Məhkəmə qərarları › İş №2(110)-597/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-597/2020

09.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-597/2020 09.12.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X9 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı iddia qaldırmış və Cavabdeh yetkinlik yaşlarına çatmayan uşaqları xx xxxx 2007-ci il təvəllüdlü X3, xx xxxx 2008-ci il təvəllüdlü X1, xx xxxxxx 2012-ci il təvəllüdlü X4 və xx xxxx 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 300 (üç yüz) manat məbləğində aliment tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı irəli sürdüyü iddianı müdafiə edərək vermiş olduğu izahatında, Cavabdeh ilə 2006-cı il tarixdə nikaha daxil olaraq evləndiklərini, birgə nikahlarından xx xxxx 2007-ci il təvəllüdlü X3, xx xxxx 2008-ci il təvəllüdlü X1, xx xxxxxx 2012-ci il təvəllüdlü X4 və xx xxxx 2019-cu il təvəllüdlü X2 doğulduğunu, nikaha daxil olandan sonra ailə münasibətlərinin normal olduğunu, bir-birilərini başa düşsələr də bəzi vaxtlarda aralarında mübahisələrin baş verdiyini, altı aya yaxındır ki, ailə münasibətlərinin tamamən kəsildiyini, son zamanlar onların eyni evdə ayrı insanlar kimi yaşadıqlarını, yetkinlik yaşına çatmayan uşaqların qayğısına yalnız özünün qaldığını, yeməklərini və gündəlik ehtiyaclarını qarşılamağa çalışdığını, cavabdehin onlarla bir evdə yaşasada uşaqlarının sağlığı, ehtiyacları və vəziyyətləri ilə maraqlanmadığını, heç bir maddi və mənəvi kömək göstərmədiyini, özünün işsiz olduğunu, yalnız evə aid balaca bir torpaq sahəsində kənd təsərrüfatı ilə məşğul olaraq uşaqlarına baxmağa çalışdığını, bu halda belə dörd uşağın tələbatını ödəməyin çox çətin olduğunu, cavabdehin pensiya almaqla birlikdə evlərdə fərdi təmir işləri görərək usta işlədiyini, onun orta aylıq gəlirinin təxminin 600 (altı yüz) manat təşkil etdiyini qeyd edərək Cavabdeh yetkinlik yaşlarına çatmayan uşaqları xx xxxx 2007-ci il təvəllüdlü X3, xx xxxx 2008-ci il təvəllüdlü X1, xx xxxxxx 2012-ci il təvəllüdlü X4 və xx xxxx 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçünsabit pul məbləğində 300 (üç yüz) manat aliment tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək vermiş olduğu izahatında həqiqətən də İddiaçı ilə 2006-cı il tarixdə nikaha daxil olaraq evləndiklərini, birgə nikahlarından xx xxxx 2007-ci il təvəllüdlü X3, xx xxxx 2008-ci il təvəllüdlü X1, xx xxxxxx 2012-ci il təvəllüdlü X4 və xx xxxx 2019-cu il təvəllüdlü X2 doğulduğunu, birlikdə yaşadıqları dövrdə münasibətlərinin yaxşı olduğunu, lakin 2 ay əvvəl aralarındakı kiçik mübahisəyə görə iddiaçının evdən çıxaraq valideynlərinin yanına getdiyini, hal-hazırda uşaqları ilə birlikdə Alışar kəndində yaşadığını, iddiaçının uşaqları da götürüb evə gəlməsini istədiyini, özünün təqaüdçü olduğunu, iddiaçının iddia etdiyi aliment məbləğini ödəmək imkanının olduğunu, iddianın təmin olunmasına etirazının olmadığını qeyd edərək, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etdi. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli nikah haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, Cavabdeh ilə X10 arasında xx xxxxxx 2007-ci il tarixdə rəsmi nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 28 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına "Abdullayeva" soyadı verilmişdir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli doğum haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, iş üzrə tərəflər xx xxxx 2007-ci il təvəllüdlü X3 valideynləridir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli doğum haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, iş üzrə tərəflər xx xxxx 2008-ci il təvəllüdlü X1 valideynləridir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli doğum haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, iş üzrə tərəflər xx xxxxxx 2012-ci il təvəllüdlü X4 valideynləridir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli doğum haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, iş üzrə tərəflər xx xxxx 2019-cu il təvəllüdlü X2 valideynləridir. İş materiallarında olan Şərur rayon Yengicə kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 425 nömrəli arayışdan görünür ki, İddiaçı aşağıdakı tərkibdən ibarət ailə üzvləri vardırş

1. Cavabdeh- həyat yoldaşı

2. X7-qızı

3. X5-oğlu

4. X8-oğlu

5. X6-oğlu Məhkəmə iddiaçının və cavabdehin izahatına, toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq xx xxxx 2007-ci il təvəllüdlü X3, xx xxxx 2008-ci il təvəllüdlü X1, xx xxxxxx 2012-ci il təvəllüdlü X4 və xx xxxx 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün anaları- İddiaçı ödənilməlidir. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, iş üzrə cavabdehin gəlirləri müəyyən edilmədiyindən iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etmiş, cavabdeh isə iddianı qəbul etdiyini bildirmişdir. Ona görə də aliment sabit pul məbləğində müəyyənləşdirilməlidir. Alimentin sabit məbləği müəyyənləşdirilərkən uşağın təminatının mümkün qədər maksimal saxlanması əsas tutulmuşdur. Eyni zamanda o da nəzərə alınmışdır ki, 2020-ci il üçün uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyənləşdirilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən, valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsində deyilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsində qeyd edilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsində deyilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Həmçinin «X15» Azərbaycan Respublikası Qanunun: 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikası MPM-nin 172.2-ci maddəsinin tələbinə görə, işə bərpa, aliment tutulması, övladlığa götürmə, dövlət orqanlarının, ictimai birliklərin, vəzifəli şəxslərin qərarlarının, hərəkətlərinin (və ya hərəkətsizliklərinin) düzgün olmaması barədə işlərə 1 ay müddətində baxılır və həll edilir. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarına əsaslanıb, tərəflərin izahatlarına və təqdim edilmiş sübutlara qiymət verərək bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş tələb haqlıdır. Belə ki, aparılmış araşdırma zamanı müəyən edilir ki, tərəflər 2006-cı ildə ailə həyatı qurmaqla ər-arvad kimi yaşamış, onların bu evliliyindən isə dörd övladı doğulmuşdur. Keçən müddət ərzində isə müxtəlif səbəblərdən tərəflər arasındakı münasibət pozulmuş və onlar ayrılmışlar ki, tərəflər ayrıldıqdan sonra isə onların birgə nikahından doğulmuş övladları da iddiaçının yanında qalmışdır. Hazırda isə iddiaçı övladları ilə birlikdə Şərur rayon Yengicə kəndində yaşayır və övladlarının saxlanmasında maddi cəhətdən çətinlik çəkir. Bu müddətdə isə cavabdeh övladlarının tələbatını ödəməkdə iddiaçıya heç bir köməklik göstərmədiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməyə məbur olmuş, cavabdeh isə iddianı qəbul etmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri iddiaçı üçün diqqətəlayiq hal hesab edərək, onun tələbinin təmin olunması qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" xx xxxx 2016-cı il tarixli qərarında qeyd etmişdir ki;

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “X15” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində deyilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyinə görə iddianın təmin edilmiş hissəsinə münasib olan 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 234.2.1, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq,

qət etdi: İddia təmin edilsin. xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq xx xxxx 2007-ci il təvəllüdlü X3, xx xxxx 2008-ci il təvəllüdlü X1, xx xxxxxx 2012-ci il təvəllüdlü X4 və xx xxxx 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün anaları- İddiaçı xeyrinə ödənilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar