Məhkəmə qərarları › İş №2(110)-492/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(110)-492/2020

09.09.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şərur şəhəri İş № 2(110)-492/2020 09.09.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu Kreditor-nin Borclu qarşı "borc tələbinə dair" məhkəmə əmrinin verilməsi ilə bağlı ərizəsinə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim : Kreditor xx xxxxxxx 1982-ci il tarixdə Şərur rayonunda doğumuş və hazırda Şərur rayonu, Muğanlı kəndində pasport qeydiyyatda olan Borclu xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə qalıq 9804 (doqquz min səkkiz yüz dörd) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 9824 (doqquz min səkkiz yüz iyirmi dörd) manat məbləğində pul vəsaitinin alınaraq Kreditor-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor-nin məhkəməyə təqdim edilmiş məhkəmə əmrinin verilməsinə dair ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Kreditor ilə Borclu arasında xx.xx.2019-cu il tarixdə bağlanmış FSK3368 №li “malın nisyə satılması haqqında aqı-satqı müqaviləsi”nə əsasən, Borclu Kreditor-yə məxsus mağazadan dəyəri 1190 (bir min yüz doxsan) manat məbləğində olan 1 ədəd BUİLT-İN BOSHE markalı qaz sobası, dəyəri 2770 (iki min yeddi yüz yetmiş) manat məbləğində olan 1 ədəd REF LG GN C7321664 markalı soyuducu, dəyəri 577 (beş yüz yetmiş yeddi) manat olan 1 ədəd HOOD 1170 markalı aspirator, dəyəri 1830 (bir min səkkiz yüz otuz) manat olan 1 ədəd HOB BOSHE markalı qaz ütüsü, dəyəri 2499 (iki min dörd yüz doxsan doqquz) manat olan 1 ədəd TV LG 554KG300 markalı televizor, dəyəri 1399 (bir min üç yüz doxsan doqquz) manat olan 1 ədəd TV SAMSUNG 43N5300 markalı televizor, dəyəri 549 (beş yüz qırx doqquz) manat olan 1 ədəd TV NEOS 32 N500 markalı televizor və dəyəri 490 (dörd yüz doxsan) manat olan VC SAMSUNG18M21 markalı tozsoran əldə etdiyini, borclunun əmlaklarının cəmi dəyəri 11293 (on bir min iki yüz doxsan üç) manatdan 1500 (bir min beş yüz) manat ilkin ödəniş etdikdən sonra qalıq 9804 (doqquz min səkkiz yüz dörd) manatı hər ay 817 manat olmaqla 12 ay müddətinə ödəməyi öhdəsinə götürdüyünü, lakin borclunun müqavilə üzrə borcu ödəməkdən imtina etdiyini, bu barədə borcluya dəfələrlə şifahi xəbərdarlıq edilsə də, borclunun müqavilə öhdəliyini icra etmədiyini, odur ki borcludan xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə qalıq 9804 (doqquz min səkkiz yüz dörd) manat əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 9824 (doqquz min səkkiz yüz iyirmi dörd) manat məbləğində pul vəsaitinin alınaraq Kreditor-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını zəruri hesab etmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli “Malın nisyə satılması haqqında alqı-satqı müqaviləsi”ndən görünür ki, Kreditor ilə Borclu arasında FSK3368 saylı müavilə bağlanmış və tərəflər üzərlərinə bir sıra öhəliklər götürmüşlər. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin 1.2-ci bəndində göstərilə əşyanı (avadanlığı) alıcıya verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində bu müqavilənin 2.3-cü bəndində müəyyən edilmiş qaydada və müddətdə satıcıya müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən əmlakın qiyməti və təsviri 1 ədəd 1190 manat olan BUİLT-İN BOSHE markalı qaz sobası, 1 ədəd dəyəri 2770 (iki min yeddi yüz yetmiş) manat məbləğində olan REF LG GN C7321664 markalı soyuducu, 1 ədəd dəyəri 577 (beş yüz yetmiş yeddi) manat olan HOOD 1170 markalı aspirator, 1 ədəd dəyəri 1830 (bir min səkkiz yüz otuz) manat olan HOB BOSHE markalı qaz ütüsü, 1 ədəd dəyəri 2499 (iki min dörd yüz doxsan doqquz) manat olan TV LG 554KG300 markalı televizor, 1 ədəd dəyəri 1399 (bir min üç yüz doxsan doqquz) manat olan TV SAMSUNG 43N5300 markalı televizor, 1 ədəd dəyəri 549 (beş yüz qırx doqquz) manat olan TV NEOS 32 N500 markalı televizor və 1 ədəd dəyəri 490 (dörd yüz doxsan) manat olan VC SAMSUNG18M21 markalı tozsoran dan ibarətdir. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən satıcı bu müqavilə imzalandığı vaxt əmlakı işlək vəziyyətdə Alıcıya verir. Müqavilənin Alıcı tərəfindən imzalanması əmlakın qəbul edildiyini təsdiq edir. Tərəflər arasında əmlakın təhvil verilməsinin ayrı qaydası nəzərdə tutulmur. İşdə olan “xxxxxxx” MMC tərəfindən verilmiş 160/20 nömrəli, xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Borclu xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən Kreditor-yə 9804 (doqquz min səkkiz yüz dörd) manat borcu vardır. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdırılarkən müəyyən edilmişdir ki, “xxxxxxx” MMC-nin tələbinin aşkardır və tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmrinin verilməsi mümkün hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər; 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər; 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Kreditorun ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi borcludan tutularaq kreditorun xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280- 284-cü maddələrini rəhbər tutaraq əmr etdim: xx xxxxxxx 1982-ci il tarixdə Şərur rayonu, Muğanlı kəndində doğulmuş və Şərur rayonu, Muğanlı kəndində qeydiyyatda olan Borclu 9804 (doqquz min səkkiz yüz dörd) manat məbləğində borc pul və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 9824 (doqquz min səkkiz yüz iyirmi dörd) manat məbləğində pul alınaraq, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 24 ünvanında yerləşən Kreditor-nin xeyrinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar