Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-68/2023 31.03.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X18 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Düdəngə kənd sakini Cavabdeh ona vurduğu maddi ziyana görə həmin torpaq sahəsinin hazırkı bazar dəyəri 21000 manat məbləğində və mənəvi ziyana görə 3000 manat, dövlət rüsumu olaraq ödədiyi 162 manat olmaqla, ümumilikdə 24162 (iyirmi dörd min bir yüz altmış iki) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi onun 1998-ci ildə Şərur rayon Düdəngə kənd ərazisində yerləşən və Şərur şəhərinə yaxın hərbi komissarlığın yanında olan sahədən 0.10 ha həyatyanı torpaq sahəsi aldığını, həmin zaman o torpaq sahəsini ona Şərur şəhər sakini X1, onun torpaq sahəsi alan zaman Kazımdan torpağın sənədini istəyəndə torpağın sənədinin olmadığını dediyini, həmin vaxtdan da torpaq sahəsinin onun istifadəsində olduğunu, ətrafda olan qonşuların hamısının həmin torpağı onun aldığını bildiklərini, son zamanlar işləri ilə əlaqədar demək olar ki, heç həmin torpaq sahəsinə getmədiyini, bu ilin yay aylarında qonşuların ona həmin torpaq sahəsi daşınmaz əmlakın əməkdaşları tərəfindən ölçüldüyünü və tanımadıqları şəxslərin həmin torpaq sahəsində işlədiyini bildirdiklərini, onun dərhal həmin məsələ ilə əlaqədar araşdırma apardığını, ona həmin yeri Kazıma satan Düdəngə kənd sakini Cavabdeh torpaq sahəsinin hələ də onun adına olduğunu öyrənərək, sənədləşdirdiyi və torpağı başqa şəxslərə X22 və X23 ucuz qiymətə satdığının məlum olduğunu, həmin tərəfdə olan torpaq sahələrinin qiyməti 1 sot üçün 3000 manat olduğunu, İlqar isə həmin torpaq sahəsini 13000 manata satdığını, bununla da Cavabdeh illər əvvəl ona satılan torpağı onun mülkiyyətinə keçirtmək əvəzinə başqa şəxsə sataraq ona maddi və mənəvi ziyan vurduğun, onun bu haqsız və vicdansız hərəkətləri ucbatından ağır mənəvi iztirab keçirdiyini, göstərilən səbəbdən məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirmişdir. 16 yanvar 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında İddiaçı izahatında qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında iddia ərizəsi hazırlanarkən iddia ərizəsində həmin torpaq sahəsini 1998-ci il tarixdə aldığı qeyd edildiyini, bunun texniki səhv olduğunu, torpaq sahəsini Məhərrrəmov Kazımdan təqribən 2000-ci ya 2001-ci ildə aldığını, torpağı aldığı vaxtdan 22-23 il keçdiyini, ona görə də dəqiq xatırlamadığını, həmin torpaq sahəsinin sənədləri olmadığı üçün sənədləşdirə bilmədiyini, həmin torpağın 0.10 ha olduğunu bildiyini, torpaq sahəsini setka ilə hasarladığını, əvvəlcə yonca əkdiyini, 1 il biçdiyini, su olmadığı üçün ot olmadığını, sonra əkmədiyini, sonra meyvə ağacları əkdiyini, su olmadığı üçün onlarında quruduğunu, bunu qonşularının da təsdiq edə biləcəyini qeyd edərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 16 yanvar 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında Cavabdeh izahatında hazırkı mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olduğunu, həmin torpaq sahəsinin 600 m2 olduğunu, sonradan həmin ərazidən keçən kabel xətti söküldüyü üçün torpaq sahəsinin genişləndiyini, əlavə torpaq sahəsi yarandığını, həmin torpaq sahəsini onun Kazım adlı şəxsə icarəyə verdiyini, orada pirket kəsib satdığını, qonşuların səs-küyə görə şikayət etdiklərini və Kazımın orada pirket kəsməyi dayandırdığını, Kazımın ona qonşuların şikayət etdiyini, buna görə də, pulunu qaytarmağını tələb etdiyini, onun da ona torpaq sahəsini 4 illik icarəyə verdiyini, pulunu qaytarmaq imkanının olmadığını ona bildirdiyini, 4 illik icarə qarşılığında Kazımdan 1200 dolar aldığını, 2001-ci ildə Kazımın torpaq sahəsini İntiqam adlı şəxsə satdığını eşitdiyini, sonradan da torpaq sahəsini İntiqamın Elçinə satdığını eşitdiyini, Elçini yolda saxlayaraq həmin torpaq sahəsinin ona məxsus olduğunu dediyini, 2022-ci ilin oktyabr ayında Rafiqə zəng edib İntiqamın torpaq sahəsini Elçinə satması barədə soruşduğunu, o da cavabında İntiqamın torpaq sahəsini təcili olaraq Elçinə satdığını və Rusiyaya getdiyi bildirdiyini qeyd edərək məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı əlavə olarq izahatında Cavabdeh hazırki torpaq sahəsinin öz adında qaldığını bilmədiyini, çünki 25 il müddətində həmin torpaqla maraqlanmadığını, Cavabdeh evini sənədləşdirmək üçün DƏTMDX-nin Şərur rayon idarəsinə gedərkən təsadüfən orada hazırki mübahisə predmeti olan torpaq sahənin hələdə onun adında qaldığını öyrəndiyini, onuda sənədləşdirərək dəyərindən çox aşağı qiymətə iki nəfərə satdığını, həmçinin cavabdeh izahatında torpaq sahəsini onun güya İntiqamdan aldığını dediyini, bunun yalan olduğunu, İntiqamın Kazımın yanında işlədiyini, torpağı Kazımdan aldığını, pulunu İntiqam vasitəsilə Kazıma göndərdiyini, İntiqamla hər hansı bir sövdələşməsi olmadığını, həmçinin cavabdeh izahatında güya onu yolda saxlayaraq aldığı torpaq sahəsinin onun olduğunu dediyini, aralarında belə bir söhbətin olmadığını, İlqarı həmin müddət ərzində ümumiyyətlə görmədiyini, cavabdehin yalan danışdığını bildirmişdir. 16 yanvar 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X12 ifadəsində onun hazırkı mübahisəli torpaq sahəsini 1998-ci ildə İlqardan 2300 dolara satın aldığını, həmin torpaq sahəsinin ölçüsünün 600 m2 olduğunu, onun orada pirket kəsib satdığını, sonradan oranın fəlaiyyətini dayandırdığını və təqribən 2001-ci ildə Bakıya köçdüyünü, ona pul lazım olduğu üçün kürvəsi İntiqama zəng edərək təcili həmin torpaq sahəsini satmasını dediyini, dəqiq vaxtını bilməsədə İntiqamın ona zəng edərək torpaq sahəsini almaq istəyən olduğunu dediyini, ona təcili pul lazım olduğu üçün torpaq sahəsini 1500 dollara satmasını dediyini, İntiqamın torpaq sahəsini satdığını, pulunu Bakıda gətirib ona verdiyini bildirmişdir. 16 yanvar 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X19 ifadəsində onun evinin hazırkı mübahisəli toraq sahəsinin yanında olduğunu, həmin torpaq sahəsinin Kazımın olduğunu, Kazımın orada pirket kəsib satmasını xatırladığını, sonradan Kazımın həmin torpaq sahəsini Elçinə satdığını eşitdiyini, Elçinin həmin torpaq sahəsini şumlatdığını və yonca əkdiyini, sonradan ora meyvə ağacları da əkdiyini, su olmadığı üçün ağacların quruduğunu, onun həmin torpaq sahəsinin Elçinə məxsus olduğunu bildiyini, həmin torpaq sahəsinin İlqarın olmasını eşitmədiyini, İlqarı ümumiyyətlə oralarda görmədiyini bildirmişdir. 16 yanvar 2023-cü il tarixdə keçirilən mə baxışı iclasında iddiaçının təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X13 ifadəsində hazırkı mübahisəli torpaq sahəsi onun evinin yanında olduğunu, təqribən 2001-ci ildə həmin torpaq sahəsində Kazımın pirket sexi olduğunu, Kazımın orada pirket kəsib satdığını, sonra həmin torpaq sahəsini Elçinin aldığını eşitdiyini, Elçinin həmin torpaq sahəsində əvvəlcə yonca əkdiyini, sonra torpaq sahəsinin boş qaldığını, torpaq sahəsinin bir tərəfinin dövlət tərəfindən hasarlandığını, bir tərəfinin də digər qonşunun evi olduğunu, bir tərəfinin də açıq olduğunu, İlqarı orada görmədiyini, qonşuların hamısının həmin torpaq sahəsinin Elçinə məxsus olduğunu bildiyini bildirmişdir. 01 mart 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən DƏTMDX-nin Şərur rayon idarəsinin nümayəndəsi X14 izahatında 1996-ci ildə islahat zamanı Cavabdeh 5 nəfər ailə üzvü olmaqla 413 A, 413 B və 413 C torpaq sahələri ayrıldığını, hər 3 torpağın sahəsi normadan artıq olduğundan onların borc kimi qeyd olunduğunu, 2022-ci ildə Cavabdeh əmlaklarını sənədləşdirmək üçün DƏTMDX-nin Şərur rayon idarəsinə müraciət edərkən müəyyən edilmişdir ki, islahat zamanı ona 5855 kv.m əkin məqsədilə çöl torpaq sahəsi verilməli halda ona 4938 kv.m torpaq sahəsi verildiyini, 916 kv.m torpaq sahəsinin kəsir verildiyini, həmin kəsir torpaq sahəsi nəzərə alınaraq onun 413 B və 413 C nömrəli torpaq sahələri dövlət qeydiyyatına alındığını, 413 A nömrəli torpaq sahəsi isə ödənişdə saxlanılmaqla vətəndaşa bələdiyəyə müraciət etməli olduğunun bildirildiyini, Şərur rayon 2 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 4Ə-161 nömrəli alqı-satqı müqaviləsi əsasında 413 C nömrəli sahəsi 767 kv.m olan torpaq sahəsinin 500 kv.m hissəsi X10, 267 kv.m hissəsi isə X2, lakin dövlət qeydiyyatından keçirilmədiyini qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. 15 mart 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X11 ifadəsində 2019-cu ilin dekabr ayından Düdəngə kəndinin bələdiyyə sədri işlədiyini, təqribən 1998-1999-cu illərdə Kazımla İlqarın aralarında hazırki torpaq sahəsinin alqı satqısına vasitəçilik etdiyini, Kazım ona İlqardan torpaq sahəsi almaq istədiyini dediyini, o, da İlqarın onun şagirdi olduğunu, salamat adam olduğunu, ona torpağı almağında heç bir problemin olmayacağını dediyini, Kazımın İlqarın torpaq sahəsini 2300 dollara aldığını, həmin torpaq sahəsində pirket sexi tikdiyini, bir müddət işlədikdən sonra Kazımın sexin fəaliyyətini dayandıraraq Bakı şəhərinə köçdüyünü, sonradan Kazımın həmin torpaq sahəsini Elçinə satdığını eşitdiyini, Elçinin həmin torpaq sahəsində yonca, ağac əkdiyinə şahid olduğunu bildirmişdir. 15 mart 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X24 ifadəsində 2000-ci ildən hazırki mübahisəli torpaq sahəsinin qonşuluğunda yaşadığını, Kazımın həmin torpaq sahəsinfə pirket sexi olduğunu, pirket kəsib satdığını, sonradan həmin torpaq sahəsində Elçinin yonca əkdiyini, Elçindən soruşduğu zaman həmin torpaq sahəsini Kazımdan satın aldğını dediyini bildirdi. 15 mart 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X20 ifadəsində Cavabdeh atamın əmisi oğlu olduğunu, təqribən 1 il əvvəl İlqarın oğlu Dİlqəm ona DƏTMDX-nin Şərur rayon idarəsinə getməli olduğunu, onu maşınla ora aparmağını istədiyini, o da öz avtomobili ilə onu DƏTMDX-nin Şərur rayon idarəsinə apardığını, Dilqəm ona uzun müddət əvvəl torpaq sahələrini pirket sexi işlədən şəxsə icarəyə verdiklərini, indi də həmin torpaq sahəsini geri qaytardıqlarını bildirdiyini, daha sonra Elçinlə bazarda qarşılaşdıqlarını, Elçin ona həmin torpaq sahəsini aldığını, niyə onları DƏTMDX-nin Şərur rayon idarəsinə apardığını dediyini, ona həmin torpaq sahəsinin ona satıldığını bilmədiyini bildrdiyini, dəqiqləşmək məqsədilə İlqarın böyük qardaşı Məhəmməddən soruşduğunu, o da həmin torpaq sahəsinin Elçinə satıldığını, sən nahaq qarışırsan dediyini, hətta İlqarın digər qardaşı Paşanın da bunu təsdiqlədiyini bildirdi Məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiklərini, iddiaçının və cavabdehin izahatlarını, şahid ifadələrini iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materillarına əlavə olunmuş: - xx.xx.2022-ci il tarixli 12/429 nömrəli arxiv arayışından görünür ki, Şərur rayon Dövlət Arxivində mühafizə olunan Düdəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 1991-1995-ci ilə iad təsərrüfatbaşına kitabında Düdəngə kənd sakini Cavabdeh adına 1990-1992-ci ilədək 100 kv metr, 1993-1995-ci ilədək isə 600 kv metr torpaq sahəsi qeyd edilmişdir; - Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsinin 03/65 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Şərur rayonu, Zeyvə kənd sakini Cavabdeh daxil olmaqla 5 nəfərdən ibarət ailə üzvlərinin adına Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 10 saylı qərarı, Şərur rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 10/418 nömrəli arayışı əsasında verilmiş 599.21 m2 və 767.20 m2 həyətyanı torpaq sahləri xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ümumi sahəsi 767.20 m2 torpaq sahəsi Şərur rayon 2 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 4Ə-161 nömrəli alqı-satqı müqaviləsi əsasında 500.0 m2 X15, 267.0 m2 isə X4, lakin daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir; - Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli Aktının surətindən görünür ki, Zeyvə kənd sakini Cavabdehhəyatyanı torpaq sahələrinin şəhadətnaməsinin verilməməsi ilə əlaqədar etdiyi müraciət əsasında naturada baxış keçirilmiş, baxış zamanı Cavabdeh təsərrüfat başçısı olmaqla 5 nəfərdən ibarət ailəə üzvlərinin adına Zeyvə kəndində xəritədə 413A və 413B, Düdəngə kəndində isə 413C nömrəli həyətyanı torpaq sahələri ödənişdə saxlanıldığından sənədləri çıxarılmamışdır. 413A nömrəli həyətyanı torpaq sahəsi islahat aparılan zaman 633.30 m2, 413B nömrəli həyətyanı torpaq sahəsi 112.15 m2, 413C nömrəli həyətyanı torpaq sahəsi isə 764.77 m2 ölçülmüşdür. Lakin dəqiqləşmə işləri aparılan zaman 413A nömrəli həyətyanı torpaq sahəsi 822.53 m2, 413B nömrəli həyətyanı torpaq sahəsi 599.21 m2, 413C nömrəli həyətyanı torpaq sahəsinin isə 767.20 m2 olduğu müəyyənləşmişdir. Aktı tərtib edənlər 413A nömrə ilə qeyd olunan həyətyanı torpaq sahəsini ödənişdə saxlamaqla, 413B (599.21 m2) nömrə ilə qeyd olunan həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinın texniki pasportunun və 413C (767.20 m2) nömrəli həyətyanı torpaq sahəsinin plan ölçüsünün hazırlanması məqsədəmüvafiq hesab edilmişdir; - Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin A № 028873 nömrəli, xx.xx.2022-cü il tarixli Torpaq sahəsinin plan və ölçüsünün surətindən görünür ki, 767.20 m2 torpaq sahəsi Cavabdeh, X8, X21, X25 və X16 birgə mülkiyyəti kimi qeydiyyata alınmışdır; - Şərur rayon 1 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli, 16 nömrəli arayışından görünür ki, son 6 ərzində Şərur rayonu, Düdəngə kəndi ərazisində yerləşən torpaq sahələrinin alqı-satqı qiymətləri, torpaq sahəsinin təyinatından və yerləşdiyi ərazidən asılı olaraq 1500-5500 manat arasında dəyişir; - Şərur rayon 2 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli, 18 nömrəli arayışından görünür ki, Şərur rayon iki saylı Notariat ofisində Şərur rayon Düdəngə kəndi ərazisində və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon İdarəsi ətrafında torpaq sahələrinin alqı-satqı qiymətləri torpaq sahəsinin təyinatından və yerləşdiyi ərazidən asılı olaraq 1500-5500 manat arasında dəyişir. xx.xx.2022-ci il tarixdə Cavabdeh ilə X22 və X27 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən satılan 500 m2 torpaq sahəsinə görə satıcı Cavabdeh alıcı X22 9000 manat, X27 isə 4000 manat pul ödəmişlər; - Şərur rayon 2 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 4Ə-161 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh məxsus 767 m2 torpaq sahəsinin 500 m2-ni X22 9000 manat qarşılığında, 267 m2-ni isə X27 4000 manat qarşılığında satın alımışdır. Məhkəmə tədqiqatı zamanı şahidlər X7 və X5 ifadələri ilə müəyyən edilmişdir ki, hazırki mübahisə predmeti olan torpaq sahəsi Cavabdeh mülkiyyətində olmuş və o, həmin torpaq sahəsini 1998-ci il tarixdə 2300 dollara X3, X12 isə 2001-ci il tarixədək həmin torpaq sahəsində pirket kəsərək satmiş, 2001-ci ildə işi dayandıraraq Bakı şəhərinə köşmüşdür. X12 isə 2001-ci ildə kürvəsi İntiqamın vasitəsilə həmin torpaq sahəsini 1500 dollara İddiaçı satmışdır. Həmçinin məhkəmə baxışı zamanı digər şahidlər ifadələrində həmin torpaq sahəsinin İddiaçı məxsus olduğunu bildiklərini, həmin torpaq sahəsinin onun tərəfindən çəpərlənərək əvvəlcə yonca, daha sonra meyvə ağacları əkməsini bildirmişlər. Eyni zamanda məhkəmə qeyd edir ki, Cavabdeh 21 il müddətin həmin torpaq sahəsi ilə maraqlanmamış, 2022-ci ilin mart ayında özünə məxsus digər daşınmaz əmlakı dövlət qeydiyyatına alınması məqsədilə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsinə müraciət edərkən mübahisə predmeti olan torpaq sahəsinin hələdə onun adında olmasını bildikdən sonra heç bir hüquqi əsası olmadan yenidən həmin torpaq sahəsini digər şəxslərə satmaqla əsassız varlanmışdır. İş materialında olan Şərur rayon 2 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 4Ə-161 nömrəli alqı-satqı müqaviləsi ilə müəyyən olunur ki, mübahisə predmeti olan torpaq sahəsinin hazırki bazar qiyməti olan 13000 (on üç min) manatdır. Ona görə də mübahisə predmeti olan torpaq sahəsinin hazırki bazar qiyməti olan 13000 (on üç min) manat məbləğində pul cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh izahatında həmin torpaq sahəsini 1998-ci il tarixdə 4 il müddətinə X9 icarəyə verdiyini, buna müvafiq olaraqda 1200 dolar icarə haqqı aldığını qeyd etsə də, iş materiallarından da aydın olur ki, onlar arasında icarə müqaviləsi olmamışdır. Belə ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi icarəyə verən və icarəçi arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Faktiki olaraq, onlar arasında hər hansı icarə müqaviləsinin bağlanmasını, eləcə də müvafiq müqavilənin notarial qaydada təsdiq edilməsini təsdiq edəcək hər hansı bir sübut iş materiallarında mövcud deyildir. Eyni zamanda məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsinin həmin dövrdə sənədləri olmadığında həmin torpaq sahəsinin alqı - satqısı ayrı-ayrı vaxtlarda bir neçə şəxs arasında şifahi razılaşma əsasında aparılmışdır. Hazırki torpaq sahəsi özgəninliləşdirilənədək ona sahiblik edən, ondan istifadə edən şəxs İddiaçı həmin torpaq sahəsini X6 almasına baxmayaraq, mübahisə predmeti olan torpaq sahəsi üzrə sonuncu faydalanan şəxs Cavabdeh olduğundan, iddiaçının hazırki iddia tələbi üzrə ona vurulmuş ziyanı Cavabdeh tələb etməsini məhkəmə ədalətli və ağılabatan hesab edir. Beləliklə, məhkəmə işin araşdırılan halları ilə əlaqədar qeyd edir ki, hazırki iddia tələbi üzrə cavabdehin bu hərəkətlərinə hüquqdan sui-istifadə və qanundan əmələ gələn öhdəliklərlə bağlı müddəalar (əsassız varlanma) tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər; - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; - 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər; - 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmçinin məhkəmə iddia tələbinin mənəvi ziyan tələbi ilə əlaqədar qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin haqsız və vicdansız hərəkətləri ucbatından ağır mənəvi iztirab keçirdiyini, buna görə də görə mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat miqdarında mənəvi ziyanın cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etsədə onun fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməmiş, eyni zamanda iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi və ya bu əməlin onun şüurunda hansı mənfi psixi reaksiyaya səbəb olması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; -1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X17 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X17 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 2-ci bəndində Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X17 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin bəndin 2-ci abzasında Plenum izah edir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin bəndin 3-cü abzasında Plenum izah edir ki, Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 8-ci bəndində Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Eyni zamanda həmin bəndin 2-ci abzasında Plenum izah edir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı iddia tələbini qismən də olsa sübut etmiş, cavabdeh isə məhkəməyə bunu təkzib edəcək hər hansı bir mötəbər sübut təqdim etməmiş, yalnız öz izahatı ilə kifayətlənmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixlı qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prınsipi rəhbər tutulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsaən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş 162 (bir yüz altmış iki) manat dövlət rüsumunun 74.25 manatı iddiaçıya aid edilməli, 87.75 manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh İddiaçı vurulmuş maddi ziyana görə 13000 (on üç min) manat və ödənilmiş 162 manat dövlət rüsumunun 87.75 (səksən yeddi manat yetmiş beş qəpik) manatı olmaqla, ümumilikdə 13087.75 (on üç min səksən yeddi manat yetmiş beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin: Cavabdeh İddiaçı vurulmuş ziyana görə 13000 (on üç min) manat və ödənilmiş 162 manat dövlət rüsumunun 87.75 (səksən yeddi manat yetmiş beş qəpik) manatı olmaqla, ümumilikdə 13087.75 (on üç min səksən yeddi manat yetmiş beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-68/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-68/2023
31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver