Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-395/2023 15.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhumə X3 ilə Cavabdehdan birgə nikahlarından doğulmuş övladları 07 iyun 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat miqdarında sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində mərhumə qızı X2 Cavabdeh ilə 18 avqust 2017-ci il tarixdə el adətənənəsinə uyğun olaraq nikanlarını dövlət orqanında rəsmiləşdirmədən ailə qurduqlarını, onların bu nikahdan bir övladları – xx.xx.2018-ci il təvəllüdlü X5 doğulduğunu, övladları döğulduqdan sonra cavabdehlə xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən 2018-ci ilin iyul ayından qızı ilə cavabdehin ayrı yaşamağa başladıqlarını, ayrı yaşadıqları müddətdə cavabdehin onlarla maraqlanmadığını və gündəlik zəruri tələbatlarının ödənilməsinə köməklik göstərmədiyini, ona görə də qızı X8 rayon Məhkəməsində Cavabdeh qarşı aliment tələbi ilə iddia qaldırdığını və Şərur Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(110)-695/2018 saylı qətnaməsi ilə bu nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdehdan hər ay 100 (bir yüz) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq Əfsanə Nəcəfovanın xeyrinə ödənilməsi müəyyən edildiyini, qızı X2 06 noyabr 2022-ci il tarixdə vəfat etdiyini, qızı Əfsanənin vəfat etdikdən sonra xx.xx.2018-ci il təvəllüdlü X5 Şərur rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 17 yanvar 2023-cü il tarixli 02 saylı Qərarı ilə onun qəyyumluğuma verildiyini, Ümüdin hələ balaqca olduğunu və onun qayğıya daha çox ehtiyacı olduğunu, onun özünün heç bir yerdə işləmədiyini, uşağın qayğısına qalmaq və gündəlik zəruri tələbatını ödəməyin tək qadın olaraq onun üçün çox çətin olduğunu, Cavabdeh isə uşaqla ümumiyyətlə maraqlanmadığını, 2022-ci ilin noyabr ayından aliment belə ödəmədiyini, Cavabdeh qızı Əfsanə Nəcəfova ilə birgə nikahdan doğulmuş övladlarının gündəlik zəruri təlabatının qarşılanması üçün ona aliment ödəməli olduğunu hesab etdiyini, onun ailə münasibətlərindən irəli gələn aliment tələbi barədə mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə Mediasiya Təşkilatına müraciət etdiyini, lakin ilkin mediasiya sessiyasının vaxtı və yeri Cavabdeh bildirilsə də cavabdehin ilkin mediasiya sessiyasında iştirak etmədiyini, ona görə də Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə mediasiya prosesinə xitam verilməsi barədə protokol tərtib edilərək ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə N-146/2023 saylı arayış verildiyini, ona görə də onun Cavabdeh qarşı “aliment tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını, ona görə də ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimunu nəzərə alaraq, Cavabdeh qızı Əfsanə Nəcəfova ilə birgə nikahlarından doğulmuş övladları Ümid Quliyevin yetkinlik yaşına çatanadək saxlanılması üçün mənə aliment ödəməli olduğunu hesab etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etmədiyini, iddiaçının qızı X3 ilə 18 avqust 2017-ci il tarixdə el adət-ənənəsinə uyğun olaraq nikanlarını dövlət orqanında rəsmiləşdirmədən ailə qurduqlarını, onların bu nikahdan bir övladları – xx.xx.2018-ci il təvəllüdlü X5 doğulduğunu, övladları döğulduqdan sonra X3 ilə xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən 2018ci ilin iyul ayından ayrı yaşamağa başladıqlarını, X2 06 noyabr 2022-ci il tarixdə vəfat etdiyini, Əfsanənin vəfat etdikdən sonra onun razılığı olmadan xx.xx.2018-ci il təvəllüdlü X5 Şərur rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 17 yanvar 2023-cü il tarixli 02 saylı Qərarı ilə nənəsi İddiaçı qəyyumluğuna verildiyini, iddiaçıdan uşağını tələb etsədə iddiaçının bundan imtina etdiyini, hətta ona uşağı ilə görüşməsinə imkan vermədiyini, özünün heç bir yerdə işləmədiyini, heç bir yerdən gəlirinin olmadığını, iddiaçıya aliment ödəyə bilməyəcəyini, uşağı saxlaya bilmirsə onun özünə qaytarmasını istədiyini, ailəsinin dəstəyi ilə özünün uşağına baxacağını qeyd edərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatına və iş materialında olan digər sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 iyul 2018-ci il tarixli AZ-İ 135916 nömrəli atalığın müəyyən olunması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh X1 doğulmuş 07 iyun 2018-ci il təvəllüdlü X5 atasıdır; - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 iyul 2018-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və X3 07 iyun 2018-ci il təvəllüdlü X5 valideynləridir; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş 28 dekabr 2022-ci il tarixli AZ-İ 943089 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə Şərur şəhərində mexaniki asfikasiya, boyun üzvlərinin ilgəklə sıxılmasından vəfat etmişdir; - Şərur rayon icra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli 02 nömrəli qərarının surətindən görünür ki, 07 iyun 2018-ci il təvəllüdlü Şərur şəhərində anadan olmuş X9 xx.xx.2036-cı il tarixədək ana nənəsi İddiaçı qəyyumluğuna verilmişdir. Məhkəmə təqdqiqatının nəticəsində müəyyən edilmişdir ki, iş üzrə X3 və Cavabdeh nikaha daxil olmadan evlənmişlər. Onların birgə evliliyindən bir övladı doğulmuş, Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 iyul 2018-ci il tarixli AZ-İ 135916 nömrəli atalığın müəyyən olunması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh X1 doğulmuş 07 iyun 2018-ci il təvəllüdlü X5 atası olması müəyyən edilmişdir. Şərur rayon Nikah Evi tərəfindən verilmiş 28 dekabr 2022-ci il tarixli AZ-İ 943089 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə Şərur şəhərində mexaniki asfikasiya, boyun üzvlərinin ilgəklə sıxılmasından vəfat etmişdir. X3 vəfat etdikdən sonra Cavabdeh və İddiaçı birgə evliliyindən doğulmuş övladları 07 iyun 2018-ci il təvəllüdlü X9 nənəsinin himayəsində qalmışdır. Uşağın anası öldükdən sonra uşağın atasının uşaqlarla maraqlanmaması əsası ilə Şərur Rrayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası xx.xx.2023-cü il tarixli 02 nömrəli qərarının surətindən görünür ki, 07 iyun 2018-ci il təvəllüdlü Şərur şəhərində anadan olmuş X9 xx.xx.2036-cı il tarixədək ana nənəsi İddiaçı qəyyumluğuna vermişdir. İddiaçının izahatındanda görünür ki, o, heç bir yerdə işləmir, uşağın qayğısına qalmaq və gündəlik zəruri tələbatını ödəmək tək qadın olaraq onun üçün çox çətindir, Cavabdeh isə uşaqla ümumiyyətlə maraqlanmır. İddiaçı uşağın gündəlik zəruri tələbatlarını ödəməkdə iddiaçıya heç bir köməklik göstərmədiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iddiaçı üçün yuxarıda qeyd edilən diqqətəlayiq halları, ölkə üzrə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, sağlamlıq vəziyyətini, o cümlədən qanunvericilik aktlarının tələblərini, uşağın üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu şəxsin üzərinə düşməsini, cavabdehin valideyn olaraq uşağı saxlamağa borclu olmasını nəzərə alaraq qeyd edir ki,, iddiaçının alimenti sabit pul məbləğində tutulması tələbi təmin edilərək, iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu 30 mart 2023-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq 07 iyun 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ödənilməlidir. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, iş üzrə cavabdehin gəlirləri müəyyən edilmədiyindən iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etmişdir. Ona görə də aliment sabit pul məbləğində müəyyənləşdirilməlidir. Alimentin sabit məbləği müəyyənləşdirilərkən uşağın təminatının mümkün qədər maksimal saxlanması əsas tutulmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 79.1-ci maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment bu Məcəllənin 76—78-ci maddələrinə uyğun olaraq tutulur və uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir; - 75.1-ci maddəsinə əsasən, valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur; - 78.1-ci maddəsində deyilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; - 78.2-ci maddəsində qeyd edilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; - 100.2-ci maddəsində deyilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur; - 172.1.1-ci maddəsinə əsasən işə bərpa, aliment tutulmasına dair işlərə ərizə məhkəməyə daxil olduğu vaxtdan 2 aydan gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır; Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür; - 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikasında 2023-cü il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" 27 iyul 2016-cı il tarixli qərarında qeyd etmişdir ki;
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı iddianın qiyməti 2040 manat (170x12) təşkil etdiyindən, buna müvafiq olaraq da 40.4 (qırx manat qırx qəpik) manat (30+1040x1%) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Çünki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq
qət etdi: İddia təmin edilsin. 30 mart 2023-cü il tarixdən hesablanmaqla 07 may 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə aliment tutulmasına dair hissədə dərhal icra edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 40.4 (qırx manat qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Seymur Qarayev