Məhkəmə qərarları › İş №2(110)-499/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-499/2020

06.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-499/2020 06.11.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X13 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(060)-9017/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin azaldılaraq xx xxxxxx 2019-cu il təvəllüdlü X6 və xx xxxxxx 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla ümumilikdə 200 manat sabit pul məbləğində alimentin ondan tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində cavabdehlə 2018-ci ildə faktiki nikaha daxil olduqlarını və birgə yaşadıqlarını, birgə nikahlarından xx xxxxxx 2019-cu il təvəllüdlü X6 və xx xxxxxx 2019-cu il təvəllüdlü X5 doğulduğunu, Cavabdeh ilə ayrıldıqdan sonra cavabdehin alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etdiyini və Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(060)-9017/2019 saylı qətnaməsi ilə iddi tələbi təmin edilərək xx xxxxxx 2019-cu il təvəllüdlü X6 və xx xxxxxx 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa üçün 160 (bir yüz altmış) manat olmaqla ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin ondan tutulmasının qət edildiyini, məhkəmə qətnaməsinin icraya yönəldiyini və onun tərəfindən qismən də olsa icra edildiyini, ( o zamanadək ödədiyim qəbzlərin surətini də əlavə edirəm) onun qətnamə ilə müəyyən olunan məbləği tam ödəyə bilmədiyini, çünki həmin məbləği ödəmək iqtidarında olmadığını, səhhətində problemlər olduğunu, xroniki Hepatit C virusu xəstəsi olduğunu, fiziki sağlam olmadığını, ona görə də işləyə bilmədiyini, yaşlı anası ilə qaldığını, anasının müavinəti ilə dolandıqlarını və onun müalicə xərclərini də anasının ödədiyini, onun isə uşaqlarının saxlanması üçün gücü çatan məbləğdə vəsait ödədiyini, ona görə də məhkəmə qətnaməsi ilə ondan tutulmalı olan aliment məbləğinin azaldılmalı olduğunu, əks halda qətnamənin icrasında onun tərəfindən çətinliklər yaranacaq ki, bunun da nəticəsində onun hüquqlarının pozulmasına səbəb olan qərarlar qəbul edilə biləcəyini, qanunvericilikdə də alimentin məbləğinin müəyyən edilməsində tərəflərin madi və diqqətəlayiq olan halların nəzərə alınmasının göstərildiyini, iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də göründüyü kimi onun tam fiziki sağlam olmadığını, səhhətində olan problemlərə görə işləyə bilmədiyini, yalnız hər uşağa görə 100 (bir yüz) manat olmaqla ümumilikdə 200 (iki yüz) manat məbləğində aliment ödəyə biləcəyini qeyd edərək Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(060)-9017/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin azaldılaraq xx xxxxxx 2019-cu il təvəllüdlü X6 və xx xxxxxx 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa üçün 100 (bir yüz) manat olmaqla ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində alimentin ondan tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx xxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatları təkrarlayaraq məhkəmədən Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(060)-9017/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin azaldılaraq xx xxxxxx 2019-cu il təvəllüdlü X6 və xx xxxxxx 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa üçün 100 (bir yüz) manat olmaqla ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində alimentin ondan tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb göstərmədən keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, lakin xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş teleqramında İddiaçı ona qarşı olan tələbini qəbul etmədiyini, onun Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(060)-9017/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş 320 (üç yüz iyirmi) manat alimentlə uşaqları saxlamaqda çətinlik çəkdiyini, özünün işləmədiyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatına və toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli çıxarışdan görünür ki, xx xxxxxx 2019-cu il təvəllüdlü X10 iş üzrə tərəflərin övladıdır. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli çıxarışdan görünür ki, xx xxxxxx 2019-cu il təvəllüdlü X8 iş üzrə tərəflərin övladıdır. İş materiallarına olan Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(060)-9017/2019 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı Cavabdeh xeyrinə xx xxxxxx 2019-cu il təvəllüdlü X6 və xx xxxxxx 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün xx xxxxxxx 2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli İcra vərəqəsinin surətindən görünür ki, cavabdeh İddiaçı digər evliliyindən olan övladı xx xxxxxx 2015-ci il təvəllüdlü X1 üçün hər ay 140 (bir yüz qırx) manat məbləğində alimetin tutularaq X2 ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan Şərur rayon Düdəngə kənd İƏD tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 668 nömrəli arayışdan görünür ki, İddiaçı Şərur rayon ərazisində heç bir idarə müəsissədə işləmir. İş materiallarında olan Naxçıvan MR X4 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 304 nömrəli arayışdan görünür ki, Şərur rayon Düdəngə kənd sakini 1975-ci il təvəllüdlü İddiaçı xx xxxxxx 2019-cu il tarixdən Nxçıvan MR X4nin Böyüklər bölməsində Virus Hepatit “C” diaqnozu ilə stasionar müalicə alır. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Ambulator, Stasionar xəstənin tibbi kartasında görünür ki, İddiaçı xroniki Hepatit “C” virusu xəstəsidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli 2(060)-9017/2019 saylı qətnaməsi ilə xx xxxxxxx 2019-cu il tarixdən hesablanmaqla İddiaçı hər ay hər uşağa 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq xx xxxxxx 2019-cu il təvəllüdlü X6 və xx xxxxxx 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün anaları Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda isə İddiaçı səhhəti ilə əlaqədar işləyə bilmədiyini, bu gündə müalicə aldığını, fiziki iş qabiliyyətinin olmadığını, o cümlədən adına nə torpaq sahəsi, nə də hər hansı bir daşınar və ya daşınmaz əmlakın olmadığını, Düdəngə kəndində yaşlı anasının himayəsində yaşadığını, müalicə xərclərinə anasının köməklik etdiyiini, özünün heç bir yerdə işləmədiyini, başqa evliliyindən olan uşağına da aliment ödədiyini, maddi cəhətdən çətinlik çəkdiyini, vaxtı-vaxtında müalicə ala bilmədiyini əsas gətirərək alimentin hər ay hər uşağa üçün 100 (bir yüz) manat olmaqla ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində tutulmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci maddəsinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “X9” Konvensiyanın: 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təmina məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Həmçinin «X9» Azərbaycan Respublikası Qanunun: 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki hallarına əsasən qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinin tələbləri baxımından, aliment ödəməli olan İddiaçı iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(060)- 9017/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment tutulmasına maneə yoxdur, alimentin həmin məbləğinin dəyişdirilərək azaldılması yolverilməzdir, ədalətli və ağlabatan deyildir. İddiaçı məhkəmə iclasında qətnamə ilə müəyyən olunan məbləği tam ödəyə bilmədiyini, çünki həmin məbləği ödəmək iqtidarında olmadığını, səhhətində problemlər olduğunu, xroniki Hepatit C virusu xəstəsi olduğunu, fiziki sağlam olmadığını, ona görə də işləyə bilmədiyini, yaşlı anası ilə qaldığını, anasının müavinəti ilə dolandıqlarını və onun müalicə xərclərini də anasının ödədiyini, başqa evliliyindən olan uşağına da aliment ödədiyini bildirsədə, bütün bu hallar alimentin miqdarının azaldılmasına əsas deyil, aliment alan uşaqların mənafeyinə zidddir və işin faktiki halları ilə mütənasiblik təşkil etmir. Məhkəmə yuxarıda istinad edilən maddi hüquq normaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı gəldikləri hüquqi mövqelərini, iş üzrə sübutlara və sadalanan hüquq normalarının tələblərini, azyaşlı uşaqların üstün mənafeyini, faktiki cavabdehin yanında yaşamalarını, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu, 2019-cu ildə təyin edilmiş alimentin məbləğinin həmin ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu həddində olmasını, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini, 2020-ci il üçün yaşayış minimumu normasını, habelə iddiaçının işaxtaran kimi qeydə alınmamasını, heç bir yerdə işləməməsini, həmçinin faktiki gəlirləri barədə konkret sübutlar təqdim etməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia əsassız hesab olunmaqla təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, uşaqların maddi cəhətdən təmin olunmasına yönəlməlidir. Belə ki, valideynlər boşandıqdan sonra da uşaqların əvvəlki təminatını saxlamalı və onların mümkün qədər maksimal dərəcədə saxlanılmasına çalışmalıdırlar. Azərbaycan Respublikasında 2020-ci il üçün bir uşaq üçün yaşayış minimumunun 170 manat olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası rədd edilməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində deyilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi : İddiaçı Cavabdeh qarşı Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(060)-9017/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının azaldılaraq xx xxxxxx 2019-cu il təvəllüdlü X6 və xx xxxxxx 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına şatanədək saxlanılmaları üçün hər ay bir uşağa görə 100 (bir yüz) manat olmaqla, 200 (iki yüz) manat sabit pul məbləğində alimentin ondan tutulması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən məhkəməyə müraciət etməsi ilə əlaqədar ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ona aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar