Məhkəmə qərarları › İş №2(110)-233/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-233/2022

04.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-233/2022 04.04.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Şabanova Günel Mübariz qızının Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması tələbi” barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Şabanova Günel Mübariz qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan 31.05.2008-ci il tarixdə doğulmuş X6, 19.04.2009-cu il tarixdə doğulmuş X7, 02.09.2010-cu il tarixdə doğulmuş X1, 26.03.2014-cü il tarixdə doğulmuş X11, 19.12.2015-ci il tarixdə doğulmuş X8 və X2 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin hər uşaq üçün hər ay 193 (bir yüz doxsan üç) manat olmaqla ümumilikdə 1158 (bir min yüz əlli səkkiz) manat məbləğində sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Şabanova Günel Mübariz qızı iddia ərizəsində Cavabdeh ilə 10 sentyabr 2007-ci il tarixdə nikaha daxil olaraq evləndiklərini, birgə nikahdan 31.05.2008-ci il tarixdə X13, 19.04.2009-cu il tarixdə X14, 02.09.2010-cu il tarixdə X10, 26.03.2014-cü il tarixdə X18, 19.12.2015-ci il tarixdə X15 və X12 adında uşaqlarının anadan olduğunu nikaha daxil olandan sonra aralarında hər zaman mübahisələr olduğunu, ailəsinə olan müdaxilədən yola getmədiklərini, üç il Vüqarın ata evində yaşadıqdan sonra çıxdıqlarını və həmin vaxtdan da kirayədə yaşadıqlarını, birgə nikahdan olan uşağı Şabanov Xəzərin ürəyində qüsur olduğunu, Şabanov Hüseynin autizm, Şabanov Elvinin qan xərçəngi xəstəsi olduğunu, ankoloji müalicə aldığını, uşaqların üçünün də müalicə aldığını, kirayə çıxandan sonra da ailə münasibətlərinin düzəlmədiyini, Vüqarın evdə hər dava zamanı ona və uşaqlara söyərək təhqir etdiyini, bu kimi səbəblərlə hər zaman polisə və məhkəməyə müraciət etdiklərini, Vüqarın aralarındakı hər mübahisədən sonra anasıgilə gedərək aylarla orada qaldığını, aralarında olan axırıncı mübahisədən sonra Vüqarın yenə də çıxıb getdiyini, uşaqların hazırda onunla birlikdə kirayə qaldıqları evdə yaşadıqlarını, hazırda 6 aydır kirayə pulunun ödənmədiyini, bundan əlavə komunal xərclərini də ödəyə bilmədiyini, ailəsinin böyük olması və xəstə uşağına görə başqa kirayə tuta bilmədiyini, Vüqarın uşaqların saxlanmasında ona köməklik etmədiyini, uşaqları saxlamaqda çətinlik çəkdiyini, işləsə də onun maaşı ilə onların təminatını ödəməyin və əlavə xəstə uşaqlar saxlamağın çətin olduğunu, aldığı maaşın da ancaq bankdan aldığı kreditlərə getdiyini, Vüqarın isə uşaqların saxlanmasında laqeydlik göstərdiyini, ona görə də məhkəməyə müraciət etdiyini qeyd edərək, Cavabdeh yetkinlik yaşına çatmayan 31.05.2008-ci il tarixdə doğulmuş X6, 19.04.2009-cu il tarixdə doğulmuş X7, 02.09.2010-cu il tarixdə doğulmuş X1, 26.03.2014-cü il tarixdə doğulmuş X11, 19.12.2015-ci il tarixdə doğulmuş X8 və X2 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin hər uşaq üçün hər ay 193 (bir yüz doxsan üç) manat olmaqla ümumilikdə 1158 (bir min yüz əlli səkkiz) manat məbləğində sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı Şabanova Günel Mübariz qızı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatları eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında həqiqətəndə iddiaçı ilə 10 sentyabr 2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq evləndiklərini, birgə nikahdan 6 övladlarının doğulduğunu, 15 ildir ailələrindən söz-söhbətin əksik olmadığını, onun hər sözünə görə iddiaçının onunla mübahisə etdiyini, iddiaçının izahatında dediklərinin yalan olduğunu, dediklərinin heç birinin əsaslı olmadığını, evdə hüzur tapmadığı üçün, iddiaçı onu evə qoymadığı üçün evdən çıxıb anasının yanına yaşadığını, indidə gəlib məhkəmədə hər uşağa görə 193 manat aliment tələb etdiyini, özünün "Gəmiqaya Holdinqdə" mühəndis işlədiyini, 1500 (bir min beş yüz) manat əmək haqqı aldığını, banka borclarının olduğunu, hər ay bir uşaq üçün 130 manat olmaqla, altı uşağı üçün 780 manat aliment ödəyə biləcəyini, artıq ödəməyə hal-hazırda imkanının çatmadığını, iddiaçının özünün də işlədiyini, xəstə uşaqlara görə əlavə müavinət aldığını qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatına və iş materialında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10.09.2007-ci il tarixli AZ-l № 256760 seriyalı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə X3 arasında 10 sentyabr 2007-ci il tarixdə rəsmi nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 156 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına "Şabanova" soyadı verilmişdir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02.09.2008-ci il tarixli AZ-lİ № 170647 seriyalı doğum haqqında haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, iş üzrə tərəflər 31 may 2008-ci il tarixdə doğulmuş X6 valideynləridir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06.07.2009-cu il tarixli AZ-lİ № 337871 seriyalı doğum haqqında haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, iş üzrə tərəflər 19 aprel 2009-cu il tarixdə doğulmuş X7 oğlunun valideynləridir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05.10.2010-cu il tarixli AZ-lİ № 505539 seriyalı doğum haqqında haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, iş üzrə tərəflər 02 sentyabr 2010-cu il tarixdə doğulmuş X1 oğlunun valideynləridir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12.01.2016-cı il tarixli AZ-lİİ № 531711 seriyalı doğum haqqında haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, iş üzrə tərəflər 19 dekabr 2015-ci il tarixdə doğulmuş X8 valideynləridir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12.01.2016-cı il tarixli AZ-lİİ№ 531712 seriyalı doğum haqqında haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, iş üzrə tərəflər 19 dekabr 2015-ci il tarixdə doğulmuş X2 valideynləridir. İş materiallarında olan Şərur rayon İcra Hakimiyyəti Şərur Şəhər Mənzil İstismar sahəsi tərəfindən verilmiş 25.02.2022-ci il tarixli 357 nömrəli arayışdan görünür ki, Şabanova Günel Mübariz qızı övladları X13, X14, X18, X10, X15 və X12 ilə birlikdə Şərur şəhəri K.M.Seyidov küçəsi 12, mənzil 34-də qeydiyyatsız olaraq kirayənişin kimi yaşayırlar. İş materiallarında olan Mediator tərəfindən verilmiş 22.02.2022-ci il tarixli, 47/2022 nömrəli ilkin mediasiya sessiyasından iştirak barədə arayışından məlum olur ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İş materiallarında olan “X17 və Araştırma Hastanesi” nin arayışından görünür ki, X14 onkoloji xəstədir və həmin xəstəlik üzrə müalicə alır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyasının 16.08.2019-cu il tarixli 823 nömrəli rəyindən görünür ki, X13 İİ-İİİ dərəcəli ürək çatışmazlığı xəstəsidir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyasının 09.10.2019-cu il tarixli 1150 nömrəli rəyindən görünürki, X12 ağıl zəifliyi və daun sindromlu xəstədir. İş materiallarında olan “Elektron Məhkəmə” informaiya sistemindən verilmiş sorğuya əsasən müəyyən edilmişdir ki, cavabdeh Şabanov X4 Holdinq Şirkətlər ittifaqının "xxxx" MMC-də iş icraçısı işləyir və aylıq əmək haqqı 1730.29 manatdır. Məhkəmə təqdqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, iş üzrə tərəflər 10 sentyabr 2007ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, onların bu evliliyindən 6 övladı doğulmuşdur. Keçən müddət ərzində isə müxtəlif səbəblərdən tərəflər arasındakı münasibət pozulmuş və tərəflər faktiki olaraq ayrılmışlar. Tərəflər ayrıldıqdan sonra isə onların birgə evliliyindən doğulmuş övladları da iddiaçının himayəsində qalmışdır. Hazırda isə iddiaçı övladlarının saxlanmasında maddi cəhətdən çətinlik çəkir. Bu müddətdə isə cavabdeh övladlarının tələbatını ödəməkdə iddiaçıya heç bir köməklik göstərmədiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iddiaçı üçün yuxarıda qeyd edilən diqqətəlayiq halları, uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, sağlamlıq vəziyyətini, o cümlədən qanunvericilik aktlarının tələblərini, uşağın üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsini, hər iki valideynin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşaqları saxlamağa borclu olmasını, qətnamənin gələcəkdə icra oluna bilmə imkanını nəzərə alaraq alimenti sabit pul məbləğində tutulması tələbinin qismən təmin edilməsi qənaətinə gələrək müəyyən edir ki, iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu 25.02.2022-ci il tarixdən hesablanmaqla, Cavabdeh 31.05.2008-ci il tarixdə doğulmuş X6, 19.04.2009-cu il tarixdə doğulmuş X7, 02.09.2010-cu il tarixdə doğulmuş X1, 26.03.2014-cü il tarixdə doğulmuş X11, 19.12.2015-ci il tarixdə doğulmuş X8 və X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə altı uşaq üçün 900 (doqquz yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Məhkəmə iddiaçının alimentin sabit pul məbləğində müəyyənləşdirilməsi xahişini nəzərə alaraq X7 alaraq alimenti sabit pul məbləğində müəyyənləşdirmişdir. Eyni zamanda aliment sabit məbləği müəyyənləşdirilərkən uşaqların təminatının mümkün qədər maksimal saxlanması əsas götürülmüşdür. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Məhkəmə iddianı qismən təmin edərkən, valideynlərin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını nəzərə almışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən, valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur; - 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; - 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; - 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. - 172.1.1-ci maddəsinə əsasən işə bərpa, aliment tutulmasına dair işlərə ərizə məhkəməyə daxil olduğu vaxtdan 2 aydan gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür; - 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikasında 2022-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" 27 iyul 2016-cı il tarixli qərarında qeyd etmişdir ki;

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı iddianın qiyməti 10800 manat (6x150x12) təşkil etdiyindən, buna müvafiq olaraq da 122.40 (bir yüz iyirmi iki manat qırx qəpik) manat (120+800x0.3%) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 234.2.1, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq

qət etdi: İddia qismən təmin edilsin. 25.02.2022-ci il tarixdən hesablanmaqla, Cavabdeh 31.05.2008-ci il tarixdə doğulmuş X6, 19.04.2009-cu il tarixdə doğulmuş X7, 02.09.2010-cu il tarixdə doğulmuş X1, 26.03.2014-cü il tarixdə doğulmuş X11, 19.12.2015-ci il tarixdə doğulmuş X8 və X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə altı uşaq üçün 900 (doqquz yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Şabanova Günel Mübariz qızına ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamə aliment tulmasına dair hissədə dərhal icra edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 122.40 (bir yüz iyirmi iki manat qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar