Məhkəmə qərarları › İş №2(110)-696/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-696/2023

05.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-696/2023 05.09.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşaqların ananın yanında qalmasının müəyyən ounması və alimentin təyin edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2013-cü il tarixdə doğulmuş X2 və xx.xx.2014-cü il tarixdə doğulmuş X1 onun yanında qalmasının və həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment təyin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi cavabdehlə 2012-ci ildə Türkiyə respublikasında evləndiklərini, 2016-cı ildə nikaha daxil olduqlarını, ailə qurduqdan sonra orada yaşayıb işlədiklərini, birgə yaşadıqları müddətdə iki uşaqlarının doğulduğunu, Şərur Rayon Məhkəməsinin 2(110)-221/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahlarının pozulduğunu, 2 azyaşlı uşağın atasının yanında qalmasının müəyyən olunduğunu, 2021-ci ilin sentyabr ayında Nüsrətin uşaqlar ilə birlikdə Xələc kəndində gəldiyini, özünün isə sənədləri olmadığından buraya qayıda bilmədiyini, artıq 3 aydır ki, Şərur rayonuna qayıtdığını, valideynlərinin yanında yaşadığını, buraya gələn gündən Nüsrətin uşaqları könüllü olaraq ona verdiyi və özünün yenidən ailə qurmaq istədiyini bildirdiyini, cavabdehin uşaqların qayğısına qalmadığını, onların təhsili ilə məşğul olmadığını, buna görə də uşaqların onun yanında qalmasının və alimentin təyin olunmasını xahiş etmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında və verilən suallara cavabında iddia ərizəsində qeyd etdiyi halları təsdiq etdiyini, 2022-ci ildə nikahlarının pozulduğunu və uşaqların atasının yanında qalması müəyyən olunduğunu, həmin vaxtı Türkiyədə yaşadığını, sənədlərində çatışmazlıq olduğu üçün buraya gələ bilmədiyini, buraya gəldikdən sonra Nüsrətin uşaqları öz xoşluğu ilə gətirib ona verdiyini, o vaxtdan uşaqları ilə birlikdə anasın yanında yaşadığını, yay tətilinə görə Türkiyə Respublikasına getdiklərini, uşaqların məktəbinə görə buraya qayıdacağını, cavabdehin Türkiyə Respublikasında işlədiyini və aylıq təqribən 1200 manat əmək haqqı aldığını bildirərək iddianın təmin olumasını xahiş etmişdir. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, məhkəmə sənədlərinin caavbdehin atası qəbul etmişdir. Lakin heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-221/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında nikah pozulmuş və xx.xx.2013-cü il tarixdə doğulmuş X2 və xx.xx.2014-cü il tarixdə doğulmuş X1 atası Cavabdeh yanında qalması müəyyən olunmuşdur. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli doğum akt qeydi üzrə çıxarışlardan görünür ki, tərəflər xx.xx.2013-cü il tarixdə doğulmuş X2 və xx.xx.2014-cü il tarixdə doğulmuş X1 valideynləridir. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-l № 402296 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasındakı nikah xx.xx.2023-cü il tarixdə 50 nömrə ilə pozulmuşdur. İş materiallarında olan Şərur Rayon Yengicə İƏDN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 173 saylı arayışdan görünür ki, yetkinlik yaşına çatmayan uşaqlar anası ilə birlikdə yaşayır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında nikah xx.xx.2023-cü il tarixdə pozulmuşdur. Birgə nikahdan 2 uşaqları doğulub. Yetkinlik yaşına çaymayan uşaqlar iddiaçı ilə birlikdə yaşayır. Cavabdeh uşaqların saxlanılmasında iddaçıya maddi köməklik göstərmir. İddiaçı cavabdehin gəlirləri barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.2-ci maddəsinə əsasən ər-arvad həmin məcəllənin 22.1-ci maddəsinə uyğun olaraq uşaqları barədə sazişi baxılmaq üçün məhkəməyə təqdim etmək hüququna malikdirlər. Bu saziş olmadıqda və ya həmin saziş uşaqların maraqlarını pozduqda məhkəmə həmin Məcəllənin 22.2-ci maddəsində nəzərdə tutulmuş qaydada onların mənafeyinin müdafiəsi üçün tədbirlər görür. Həmin Məcəllənin 22.2, 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən isə tərəflər bu məsələlərə dair saziş təqdim etmədikdə məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalmasını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulmasını müəyyən etməlidir. Tərəflər uşaqları barədə məhkəməyə saziş təqdim etməmişlər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, yetkinlik yaşına çatmayan uşaqlar anasının yanında yaşayır. Məhkəmə uşaqların mənafeyini, azyaşlı olmasını, faktiki olaraq anasının yanında yaşamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, uşaqlar anası İddiaçı yanında saxlanılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmadığından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqlarının yaşayış üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin qazancı qeyri-müəyyən olduğundan alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə işin hallarını nəzərdən keçirib uşaqların anasının yanında yaşamasını, cavabdehin xarici ölkədə işlədiyindən qazancının qeyrimüəyyən olmasını, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, cavabdehdən yetkinlik yaşına çatmayan hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Məhkəmə iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 45 (qırx beş) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il tarixdə doğulmuş X2 və xx.xx.2014-cü il tarixdə doğulmuş X1 anası İddiaçı yanında qalması müəyyən edilsin. Şərur rayon Xələc kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh xx.xx.2013-cü il tarixdə doğulmuş X2 və xx.xx.2014-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 180 manat olmaqla ümumilikdə, 360 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Şərur rayon Yengicə kəndində yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın və dərhal icraya yönəldilsin. Cavabdeh 45 (qırx beş) manat dövlət rüsumu alınaraq Şərur rayon Yengicə kəndində yaşayan İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar