Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-528/2024 12.06.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin aylıq qazancının və digər gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə Naxçıvan Şəhər Nikah Evində nikahın bağlanması haqqında akt qeydləri kitabında 59 nömrə ilə rəsmi nikah qeydiyyatında keçməklə ailə qurduqlarını, ailə qurduqdan sonra ilk vaxtlar ailə münasibətlərinin yaxşı olduğunu, aralarında hər hansı bir ailə-məişət zəminində mübahisələrinin olmadığını, ailə təsərrüfatını birgə idarə etdiklərini, bir müddət sonra xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən Cavabdeh ilə yola gedə bilmədiklərini və onun 2023-cü ilin avqust ayında Şərur rayon Axaməd kəndində yaşayan valideynlərinin yanına qayıtdığını, ayrı yaşadıqları müddətdə onların bu nikahdan bir övladı – xx.xx.2024-cü il təvəllüdlü X1 doğulduğunu, bu müddət ərzində Cavabdeh bir dəfə də olsun nə onunla, nə də övladı doğulduqdan sonra övladı ilə maraqlanmadığını, gündəlik zəruri tələbatlarının qarşılanmasına maddi cəhətdən köməklik göstərmədiyini, onların gündəlik zəruri tələbatlarının qarşılanmasına valideynərinin köməklik etdiyini, onun artıq onlara yük olmaq istəmədiyini və Cavabdeh birgə nikahdan doğulmuş övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün ona aliment ödəməsini istədiyini, onun aralarında olan ailə münasibətlərindən irəli gələn aliment tələbinə dair mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə mediasiya təşkilatına müraciət etdiyini, ilkin mediasiya sessiyasında cavabdehlə razılığa gələ bilmədiklərini və mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞM-00466/2024 saylı arayış verildiyini, ona görə də Cavabdeh qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmək zərurətinin yarandığını bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, keçirilən məhkəmə iclasında iştirak etməmiş, lakin xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ərizəsində qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixində, saat 11:15-də 2(110)-528/2024 saylı iş üzrə Şərur rayon Məhkəməsində təyin olunmuş məhkəmədə, İddiaçı alimentlə bağlı iddia tələbinə cavab olaraq bildirirəm ki, Azərbaycan respublikası Ailə Məcəlləsinə uyğun olaraq tələb olunan alimentin təyin olunmasına etiraz etmirəm. Təyin olunmuş məhkəmə prosesində iştirak edə bilməmə səbəbim Mərkəzi İcra Hakimiyyəti Orqanında inzibati vəzifə daşımağımla əlaqəlidir və bu səbəbən məni üzrlü saymağınızı sizdən xahiş edirəm. Məlumat üçün bildirirəm ki, nİddiaçı asim qızı ilə xx.xx.2023-cü ildən ailə həyatı qurmuşuq. Evlilikdən bir neçə ay sonra A. Mustafayeva, yəni iyul ayının sonunda müxtəlif əsassız bəhanələr gətirərək birgə yaşadığımız evi tərk etmişdir. Ailəni qorumaq üçün dəfələrlə geri döndərməyə cəhd eləsəm də, nəticəsiz qalmışdır. Birgə nikahdan xx.xx.2024-cü il tarixində övladımız dünyaya gəlmişdir. Uşağın dünyaya gəlməsi məndən gizlədilmişdir. Mən bir neçə gün sonra xəbər tutaraq uşağı görməyə cəhd elədim və zəruri ehtiyaclarını qarşılamaq istədim. İddiaçı valideynləri mənə hədə-qorrxu gələrək övladımı görməmə əngəl oldular. Mən hədə-qorxuya məhəl qoymayaraq bir neçə dəfə övladımı görmək üçün Şərur rayon, Axaməd kəndinə gəldim. Mənim valideynlik hüquqlarım tam pozularaq, təhqiramiz ifadələrlə İddiaçı və valideynləri tərəfindən övladımı görməyimə əngəl törədildi. Uşaq üçün aldığım zəruri vasitələr çox kobud şəkildə mənə geri qaytarıldı. Hörmətli Hakim, valideynin üzərinə qoyulmuş vəzifələr kimi, onun hüquqları da qanunla qorunmalıdır və nəzərə alınmalıdır ki, uşaq üzərində həm atanın, həm də ananın bərabər hüquq və vəzifələri vardır. Nəticə etibarı ilə mənim uşağın qayğısına qalmağıma əngəl törədilərək asan qazanc mənbəyi kimi iddiaçı (İddiaçı) alimentlə bağlı X3, mediator X2 alimentlə bağlı müraciət etmişdir. Tərəfimdən alimentin ödənilməsinə heç bir etiraz etmədən ölkə üzrə uşaqlar üçün təyin olunmuş yaşayış minimumunun 235 manat müəyyən olunduğu halda, 300 (üç yüz) manat təklif etdim. İddiaçı bununla razılaşmadı. Hörmətli Hakim, bir valideyn kimi üzərimə düşən vəzifələri daşımağa həmişə hazıram və etiraz etmədən alimentin ödənilməsini vaxt itirmədən həyata keçirilməsini istəyirəm. Qanunvericiliyə uyğun təyin olunacaq alimentin yalnız uşağın gündəlik yaşayışı və gələcəyi üçün xərclənməyini tələb edirəm. Alimentdən sui-istifadə hallarına yol verilməməsi üçün qanunvericiliyə uyğun olaraq nəzarət olunmasını sizdən xahiş edirəm. Tərəfinizdən qəbul olunacaq məhkəmə qətnaməsinin bir nüsxəsinin yaşadığım ünvana (ünvan 1 Qanunların aliliyinə inanaraq sizin ədalətli qərar çıxaracağınıza şübhə etmirəm. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin göstərişlərinə əsaslanan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabadehin nümayəndəsi Nümayəndə iddianı qəbul etdiklərini qeyd edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabadehin nümayəndəsinin izahatına və iş materialında olan digər sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ-İİ № 513895 nömrəli nikahdan çıxarışdan görünür ki, Cavabdeh ilə X5 arasında xx.xx.2023-cü il tarixdə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Mustafayeva” soyadı verilmişdir; - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ-V № 214646 nörməli doğum haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş görünür ki, iş üzrə tərəflər xx.xx.2024-cü il təvəllüdlü X1 valideynləridir. Məhkəmə təqdqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, iş üzrə tərəflər faktiki olaraq xx.xx.2023-cü ildə rəsmi olaraq nikah qeydiyyatından keçərək evlənmişlər. Onların birgə evliliyindən bir övladı doğulmuş, keçən müddət ərzində isə müxtəlif səbəblərdən tərəflər arasındakı münasibət pozulmuş və onlar faktiki olaraq bir ilə yaxın bir müddətdir ayrılmışlar və ki ayrı-ayrı ünvanlarda yaşayırlar. Ayrıldıqdan sonra isə onların birgə evliliyindən doğulmuş övladı da iddiaçının himayəsində qalmışdır. İddiaçının dediyinə görə övladının saxlanmasında maddi cəhətdən çətinlik çəkir, cavabdeh isə övladının tələbatını ödəməkdə iddiaçıya heç bir köməklik göstərmədiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iddiaçı üçün yuxarıda qeyd edilən diqqətəlayiq halları, qanunvericilik aktlarının tələblərini, uşağın üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşağa qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsini, hər iki valideynin uşaq üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşağı saxlamağa borclu olmasını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu 30 aprel 2024-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün anası İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 172.1.1-ci maddəsinə əsasən işə bərpa, aliment tutulması barədə işlərə 2 ay müddətdən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən, valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur; - 76.1.1-ci maddəsinin tələbinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üşün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi aliment tutulur; - 100.2-ci maddəsində deyilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür; - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.2-ci maddəsinə əsasən Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə müvafiq olaraq da 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə aliment tutulmasına dair hissədə dərhal icra edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-528/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-528/2024
12.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver