20 dəqiqə olmaqla telefon vasitəsi ilə danışmaq (görüntülü), iki və ya daha artıq qeyri-iş günündən ibarət olan bayram günlərində əlavə bir gün səhər saat 10:00-dan axşam 20:00-dək, hər il yay tətilin ilk birinci ayında Cavabdeh yanında 1 ay qalmaqla ünsiyyət vaxtı olaraq müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh - iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil qarşılıqlı iddia ərizəsində bildirmişdir ki, ilkin iddia üzrə iddiaçı Şərur rayon Məhkəməsinə müraciət edərək xx.xx.2014-cü il tarixində anadan olmuş X1 və xx.xx.2015-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün atası-Cavabdeh hər ay bir uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin alınaraq anası-İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edim ki qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə 11 oktyabr 2021-ci il tarixində Şərur rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurublar. Onlar əvvəllər el adətinə uyğun olaraq ailə qurublar və birgə nikahlarından xx.xx.2014-cü il tarixində anadan olmuş X1 və xx.xx.2015-ci ildə anadan olmuş X10 adlı iki övladları var. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qeyd edir ki ilk vaxtlar münasibətlərimiz normal olsa da sonradan müəyyən problemlər üzə çıxmış və münasibətlərimiz pisləşmişdir. Bu səbəbdən, aralarında baş verən münaqişlər nəticəsində münasibətlərimiz pozulduğundan birgə yaşamaqları qeyri-mümkün olmuşdur. Aralarında olan nikah yalnız formal xarakter daşıyır. Bundan sonra ər-arvad kimi birgə yaşamaqları və ailənin mövcudluğunu saxlamaq qeyri-mümkün olduğunu bildirir. Ona görə də nikahın pozulması barədə qərarının qəti olduğunu bildirir. Bundan başqa məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, iddiaçı və cavabdehin birgə nikahından anadan olmuş övladlarının hər ikisi anaları İddiaçı yanındadır. Qanunvericiliyin tələbinə uyğun olaraq ataları Cavabdehda övladları ilə ünsiyyətdə olmaq hüquqları var. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenium qərarına əsasən məhkəmələr nikahın pozulması məsələsinə baxanda valideyinlə uşaq arasında olan ünsiyyət qaydalarınıda həll etməlidirlər. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hər həftənin bazar günü saat 10:00-dan-18:00-a kimi uşaqlar ilə sərbəst görüşmək istəyir. Bundan başqa hər gün 20 dəqiqə olmaqla azyaşlı uşaqları ilə əlaqə saxlamaq onların səsini eşitmək və onlayn şəkildə onları gündəlik görmək istəyir. Hesab edirəm ki, ünsiyyət qaydalarının bu cür müəyyən edilməsi hər iki tərəf üçün ədalətlidir. Bundan başqa, mən də hər bir valideyn kimi bayram günlərində də uşaqları vaxt keçirmək istəyirəm. Buna görə də iki və ya daha artıq qeyri-iş günü olan bayramlarda da əlavə 1 gün səhər 10:00dan axşam 20:00-dək uşaqlarla görüşmək istəyir və əlavə olaraq hər il yay tətilin ilk birinci ayında 1 ay olmaqla onun yanında qalmağını istəyir. Cavabdeh tərəf ata ilə övladlarının görüşünə mane törətməməlidir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı-cavabdeh İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək iddiasının təmin edilməsini əlavə olaraq izahatında qarşılıqlı iddianı da qəbul etdiyini, cavabdeh - iddiaçı ilə aralarında olan nikahın pozulmasını istədiyini, həmçinin atalarının uşaqları ilə istədiyi formada görüşməsinə heç bir etirazının olmadığını qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh-iddiaçı Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə baxış iclasında iştirak etməmiş, lakin cavabdeh-iddiaçının vəkili və nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərk, ərizəsində ilkin iddia üzrə iddiaçı Şərur rayon Məhkəməsinə müraciət edərək xx.xx.2014-cü il tarixində anadan olmuş X1 və xx.xx.2015-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün atası- Cavabdeh hər ay bir uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla cəmi 500 ( beş yüz ) manat sabit pul məbləğində alimentin alınaraq anası-İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbinə münasibətdə bildirmək istəyirik ki, iddia tələbini qismən qəbul edirik. Hər ay hər bir uşaq üçün 200 (iki yüz) manat miqdarında aliment ödənilməsinə razıyam. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə İddiaçı ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixində Naxçıvan MR Şərur rayon Qeydiyyat şöbəsində № 298 ilə qeyd edilmiş nikahın pozulması və Cavabdeh ilə övladları xx.xx.2014-cü il tarixində anadan olmuş X1 və xx.xx.2015-ci ildə anadan olmuş X5 ünsiyyət vaxtlarının hər həftənin bazar günü saat 10:00-dan-18:00-a kimi, həftəiçi bütün günlərdə gündəlik 20 dəqiqə olmaqla telefon vasitəsi ilə danışmaq ( görüntülü ) , iki və ya daha artıq qeyri-iş günündən ibarət olan bayram günlərində əlavə bir gün səhər saat 10:00-dan axşam 20:00-dək, hər il yay tətilin ilk birinci ayında Cavabdeh yanında 1 ay qalmaqla ünsiyyət vaxtı olaraq müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edib. Məhkəmənin diqqətinə çatdırmaq istəyirəm ki ailə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ailəni bərpa etməyin mümkün olmadığını ona görədə nikahın pozulmasında fikrinin qəti olduğunu bildirir. Qarşılıqlı iddianı tam müdafiə edirik. Birgə nikahdan anadan olmuş xx.xx.2014-cü il tarixində anadan olmuş X1 və xx.xx.2015-ci ildə anadan olmuş X5 anaları İddiaçı yanında qalmasına etiraz etmir. Hörmətli məhkəmə dediklərimizi nəzərə alaraq ilkin iddia tələbini qismən yəni hər uşağa görə ayrı-ayrılıqda 200 (iki yüz manat, cəmi 400 manat miqdarında alimentin tutulması hissəsində təmin edilməsi, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul etməyinizi sizdən xahiş edirik. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 11 oktyabr 2021-ci il tarixli AZ-İ № 511711 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında 11 oktyabr 2021-ci il tarixdə 298 saylı akt qeydi ilə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Nəcəfova” soyadı verilmişdir; - 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-V № 211050 nömrəli doğum haqqında şəhadətnmənin surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2014-cü il təvəllüdlü X1 valideynləridir; - 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-V № 211049 nömrəli doğum haqqında şəhadətnmənin surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2015-ci il təvəllüdlü X8 valideynləridir. Məhkəmə iddiaçının izahatına, cavabdeh-iddiaçının vəkili və nümayəndəsinin məhkəməyə ünvanladığı ərizədə qeyd etdiklərinə və iş materialında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia qismən, qarşılıqlı iddia təmin edilməlidir. İlkin iddia tələbi üzrə məhkəmə təqdqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, iş üzrə tərəflər 2013-cü ilin el adətinə uyğun olaraq ailə həyatı qurmuş, nikahlarını isə 17 oktyabr 2021-ci il tarixdə Şərur rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirməklə evlənmiş, onların bu evliliyindən 2 övladı doğulmuşdur. Keçən müddət ərzində isə müxtəlif səbəblərdən tərəflər arasındakı münasibət pozulmuş və tərəflər faktiki olaraq ayrılmışlar. Tərəflər faktiki ayrıldıqdan sonra isə onların birgə evliliyindən doğulmuş övladları iddiaçı - cavabdehlə ilə birlikdə yaşayırlar. Hazırda isə iddiaçı – cavabdeh övladlarının saxlanmasında maddi cəhətdən çətinlik çəkdiyini, cavabdeh – iddiaçı isə isə övladlarının tələbatını ödəməkdə iddiaçıya heç bir köməklik göstərmədiyindən, iddiaçı - cavabdeh hazırkı tələblə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə uşaqların yaş həddini, o cümlədən qanunvericilik aktlarının tələblərini, uşaqların üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşaqlara qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsini, iddiaçı - cavabdeh üçün sadalanan diqqətəlayiq halları, hər iki valideynin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşaqları saxlamağa borclu olmasını, həmçinin cavabdeh - iddiaçının vəkil və nümayəndəsinin ərizədə qeyd etdiklərini nəzərə alaraq ilkin iddia üzrə alimentin sabit pul məbləğində tutulması tələbinin qismən təmin edilməsi qənaətinə gələrək müəyyən edir ki, iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu 17 yanvar 2025-ci il tarixdən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh-iddiaçı Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçıcavabdeh X4 ödənilməli, ilkin iddia digər hissədə rədd edilməlidir. Həmçinin qeyd edilir ki, iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etdiyindən, ona görə də aliment sabit pul məbləğində müəyyənləşdirilməlidir. Alimentin sabit məbləği müəyyənləşdirilərkən uşaqların təminatının mümkün qədər maksimal saxlanması əsas götürülmüşdür. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2023-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2023-ci il tarixdən 345 manat, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən isə minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaysan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Eyni zamanda “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan Anın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Həmçinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; - 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmçinin qeyd olunmalıdır ki, nə qədər ki aliment ərizə ilə məhkəməyə müraciət edildiyi vaxtdan tutulur, ona görə də hazırkı iş üzrə aliment 17 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür; -19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı iddianın qiyməti 4800 manat (400x12) təşkil etdiyindən, buna müvafiq olaraq da 68.0 (altmış səkkiz) manat (30+3800 x1%) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə nikahın pozulması ilə əlaqədar qeyd edir ki, tərəflər rəsmi nikaha girərək ailə həyatı qurmuş və onların bu nikahından iki uşağı doğulmuşdur. İş üzrə tərəflər 12 il müddətində evli olsalar da, tərəflər arasında qarşılıqlı anlaşmanın olmaması və bu səbəbdən yaranmış narazılıqlar onlar arasındakı nikah münasibətlərinin davam etməsinə imkan verməmiş və nəticədə cavabdeh-İddiaçı-cavabdehlə arasında bağlanmış nikahın pozulması qənaətinə gəlmişdir. Tərəflərin münasibətlərindən də görünür ki, onlar faktiki olaraq ayrı yaşayırlar və onların hər ikisi də nikahın pozulmasında israrlıdır. Məhz bu baxımdan məhkəmə onların barışmamalarını, onların birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyünü müəyyən etdiyindən vaxt vermədən onlar arasında nikahın pozulması qənaətinə gəlir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 2.3-cü maddəsində göstərilir ki, nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır; - 19.1-ci maddəsində deyilir ki, bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur; - 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur; - 21.3-cü maddəsinə görə nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. Məhkəmə iş üzrə tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarının valideynlərdən hansının yanında qalması ilə əlaqədar qeyd edir ki, uşaqların azyaşlı olmasını, ana himayəsində qalıb böyüməsinin onların mənafeyinə daha uyğun olmasını, uşaqların anasının yanında qalmalarının onların istər əqli, istər fiziki, istərsə də psixoloji inkişafına uyğun və uşaqların daha üstün maraqlarını təmin edəcəyi ehtimalını, eyni zamanda cavabdeh-iddiaçının vəkil və nümayəsinin məhkəməyə göndərdiyi ərizəsində cavabdeh-iddiaçının iddiaçı-cavabdehlə ilə birgə nikahlarından doğulmuş uşaqlarının analarının yanında qalmalarına heç bir etirazının, uşaqlarla bağlı tələbinin olmamasını nəzərə alaraq iş üzrə tərəflərin birgə nikahlarından doğulmuş uşaqları xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X11 anaları iddiaçı-cavabdeh İddiaçı yanında saxlanılmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 22.1-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. - 22.2-ci maddəsinə əsasən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların saxlanması üçün vəsaitin ödənilmə qaydasını və bu vəsaitin miqdarını müəyyən edən saziş təqdim etməzlərsə, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidi: - 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir; - 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir; - 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər) bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir; - 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir; Azərbaycan Respublikası Ali Məhkəməsinin «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, «Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. BMT Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə elan edilmiş “Uşaq hüquqları haqqında” Bəyannamənin 6-cı Prinsipində müəyyən olunur ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. Azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.2-ci maddəsinə müvafiq olaraq nikahın pozulması dövlət qeydiyyatına alınarkən cavabdeh - iddiaçı Cavabdeh qanunla müəyyən edilmiş məbləğdə rüsum alınaraq dövlət büdcəsinə köçürülməli, iddiaçı - cavabdeh İddiaçı bu xərci çəkməkdən azad edilməlidir. Eyni zamanda məhkəmə qarşılıqlı iddia tələbi üzrə uşaqlarla görüş və ünsiyyət qaydasının müəyyən edilməsilə əlaqədar aşağıdakıları qeyd edir. Cavabdeh-iddiaçı Cavabdeh valideynlik hüquqlarını həyata keçirməsi üçün uşaqları xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X11 ilə hər ayın hər həftəsinin bazar günü saat 10:00-dan - 18:00 - dək, iki və ya daha artıq qeyri-iş günündən ibarət olan bayram günlərində əlavə bir gün səhər saat 10:00-dan - axşam 20:00-dək, həftə içi bütün günlərdə gündəlik 20 dəqiqə olmaqla telefon vasitəsi ilə danışmaq (görüntülü), həmçinin hər il yay tətilin birinci ayında uşaqların 1 (bir) ay cavabdeh-iddiaçı Cavabdeh yanında qalmaqla şəxsi görüşüb ünsiyyətdə olmaq hüququ təmin edilməli, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqlar onların yaşayış yeri üzrə ünvan 1i ünvanında görüş günü saat 10:00-da iddiaçıcavabdeh İddiaçı tərəfindən cavabdeh-iddiaçı Cavabdeh, müəyyən olunmuş görüş vaxtı bitdiyi vaxt saat 18:00-da eyni ünvanda cavabdeh-iddiaçı Cavabdeh tərəfindən iddiaçı-cavabdeh İddiaçı təhvil verilməlidir. Məhkəmə gəldiyi nəticə ilə aşağıdakılarla əsaslandırır. Belə ki, hər bir valideynin uşağı ilə kənar müdaxilə olmadan sərbəst şəkildə ünsiyyətdə olmaq, onunla asudə vaxt keçirmək, tərbiyəsində iştirak etmək və s. hüquqları vardır və müəyyən müstəsna hallar olmadan bu hüquqların məhdudlaşdırılması yolverilməzdir. Hər bir uşaq öz valideynlərini tanımaq və onlarla ünsiyyətdə olmaq hüququna malikdir. Təsadüfi deyildir ki, validyenlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi onların valideynlik hüququndan məhrum edilməsi ilə nəticələnə bilər. Hər bir valideyn uşağının mənəvi və fiziki inkişafı, təhsili və ictimai faydalı əməyə hazırlanması istiqamətində ona qayğı göstərməlidir. Valideyn uşağına cəmiyyətdə özünü idarəetmə qaydalarını izah etməli, dərslərini hazırlamağa kömək etməli, onunla gəzməli, lazımi tibbi müayinələrdən keçirməli, maddi təminatında iştirak etməli və bu kimi etməli olduğu başqa hərəkətləri etməlidir. Uşaqla ünsiyyətdə olmadan isə göstərilənləri həyata keçirmək mümkün deyildir. Ona görə də məhkəmə hesab edir ki, ayrılan valideynlər maksimum dərəcədə münasibətlərini uşaqlarının mənafeyinə uyğun qurmalı,ziddiyyətli baxışlarını onlara ötürməməlidirlər. Uşaqların tam mənada sağlam böyüməsi ailədə aldıqları tərbiyədən asılıdır. Odur ki, valideynlər uşaqlarını bir-birinə qarşı qoymamalı, əksinə digər valideynə hörmət bəsləmək ruhunda böyütməlidirlər. Digər tərəfdən məhkəmə xüsusilə qeyd edir ki, ata ilə ünsiyyətdə olmaq, onunla davamlı şəkildə görüşərək ata qayğısından faydalanmaq uşaqların əqli və psixoloji cəhətdən sağlam inkişafı, onlarla atası arasında ailə bağlarının möhkəmlənməsi üçün vacibdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı-cavabdeh atalarının uşaqları ilə istədiyi formadı görüşməsinə heç bir etirazının olmadığını bilbirmişdir. Həmçinin “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “28” oktyabr 2011-ci il tarixli Qərarın 2.2-ci bəndinə əsasən məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını,onların yaşını, səhhətini, məktəbəqədər və ya ümumi təhsil rejimini hansı valideynə daha çox bağlılığını, ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynlə uşağın yaşayış yerləri arasındakı məsafənin uzaqlığını, nəqliyyat vasitələri ilə uşağın aparılması və gətirilməsi müddətlərini, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır... Həmçinin həmin Qərarın 2.5-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, ünsiyyət qaydasının müəyyən edilməsi zamanı işin əhəmiyyətli halları (ünsiyyət tələb edən valideynin yaşayış yerinin şəraiti və uşağın yaşayış yerindən uzaqlığı, uşağın yaşı, sağlamlığı, təhsil rejimi və digər diqqətəlayiq hallar) nəzərə alınmaqla, gecə qalmaqla ünsiyyətin qaydasının müəyyən edilməsinə dair iddia tələblərinin təmin edilməsi imkanı da istisna edilmir. Həmin Qərarın 2.4-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr uşaqların öz valideynləri ilə ünsiyyətdə olma qaydasını müəyyən edərkən daha dolğun ünsiyyətin təmin edilməsi məqsədilə həftəlik görüş günləri ilə yanaşı, qeyri-iş günləri hesab edilən bayramlarda, uşaqların tətil günlərində, habelə ünsiyyət tələb edən valideynin və uşağın doğum günlərində, eləcə də ailəyə aid digər əlamətdar günlərdə ünsiyyət qaydasının müəyyən edilməsinə dair iddia tələblərinin təmin olunmasının mümkünlüyünü də nəzərə almalıdırlar. Həmçinin “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024- cü il tarixli 15 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən məhkəmələr uşaqlardan ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə iddialara baxarkən iddianın predmetinin ünsiyyət hüququnun müəyyən edilməsindən ibarət olduğunu, ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti və digər xüsusiyyətlərinin isə bu hüququn icra qaydası və (və ya) üsulunu ehtiva etdiyini nəzərə almalıdırlar. Məhkəmələr iddianın predmetinə qiymət verərkən ünsiyyət hüququnun müəyyən edilməsini tələb edən valideynlə uşağın ünsiyyətdə olmasının sonucunun fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi halların mövcudluğu baxımından araşdırmalı, habelə bu ünsiyyətin uşağın mənafeyinə uyğun olub-olmadığını müəyyən etməklə iddianı təmin və ya rədd etməlidirlər. İddiaçının qeyd edilən iddia tələbi ilə birgə verilən ünsiyyət qaydası və (və ya) üsuluna dair müraciətinə münasibətdə isə məhkəmələr bu Qərarın 2.2-ci bəndində göstərilənlərə uyğun qiymətləndirmə aparmaqla, təmin etdiyi hüququn icrası qaydası və (və ya) üsulunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən müəyyən etməlidirlər. Həmin qərarın 12.1-ci bəndinə əsasən Mülki Prosessual Məcəllənin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Bu baxımdan məhkəmələrə izah edilir ki, ünsiyyətə dair qətnamənin nəticə hissəsində uşağın ünsiyyət hüququnun həyata keçirilməsi və daha sonra geri qaytarılmasından ibarət tərəflərin qarşılıqlı öhdəliklərinin icrası məqsədilə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olduğu göstərilməlidir. Məsələn: İddia təmin edilsin. İddiaçı A-nın oğlu C ilə ünsiyyət hüququ müəyyən edilsin və ünsiyyət qaydası hər həftənin şənbə günü saat 10:00-dan 18:00-dək təyin edilsin. Ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq onun yaşayış yeri üzrə X ünvanında hər həftənin şənbə günü saat 10:00-da cavabdeh B tərəfindən iddiaçı A-ya, həmin gün saat 18:00-da isə eyni ünvanda iddiaçı A tərəfindən cavabdeh B-yə təhvil verilsin. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, valideynlərin qayğısından yararlanmaq uşaqların hüququ olduğu kimi, uşaqların təlim-tərbiyəsi ilə onların şəxsiyyət kimi formalaşmasını və inkişaf etməsi üçün zəruri şəraitin yaradılmasını təmin etmək valideynin borcudur. Bu vəzifənin yerinə yetirilməsini valideynlər birgə yaşamadıqları halda da təmin etməlidirlər. Çünki övladın kamil şəxsiyyət kimi formalaşması üçün fiziki cəhətdən sağlam mənəvi inkişafına görə valideynlər məsuliyyət daşıyırlar. Uşağa valideyn qayğısı yalnız onun üçün maddi-məişət tələbatının ödənilməsi ilə kifayətlənmir, buraya mənəvi cəhətdən də formalaşması, anası kimi atası ilə də ünsiyyətdə olaraq bir şəxsiyyət kimi normal yaşaması üçün onunla ünsiyyətin qurulmasını xidmət etməlidir. Bu həm də ona görə vacibdir ki, valideynlər faktiki ayrılsalar da, onların uşaqla ünsiyyətdə olması uşağın valideynləri haqqında gələcəkdə mənfi obrazın formalaşmasına təsir etməsin. Bundan başqa uşaqla birlikdə yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi nkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində qeyd olunur ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Аzərbаycаn Rеspublikası Аilə Məcəlləsinin: - 49.2-ci mаddəsinə görə, hər bir uşаq аilədə yаşаmаq və tərbiyə аlmаq, öz vаlidеyinlərini tаnımаq və оnlаrın qаyğısındаn istifаdə еtməк, uşаğın mаrаqlаrınа zidd оlаn hаllаr istisnа оlmаqlа, оnlаrlа birgə yаşаmаq hüququnа mаliкdir; - 50.1-ci maddəsinə əsasən, uşaq valideyinləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir; - 50.3-cü maddəsinə əsasən, valideyinlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir; - 56.1-ci maddəsinə görə, valideyinlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 61.1-ci maddəsinə görə isə, uşaqlardan ayrı yaşayan valideyin onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir; - 61.2-ci maddəsinə əsasən, uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır; - 61.3-cü maddəsinə əsasən, uşaqlardan ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun: - 17-ci maddəsinə əsasən, uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır; - 18-ci maddəsinə əsasən, valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 07 avqust 1996-cı il tarixli “Yohansen Norveçə qarşı” qərarında da qeyd olunmuşdur ki, İnsan hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsi çərçivəsində ailə həyatına hörmət hüququ dövlətin üzərinə valideynlərlə uşaqların qovuşmasını təmin etmək üzrə pozitiv öhdəlik qoyur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 9-cu maddəsinin 3-cü bəndinə əsasən uşağın ayrı yaşayan valideyni ilə ünsiyyətdə olmasına əngəl tördilməsi həm valideynin, həm də uşağın hüquqlarını pozur. Uşaqla yaşayan valideyn o biri valideynin uşaqla ünsiyyətinə o zaman əngəl yarada bilər ki, bu ünsiyyət uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirsin. Məhkəmə araşdırması zamanı Cavabdeh uşaqları ilə ünsiyyətində uşaqların fiziki, psixi sağlamlığına, onların əxlaqi inkişafına zərər yetirə biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə işin hallarını və yuxarıda sadalanan qanunvericilik aktlarının normalarını rəhbər tutaraq hesab edir ki, həm uşaqların öz atası Cavabdeh ilə, həm də Cavabdeh öz uşaqları xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X11 ilə görüşüb ünsiyyətdə olmaq hüququ vardır. Məhkəmə həmçinin qeyd edir ki, uşaqların tam inkişafının təmin edilməsi üçün, onlar ana nəvazişi ilə bərabər, həm də ata nəvazişi və qayğısı ilə əhatə olunmalıdırlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; -217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır... - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdeh-iddiaçı Cavabdeh aid edilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 234.2.1, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. 17 yanvar 2025-ci il tarixdən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh-iddiaçı Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilsin. İlkin iddia digər hissədə rədd edilsin. Qətnamə aliment tulmasına dair hissədə dərhal icra edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 68.0 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh-iddiaçı Cavabdeh ilə iddiaçı-cavabdeh İddiaçı arasında Şərur Rayon Qeydiyyat Şöbəsində 11 oktyabr 2021-ci il tarixdə 298 saylı akt qeydi ilə bağlanmış nikah pozulsun. İş üzrə tərəflərin birgə nikahlarından doğulmuş uşaqları xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X11 anaları - iddiaçı-cavabdeh İddiaçı yanında saxlanılsın. Nikahın pozulması dövlət qeydiyyatına alınarkən cavabdeh-iddiaçı Cavabdeh qanunla müəyyən edilmiş məbləğdə rüsum alınaraq dövlət büdcəsinə köçürülsün, iddiaçı – cavabdeh İddiaçı bu xərci çəkməkdən azad edilsin. Cavabdeh-iddiaçı Cavabdeh valideynlik hüquqlarını həyata keçirməsi üçün uşaqları xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X11 ilə hər ayın hər həftəsinin bazar günü saat 10:00-dan - 18:00 - dək, iki və ya daha artıq qeyri-iş günündən ibarət olan bayram günlərində əlavə bir gün səhər saat 10:00-dan - axşam 20:00-dək, həftə içi bütün günlərdə gündəlik 20 dəqiqə olmaqla telefon vasitəsi ilə danışmaq (görüntülü), həmçinin hər il yay tətilin birinci ayında uşaqların 1 (bir) ay cavabdeh-iddiaçı Cavabdeh yanında qalmaqla şəxsi görüşüb ünsiyyətdə olmaq hüququ təmin edilsin. Ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqlar onların yaşayış yeri üzrə ünvan 1i ünvanında görüş günü saat 10:00-da iddiaçı-cavabdeh İddiaçı tərəfindən cavabdeh-iddiaçı Cavabdeh, müəyyən olunmuş görüş vaxtı bitdiyi vaxt saat 18:00-da eyni ünvanda cavabdehiddiaçı Cavabdeh tərəfindən iddiaçı-cavabdeh İddiaçı təhvil verilsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdeh - iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-214/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-214/2025
17.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver