Məhkəmə qərarları › İş №2(110)-512/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-512/2023

07.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-512/2023 07.06.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulmasına dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il tarixdə doğulmuş qızının saxlanılması üçün hər ay uşaq üçün 170 manat sabit pul məbləğində olan aliment pulu 2022-ci ilin avqust ayına kimi alimentin ödənildiyini avqust ayından etibarən ödəməməyə başladığını, dəfələrlə şikayət etdikdən sonra az miqdarda pul göndərdiyini, 2022-ci ilin avqust ayından 2023-cü ilin may ayına qədər olan 1700 manat aliment pulundan cəmi 400 manat aliment pulu ödənildiyini, 2022-ci ilin avqust ayından 2023-cü ilin may ayına qədər ödənilməyən aliment pulunun qalan 1290 manatın Cavabdeh alınıb ona ödənilməsinə, uşağın yetkinlik yaşına çatana qədər aliment pulunun himayəçisi olaraq ona ödənilməsinə, X1 ödənilən 50 manatın alınıb ödənilməsinə köməklik edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qızı X3 Cavabdeh ilə 2005-ci il nikaha daxil olaraq evləndiklərini, birgə nikahdan xx.xx.2006-cı il tarixdə X6 adında uşaqlarının anadan olduğunu, qızının Cavabdeh 2007-ci il tarixdə nikahlarının pozulduğunu, xx.xx.2018-ci il tarixədək qızı X3 və bu nikahdan dünyaya gələn qızı X2 onun himayəsində yaşadıqlarını, xx.xx.2018-ci il tarixdə qızı X3 X4 buraxaraq evi tərk etdiyini, qızı X3 atıb getdikdən sonra qızı X2 yenə də onun himayəsində yaşadığını, qızı X3 Cavabdeh uşaqları ilə maraqlanmadığını, onun saxlanması üçün ona köməklik göstərmədiyini, ümmiyyətlə harada yaşamaqları və nə işlə məşğul olmaları barədə məlumatının olmadığını, nəvəsi X2 ata və anası tərəfindən tərk edildikdən sonra yenə də onun himayəsində yaşadığını, onun nəvəsinin himayəyə verilməsi Şərur rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etdiyini, Şərur rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 18 fevral 2022-ci il tarixli Qərarı ilə nəvəsi X2 onun himayəsinə verildiyini, hazırda onun uşağı saxlamaqda çətinlik çəkdiyini, onun Bəhruz Kəngərli adına Uşaq İncəsənəd məktəbində xadiməçi işlədiyini, aldığı xadiməçilik pulu ilə onun ehtiyaclarını ödəməyin çətin olduğunu, cavabdehlərində uşağın saxlanmasında laqeydlik göstərdiyini, ona görə də məhkəməyə müraciət etdiyini bildirmişdir. 31 may 2023-cü il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasında iddiaçı məhkəməyə iddia tələbinin təyişdirilməsi barədə ərizə təqdim edərək ərizəsində Şərur Rayon Məhkəməsində Cavabdeh qarşı iddia qaldıraraq, 2022-ci ilin avqust ayından 2023-cü ilin may ayına qədər ödənilməyən aliment pulunun qalan 1290 manatın Cavabdeh alınıb ödənməsinə, uşaq yetkinlik yaşına çatana qədər aliment pulunun himayəçisi olaraq mənə ödənilməsinə, X1 ödənilən 50 manatın alınıb ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişəm. Hal-hazırda iddia tələbimi dəyişdirərək, mənim himayəmə verilmiş xx.xx.2006-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 220 manat sabit pul məbləğində alimentin və X1 ödənilən 50 manatın alınıb mənə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə dəyişdirilmiş iddia tələbi çərçivəsində baxılması qənaətinə gəlmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində və iddia tələbinin dəyişdirilməsi barədə ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, bunun üzrlü sayılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin göstərişlərinə əsaslanan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatına və iş materialında olan digər sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon VVADQ şöbəsi tərəfindən verilmiş 08 noyabr 2005-ci il tarixli AZ-İ 178249 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında 08 noyabr 2005-ci il tarixdə nikah bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 331 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra qadına “Hüseynova” soyadı verilmişdir; - Şərur rayon VVADQ şöbəsi tərəfindən verilmiş 28 avqust 2006-cı il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və X7 07 iyul 2006-cı il təvəllüdlü X2 valideynləridir; - Şərur rayon icra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli 09 nömrəli qərarının surətindən görünür ki, 07 iyul 2006-cı il təvəllüdlü Şərur şəhərində anadan olmuş X6 nənəsi İddiaçı qəyyumluq və himayəsinə verilmişdir. Məhkəmə təqdqiqatının nəticəsində müəyyən edilmişdir ki, iş üzrə X7 və Cavabdeh xx.xx.2005-ci il tarixdə nikaha daxil olaraq evlənmişlər. Onların birgə evliliyindən bir övladı doğulmuşdur. Tərəflər arasında olan nikah pozulduqdan sonra uşağın anası uşağa sahib çıxmayaraq, uşağı ana nənəsinin himayəsində qoyaraq evi tərk etmişdir. Həmin tarixdən 07 iyul 2006-cı il təvəllüdlü X6 nənəsinin himayəsində qalmışdır. Həmin müddətdən də uşağın anası və atası uşaqla maraqlanmamışdır. Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli 09 nömrəli qərarının surətindən görünür ki, 07 iyul 2006-cı il təvəllüdlü Şərur şəhərində anadan olmuş X6 nənəsi İddiaçı qəyyumluq və himayəsinə vermişdir. Uşaq nənənin qəyyumluq və himayəsinə verildikdən sonra hətta cavabdeh uşağın saxlanması üçün müəyyən edilmiş alimenti ödəməkdən imtina etmişdir. İddiaçının izahatından da görünür ki, o, işləsə də, uşağın qayğısına qalmaq və gündəlik zəruri tələbatını ödəmək tək qadın olaraq onun üçün çox çətindir, Cavabdeh isə uşaqla ümumiyyətlə maraqlanmır, hətta iddiaçı uşağın gündəlik zəruri tələbatlarını ödəməkdə iddiaçıya heç bir köməklik göstərmədiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iddiaçı üçün yuxarıda qeyd edilən diqqətəlayiq halları, ölkə üzrə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, o cümlədən qanunvericilik aktlarının tələblərini, uşağın üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu şəxsin üzərinə düşməsini, cavabdehin valideyn olaraq uşağı saxlamağa borclu olmasını nəzərə alaraq qeyd edir ki, iddiaçının alimenti sabit pul məbləğində tutulması tələbi qismən təmin edilərək, iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu 05 may 2023-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq 07 iyul 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ödənilməlidir. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, iş üzrə cavabdehin gəlirləri müəyyən edilmədiyindən iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etmişdir. Ona görə də aliment sabit pul məbləğində müəyyənləşdirilməlidir. Alimentin sabit məbləği müəyyənləşdirilərkən uşağın təminatının mümkün qədər maksimal saxlanması əsas tutulmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 79.1-ci maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment bu Məcəllənin 76—78-ci maddələrinə uyğun olaraq tutulur və uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir; - 75.1-ci maddəsinə əsasən, valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur; - 78.1-ci maddəsində deyilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; - 78.2-ci maddəsində qeyd edilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; - 100.2-ci maddəsində deyilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur; - 172.1.1-ci maddəsinə əsasən işə bərpa, aliment tutulmasına dair işlərə ərizə məhkəməyə daxil olduğu vaxtdan 2 aydan gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır; Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür; - 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikasında 2023-cü il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" 27 iyul 2016-cı il tarixli qərarında qeyd etmişdir ki;

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Həmçinin məhkəmə iddiaçının iddia tələbinin “mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat pulun cavabdehdən alınıb ona ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddia tələbi alimentə dair hissədə qismən təmin edildiyindən mediasiya xərcinə dair hissədə də qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 115.0.9-cu maddəsinə görə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Mülki Prosesual qanunvericiliyin yuxarıda qeyd olunan tələbinə müvafiq olaraq da, İddiaçı tərəfindən çəkilən mediasiya xərci zəruri hesab edilən digər xərclər kimi qiymətləndirilərək, 50 manat mediasiya xərcinin 5 manatı iddiaçıya aid edilməli, 45 (qırx beş) manatı isə Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı iddianın qiyməti 2400 manat (200x12) təşkil etdiyindən, buna müvafiq olaraq da 44 (qırx dörd) manat (30+1400x1%) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Çünki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq

qət etdi: İddia qismən təmin edilsin. 05 may 2023-cü il tarixdən hesablanmaqla 07 iyul 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Həmçinin 50 manat mediasiya xərcinin 45 (qırx beş) manatı da Cavabdeh alınaraq iddiaçıya ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamə aliment tutulmasına dair hissədə dərhal icra edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar