Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-361/2023 03.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X8 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulmasına dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan yetkinlik yaşına çatmayan 17 iyun 2008-ci il tarixdə doğulmuş X2, 17 iyun 2008-ci il tarixdə doğulmuş X3 və 06 avqust 2019-cu il tarixdə doğulmuş X1 üçün alimentin hər ay hər uşaq üçün 130 manat olmaqla ümumilikdə 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qızı X4 Cavabdeh ilə 2007-ci ildə nikaha daxil olaraq evləndiklərini, birgə nikahdan 17 iyun 2008-ci il tarixdə doğulmuş X9, 17 iyun 2008-ci il tarixdə doğulmuş X10 və 06 avqust 2019-cu il tarixdə doğulmuş X12 adında uşaqları anadan olduğunu, qızı X4 xx.xx.2022-ci il tarixdə vəfat etdiyini, qızı xəstə olduğu müddətdən onların birgə nikahdan olan uşaqlarının onun himayəsində yaşadıqlarını, anaları vəfat edəndən sonra da onunla yaşadıqlarını, atalarıın uşaqlarla maraqlanmadığını, onun saxlanmasında ona köməklik etmədiyini, ümumiyyətlə harada yaşaması və nə işlə məşğul olması barədə məlumatının olmadığını, onun nəvələrinin onun himayəsinə verilməsi üçün Şərur rayon icra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasına müraciət etdiyini, Şərur rayon icra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə nəvələri X2, X3 və X6 onun himayəsinə verildiyini, hazırda onun uşaqların saxlanmasında çətinlik çəkdiyini, onun aldığı pensiya ilə onların təminatını ödəməyin çətinlik çəkdiyini, cavabdehin də uşaqlarının saxlanmasında laqeydlik göstərdiyini, ona görə də məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında həqiqətəndə iddiaçının qızı X11 ilə 2007-ci ildə rəsmi nikaha daxil olaraq evləndiklərini, onların birgə nikahdan 17 iyun 2008-ci il tarixdə X2 və X7, 06 avqust 2019-cu il tarixdə isə X6 doğulduğunu, arvadı X4 xx.xx.2022-ci il tarixdə vəfat etdiyini, həmin müddətdən sonra uşaqlarının ana tərəfdən nənə və babaları ilə yaşadıqlarını, onların uşaqlarını görmək üçün ona imkan vermədiklərini, ona görə də indiyədək onlara maddi yardım etmədiyini, özünün birinci qrup əlil olduğunu, fiziki işlə məşğul ola bilmədiyini, 270 manat pensiya, 200 manat prezident müavinəti aldığını, dövlət tərəfindən uşaqların üçün müavinət ödənildiyini, anasının pensiya kartını onlara verdiyini, iki ay onlarda olduğunu, hər ay 80 manat pul çədiklərini, sonra arada anlaşılmazlıq olduğu üçün kartı blokladıqlarını, bundan sonra kartı geri qaytardıqlarını, haliyədə aliment ödəməyəcəyini, aliment ödəməyə imkanının çatmadığını, çünki özünün müalicəsi üçün pul lazım olduğunu, uşaqların təminatını ödəyə bilmirsə iddiaçıdan uşaqlarının ona qaytarmasını istədiyini, uşaqlarına özünün baxa biləcəyini qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatına və iş materialında olan digər sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon Nikah Evi tərəfindən verilmiş 10 noyabr 2022-ci il tarixli AZ-İ 943010 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2022-ci il tarixdə Şərur rayon Tumaslı kəndində Çənbər bağırsağın lokalizasiyası bədxassəli yenitörəməsi xəstəliyindən vəfat etmişdir; - Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16 sentyabr 2015-ci il tarixli AZ-İİİ № 307650 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə Cavabdeh və X11 17 iyun 2008-ci il təvəllüdlü X2 valideynləridir; - Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16 sentyabr 2015-ci il tarixli AZ-İİİ № 307651 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və X11 17 iyun 2008-ci il təvəllüdlü X3 valideynləridir; - Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12 noyabr 2019-cu il tarixli AZ-İV № 163897 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və X11 06 avqust 2019-cu il təvəllüdlü X6 valideynləridir; - Şərur rayon icra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli 20 nömrəli qərarının surətindən görünür ki, 17 iyun 2008-ci il təvəllüdlü X9, 17 iyun 2008-ci il təvəllüdlü X10 və 06 avqust 2019-cu il təvəllüdlü X12 babaları İddiaçı qəyyumluq və himayəsinə verilmişdir; - “Elektron məhkəmə” informasiya sistemindən çıxarişdan görünür ki, Cavabdeh 470 manat məbləğində pensiya alır. Məhkəmə təqdqiqatının nəticəsində müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh və X11 2007-ci ildə nikaha daxil olaraq evlənmişlər. Onların birgə evliliyindən üç övladı doğulmuşdur, Şərur rayon Nikah Evi tərəfindən verilmiş 10 noyabr 2022-ci il tarixli AZ-İ 943010 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2022-ci il tarixdə Şərur rayon Tumaslı kəndində Çənbər bağırsağın lokalizasiyası bədxassəli yenitörəməsi xəstəliyindən ölmüşdür. X11 vəvat etdikdən sonra Cavabdeh və X4 birgə evliliyindən doğulmuş övladları babasının himayəsində qalmışlar. Uşaqların anası öldükdən sonra uşaqların atasının uşaqlarla maraqlanmaması əsası ilə Şərur Rrayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası xx.xx.2022-ci il tarixli 20 nömrəli qərarı ilə 17 iyun 2008-ci il təvəllüdlü X5 və X3, 06 avqust 2019-cu il təvəllüdlü X6 babaları İddiaçı qəyyumluq və himayəsinə vermişdir. İddiaçının izahatındanda görünür ki, o, aldığı pensiya ilə nəvələrinin saxlanılmasında çətinlik çəkir, cavabdeh isə uşaqlarının saxlanmasında laqeydlik göstərərək övladlarının tələbatını ödəməkdə iddiaçıya heç bir köməklik göstərmədiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iddiaçı üçün yuxarıda qeyd edilən diqqətəlayiq halları, uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşaqlaın yaş həddini, sağlamlıq vəziyyətini, o cümlədən qanunvericilik aktlarının tələblərini, uşaqların üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu babalarının üzərinə düşməsini, atanında uşaqlar üzərində qanunla müəyyən olunmuş hüquq və vəzifələrə malik olmaqla uşaqları saxlamağa borclu olmasını nəzərə alaraq, iddiaçının alimenti sabit pul məbləğində tutulması tələbinin təmin edilməsi qənaətinə gələrək müəyyən edir ki, iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu 14 mart 2023-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla ümumilikdə 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq 17 iyun 2008-ci il təvəllüdlü X2, 17 iyun 2008-ci il təvəllüdlü X3 və 06 avqust 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ödənilməlidir. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, iş üzrə cavabdehin gəlirləri müəyyən edilmədiyindən iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etmişdir. Ona görə də aliment sabit pul məbləğində müəyyənləşdirilməlidir. Alimentin sabit məbləği müəyyənləşdirilərkən uşaqların təminatının mümkün qədər maksimal saxlanması əsas tutulmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 79.1-ci maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment bu Məcəllənin 76—78-ci maddələrinə uyğun olaraq tutulur və uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir; - 75.1-ci maddəsinə əsasən, valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur; - 78.1-ci maddəsində deyilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; - 78.2-ci maddəsində qeyd edilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; - 100.2-ci maddəsində deyilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur; - 172.1.1-ci maddəsinə əsasən işə bərpa, aliment tutulmasına dair işlərə ərizə məhkəməyə daxil olduğu vaxtdan 2 aydan gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır; Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür; - 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikasında 2023-cü il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" 27 iyul 2016-cı il tarixli qərarında qeyd etmişdir ki;
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı iddianın qiyməti 4680 manat (390x12) təşkil etdiyindən, buna müvafiq olaraq da 66.80 (altmış altı manat səksən qəpik) manat (30+3680x1%) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.Çünki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. 14 mart 2023-cü il tarixdən hesablanmaqla 17 iyun 2008-ci il təvəllüdlü X2, 17 iyun 2008-ci il təvəllüdlü X3 və 06 avqust 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə üç uşağa görə 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə aliment tutulmasına dair hissədə dərhal icra edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 66.80 (altmış altı manat səksən qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Seymur Qarayev