Məhkəmə qərarları › İş №2(110)-435/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-435/2025

11.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-435/2025 11.09.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X10 Elmar oğlunun sədrliyi, ızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimetin miqdarının azaldılması tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı nümayəndəsi vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(110)-7/2025 nömrəli qərardadı ilə xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin ödənilməsi barədə məhkəmə qərardadında dəyişiklik edilərək xx.xx.2012-ci il təvəllüdlü X2 üçün qazancının (başqa gəlirlərinin) 25%-i məbləğində yəni döddə bir hissəsində alimentin tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, 2006-cı ildə Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. Birgə nikahdan iki övladı – xx.xx.2002-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X8 doğulmuşdur. İddiaçı qeyd etmişdir ki, cavabdehlə xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən onların arasında bağlanmış nikah Şərur Rayon Məhkəməsinin qətnaməsi ilə 2015-ci ildə pozulmuşdur. Bir uşağın saxlanılması üçün Şərur Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(110)-877/2015 nömrəli məhkəmə qətnaməsinə əsasən İddiaçı bir uşağın saxlanılması üçün 80 manat, iki uşağın saxlanılması üçün ümumilikdə 160 manat miqdarında sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. xx.xx.2002-ci il təvəllüdlü X6 artıq yetkinlik yaşına çatmışdır. Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(110)-7/2025 nömrəli məhkəmə qərardadına əsasən, kiçik övladı-xx.xx.2012-ci il təvəllüdlü X1 üçün xx.xx.2015-ci il tarixli 2(110)-877/2015 nömrəli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,76 misli həddində sabit pul məbləğində müəyyən edilmişdir. Yəni bir uşağın saxlanılması üçün 304 manat alimentin tutulması təmin olunmuşdur. İddiaçı 2015-ci ilin sonlarında ikinci dəfə ailə qurmuşdur. İkinci evlilikdən xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X7 doğulmuşdur. Hal-hazırda o, Bakı şəhərində yaşayır və “Aşqar” X5 operator vəzifəsində çalışır. Onun aylıq qazancı 400 manat təşkil edir. Bu məbləğin 304 manatı bir uşağın saxlanılması üçün tutulduqdan sonra digər iki uşağın saxlanılması üçün cəmi 96 manat qalır ki, bu da olduqca azdır. Bu məbləğ uşaqların saxlanılması, onların normal qidalanması, müalicəsi, istirahəti və təhsilini təmin etməyə kifayət etmir. xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(110)-7/2025 nömrəli məhkəmə qərardadı ilə müəyyən olunmuş alimentin tutulması onun aylıq qazancına uyğun təmin edilməlidir. Belə ki, bir uşağın saxlanılması üçün onun hər növ aylıq qazancının 25%-i, yəni qazancının (və digər gəlirlərinin) dörddə bir hissəsi xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün aliment kimi müəyyən olunmalıdır. Tərəflərə məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə məlumat verilsə də, yalnız Cavabdeh xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərə təyin edilmiş məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. Lakin cavabdeh xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərə təyin edilmiş məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-ci və 259.0.7-ci maddələrinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallardan da aydın olur ki, hazırki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə rəsmi qaydada məlumat verməmişdirlər. Yəni hazırki vəziyyətdə yaranmış hüquqi şərait mülki işə baxmağa imkan vermir. Belə olan vəziyyətdə də, məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərini nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsi tətbiq olunmalı və İddiaçı verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş üzrə tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Belə ki, MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır, 260.3-cü maddəsinə görə isə qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası Мülki-Prossesual Мəcəlləsinin 259.0.6, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon Məhkəməsinə şikayət etmək olar. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar