Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-650/2025 04.09.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X4 Elmar oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı “müqavilələrin ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı məhkəməyə müraciət edərək, X3 ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli Mercedes Benz 22303 markalı, buraxılışlı 2014-cü il, Ban nömrəsi XDN9098431B09362, **- BB-*** dövlət nömrə nişanlı və Mercedes Benz 2232 markalı buraxılışlı 2014-cü il, Ban nömrəsi XDN9098431B109417, **-BB-*** dövlət nömrə nişanlı avtomobillərə dair alqı-satqı müqavilələrinin ləğv edilməsi, Mercedes Benz 22303 markalı, buraxılışlı 2014-cü il, Ban nömrəsi XDN9098431B09362, **-BB-*** dövlət nömrə nişanlı və Mercedes Benz 2232 markalı buraxılışlı 2014-cü il, Ban nömrəsi XDN9098431B109417, **-BB-*** dövlət nömrə nişanlı avtomobillərə İddiaçı mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1973-cü ildə Şərur rayonu Mahmudkəndində anadan olmuş, 1990-cı illərin əvvəllərində yaxınlarının vasitəsilə Rusiya Federasiyasına getmiş və orada məskunlaşaraq Rusiya vətəndaşlığı əldə etmişdir. Hal-hazırda həm Rusiya Federasiyası, həm də Azərbaycan Respublikası vətəndaşı olaraq işləri ilə əlaqədar hər iki respublika ərazisində yaşamaqdadır. Cavabdeh onun doğma qardaşının oğludur. Uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayan və orada kiçik biznes fəaliyyəti ilə məşğul olan bu şəxs, 2018-ci ilin sonlarında Rusiya Federasiyasında qonağı olmuş, Şərur rayonu Mahmudkənd sakinləri - dostları X3 və X2 Azərbaycana qayıdarkən öz vəsaiti ilə aldığı 2014cü il buraxılışlı Mercedes Benz 22303 və 2232 markalı mikroavtobusları Şərur rayonu Mahmudkəndinə aparmalarını həvalə etmişdir. Həmin mikroavtobuslar kənddə həm xeyriyyə məqsədləri, həm də marşrut nəqliyyatı üçün nəzərdə tutulmuşdu və ilk vaxtlarda dostu Ə.Əsədovun adına qeydiyyata alınmışdır. Bu, onun həmin vaxt yalnız Rusiya vətəndaşı olması səbəbindən avtomobilləri öz adına rəsmiləşdirə bilməməsi ilə əlaqədar olmuşdur. Sonradan nəqliyyat sahəsinə investisiya qoyulması zərurəti yarandığı üçün, 2021-ci ilin mart ayında həmin mikroavtobusların Bakı şəhərinə aparılması lazım gəlmiş və sənədləşdirmənin daha rahat aparılması məqsədilə, onun istəyi ilə, avtomobillər Ə.Əsədovun adından Cavabdeh adına keçirilmişdir. Bu zaman tərəflər arasında formal alqı-satqı müqaviləsi bağlanmış və avtomobillər dəyərindən xeyli aşağı qiymətə rəsmiləşdirilmişdir. Həmin dövrdə avtomobillər Mahmudkənddə olduğu zaman Cavabdeh onların Bakı şəhərində istifadəsini və özü də sürücü kimi işə götürülməsini istəmişdir. Qardaşı oğlu olduğuna görə ona inanmış, etibar etmiş və nəqliyyat sahəsinə investisiya qoymaq qərarı vermişdir. Avtomobillər Bakı şəhərinə gətirilsə də, onların icarəsi, istismarı və texniki baxımı bu şəxs tərəfindən həyata keçirilmişdir. 2022-ci ildə Azərbaycan Respublikası vətəndaşlığı sənədlərini rəsmi şəkildə əldə etdikdən sonra, o, bu fəaliyyəti artıq hüquqi əsaslarla davam etdirmişdir. Avtomobillərin sənədləri və açarları özündə olmuş, işlərini rahat idarə edə bilmək üçün cavabdehdən etibarnamə də almışdır. İki ildən artıq müddətdə həmin mikroavtobusları marşrut xətlərinə qoşaraq idarə etmişdir. 2024-cü ilin əvvəllərində Rusiya Federasiyasına getmək zərurəti yarandığı üçün, işlərini müvəqqəti olaraq Cavabdeh həvalə etmişdir. O, vaxtaşırı cavabdehlə əlaqə saxlayaraq işlərin gedişi ilə maraqlanmış, cavabdeh isə bəzən işlərin qaydasında olduğunu, bəzən isə kirayəçi axtardığını bildirmişdir. Lakin geri qayıtdıqdan sonra, həmin avtomobillərin marşrut xəttindən çıxarıldığı və cavabdeh tərəfindən şəxsi istifadəyə verildiyi məlum olmuşdur. Avtomobilləri yenidən marşrut xəttinə qaytarmış, lakin onların öz adına rəsmiləşdirilməsi ilə bağlı cavabdehlə əlaqə yaratmaq mümkün olmamışdır. Daha sonra isə cavabdeh verdiyi etibarnaməni ləğv etdirmiş, bununla da ona qarşı saxtakarlıq etdiyini ortaya qoymuşdur. Həmin avtomobillərin alınması, ölkəyə gətirilməsi, təmiri və saxlanması ilə bağlı bütün xərclər bu şəxs tərəfindən qarşılanmışdır. Cavabdeh isə nə bu avtomobilləri almağa maliyyə imkanına malik olmuş, nə də onların gətirilməsi və istismarında iştirak etmişdir. Əksinə, cavabdeh etimaddan sui-istifadə edərək ona qarşı dələduzluq etmişdir. Hazırda avtomobillərə aid bütün sənədlərin bu şəxsdə olması səbəbindən cavabdeh onlardan istifadə edə bilmir. Cavabdeh avtomobillərin ona məxsus olmadığını qəbul etsə də, onların bu şəxsin adına rəsmiləşdirilməsinə süni maneələr törədir. Avtomobillərin Rusiya Federasiyasından alınaraq Azərbaycana gətirilməsində iştirak etmiş Ə.Əsədov da daim həmin avtomobillərin alındığını və hansı məqsədlə istifadə edildiyini etiraf etmişdir. Bundan əlavə, digər şahidlər də bu faktları təsdiq edə biləcək izahatlar verməyə hazırdırlar. Dəfələrlə cavabdehlə əlaqə saxlamağa çalışsa da, bu mümkün olmamış və mübahisənin həlli istiqamətində göstərdiyi səylər nəticə verməmişdir. Beləliklə, o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə onun iddiasını təmin etməklə Cavabdehla Ə.Əsədov arasında bağlanmış alqı-satqı müqavilələrini ləğv etməli və avtomobillər üzərində mülkiyyət hüququnu bu şəxsə məxsus kimi tanımalıdır. Mülki iş üzrə 24 iyun 2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı “müqavilələrin ləğv edilməsi” tələbi ilə qaldırdığı iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hazırki vəziyyətdə iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1 və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçının Cavabdeh qarşı “müqavilələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №2(110)-650/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-650/2025
04.09.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver