Məhkəmə qərarları › İş №2(110)-491/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(110)-491/2020

09.09.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şərur şəhəri İş № 2(110)-491/2020 09.09.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu Kreditor MMC-nin Borclu qarşı "borc tələbinə dair" məhkəmə əmrinin verilməsi ilə bağlı ərizəsinə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim : Kreditor MMC xx xxxx 1990-cı il tarixdə Şərur rayonunda doğumuş və hazırda Şərur rayonu, Düdəngə kəndində pasport qeydiyyatda olan Borclu xx xxxx 2019-cu il tarixli müqavilə üzrə qalıq 2580 (iki min beş yüz səksən) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2600 (iki min altı yüz) manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor MMC-nin məhkəməyə təqdim edilmiş məhkəmə əmrinin verilməsinə dair ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Kreditor MMC ilə Borclu arasında xx.xx.2019-cu il tarixdə bağlanmış FSK2270 №li “malın nisyə satılması haqqında aqı-satqı müqaviləsi”nə əsasən, Borclu Kreditor MMC-yə məxsus mağazadan dəyəri 2580 (iki min beş yüz səksən) manat məbləğində olan 1 ədəd İPHONE X 64 GB SİLVER telefonu əldə etdiyini, borclunun göstərilən məbləği hər ay 215 manat olmaqla 12 ay müddətinə ödəməyi öhdəsinə götürdüyünü, lakin borclunun müqavilə üzrə borcu ödəməkdən imtina etdiyini, bu barədə borcluya dəfələrlə şifahi xəbərdarlıq edilsə də, borclunun müqavilə öhdəliyini icra etmədiyini, odur ki borcludan xx xxxx 2019-cuil tarixli müqavilə üzrə qalıq 2580 (iki min beş yüz səksən) manat əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2600 (iki min altı yüz) manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını zəruri hesab etmişdir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli “malın nisyə satılması haqqında alqı-satqı müqaviləsi”ndən görünür ki, Kreditor MMC ilə Borclu arasında FSK2270 saylı müavilə bağlanmış və tərəflər üzərlərinə bir sıra öhəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin 2.3-cü bəndində göstərilə əşyanı (avadanlığı) alıcıya verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində bu müqavilənin 2.2-ci bəndində müəyyən edilmiş qaydada və müddətdə satıcıya müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 2.1-ci maddəsinə əsasən satıcı bu müqavilə qüvvəyə mindiyi gündən sonrakı növbəti 1 (bir) iş günü ərzində əmlakın işlək vəziyyətini yoxlayır və tam yararlı vəziyyətdə satıcıya verir. Həmin Müqavilənin 2.3-cü maddəsinə əsasən Alıcı dəyəri 2580 (iki min beş yüz səksən) manat məbləğində olan 1 ədəd İPHONE X 64 GB SİLVER telefonu əldə edərək, göstərilən məbləği hər ay 215 manat olmaqla 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Kreditor MMC tərəfindən verilmiş 201/20 nömrəli, xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Borclu xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən Kreditor MMC-yə 2580 (iki min beş yüz səksən) manat borcu vardır. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdırılarkən müəyyən edilmişdir ki, Kreditor MMC-nin tələbinin aşkardır və tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmrinin verilməsi mümkün hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər; 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər; 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Kreditorun ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi borcludan tutularaq kreditorun xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280- 284-cü maddələrini rəhbər tutaraq əmr etdim: xx xxxx 1990-cı il tarixdə Şərur rayonu, Düdəngə kəndində doğulmuş və Şərur rayonu, Düdəngə kəndində qeydiyyatda olan Borclu 2580 (iki min beş yüz səksən) manat məbləğində borc pul və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 2600 (iki min altı yüz) manat məbləğində pul alınaraq, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 24 ünvanında yerləşən Kreditor MMC-nin xeyrinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar