Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-393/2020 01.10.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X18 oğlunun katibliyi, İddiaçı və cavabdeh X6 iştrakı ilə, İddiaçı cavabdeh X9 qarşı “sağlamlığının pozulmasına görə çəkilən və çəkiləcək xərclərin, əmək qabiliyyətinin itirilməsi ilə bağlı zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında, baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 təqsiri üzündən onun sağlamlığına vurulmuş xəsarət nəticəsində onun tərəfindən çəkilmiş və gələcəkdə çəkiləcək əlavə xərclərin miqdarı 5000 (beş min) manat cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında keçirilən məhkəmə baxışı iclasında İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən “iddia tələbinin həcminin artırılması” barədə məhkəməyə ərizə ünvanlayaraq ərizəsində keçmiş qaynatası X4 məhkəmə zalında onu kürsüdə danışdığı zaman arxadan stulla başından vuraraq sağlamlığına zərər vurmaqla xəsarət yetirdiyinə görə sağ təpə nahiyyəsində geniş-izlemli kəsilmiş-əzilmiş yara, qanaxma və yüngül dərəcəli beyin silkələnməsi diaqnozu ilə Şərur rayon Mərkəzi Xəstəxanasına daxil olmağına, başına 8 tikiş vurulması və 5 gün xəstəxanada müalicə aldıqdan ev şəraitində ambulator müalicəni davam etdirməklə evə buraxılmağına görə çəkilmiş və gələcəkdə çəkiləcək müailəcə xərclərinə görə 5000 (beş min) manat təzminatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, X6 məhkəmə zalında ona xəsarət yetirdikdən sonra istər iş yoldaşlarının arasında, istərsə də kənddə dost-tanışlar arasında etibarının qalmadığını, şərəfinin, ləyaqətinin və işgüzar nüfuzunun ləkələndiyini, buna görə də mənəvi sarsıntı keçirdiyini, utandığından kənd içinə çıxa bilmədiyini, iş yoldaşlarının, kənd sakinlərinin üzünə baxa bilmədiyini, işdən çıxıb kənddən köçüb getmək həddinə çatdığını, keçmiş qaynatası X6 ona çəkdiyi və gələcəkdə çəkəcəyi müalicə xərclərinə görə 5000 (beş min) manat təzminat ödəməklə yanaşı keçirdiyi mənəvi sarsıntıya görə 15000 (on beş min) manat da əlavə olaraq mənəvi ziyan ödəməli olduğunu qeyd edərək, keçmiş qaynatası X4 çəkdiyi və gələcəkdə çəkəcəyi müalicə xərclərinə görə 5000 (beş min) manat, şərəfinin, ləyaqətinin və işgüzar nüfuzunun ləkələnməsi nəticəsində keçirdiyi mənəvi sarsıntıya görə 15000 (on beş min) manat, ümumilikdə 20000 (iyirmi min) manat təzminatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.Məhkəmə tərəfindən Azərbaycan Respublikasının MPM-in 53-cü maddəsinə müvafiq olaraq iddiaçının “iddia tələbinin həcminin artırılması” barədə ərizəsi qəbul olunaraq, işə həmin iddia tələbi çərçivəsində baxılmışdır. Məhkəmədə iştirak edən İddiaçı vermiş olduğu izahatında irəli sürülmüş iddianı müdafiə edərək xx xxxx 2020-ci il tarixdə Şərur rayon Məhkəməsində cavabdeh X7 qarşı “alimentin azaldılması” barədə iddia tələbinə dair ərizəsinə məhkəmə baxışı zamanı məhkəmə zalında keçmiş qaynatası X6 onu kürsüdə danışdığı zaman arxadan stulla başından vuraraq sağlamlına zərər vurmaqla xəsarət yetirdiyini, onun başın sağ təpə nahiyyəsində geniş-izlemli kəsilmiş-əzilmiş yara, qanaxma və yüngül dərəcəli beyin silkələnməsi diaqnozu ilə Şərur rayon mərkəzi xəstəxanasına daxil olduğunu, başına 8 tikiş vurulduğunu və 5 gün xəstəxənada müalicə aldıqdan sonra (stasionar xəstənin tibbi kitabçasını (8 vərəq) ərizəyə əlavə edirəm) ev şəraitində ambulaton müalicəsini davam etdirməklə evə buraxıldığını, haliyyədə müalicəsinin davam etdiyini, X6 ona xəsarət yetirməsi ilə əlaqədar Şərur rayon icra və probasiya şöbəsi tərəfindən müvafiq akt tərib edildiyini, onun X1 qaynatası, iki qız övladının babası olması və yaşlı olmasını nəzərə alaraq ondan şikayətçi olmadığını, buna baxmayaraq cavabdeh X6 bu günə kimi onun müalicəsi ilə maraqlanmadığını, hər hansı maddi və mənəvi yardım göstərmədiyini, dərmanları almağa (resepti ərizəyə əlavə edirəm) imkanının olmadığını, onun xx.xx.2018-ci il tarixdə Azərbaycan Tibb Universitetinin X3 “Arnold-Kiari İ“ malformasiyası, tetraparez diaqnozu ilə beyin əməliyyatı keçirdiyini (epikrizi ərizəyə əlavə edirəm) və əməliyyatdan sonra heç bir şikayətinin olmadığını, lakin cavabdeh X11 tərəfindən ona xəsarət yetirildikdən sonra başında və boynunun arxasında şişlərin əmələ gəldiyini, ağrılarının olduğunu, sol qolunda keylik hiss olunduğunu, Azərbaycan Tibb Universitetində onu əməliyyat edən həkimlə əlaqə saxladığını, ona Bakıya gəlməli olduğunu və təkrar MRT olmağını və ola bilsin ki, əməliyyat olacağını bildirdiyini, onun ilk əməliyyata 4000 (dörd min) manat, əlavə xərclərə 2000 (iki min) manat, ümumilikdə 6000 (altı min) manat xərc çəkdiyini, bu gün Bakıya gedib təkrar yoxlanmağına və əməliyyat olmağına imkanının olmadığını, ona görə də cavabdeh X6 ona xəsarət yetirdikdən sonra sağlamlığının pozulmasına görə çəkdiyi və gələcəkdə çəkəcəyi müalicə xərclərini qarşılamalı olduğunu, çəkdiyi və çəkəcəyi müalicə xərclərinin əvəzinin ödənilməsi üçün cavabdehə şifahi olaraq bildirsə də cavabdehin bu günə qədər onun çəkdiyi və çəkəcəyi müalicə xərclərini ödəmək istəmədiyini, cavabdehdən tələb etdiyi mənəvi ziyan məbləğinin onu səhhətini əvvəlki vəziyyətə qaytarmayacağını, lakin onun cəzalanması hardasa onda mənəvi rahatlıq yaradacığını, onun bu hərəkəti nəticəsində mənəvi əziyyət şəkdiyini, xeyli sarsıldığını, gündəlik həyatında ciddi dəyişikliklər baş verdiyini, utandığından kənd içinə çıxa bilmədiyini, iş yoldaşlarının, kənd sakinlərinin üzünə baxa bilmədiyini, işdən çıxıb kənddən köçüb getmək həddinə çatdığını qeyd edərək, keçmiş qaynatası X4 çəkdiyi və gələcəkdə çəkəcəyi müalicə xərclərinə görə 5000 (beş min) manat, şərəfinin, ləyaqətinin və işgüzar nüfuzunun ləkələnməsi nəticəsində keçirdiyi mənəvi sarsıntıya görə 15000 (on beş min) manat, ümumilikdə 20000 (iyirmi min) manat təzminatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh qismində iştirak edən X11 ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək, izahatında bu hadisənin baş verməsində onun heç bir günahının olmadığını, iddiaçının işlədiyi məktəbdə, kənddə, ümumiyyətlə hər yerdə öz keçmiş həyat yoldaşı, eyni zamanda da onun qızı olan X10 barəsində nalayıq ifadələr işlədərək onları ailəliklə təhqir etdiyini, eyni zamanda məhkəmə iclasında da təkrar olaraq qızının barəsində nalayıq ifadə işlətdiyi üçün əsəblərini saxlaya bilməyərək onu stulla vurmağa məcbur olduğunu, ona bir qəpik də ödəməyəcəyini qeyd edərək ona qarşı qaldırılmış iddianın əsassız olması səbəbilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarında olan digər sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Stasionar xəstənin tibbi kartasından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Şərur rayon Mərkəzi Xəstəxanasına başında, sağ təpə nahiyyəsində kəsilmiş-deşilmiş yara, qanaxma ilə daxil olmuşdur. İş materiallarında olan reseptlərin nüsxələrindən görünür ki, İddiaçı müalicəsi üçün müxtəlif adda dərmanlardan istifadə olunmuşdur. İş materiallarında olan Azərbaycan Tibb Universitetinin X8 Epikirizinin surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə xəstəyə “C1 fəqərələrinin laminoektomiyası, ənsə pulunun rezeksiyası, sərt qişanın plastikası, beyincik və onurğa beyninin boyun nahiyyəsinin dekompressiyası, beyincik badamcıqlarının koaqulyasiyası” əməliyyatı icra olunmuş və əməliyyat fəsadsız keçmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixə Şərur Rayon Məhkəməsində keçirlən məhkəmə baxışı iclasında tərtib olunmuş aktın təsdiq olunmuş surətindən görününr ki, xx.xx.2020-ci il tarixdə saat 09:15 radələrində məhkəmə iclas zalında mülki işə baxılan zaman cavabdeh X5 atası X11 mübahisə zəminində İddiaçı vurmuş, icra məmurları tərəfindən X2 rayon Polis şöbəsinin əməkdaşlarına təhvil verilmiş, İddiaçı isə təcili tibbi yardım çağırılaraq Şərur rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixə Şərur Rayon Məhkəməsində keçirlən məhkəmə baxışı iclasında tərtib olunmuş aktın təsdiq olunmuş surətindən görününr ki, İddiaçı xəsarət yetirdiyi üçün, Şərur rayon Dizə kənd sakini X2 rayon Polis şöbəsinin əməkdaşlarına təhvil verilmişdir. İş materiallarında olan məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Şərur rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli 3/1-1936 saylı məktubdan görünür ki, İddiaçı X4 hər hansı bir şikayəti və tələbi olmadığından ərizə baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrumolması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquqpozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iddia tələbinin çəkdiyi və gələcəkdə çəkəcəyi müalicə xərclərinə görə 5000 (beş min) manat ödənilməsinə münasibədə qeyd edir ki, iddia tələb bu hissədə rədd olunmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində tələb etdiyi maddi zərərlə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini maddi zərərin tutulması hissəsində əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Məhkəmə iddia tələbinin “mənəvi sarsıntıya görə 15000 (on beş min) manat” hissəsində belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın müddəaları və X17 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadan gəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s.hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda həmin Qərarın 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin ediləbilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünübüruzə verə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərhedilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci iltarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx xxxx 2020-ci il tarixdə Şərur rayon Məhkəməsində cavabdeh X7 qarşı “alimentin azaldılması” barədə iddia tələbinə dair ərizəsinə məhkəmə baxışı zamanı məhkəmə zalında keçmiş qaynatası X6 onu kürsüdə danışdığı zaman arxadan stulla başından vuraraq sağlamlına zərər vurmaqla xəsarət yetirmiş, onun başın sağ təpə nahiyyəsində geniş-izlemli kəsilmiş-əzilmiş yara, qanaxma və yüngül dərəcəli beyin silkələnməsi diaqnozu ilə Şərur rayon mərkəzi xəstəxanasına daxil olmuş, başına 8 tikiş vurulmuş və 5 gün xəstəxənada müalicə aldıqdan sonra ev şəraitində ambulaton müalicəsini davam etdirməklə evə buraxılmışdır. Bu hal Şərur rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş müvafiq aktla, eyni zamanda cavabdehin etirafedici izahatı ilə də öz təsdiqini tapmışdır. Bununla da cavabdeh iddaçıya xəsarət yetirməklə onun şərəf və ləyaqətini alçaltmış, mənəvi iztirab keçirməsinə səbəb olmuşdur. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehin iddiaçının şərəf və ləyaqətini alçaltması nəticəsində ona mənəvi zərər vurması məhkəmə araşdırması zamanı sübut olunduğundan cavabdehdən mənəvi zərərə görə 15000 manat məbləğin alınmasına dair iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə cavabdehin əmlak vəziyyətini, pensiyaçı olmasını və digər halları nəzərə almaqla mənəvi zərərin əvəzi kimi 2000 (iki min) manat məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsində deyilir ki, Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh X4 vurduğu mənəvi ziyana görə 2000 (iki min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-393/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-393/2020
01.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver