Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-490/2022 10.08.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı övladlarının xx.xx.2005ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2016-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşağa görə 125 manat olmaqla hər ay 3 uşağa görə 375 (üç yüz yetmiş beş) manat məbləğində sabit pul məbləğində aliment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh ilə 07 oktyabr 2005-ci il tarixdə Şərur rayon Dərəkənd kənd İnzibati Ərazi Dairəsi Nümayəndəliyində rəsmi nikah qeydiyyatdından keçməklə ailə qurduqlarını, birgə nikahdan üç övladlarının-xx.xx.2005-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2016-ci il təvəllüdlü X7 doğulduğunu, aildə qurduqdan sonra bir müddət cavabdehin valideynləri ilə birlikdə yaşadıqdan sonra atasına məxsus evdə yaşamağa başladıqlarını, bir müddət birgə yaşadıqdan sonra xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən tez-tez mübahisə etməyə başladıqlarını, cavabdehin spirtli içkilər qəbul edərək evə sərxoş halda gəldiyini, ailəsi ilə maraqlanmadığını, heç bir yerdə işləmədiyini, ailəyə maddi dəstəkdə olmadığını, ona bu barədə irad bildirdikdə isə ona qarşı nalayiq ifadələr işlətdiyini, buna görə də evi tərk edərək valideynlərinin yanına getdiyini, aylarla valideynlərinin yanında qaldıqdan sonra geri gəldiyini, cavabdehin bu kimi hərəkətlərindən üç azyaşlı övladının ata himayəsindən məhrum böyüyməməsi üçün bu günə kimmi dözdüyünü, axrıncı dəfə təqribən yanvar ayının sonlarında cavabdehin evə yenə sərxoş vəziyyətdə gəldiyindən mübahisə etdiklərini, yenə evi tərk edərək valideynlərinin yanına getdiyini, həmin tarixdən ayrı yaşadıqlarını, cavabdehin bu müddət ərzində bir dəfə də olsun onlarla maraqlanmadığını, ailənin tələbatını ödəmək üçün hər hansı bir maddi dəstəkdə olmadığını, gündəlik tələbatlarını valideynlərinin qarşıladığını, övladları ilə artıq valideynlərinə yük olmaq istəmədiyini, cavabdehin hərəkətlərinə dözə bilmədiyini, cavabdehlə aralarında olan ailə münasibətlərindən irəli gələn aliment tələbinə dair mübahisənin məhkəmədən kənar həll etmək məqsədilə Mediasiya Təşkilatına müraciət etdiyini, X2 vaxtı və yeri cavabdehə bildirilsədə ilkin mediasiya sessiyasında iştirak etmədiyini, bu səbəbdən də Mediasiya Təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixdə müdiasiya prosesinə xitam verilməsi barədə protokol tərtib edilərək ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə Ə-473/2022 saylı arayışın verildiyini, bu səbəbdn də aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını qeyd edərək, Cavabdeh azyaşlı övladlarının xx.xx.2005-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2016-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşağa görə 125 manat olmaqla hər ay 3 uşağa görə 375 (üç yüz yetmiş beş) manat məbləğində sabit pul məbləğində aliment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X8 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatına və iş materialında olan digər sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Şərur rayon Dərəkənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 oktyabr 2005-ci il tarixli AZ-İ 173219 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X1 arasında 07 oktyabr 2005-ci il tarixdə rəsmi nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Əmoyeva” soyadı verilmişdir. İş materiallarında olan Şərur rayon Dərəkənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 oktyabr 2005-ci il tarixli AZ-İ 624817 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər 01 oktyabr 2005-ci il təvəllüdlü X4 valideynləridir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 iyul 2010-cu il tarixli AZ-İİ 503682 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər 20 iyul 2010-cu il təvəllüdlü X5 valideynləridir. İş materiallarında olan Şərur rayon Dərəkənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 may 2016-cı il tarixli AZ-İİİ 533583 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər 20 aprel 2016-ci il təvəllüdlü X7 valideynləridir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 16:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Şərur rayon Dərəkənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, yetkinlik yaşına çatmayan uşaqlar İddiaçı himayəsində yaşayırlar. Məhkəmə təqdqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, iş üzrə tərəflər faktiki olaraq 7 oktyabr 2005-ci ildə rəsmi olaraq nikah qeydiyyatından keçərək evlənmişlər. Onların birgə evliliyindən üç övladı doğulmuş, keçən müddət ərzində isə müxtəlif səbəblərdən tərəflər arasındakı münasibət pozulmuş və onlar faktiki olaraq ayrılmışlar. Tərəflər faktiki olaraq 8 aydan artıq bir müddətdir ki, ayrı yaşayırlar, ayrıldıqdan sonra isə onların birgə evliliyindən doğulmuş övladları da iddiaçının himayəsində qalmışdır. Hazırda isə iddiaçı övladlarının saxlanmasında maddi cəhətdən çətinlik çəkir. Bu müddətdə isə cavabdeh övladlarının tələbatını ödəməkdə iddiaçıya heç bir köməklik göstərmədiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iddiaçı üçün yuxarıda qeyd edilən diqqətəlayiq halları, uşaq üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, sağlamlıq vəziyyətini, o cümlədən qanunvericilik aktlarının tələblərini, uşağın üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsini, hər iki valideynin uşaq üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşağı saxlamağa borclu olmasını nəzərə alaraq alimenti sabit pul məbləğində tutulması tələbinin təmin edilməsi qənaətinə gələrək müəyyən edir ki, iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu 28 iyun 2022-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay bir uşaq üçün 125 (bir yüz iyirmi beş) manat olmaqla, ümumilikdə üç uşaq üçün 375 (üç yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq 01 oktyabr 2005-ci il təvəllüdlü X4, 20 iyul 2010-cu il təvəllüdlü X5 və 20 aprel 2016-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı ödənilməlidir. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, iş üzrə cavabdehin gəlirləri müəyyən edilmədiyindən iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etmişdir. Ona görə də aliment sabit pul məbləğində müəyyənləşdirilməlidir. Alimentin sabit məbləği müəyyənləşdirilərkən uşaqların təminatının mümkün qədər maksimal saxlanması əsas tutulmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Məhkəmə iddianı təmin edərkən, valideynlərin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını nəzərə almışdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən, valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur; - 78.1-ci maddəsində deyilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; - 78.2-ci maddəsində qeyd edilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; - 100.2-ci maddəsində deyilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur; - 172.1.1-ci maddəsinə əsasən işə bərpa, aliment tutulmasına dair işlərə ərizə məhkəməyə daxil olduğu vaxtdan 2 aydan gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır; Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür; - 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikasında 2022-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" 27 iyul 2016-cı il tarixli qərarında qeyd etmişdir ki;
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı iddianın qiyməti 4500 manat (3x125x12) təşkil etdiyindən, buna müvafiq olaraq da 65 (əlli bir manat iyirmi qəpik) manat (30+3500x1%) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq
qət etdi: İddia təmin edilsin. 28 iyun 2022-ci il tarixdən hesablanmaqla 01 oktyabr 2005-ci il təvəllüdlü X4, 20 iyul 2010-cu il təvəllüdlü X5 və 20 aprel 2016-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay bir uşağa görə 125 manat olmaqla, ümumilikdə 3 uşağa görə 375 (üç yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə aliment tutulmasına dair hissədə dərhal icra edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 65 (altmış beş) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Seymur Qarayev