Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-446/2020 16.09.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh yetkinlik yaşına çatmayan xx xxxx 2014-cü il tarixdə doğulmuş X2 və xx xxxx 2019-cu il tarixdə doğulmuş X1 üçün alimentin hər uşaq üçün 170 manat olmaqla cəmi 340 (üç yüz qırx) manat məbləğində tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında Cavabdeh ilə xx xxxxxx 2014-cü il tarixdə nikaha daxil olaraq evləndiklərini, birgə nikahdan onların iki övladlarının -xx xxxx 2014cü il təvəllüdlü X2 və xx xxxx 2019-cu il təvəllüdlü X4 dünyaya gəldiyini, nikaha daxil olduqdan sonra ailə münasibətlərinin normal olduğunu, bir-birilərini başa düşdüklərini, aralarında heç bir narazıçılıq olmadığını, bir müddət keçdikdən sonra aralarındakı münasibətlərin soyumağa başladığını, Yasinin evə günlərlə gəlmədiyini, evə gələndə hər şeyin üstündə dava saldığını, bir müddət keçdikdən sonra Yasinin artıq evə gəlmədiyini və haliyyədə başqası ilə yaşadığını, birgə nikahdan olan uşaqların onun himayəsində olduğunu və uşaqların saxlanmasında maddi çətinlik çəkdiyini, cavabdehin onların maddi vəziyyəti ilə maraqlanmadığını, uşaqların saxlanmasında ona heç bir köməklik göstərmədiyini, cavabdehin nə işlə məşğul olduğu barədə məlumatının olmadığını qeyd edərək Cavabdeh yetkinlik yaşına çatmayan xx xxxx 2014-cü il təvəllüdlü X2 və xx xxxx 2019-cu il təvəllüdlü X1 üçün alimentin hər uşaq üçün 170 manat olmaqla cəmi 340 (üç yüz qırx) manat məbləğində tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında İddiaçı ilə xx xxxxxx 2014-cü il tarixdə nikaha daxil olaraq evləndiklərini, birgə nikahdan onların iki övladlarının-xx xxxx 2014cü il təvəllüdlü X2 və xx xxxx 2019-cu il təvəllüdlü X4 doğulduğunu, ata – anası ilə yola gedə bilmədiyi üçün 4-5 ay olar evi tərk etdiyini, günəmuzd fəhlə işlədiyini, sabit iş yeri və qazancı olmadığı üçün alimenti ödəyə bilməyəcəyini, iddiaçının hələdə onun ata - anasının yanında yaşadığını, uşaqlara onun valideynlərinin baxdığını, iddiaçının ondan niyə aliment tələb etdiyini başa düşmədiyini, iddiaçının tələb etdiyi alimentin yarısını belə ödəməyə imkanının olmadığını, ona görədə iddianı qəbul etmədiyini qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatına və iş materialında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2014-cü il tarixli, AZ-İ 785688 nömrəli Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx xxxxxx 2014-cü il tarixdə 179 nömrəli akt qeydi ilə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Əliyeva” soyadı verilmişdir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli AZ-İV 164799 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər xx xxxx 2019-cu il təvəllüdlü X4 valideynləridir. İş materiallarında olan Şərur rayon X9 Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, xx xxxx 2014-cü il təvəllüdlü X5 və xx xxxx 2019cu il təvəllüdlü X6 anaları İddiaçı ilə birlikdə yaşayırlar. Məhkəmə təqdqiqatının nəticəsi olaraq məhkəmə bu qənatə gəlir ki, iddia qismən təmin edilməklə, iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla, Cavabdeh xx xxxx 2014-cü il təvəllüdlü X2 və xx xxxx 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, iki uşaq üçün cəmi 260 (iki yüz altmış) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia digər hissədə rədd eilməlidir. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, iş üzrə cavabdehin gəlirləri müəyyən edilmədiyindən iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etmişdir. Ona görə də aliment sabit pul məbləğində müəyyənləşdirilməlidir. Alimentin sabit məbləği müəyyənləşdirilərkən uşağın təminatının mümkün qədər maksimal saxlanması əsas tutulmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Məhkəmə iddianı qismən təmin edərkən, valideynlərin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını nəzərə almışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən, valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsində deyilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsində qeyd edilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «X7» Azərbaycan Respublikası Qanununun: 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür; 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikası MPM-nin 172.2-ci maddəsinin tələbinə görə, işə bərpa, aliment tutulması, övladlığa götürmə, dövlət orqanlarının, ictimai birliklərin, vəzifəli şəxslərin qərarlarının, hərəkətlərinin (və ya hərəkətsizliklərinin) düzgün olmaması barədə işlərə 1 ay müddətində baxılır və həll edilir. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarına əsaslanıb, iddiaçının tələbinə və təqdim edilmiş sübutlara qiymət verərək bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş tələb haqlıdır. Belə ki, aparılmış araşdırma zamanı müəyyən edilir ki, tərəflər 2014-cü ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, onların bu evliliyindən isə iki övladı doğulmuşdur. Keçən müddət ərzində isə müxtəlif səbəblərdən tərəflər arasındakı münasibət pozulmuş və onlar faktiki olaraq ayrılmışlar ki, tərəflər ayrıldıqdan sonra isə onların birgə evliliyindən doğulmuş övladları da iddiaçının himayəsində qalmışdır. Hazırda isə iddiaçı övladlarının saxlanmasında maddi cəhətdən çətinlik çəkir. Bu müddətdə isə cavabdeh övladının tələbatını ödəməkdə iddiaçıya heç bir köməklik göstərmədiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməyə məbur olmuşdur. Məhkəmə yuxarıda qeyd edilənləri iddiaçı üçün diqqətəlayiq hal hesab edərək, onun tələbində qismən haqlı olması qənaətinə gələrək, xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla, Cavabdeh xx xxxx 2014-cü il təvəllüdlü X2 və xx xxxx 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, iki uşaq üçün cəmi 260 (iki yüz altmış) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsini məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində deyilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumu "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" xx xxxx 2016-cı il tarixli qərarında qeyd etmişdir ki;
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “X7” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyinə görə iddianın təmin edilmiş hissəsinə münasib olan 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq
qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla, xx xxxx 2014-cü il təvəllüdlü X2 və xx xxxx 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, iki uşaq üçün cəmi 260 (iki yüz altmış) manat miqdarında sabit pul məbləğində aliment tutularaq anaları- İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamə aliment tulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Seymur Qarayev