Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şərur şəhəri İş № 2(110)-390/2021 07.05.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu Kreditor MMC-nin Borclu qarşı borc ödənilməsinə dair məhkəmə əmrinin verilməsi ilə bağlı ərizəsinə və ona əlavə edilmiş edilmiş sənədlərə baxaraq müəyyən etdim: Kreditor “xxxx” MMC ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1987-ci il ildə Naxçıvan MR ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 1450 manat məbləğində borc pul və 20 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 1470 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-nin hesabına (Azərbaycan Beynəlxalq Bankının Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h AZ53İBAZ********************) ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş məhkəmə əmrinin verilməsinə dair ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Kreditor MMC ilə Borclu arasında 05.07.2017-ci il il tarixdə bağlanmış ******* №li borc müqaviləsinə əsasən, borclu kreditora məxsus mağazadan dəyəri 1209 (min iki yüz doqquz) manat məbləğində olan məişət avadanlığı almışdır. Borclu 9 manat ilkin ödəniş edərək 1200 (min iki yüz) manat məbləğində borcu 15 ay müddətinə aylıq 80 (səksən) manat olmaqla kreditora ödəməyi öhdəsinə götürmüş və 22.08.2017-ci il il tarixdə bağlanmış ******* №li borc müqaviləsinə əsasən, borclu kreditora məxsus mağazadan dəyəri 1200 (min iki yüz) manat məbləğində olan məişət avadanlığı almış, ilkin ödəniş etmədən 1200 (min iki yüz) manat məbləğində borcu 15 ay müddətinə aylıq 80 (səksən) manat olmaqla kreditora ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında 15.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Borclu Kreditor MMC-yə 05.07.2017-ci il tarixli XDK4673470 nömrəli müqavilə üzrə 700 manat, 22.08.2017-ci il tarixli XDK4674008 nömrəli müqavilə üzrə 750 manat olmaqla ödənilməmiş 1450 (min dörd yüz əlli) manat borcu vardır. Məhkəmənin əsaslandırması: Ərizəyə əlavə olunmuş sənədlərə əsasən tələb aşkar olduğundan və həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığından məhkəmə əmrinin verilməsi mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.2.2-ci maddəsinə görə tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa həmin tələb üzrə məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.3-cü maddəsinin tələbinə görə isə öhdəliklər haqqında ümumi müddəalar tənzimləyən Mülki Məcəllənin müvafiq fəslinin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair həmin Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Təqdim edilmiş sənədlərdən də aydın olur ki, borclu müqavilə üzrə götürmüş olduğu öhdəliklərini lazımınca və vaxtında icra etmədiyindən kreditor qarşısında 1450 (bir min dörd yüz əlli) manat məbləğində icra edilməmiş borc öhdəliyi yaranmışdır. Kreditorun ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi borcludan tutularaq kreditorun xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin275, 276, 280- 282-ci maddələrini rəhbər tutaraq əmr etdim: xx.xx.1987-ci il ildə Naxçıvan MR ünvan 2 ünvanında qeydiyyatda olan Borclu 1450 (bir min dörd yüz əlli) manat məbləğində borc pul və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 1470 (bir min dörd yüz yetmiş) manat məbləğində pul alınaraq, Bakı şəhəri Mətbuat prospekti 24 ünvanında yerləşən, Kreditor MMC-nin hesabına (Azərbaycan Beynəlxalq Bankının Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h AZ53İBAZ********************) ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-390/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(110)-390/2021
07.05.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver