Məhkəmə qərarları › İş №2(110)-742/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-742/2024

30.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-742/2024 30.08.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 16 dekabr 2015ci il təvəllüdlü X4 və 23 dekabr 2017-ci il təvəllüdlü Hacızadə Damla Əmir qızının yetkinlik yaşlarına çatanadək saxlanılması üçün bir uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat, ümumilikdə 470 (dörd yüz yetmiş) manat alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində 2012-ci ildə Cavabdeh ilə rəsmi nikah qeydindən keçməklə evləndiklərini, birgə yaşadıqları müddətdə iki övladı 16 dekabr 2015-ci il təvəllüdlü X4 və 23 dekabr 2017-ci il təvəllüdlü Hacızadə Damla Əmir qızının doğulduğunu, cavabdehlə yola gedə bilmədiklərindən Əmirin iddia ərizəsi əsasında onların arasında bağlanmış nikahın Şərur Rayon Məhkəməsinin 2(110)- 625/2023 nömrəli 02 noyabr 2023-cü il tarixli məhkəmə qətnaməsinə əsasən pozulduğunu və azyaşlı Hacızadə Damla Əmir qızı və X2 onun ynında qalmalarının müəyyən olunduğunu, nikahın pozulması barədə ona Şərur Rayon Nikah Evinin 09 yanvar 2024-cü il tarixli AZ-İ seriyalı 433014 nömrəli şəhadətnaməsinin verildiyini, azyaşlı övladlarının onunla yaşadığını, ona uşaqların saxlanılması üçün xx.xx.2023-cü il tarixli, H-485/2023 nömrəli barışıq sazişinə əsasən Cavabdeh 16 dekabr 2015-ci il təvəllüdlü X2 və 23 dekabr 2017-ci il təvəllüdlü Hacızadə Damla Əmir qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay bütöv qazancının 33 faizi məbləğində alimentin tutularaq İddiaçı verilməsinin razılaşdırıldığını, Cavabdeh digər gəlirlərinin qeyri-müəyyən olduğundan cavabdehin ona aliment olaraq cəmi 250 manat olmaqla iki uşağın saxlanılması üçün aliment pulu ödədiyini, bundan əlavə uşaqların saxlanılması üçün ona aliment ödəmədiyini, haliyədə övladlarının böyüdüyünü, orta məktəbdə təhsil aldıqlarını, onların saxlanılması üçün xərclərin artdığını, bu səbəbdən də müəyyən olunmuş alimentin uşaqların tələbatını ödəmədiyini, uşaqların normal qidalanmasına, istirahətinə, təhsilini təmin etməyə kifayət etmədiyini, valideynlərinin maddi dəstəyi ilə özlərini saxladıqlarını, uşaqların atası Cavabdeh uşaqların sağlamlığı, təhsili və digər xərclərinin ödənilməsində ona maddi köməklik göstərməkdən boyun qaçırdığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək, ərizəsində, məhkəmədə Cavabdeh qarşı “alimentin sabit pul məbləğində ödənilməsi tələbi barədə” iddia qaldıraraq, Cavabdeh 16 dekabr 2015-ci il təvəllüdlü X2 və 23 dekabr 2017-ci il təvəllüdlü Hacızadə Damla Əmir qızının saxlanması üçün bir uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, hal-hazırda iddia tələbini dəyişdirərək, xx.xx.2023-cü il tarixdə cavabdehlə aralarındakı barışıq sazişinə əsasən 16 dekabr 2015-ci il təvəllüdlü X2 və 23 dekabr 2017-ci il təvəllüdlü Hacızadə Damla Əmir qızının saxlanması üçün müəyyən olunmuş cavabdehin aylıq qazancının və digər gəlirlərinin 33%i miqdarında alimentin məbləğinin dəyişdirilərək, 16 dekabr 2015-ci il təvəllüdlü X2 və 23 dekabr 2017-ci il təvəllüdlü Hacızadə Damla Əmir qızının saxlanması üçün bir uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir, Məhkəmə mülki işə dəyişdirilmiş iddia tələbi çərçivəsində baxılmasını qərara almışdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində, eyni zamanda iddia tələbinin dəyişdirilməsi barədə ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında Şərur rayon Mediasiya Təşkilatında iddiaçı ilə bağladıqları xx.xx.2023-cü il tarixli H-485/2023 saylı Barşıq sazişinə əsasən iddiaçı ilə birgə nikahdan doğulmuş uşaqları 16 dekabr 2015-ci il təvəllüdlü X2 və 23 dekabr 2017-ci il təvəllüdlü Hacızadə Damla Əmir qızının saxlanması üçün müəyyən olunmuş aylıq qazancının və digər gəlirlərinin 33%i miqdarında, yəni iki uşağa ümumilikdə 250 manat aliment ödədiyini, bundan əlavə kənddə yaşadıqları üçün həyətlərində valideynlərinin əkib becərdiyi tərəvəz məhsullarından yığaraq uşaqlarına aparıb verdiyini, həmçinin uşaqlarının zəruri ettiyacları üçün əlavə olaraq pul da verdiyini, iddiaçının bunları hesaba almadığını, yenidən əlavə pul tələb etdiyini, özünün iki Banka kreditinin olduğunu, aylıq əmək haqqı və valideynlərinin dəstəyi ilə kreditlərini və uşaqlarının alimentini ancaq ödəyə bildiyini, hazırkı vəziyyətdə alimentin məbləği artırılacağı təqdirdə bunun onun üçün ağır maddi sıxıntıya səbəb olacağını qeyd edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatına və toplanmış sübutlarla məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ-İ № 433014 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə nikah pozulmuş, qadına “Zamanova” soyadı verilmişdir; - Şərur rayon Kürkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İİİ № 307816 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər 16 dekabr 2015-ci il təvəllüdlü X2 valideynləridir; - Şərur rayon Kürkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İİİ № 753735 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər 23 dekabr 2017-ci il təvəllüdlü Hacızadə Damla Əmir qızının valideynləridir; - Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, H-485/2023 saylı Barşıq sazişindən görünür ki, tərəflərlə aparılan medisiya prosesi nəticəsində tərəflərdən İddiaçı nikahın pozulması tələbinə dair iddiasından əl çəkərək aralarında olan nikah pozulmadan birgə nikahdan doğulmuş uşaqları 16 dekabr 2015-ci il təvəllüdlü X2 və 23 dekabr 2017-ci il təvəllüdlü Hacızadə Damla Əmir qızının sosial qayğılarını təmin etmək məqsədilə ayrı yaşadıqları müddət ərzində Cavabdeh tərəfindən aliment ödənilməsini tələb etdi. Hər iki tərəf razılığa gəldilər ki, hər ay uşaqların saxlanması üçün Cavabdeh aylıq əməkhaqqının və digər gəlirlərinin 3/1 hissəsini yəni 33%-ni aliment olaraq aprel ayı da daxil olmaqla İddiaçı bank kartına ödəyəcəyi barədə öhdəlik götürülmüşdür. - Şərur Rayon Məhkəməsinin 2(110)-625/2023 nömrəli 02 noyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh və İddiaçı arasındakı Şərur rayon Kürkənd kənd İƏDN-də bağlanmış xx.xx.2012-ci il tarixli 05 saylı nikah pozulmuş, nikah pozulduqdan sonra 16 dekabr 2015-ci il təvəllüdlü X2 və 23 dekabr 2017-ci il təvəllüdlü Hacızadə Damla Əmir qızının anası İddiaçı yanında qalmaları müəyyən edilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur Rayon Mediasiya Təşkilatının Əxx.xx.2023-cü il tarixli, H-485/2023 saylı Barşıq Sazişi ilə tərəflərin birgə nikahdan doğulmuş uşaqları 16 dekabr 2015-ci il təvəllüdlü X2 və 23 dekabr 2017-ci il təvəllüdlü Hacızadə Damla Əmir qızının sosial qayğılarını təmin etmək məqsədilə ayrı yaşadıqları müddət ərzində Cavabdeh tərəfindən aliment ödənilməsini tələb etdi. Hər iki tərəf razılığa gəldilər ki, hər ay uşaqların saxlanması üçün Cavabdeh aylıq əməkhaqqının və digər gəlirlərinin 3/1 hissəsini yəni 33%-ni aliment olaraq aprel ayı da daxil olmaqla İddiaçı bank kartına ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı haliyədə övladlarının böyüdüyünü, orta məktəbdə təhsil aldıqlarını, onların saxlanılması üçün xərclərin artdığını, bu səbəbdən də müəyyən olunmuş alimentin uşaqların tələbatını ödəmədiyini, uşaqların normal qidalanmasına, istirahətinə, təhsilini təmin etməyə kifayət etmədiyini, valideynlərinin maddi dəstəyi ilə özlərini saxladıqlarını, uşaqların atası Cavabdeh uşaqların sağlamlığı, təhsili və digər xərclərinin ödənilməsində ona maddi köməklik göstərməkdən boyun qaçırdığını, ona görədə müəyyən olunmuş alimentin məbləğinin artırılması məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. Məhkəmə tərəflərin izahatında qeyd etdiklərini, yetkinlik yaşlarına çatmayan uşaqların mənafeyini və uşaqların təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini, nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin olunaraq, Şərur Rayon Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli H-485/2023 saylı Barşıq Sazişi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 16 dekabr 2015-ci il təvəllüdlü X2 və 23 dekabr 2017-ci il təvəllüdlü Hacızadə Damla Əmir qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə iki uşaq üçün 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi digər hissədə rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış edərək minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; - 94.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş (alimentin miqdarı, ödənilmə qaydası və şərtləri) aliment ödəməli olan şəxslə onu alan şəxs arasında, aliment ödəməli olan və (və ya) onu alan şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs olduqda isə həmin şəxslərin qanuni nümayəndələri arasında bağlanır. Tam fəaliyyət qabiliyyəti olmayan şəxslər aliment ödənilməsi barədə sazişi özlərinin qanuni nümayəndələrinin razılığı ilə bağlayırlar; - 95.4-cü maddəsinə əsasən tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda və aliment ödənilməsi barədə sazişin dəyişilməsi və pozulması üçün razılıq əldə edilmədikdə, maraqlı tərəf bu sazişin dəyişdirilməsi və ya pozulması üçün məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. - 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. X3 Məhkəməsi Plenumu qeyd etmişdir ki;

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Tərəflərin izahatlarından da görünür ki, iddiaçı hər ay ümumilikdə iki uşaq üçün 250 manat aliment ödəməkdədir. Belə olan təqdirdə, məhkəmə qeyd edir ki, hazırkı iddianın artırılmış məbləği 50 manatdır ki, bu da il ərzində 600 manat (50x12) təşkil etdiyindən və iddia qiyməti 1.000 manatadək olduğundan, buna müvafiq olaraq da 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq,

qət etdi : İddia qismən təmin edilsin. Şərur Rayon Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli H-485/2023 saylı Barşıq Sazişi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 16 dekabr 2015-ci il təvəllüdlü X2 və 23 dekabr 2017-ci il təvəllüdlü Hacızadə Damla Əmir qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə iki uşaq üçün 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar