Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-473/2024 03.06.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X10 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21 avqust 2017-ci il təvəllüdlü X8 və 15 noyabr 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi bir uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində 200 (iki yüz) manat, iki uşağın saxlanılması üçün ümumilikdə 400 (dörd yüz) manat alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində 2016-cı ildə Cavabdeh ilə qeyri-rəsmi olaraq ailə qurduqlarını, birgə yaşadıqları müddətdə iki övladı 21 avqust 2017-ci il təvəllüdlü X8 və 15 noyabr 2020-ci il təvəllüdlü X6 doğulduğunu, uşaqların atasının Cavabdeh olmasının müəyyən olunduğunu, Zeynalabdın ilə xasiyyətlərinin uyğun gəlmədiyini,yola gedə bilmədiklərini, ona fiziki təzyiqlər göstərdiyini, ailəyə, uşaqlara baxmadığını, ona qarşı xəyanət etdiyini, göstərilmiş səbəblərdən aralarında olan ailə münasibətlərinin korlandığını, bu səbəbdən onun azyaşlı övladları ilə birlikdə 2023-cü ilin dekabr ayından valideynlərinin himayəsində yaşadığını, bu müddət ərzində cavabdehin uşaqların saxlanılması üçün aliment ödəmədiyini, cavabdehdən alimentin ödənilməsini tələb etsə də, onunla razılaşmadığını, onun isə uşaqların saxlanılmasında çətinlik çəkdiyini, valideynlərinin yanında qaldığını, onların maddi dəstəyi nəticəsində özlərini saxladıqlarını, cavabdehin Şərur rayon Oğlanqala kəndində yaşadığını, onun taksi fəaliyyəti ilə məşğul olduğunu, onun aylıq gəlirinin qeyri-müntəzəm olduğunu, uşaqların atası Cavabdeh uşaqların sağlamlığı, təhsili və digər xərclərinin ödənilməsində ona maddi köməklik göstərməkdən boyun qaçırdığını, ilkin mediasiya sessiyasında cavabdehlə alimentin ödənilməsi barədə razılıq əldə olunmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, məhkəmədə Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması tələbi barədə” iddia qaldırdığını, məhkəmənin hazırlıq iclasında məhkəmə tərəfindən 2022-ci ildə uşaqların saxlanması üçün hər uşağa görə 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində alimentin cavabdeh tərəfindən ona ödənilməsi barədə mediasiya prosesində barışıq sazişi bağladıqlarının müəyyən olunduğunu, eyni zamanda barışıq sazişi bağlandıqdan sonra uşaqlara atalıq müəyyən edilərək, Şərur Rayon Nikah Evində uşaqlarının soyadının ata soyadı “Əliyev” soyadı ilə əvəz edildiyini, hazırki vəziyyətdə iddia tələbinin dəyişdirilməsi zərurətinin yarandığını, hal-hazırda iddia tələbini dəyişdirərək, xx.xx.2022-ci il tarixli barışıq sazişi ilə müəyyən olunmuş xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər uşağa görə 125 manat olmaqla, cəmi 250 manat məbləğində alimentin miqdarının dəyişdirilərək, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub ona ödənilməsini xahiş etmişdir, Məhkəmə mülki işə dəyişdirilmiş iddia tələbi çərçivəsində baxılmasını qərara almışdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində, eyni zamanda iddia tələbinin dəyişdirilməsi barədə ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında Şərur rayon Mediasiya Təşkilatında iddiaçı ilə bağladıqları xx.xx.2022-ci il tarixli Ə-926/2022 saylı Barşıq sazişinə əsasən iddiaçı ilə nikahdan kənar doğulmuş uşaqlar xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X2 atalıq verdiyini, uşaqlarına öz familyası ilə yeni doğum haqqında şəhadətnamə aldıqlarını, uşaqları üçün sentyabr ayı da daxil olmaqla hər ayın 20-dən 30-dək hər uşağa 125 (bir yüz iyirmi beş) manat olmaqla 250 (iki yüz əlli) manat aliment ödəyəcəyi barədə razılaşdıqlarını, ödədiyi alimentin ən yüksək ödəyə biləcəyi məbləğ olduğunu, belə ki, heç bir yerdə işləmədiyini, qeyri-rəsmi taksi fəaliyyəti ilə məşğul olduğunu, onun aylıq gəlirinin qeyri-müntəzəm olduğunu, iddiaçının tələb etdiyi alimentin məbləğinin çox olduğunu, onu ödəməyə imkanının olmadığını, valideynlərinin köməkliyi ilə hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə iki uşaq üçün 300 (üç yüz) manat ödəyə biləcəyini qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatına və toplanmış sübutlarla məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İ № 177416 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci ildə vətəndaş İddiaçı doğulmuş X4 atası hesab edilmişdir; - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İ № 177417 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci ildə vətəndaş İddiaçı doğulmuş X6 atası hesab edilmişdir; - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İV № 785529 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər 21 avqust 2017-ci il təvəllüdlü X4 valideynləridir; - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İV № 785530 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər 15 noyabr 2020-ci il təvəllüdlü X6 valideynləridir; - Mediasiya Təşkilatı tərəfindən verilmiş Ə-926/2022 tarixli Barşıq sazişinin ... 1.1-ci bəndində qeyd olunmuşdur ki, Cavabdeh nikahdan kənar doğulmuş övladları xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X3 ayı da daxil olmaqla hər ayın 20-dən 30-dək hər uşağa 125 (bir yüz iyirmi beş) manat olmaqla 250 (iki yüz əlli) manat aliment ödəyəcək. Alimentin ödənişi ananın adına olan bank kartına ödəmək barədə tərəflər arasında razılıq əldə olundu. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur Rayon Mediasiya Təşkilatının Ə- 926/2022 saylı, xx.xx.2022-ci il tarixli Barşıq Sazişi ilə Cavabdeh nikahdankənar doğulmuş övladları xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X3 ayı da daxil olmaqla hər ayın 20-dən 30dək hər uşağa 125 (bir yüz iyirmi beş) manat olmaqla 250 (iki yüz əlli) manat aliment ödəyəcək. Alimentin ödənişi ananın adına olan bank kartına ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı övladları ilə birlikdə 2023-cü ilin dekabr ayından valideynlərinin himayəsində yaşadığını, bu müddət ərzində cavabdehin uşaqların saxlanılması üçün aliment ödəmədiyini, cavabdehdən alimentin ödənilməsini tələb etsə də, onunla razılaşmadığını, onun isə uşaqların saxlanılmasında çətinlik çəkdiyini, valideynlərinin yanında qaldığını, onların maddi dəstəyi nəticəsində özlərini saxladıqlarını, cavabdehin onun taksi fəaliyyəti ilə məşğul olduğunu, onun aylıq gəlirinin qeyri-müntəzəm olduğunu, cavabdeh uşaqların sağlamlığı, təhsili və digər xərclərinin ödənilməsində ona maddi köməklik göstərməkdən boyun qaçırdığını, ona görədə müəyyən olunmuş alimentin məbləğinin artırılması məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. Məhkəmə tərəflərin izahatında qeyd etdiklərini, yetkinlik yaşlarına çatmayan uşaqların mənafeyini və uşaqların təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini, nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin olunaraq, Şərur Rayon Mediasiya Təşkilatının Ə-926/2022 tarixli Barşıq Sazişi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə iki uşaq üçün 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi digər hissədə rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış edərək minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 94.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş (alimentin miqdarı, ödənilmə qaydası və şərtləri) aliment ödəməli olan şəxslə onu alan şəxs arasında, aliment ödəməli olan və (və ya) onu alan şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs olduqda isə həmin şəxslərin qanuni nümayəndələri arasında bağlanır. Tam fəaliyyət qabiliyyəti olmayan şəxslər aliment ödənilməsi barədə sazişi özlərinin qanuni nümayəndələrinin razılığı ilə bağlayırlar; - 95.4-cü maddəsinə əsasən tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda və aliment ödənilməsi barədə sazişin dəyişilməsi və pozulması üçün razılıq əldə edilmədikdə, maraqlı tərəf bu sazişin dəyişdirilməsi və ya pozulması üçün məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir; - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. - 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. X12 Məhkəməsi Plenumu qeyd etmişdir ki;
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərini, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşaqın yaş həddini, uşaqın üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu iddiaçının üzərinə düşməsini nəzərə alaraq qeyd edir ki, iddia tələbi alimentin dəyişdirilməsinə əsas verir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı iddianın artırılmış məbləği 50 manatdır ki, bu da il ərzində 600 manat (50x12) təşkil etdiyindən və iddia qiyməti 1.000 manatadək olduğundan, buna müvafiq olaraq da 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq,
qət etdi : İddia qismən təmin edilsin. Şərur Rayon Mediasiya Təşkilatının Ə-926/2022 tarixli Barşıq Sazişi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə iki uşaq üçün 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Seymur Qarayev