Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-331/2024 08.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçının vəkili - nümayəndəsi Vəkil1 və cavabdehin vəkili- nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmiş öhdəliyin bölünməsi” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 17400 (on yeddi min dörd yüz) manat pulun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində cavabdeh X2 ilə onun arasında 2006-cı ildə bağlanmış nikaha 2023-cü ilin aprel ayında məhkəmə tərəfindən xitam verildiyini,. onların müxtəlif səbəblərdən 2022-ci ilin aprel ayından faktiki ayrılmış sonrakı mərhələdə isə aralarındakı nikaha məhkəmə tərəfindən xitam verildiyini, cavabdeh G.Rzayevanın atası vaxtı ilə müflis olduğundan onun borclarının ödənilməsi məqsədilə müxtəlif məbləğlərdə tərəfindən maddi yardımlar edildiyini, hətta bu məqsədlə yaxınlarının adına müxtəlif banklardan kredit götürərək (öz əməkhaqqım az olduğundan yüksək məbləğdə kredit götürməyim mümkün olmamışdır) onun borclarının ödənilməsinə sərf edildiyini, həmin pulların iddiaçı-cavabdeh G.Rzayeva vasitəsilə onun atasına çatdırıldığını, ancaq halhazırda həmin kredit müqavilələri üzrə götürülmüş pul vəsaitlərinin cavabdeh G.Rzayevanın atasına verilməsinin tərəfindən sübuta yetirilməsinin mümkün olmadığını, lakin qeyd edilən kredit məbləğlərinin bağlanması məqsədilə yenə tərəfindən 2022-ci ilin yanvar ayında 30.000 (otuz min) manat kredit götürülərək cavabdeh G.Rzayeva vasitəsilə onun atasına çatdırılmaqla borclarının ödənilməsinə sərf edildiyini, həmin kredit məbləği üzrə aylıq ödənişləri cavabdeh G.Rzayevanın atası ödəməyi öz üzərinə götürsə də münasibətlərinin pozulması səbəbindən onun verdiyi vədə əməl etmədiyini, nəticədə kredit müqaviləsi üzrə aylıq ödənişlərin məcburən hazırda da onun tərəfindən ödənilməkdə olduğunu, cavabdehin birgə nikah dövründə onun qazandığı hər hansı əmlaka hüququnun olduğunu iddia edərək ona qarşı əmlak tələbi ilə məhkəməyə müraciət etdiyini və onun iddiasının qismən təmin edildiyini, belə olan təqdirdə isə cavabdeh birgə nikah dövründə götürdüyü öhdəliyə görə də onunla bərabər məsuliyyət daşıdığını, götürdüyü bu kredit bilavasitə onun atasının borcları üçün sərf edildiyini və onun hər ay banka 1000 (bir min) manatdan artıq ödəniş etmək məcburiyyətində qaldığını, buna görə də cavabdeh G.Rzayeva ilə birgə nikah dövründə Naxçıvanbank ASC-nin Şərur filialından xx.xx.3022-ci il tarixli İK 1009487№ li kredit müqaviləsi üzrə götürdüyüm 30.000 (otuz min) manat məbləğində pulun birgə yaşadıqları 2022-ci ilin may ayınadək olan ödənişləri çıxılmaqla ümumi ödəniləcək əsas və faiz borcunun yarısı olan 17.400 (on yeddi min dörd yüz ) manat pulun cavabdeh G.Rzayevadan alınaraq onun xeyrinə ödənilməli olduğunu hesab etdiyini bildirmişdir. İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxışı iclasında iştirak etməmiş, lakin vəkil və nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsində qeyd etdiyi xüsusatları eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxışı iclasında iştirak etməmiş, lakin vəkil və nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin vəkili- nümayəndəsi Vəkil2 izahatında iddianı qəbul etmədiklərini bildirməklə mübahisə predmeti olan pul məbləği tərəflərin birgə nikahda olduqları dövrdə kredit götürülsə də, ailənin ehtiyacları üçün xərclənməsinə dair hər hansı bir sübut olmadığını, iddiaçının həmin pulu cavabdehin atasına borc kimi verdiyini bildirdiyini, bu səbəbdən Cavabdeh hazırkı iddiaya cavab verməli şəxs olmadığını, buna görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin vəkil və nümayəndəsinin izahatlarını iş materiallarında olan sübutlarla əlaqəli qiymətləndirərək bu qənaətə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-l № 402470 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə cavabdeh X2 arasında bağlanmış nikah xx.xx.2023-cü il tarixdə pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 67 nömrə ilə qeyd edilmişdir, nikah pozulduqdan sonra qadına “Cəfərova” soyadı verilmişdir; - xx.xx.2022-ci il tarixli, İK ******* saylı Kredit müqaviləsindən görünür ki , Naxçıvanbank” ASC-nin Şərur filialı ilə İddiaçı arasında müqavilə bağlanmış, müqavilənin şərtinə əsasən İddiaçı istehlak məqsədi üçün 16% dərəcəsi ilə 36 ay müddətinə 30000 (otuz min) manat məbləğində kredit verilmişdir; - xx.xx.2023-cü il tarixli ********** nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** saylı xəzinə hesabına 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tədqiqatı zamanı müəyən edilmişdir ki, iş üzrə tərəflər 2006-cı il tarixdə nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-l № 402470 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə cavabdeh X2 arasında bağlanmış nikah xx.xx.2023-cü il tarixdə pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 67 nömrə ilə qeyd edilmişdir, nikah pozulduqdan sonra qadına “Cəfərova” soyadı verilmişdir. İş materialından görünür ki, təfərlər birgə nikahda olduqları müddətdə "xxxx" ASC-nin Şərur filialı ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixli, İK ******* saylı Kredit müqaviləsi bağlanmış, müqavilənin şərtinə əsasən Bank tərəfindən İddiaçı istehlak məqsədi üçün 16% dərəcəsi ilə 36 ay müddətinə 30000 (otuz min) manat məbləğində kredit verilmişdir. Haliyədə iddiaçı iddia tələbində həmin pulu birgə öhdəlik kimi qiymətləndirərək birgə yaşadıqları 2022-ci ilin may ayınadək olan ödənişləri çıxılmaqla ümumi ödəniləcək əsas və faiz borcunun yarısı olan 17.400 (on yeddi min dörd yüz) manat pulun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsini tələb etsədə, iddiaçı iddia ərizəsində, iddiaçının vəkili və nümayəndəsi isə məhkəmə baxışı iclasında verdiyi izahatında həmin pulun cavabdehin atasının borclarının ödənilməsinə sərf edildiyini bildirmişlər. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, həmin pul tərəflərin ailə ehtiyaclarının təmin edilməsi üçün sərf edilməmişdir. Eyni zamanda bu tələb məhkəmə baxışı iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi tərəfindən də təkzib edilməklə, iddia tələbinə etiraz edilmişdir. Məhz bu baxımdan da məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia tələbində qeyd etdiyi öhdəliyin nikah dövründə onların ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə yaranmış öhdəlik olması, bu öhdəliyin onların ümumi əmlakına daxil olub-olmaması, yaranmış borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması hər hansı bir sübutlarla təsdiq olunmur və sübuta yetirilmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır; - 23.1-ci maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır; - 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; - 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; - 32.2.1-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) daxildir; - 32.2.2- ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. - 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir; - 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir; - 41.2-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Plenum Qərarında qeyd etmişdir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıbaparmaması,götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. Həmin Qərarda qeyd edilmişdir ki, ər-arvadın öhdəlikləri üzrə ödəmənin onların əmlakına yönəldilməsinin şərtləri Ailə Məcəlləsinin 41-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Həmçinin həmin Qərarda o da qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq vurğulayır ki, ər-arvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərar). Beləliklə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və iddiaçı iddia tələbinin əsası kimi istinad edilən halları, yəni birgə nikah dövründə götürdüyü kreditin ailə ehtiyacları üçün istifadə olunduğunu sübut etmək öhdəliyini daşıyır. Lakin məhkəmə araşdırması zamanı iddiaçı hazırki iş üzrə iddia tələbinin əsası kimi istinad etdiyi halların təsdiq edilməsi sübutetmə vasitələrini məhkəməyə təqdim edə bilməmişdir. Nəticə etibarilə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halların iş üzrə mövcud olan sübutlar əsasında müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, işin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007- ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio(sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. X4 Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir» Beləliklə də, məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “öhdəliyin bölünməsi tələbi barədə” iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən məhkəməyə müraciət edərkən ödənilmiş 126 (bir yüz iyirmi altı) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış öhdəliyin bölünməsi” tələbi barədə iddiası rədd edilsin. Məhkəməyə müraciət edərkən iddiaçı tərəfindən ödənilmiş 126 (bir yüz iyirmi altı) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-331/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-331/2024
08.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver