Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-484/2021 03.12.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh oğluna qarşı “pul tələbinə” dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 3400 (üç min dörd yüz) manat miqdarında pulun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi 2012-ci ildə Bəxtiyar adlı şəxslə tanış olduğunu və Suraxanı rayonu Y/Suraxanı qəsəbəsində 6 sot torpaq sahəsini almaq üçün ona müraciət etdiyini, ona yeni Suraxanı qəsəbəsində 6 sot torpaq sahəsini göstərdiyini və onunla hər sotu üçün 2200 (iki min iki yüz) manat olmaqla ümumi qiyməti 13200 (on üç min iki yüz) manata razılaşdıqlarını, bundan sonra ilkin ödəniş olaraq razılıq əsasında cavbdehə 400 (dörd yüz), sonra isə 3000 manat verdiyini, təxminən 6 ay sonra torpağa baxmağa gələndə cavabdehlə qarşılaşdığını, cavabdehin ona torpağı başqa şəxsə satdığını və pulunu müəyyən müddətdən sonra geri qaytaracağını dediyini, lakin bu günədək aldığı pulu geri qaytarmadığını, cavabdeh barədə Suraxanı rayonu 31 saylı Polis Bölməsinə şikayət edərək onun məsuliyyətə cəlb olunmasını xahiş etdiyini, cavabdeh Suraxanı rayonu 31 saylı Polis Bölməsinə çağırıldıqda aldığı pulu onu tapa bilmədiyi üçün qaytara bilmədiyinini dediyini, müəyyən müddətdən sonra pulunu qaytaracağını bildirdiyini, lakin sonradan cavabdehin hərəkətlərindən onun pulu qaytarmaq fikrinin olmadığının göründüyünü, çünki onun üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək fikri olsa idi ən azından pulu qaytarmağa cəhd edə biləcəyini, cavabdehin bu cür qanunsuz hərəkətlərinin onun əmlak hüquqlarını pozduğunu, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdiyini, cavabdehin ona ödəməli olduğu pulun ədalət mühakiməsini həyata keçirən məhkəmə tərəfindən tam şəkildə tutulmasını, borc pulun ona ödənilməsini qeyd edərək, Cavabdeh oğlundan 3400 (üç min dörd yüz) manat miqdarında pulun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı məhkəmə baxışı iclasına gəlməmiş, lakin 02.12.2021-ci il tarixdə məhkəməyə teleqeram ünvanlayaraq teleqramda xəstəliyi ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini, qətnaməni onun iştirakı olmadan çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxışlarına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxışı iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 03.01.2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilərk, Cavabdeh oğluna qarşı hər hansı tələbi olarsa məhkəməyə müraciət etməsi izah olunmuşdur. İş materiallarına əlavə olunmuş 31 avqust 2021-ci il tarixli qərardaddan görünür ki, Şərur rayon Məhkəməsinin icraatında olan 2(110)-484/2021 saylı iş mülki iş tərəflərin vəsatəti üzrə baxılmaq üçün Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş 27 sentyabr 2021-ci il tarixli qərardaddan görünür ki, Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-7590/2021 saylı mülki iş mülki işin baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş 25 oktyabr 2021-ci il tarixli qərardaddan görünür ki, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair Xətai Rayon Məhkəməsinin 2(011)-7590/2021 saylı işi ərazi aidiyyatı üzrə baxılmaq üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə tədqiqatının nəticəsi olaraq məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh 3400 (üç min dörd yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı Cavabdeh şikayət ərizəsi ilə əlaqədar "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" 03 yanvar 2019-cu il tarixli qərardan görünür ki, Cavabdeh oğlu izahatında 2012-ci ilin avqust aylarında ev alqı-satqısı ilə məşğul olduğu ofisdə olan zaman İddiaçı ona yaxınlaşaraq Suraxanı rayonu Y/Suraxanı qəsəbəsindən 6 sot torpaq sahəsini almaq istədiyini bildirdiyini, Cavabdeh satılmaqda olan 6 sot torpaq olduğu üçün İddiaçı həmin sahəyə apardığını, İddiaçı torpaq sahəsinə baxdıqdan sonra almaq istdiyini bildrdiyini və əvvəlcə 400 manat və təxminən 2 ay sonra isə 3000 verərək yaşadığı evi satdıqdan sonra torpaq üçün razılaşdıqları məbləğin, yəni hər sotu üçün 2300 manatdan olmaqla 13800 manatın tamamını ödəyəcəyini bildirdiyini, həmin vaxtdan sonra İddiaçı telefonuna zəng çatmadığını, Cavabdeh onunla əlaqə saxlaya bilmədiyini, təxminən 5 il Cavabdeh aldığı 3400 manatı İddiaçı qaytarmaq üçün axtarsa da, lakin onu tapa bilmədiyi üçün həmin pulu qaytara bilmədiyini, Cavabdeh hazırda maddi vəziyyətinin pis olduğu üçün İddiaçı aldığı 3400 manatı müəyyən müddət ərzində müəyyən məbləğlərlə qaytaracağını qeyd etməklə borcunu etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır - 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; - 1091.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi üzrə iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 3400 (üç min dörd yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi də Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-484/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-484/2021
03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver