Məhkəmə qərarları › İş №2(110)-299/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-299/2021

14.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-299/2021 14.06.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin 30 faizinin bank hesabına köçürülməsinin ləğvi tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babək Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qətnaməsinə əsasən X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan aliment məbləğinin 30 faizinin bank hesabına köçürülməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, heç bir üzürlü səbəb göstərmədən keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, lakin nümayəndə və vəkillə təmsil olunmuşdur. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində cavabdehlə 2014-cü ilin sentyabr ayında el adəti ilə toy edib ailə həyatı qurduqlarını, 08 aprel 2015-ci ildə Şərur rayon Qarxun kəndində rəsmi nikah qeydiyyatından keçdiklərini, həmin nikahdan bir övladının - 22 mart 2016-cı il təvəllüdlü X1 dünyaya gəldiyini, aralarındakı nikahın Babək Rayon Məhkəməsinin qətnaməsi ilə pozulduğunu, 16 avqust 2016-cı il tarixli məhkəmə əmrinə əsasən cavabdehin aylıq qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq ona ödənilməsinin nəzərdə tutulduğunu, cavabdehin təkrar Babək Rayon Məhkəməsinəmüraciət edərək alimentin 40 faizinin bank hesabına köçürülməsi tələbi barədə iddia qaldırdığını, Babək Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il qətnaməsinə əsasən iddianın qismən təmin edildiyini, və övladı X1yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan aliment məbləğinin 30 faizinin bank hesabına köçürüldüyünün qət edildiyini, sonuncu qətnamə çıxarılan zaman Cavabdeh əmək haqqısının 2108 manat 9 qəpik olduğunu, hal-hazırda eyni orqanda işlədiyini, əmək haqqısının aşağı salındığını, artıq 2020-ci ilin fevral-mart aylarından onun övladının saxlanması üçün hər ay çox aşağı məbləğdə aliment aldığını, bu məbləğin dəyişkən olduğunu, 50-100 manat arasında dəyişdiyini, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını, belə ki, yaşadığımız dövrdə bu kiçik məbləğlə bir uşağın maddi tələbatlarının cüzi bir hissəsini ödəməyin belə mümkün olmadığını, buna görə də alimentin 30 faizinin bank hesabına köçürülməsinin ləğv edilməsini istədiyini qeyd edərək, Babək Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qətnaməsinə əsasən X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı qızının xeyrinə tutulan aliment məbləğinin 30 faizinin bank hesabına köçürülməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatları təkrarlayaraq məhkəmədən Babək Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qətnaməsinə ilə müəyyən edilmiş aliment məbəğinin X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı qızının xeyrinə tutulan aliment məbləğinin 30 faizinin bank hesabına köçürülməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməlsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatına və toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Babək Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli 2(079) - 414/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, Babək Rayon Məhkəməsinin 16 avqust 2016-cı il tarixli 2(079)-410/2016 nömrəli məhkəmə əmri ilə X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Kərimova (Cavadova) Röya Cavid qızının xeyrinə tutulan aliment məbləğinin 30 (otuz) faizi X1 adına açılacaq bank hesabına köçürülməsi və X1 yetkinlik yaşına çatdıqdan sonra həmin vəsaitdən istifadə etmək hüququ verilmişdir. İş materiallarında olan Şərur rayon Qarxun kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 08 fevral 2019-cu il tarixli, AZ-İV 166522 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, 22 mart 2016-cı il təvəllüdlü X3 iş üzrə tərəflərin övladıdır. İş materiallarına olan Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 dekabr 2017-ci il tarixli, AZ-İ176809 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X4 arasında olan nikah 15 dekabr 2017-ci ildə ləğv edilmiş və nikah ləğv olunandan sonra qadına “Kərimova” soyadı verilmişdir. İş materiallarına olan “xxxx” ASC tərəfindən verilmiş X2 AZ18NAXB**********8641000 AZN nömrəli bank hesabından çıxarışdan görünür ki, X2 adına açılmış bank hesabına aliment pulu olaraq 28.01.2020-ci il tarixdə 230.71 manat, 19.02.2020-ci il tarixdə 231.36 manat, 03.03.2020-ci il tarixdə 372.77 manat, 17.03.2020-ci il tarixdə 297.25 manat, 10.04.2020-ci il tarixdə 70.34 manat, 27.04.2020-ci il tarixdə 184.31 manat, 21.05.2020-ci il tarixdə 70.73 manat, 21.05.2020-ci il tarixdə 302.91 manat, 25.06.2020-ci il tarixdə 52.04 manat, 29.06.2020-ci il tarixdə 131.21 manat, 24.07.2020-ci il tarixdə 98.42 manat, 28.08.2020-ci il tarixdə 115.86 manat, 25.09.2020-ci il tarixdə 76.98 manat, 22.10.2020-ci il tarixdə 117.95 manat, 26.11.2020-ci il tarixdə 116.67 manat, 22.12.2020-ci il tarixdə 115.93 manat, 28.12.2020-ci il tarixdə 202.51 manat, 28.01.2021-ci il tarixdə 113.62 manat köçürülmüşdür. İş materiallarına olan Naxçıvan MR Dövlət Gömrük Komitəsi Sədərək Gömrük idarəsinin 27.10.2020-ci il tarixli, 1050-014/001-22/000286 nömrəli məktubunun surətindən görünür ki, aliment üzrə borclu Cavabdeh aylıq əmək haqqından 2020-ci ilin İİİ rübü ərzində 124.23 (iyul- 32.67 manat, avqust- 49.47 manat, sentyabr- 42.09 manat, cəmi bir yüz iyirmi dörd manat iyirmi üç qəpik) manat aliment tutularaq X1 adına açılmış bank hesabına köçürülmüşdür. İş materiallarına olan “xxxx” ASC tərəfindən verilmiş Cavadova Röyanın AZ18NAXB**********8641000 AZN nömrəli bank hesabından çıxarışdan görünür ki, X2 adına açılmış bank hesabına aliment pulu olaraq 28.01.2021-ci il tarixdə 113.24 manat, 18.02.2021-ci il tarixdə 113.24 manat, 30.03.2021-ci il tarixdə 194.30 manat köçürülmüşdür. İş materiallarına olan Naxçıvan MR Dövlət Gömrük Komitəsi Sədərək Gömrük idarəsinin 10.06.202-ci il tarixli, 1050-014/001-22/000253 nömrəli məktubundan görünür ki, aliment üzrə borclu Cavabdeh aylıq əmək haqqının 25 %-i tutularaq, həmin məbləğin 30%-nin 2021-ci ilin yanvar ayında 48.54 manat, fevral ayında 48.54 manat, mart atında 288.44 manat, aprel ayında 179.03 manat, may ayında 217.5 manat aliment tutularaq X1 adına açılmış bank hesabına, həmin məbləğin 70%-nin 2021-ci ilin yanvar ayında 113.24 manat, fevral ayında 113.24 manat, mart atında 673.13 manat, aprel ayında 417.74 manat, may ayında 507.5 manat aliment tutularaq İddiaçı hesabına köçürülmüşdür. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Babək Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli 2(079) -414/2019 nömrəli qətnaməsi Babək Rayon Məhkəməsinin 16 avqust 2016-cı il tarixli 2(079)-410/2016 nömrəli məhkəmə əmri ilə X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Kərimova (Cavadova) Röya Cavid qızının xeyrinə tutulan aliment məbləğinin 30 (otuz) faizi X1 adına açılacaq bank hesabına köçürülməsi və X1 yetkinlik yaşına çatdıqdan sonra həmin vəsaitdən istifadə etmək hüququ verilmişdir. İddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsində qətnamə çıxarılan zaman Cavabdeh əmək haqqının 2108 manat 9 qəpik olduğunu, hal-hazırda eyni orqanda işlədiyini, əmək haqqının aşağı salındığını, artıq 2020-ci ilin fevral-mart aylarından onun övladının saxlanması üçün hər ay çox aşağı məbləğdə aliment aldığını, bu məbləğin dəyişkən olduğunu, 50-100 manat arasında dəyişdiyini, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını, ödənilən məbləğlə bir uşağın maddi tələbatlarının cüzi bir hissəsini ödəməyin belə mümkün olmadığını, buna görə də alimentin 30 faizinin bank hesabına köçürülməsinin ləğv edilməsini xahiş etmişdir. Lakin materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş X2 AZ18NAXB**********8641000 AZN nömrəli bank hesabından çıxarışdan görünür ki, X2 adına açılmış bank hesabına aliment pulu olaraq köçürçülmüş məbləğlər 2020-ci ilin fevral ayı üçün 231.36 manat, mart ayı üçün 672.02 manat təşkil etmişdir. Eyni zamanda Naxçıvan MR Dövlət Gömrük Komitəsi Sədərək Gömrük idarəsinin 10.06.202-ci il tarixli, 1050-014/001-22/000253 nömrəli məktubuna nəzər saldıqda görünür ki, son üç ay ərzində X1 adına açılmış bank hesabına aliment məbləğinin 30%-i köçürüldükdən sonra, cavabdehdən mart ayında 673.13 manat, aprel ayında 417.74 manat, may ayında 507.5 manat aliment tutularaq İddiaçı hesabına köçürülmüşdür. 2021-ci il üçün uşaqlar üçün yaşayış minimumunun 175 manat məbləğində müəyyən edilməsini nəzərə alsaq, iddiaçının adına açılmış bank hesabına uşaqlar üçün müəyyən olunmuş yaşayış minumumundan əlavə olaraq mart ayı üçün 498.13 (673.13-175=498.13) manat, aprel ayı üçün 242.74 (417.74-175=242.74) manat, may ayı üçün isə 332.5 (507.5-175=332.5) manat pul köçürülmüşdür.Yuxarıda qeyd edilənlərə əsasən, uşaq üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq məhkəmə bu qənaətə gəlir ki, hazırkı sosialiqtisadi şəraitdə cavabdehdən tutulan alimentin 30 faizinin uşağın adına açılmış bank hesabına köçürüldükdən sonra iddiaçıya ödənilən alimentin məbləği uşağın tam və hərtərəfli inkişafına və əsaslı mənafeyinə uyğundur. Bu isə onu deməyə əsas verir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 55.1-ci maddəsinə gorə uşaq öz valideynlərindən və ailənin digər uzvlərindən bu Məcəllənin beşinci bolməsində muəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir; 55.3-cü maddəsinə əsasən,məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər; 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə- qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 2 uşağa görə- qazancın (başqa gəlirlərin) üçdə birhissəsi; 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur; 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli qərarında qeyd edilir ki, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərara çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsiri, uşağın saxlanılması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunub-olunmamasını və sair bu kimi halları nəzərə almalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təmina məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun: 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində deyilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi : İddiaçı Cavabdeh qarşı “alimentin 30 faizinin bank hesabına köçürülməsinin ləğvi tələbi barədə” iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən məhkəməyə müraciət etməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar