Məhkəmə qərarları › İş №2(110)-359/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-359/2022

16.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-359/2022 16.09.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı1, iddiaçının vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh3 və cavabdehin vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Sədərək rayon Notariat ofisinə və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğvi, torpaq sahəsinin geri qaytarılması tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il tarixdə Cavabdeh2 ilə Cavabdeh3 arasında Şərur rayon Dərəkənd kəndində yerləşən paylı mülkiyyətlərinə verilmiş 0.8537 ha həyətyanı torpaq sahəsi barədə bağlanmış Sədərək rayon DNK-da qeydiyyata alınan 4-Ə-99 nömrə alqı-satqı müqaviləsinin Cavabdeh3 adına **********63 reyestr nörmə ilə Naxçıvan MR daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış qeydiyyatın ləğv olunması və torpaq sahəsinin mülkiyyətlərinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 16 sentyabr 2022-ci il tarixə təyin olunmuş məhkəmə baxışı iclasında İddiaçı1 və onun vəkilinümayəndəsi Vəkil1 məhkməyə ərizə təqdim edərək ərizədə İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğvi, torpaq sahəsinin geri qaytarılması ilə bağlı iddia ərizəsinə və ona əlavə olunmuş sənədləri (tələb etdiyiniz sənədlərin surətləri əlavə olunmaqla) özlərinə qaytarılmasını xahiş etmişlər. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh3 və cavabdehin vəkili-nümayəndəsi Vəkil2 iddiaçının və onun vəkili-nümayəndəsinin iddia ərizəsinin baxılmamış saxlanması haqda ərizəsinə etirazlarının olmadığını bildirdilər. Məhkəmə belə nəticəyə gəlir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 259.0.11-ci maddəsinə əsasən qərardadda iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır; - 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər; - 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu qaytarılır. Məhkəmə büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, ərizə baxılmamış saxlanıldığından İddiaçı1 tərəfindən Kapital Bank ASC-nin Naxçıvan filialı vasitəsilə xx.xx.2022-ci il tarixli, 4937 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Sədərək rayon Notariat ofisinə və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğvi, torpaq sahəsinin geri qaytarılması tələbi barədə” iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizə baxılmamış saxlanıldığından İddiaçı1 tərəfindən Kapital Bank ASC-nin Naxçıvan filialı vasitəsilə xx.xx.2022-ci il tarixli, 4937 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçı1 izah olunur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar