Məhkəmə qərarları › İş №2(110)-75/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-75/2024

11.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-75/2024 11.01.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment və əlavə xərclərə cəlb olunma tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər birinə 220 manat sabit pul məbləğində aliment, səhhət və təhsil ilə bağlı çəkilən 230 manat əlavə xərc olmaqla hər ay iki uşağa görə cəmi 900 (doqquz yüz) manat pulun Cavabdeh tutularaq onun-İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində onun 2012-ci ilin avqust ayında vaxtı ilə Sədərək rayon Dəmirçi kənd sakini olmu, Cavabdeh ilə Türkiyə Respublikasının İsatnbul şəhərində el adətinə uyğun nikah bağlanaraq ailə həyatı qurduğunu, həmin tarixdə ailəliklə ilə orada yaşayıb işlədiklərindən, nikahlarını qeydə aldırmadıqlarını, cavabdehlə qohumluq əlaqələrinin olmasına əsaslanıb bunu zamanla reallaşdıracağını düşündüyünü, onların birgə nikahlarından iki övladı- xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X3 doğulduğunu, ailə qurduqları ilk vaxtlarda cavabdeh O. Əliyevlə münasibətləri yaxşı olsa da sonradan fərqli xarakterə malik olmaları və xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən aralarında mübahisələr olduğunu, bir neçə dəfə ayrılıb barışdıqlarını, onun hər dəfə övladlarının və ailəsinin dağılmaması xatirinə cavabdehin bu kimi davranışlarına səbr etsə də cavabdehin ailəsinə qarşı münasibətində bir dəyişiklik olmadığını, nəticədə onların 2017-ci ildən ayrıldıqlarını və o vaxtdan uşaqları ilə birgə valideynlərinin yanında Türkiyə Respublikasında yaşadığını, cavabdehin uşaqların saxlanmasında ona heç bir maddi və ya mənəvi köməklik göstərmədiyini, uşaqların isə günbəgün böyüməkdə və tələbatlarının artmaqda olduğunu, eyni zamanda uşaqların səhhətində mövcud olan problemlərlə əlaqədar onların daimi müalicəyə ehtiyacı olduğunu, böyük oğlunun anadangəlmə gözündə çəplik və iç orqanlarında olan tərslik qızının isə doqquz aylığından epilepsiya xəstəsi olması səbəbindən onların mütəmadi olaraq müayinə və müalicəyə ehtiyacları olduğunu, onların müayinə və müalicəsinin isə vaxtı ilə Türkiyə Respublikasında aparıldığından və hazırda da cavabdehin uşaqların Türkiyə Respublikasına aparılması üçün ona zəruri olan vəkaləti vermədiyindən də uşaqların səhhəti ilə bağlı problemlər yaşamaqda olduğunu, özünün isə uşaqların vəziyyəti ilə əlaqədar işləyə bilmədiyini, onların tələbatını ödəməkdə çətinlik çəkdiyini, cavabdehin isə TİR sürücüsü olmaqla, adına bir neçə tır olduğunu, və normal olduğunu, ancaq onun uşaqlarına olan valideynlik borcunu yerinə yetirməyərək onların qayğılarını çəkməkdən boyun qaçırmaqda olduğunu, bir neçə ay bundan öncə məcbur qalıb aliment tələbi ilə məhkəmədə iddia qaldırsa da cavabdehin alimenti ödəməmək üçün guya onlarla barışıb onları öz yanına apardığını, onun iddiadan imtina etdikdən sonra onları təkrarən ata evinə göndərdiyini, uşaqların məktəbdən kənar məşğələlərə də cəlb olunduqlarını, onların bu xərcinin də valideynləri tərəfindən ödənildiyini, buna görə də onun hazrırki tələblə məhkəməyə müraciət etməkdə məcbur olduğunu, cavabdehin ona alimentlə bərabər uşaqlarının səhhəti və təhsili üçün çəkilən əlavə xərclərdə də iştirak etməli olduğunu hesab etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında uşaqlarının gələcəyi üçün onları məktəbdən sonra bir neçə fəndən əlavə məşğələlərə göndərdiyini, onların səhhətində olan problemlərlə əlaqədar həkimlərə apardığını, bütün bu xərclərin hamısını özünün çəkməli olduğunu, maddi cəhətdən bütün bunlara gücünün çatmadığını, cavabdehin isə onlarla maraqlanmadığını, əvvəllər hərdən pul göndərdiyini, son vaxtlar onu da etmədiyini, uşaqlarının təminatını necə ödənilməsindən xəbərinin olmadığını qeyd edərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o heç bir üzürlü səbəb göstərmədən keçirilən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanıb, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin Cavabdeh 26 dekabr 2023-cü il tarixdə Şərur Rayon Məhkəməsinə etiraz ərizəsi göndərərək, etiraz ərizəsində bildirmişdir ki, İddiaçı cavabdeh olaraq mən Cavabdeh qarşı Naxçıvan MR Şərur rayon Məhkəməsinə “sabit pul məbləğində aliment və əlavə xərclərə cəlb olunma tələbinə dair” iddia qaldırmışdır. Məhkəmə prosesinə Siz sədrlik edirsiniz. İddiaçı məhkəmədən xahiş etmişdir ki, cavabdeh olaraq mən Cavabdeh xx.xx.2014-cü il tarixində anadan olmuş oğlumuz X2 və xx.xx.2016-cı il tarixdə anadan olmuş qızımız X3 yetginlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat və əalvə olaraq səhhətləri və təhsil xərci üçün hər ay hər uşaq üçün 230 manat, ümumilikdə 900 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə alimentin tutulmasına dair qətnamə qəbul edilsin. Bildirmək istəyirəm ki, hal-hazırda mən Cavabdeh heç bir yerdə işləmirəm. İddiaçı iddia tələbində əsassız olaraq yalan ifadə edərək bildirmişdir ki, guya ki, mən uşaqlarımın saxlanması üçün iddiaçıya heç bir maddi yardım göstərməmişəm. Bildirmək istəyirəm ki, mən hər ay iddiaçının anasının və bacısının bank kartına mütəmadi olaraq pul göndərmişəm (həmin qəbzlərin bir qismini etirazıma əlavə edirəm). İddiaçı iddia ərizəsində mənə qarşı qeyd etdikləri əsassızdır. Mən azyaşlı uşaqlarıma lazımca maddi yardım göstərirəm. Əlavə olaraqda bildirmək istəyirəm ki, Bank of Baku-dan adıma hal-hazırda 13.000 manat və Kapital Bankdan 1.500 manat kredit götürmüşəm. Həmin kreditlərə görədə hal-hazırda da aylıq kreditlər ödəyirəm. Mən hesab edirəm ki, hər ay uşaqların saxlanılması üçün maksimum hər uşaq üçün 220 manat aliment məndən tutularaq iddiaçıya verilməlidir. Çünki, uşaqlarımızın saxlanılması üçün alimentin ödənilməsi atası olaraq məndən və anası olaraq iddiaçıdan bərabər olan ödənişlərlə həyata keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar, bu səbəbdən hesab edirəm ki, həmin məbləğin yarı hissəsi anasının üzərinə düşməlidir. Mənim başqa heç bir yerdən gəlirim yoxdur, bu səbəbdən də hesab edirəm ki, iddiaçının tələbi ədalətli tələb deyil və hətta hər ay hər uşaq üçün 220 manat aliment ödəməyə həqiqətən mənim maddi imkanım yoxdur. Ona görə də, alimentin 900 manat tutulması üçün iddiaçının iddiasından etiraz edirəm. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamıqda uşaqların uşaqların saxlanılması üçün vəsait (aliment) valideylərdən məhkəmə qaydasında tutulur. Bu səbəbdəndə qeyd olunanlara əsasən mən hesab edirəm ki, valideyinlərin bərabər hüquq və vəzifələri olduğundan uşaqlar üçün yaşayış minimumu müəyyən edildiyindən, valideyinlər göstərilən ödənişlərlə əlaqədar bərabər məsuliyyət daşıyırlar. Hazır ki, şəraitdə hətta həmin 220 manat olan alimenti ödəməkdə belə mənim dolanışığıma çətinlik yaradacaq. Odur ki, iddiaçının tələbinə əsasən alimentin azaldılmasına yəni hər ay maksimum hər uşaq üçün 220 manat, ümumilikdə 440 manat sabit məbləğdə aliment məndən aliment tutulmasına razıyam. Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Bütün bunları və Azərbaycan Respublikasının MPMnin 19-cu maddəsinə əsasən Xahiş edirəm ki, etirazımı qəbul edərək İddiaçı mənə qarşı aliment tələbini qismən təmin edərək hər ay hər uşaq üçün 220 manat, umimilikdə 440 manat alimentin mən Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə qət edəsiniz. Məhkəmə iddiaçının izahatını iş materialında olan digər sübutlara qarşılıqlı qiymətləndirərək verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon Nikah Evi tərəfindən verilmiş 01 avqust 2023-cü il tarixli AZ-İ № 177825 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh 15 iyun 2014-cü ildə vətəndaş İddiaçı doğulmuş X2 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 13 oktyabr 2015-ci il tarixdə 56 nömrə ilə qeyd edilmişdir; - Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 avqust 2016-cı il tarixli AZ-İ № 135554 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh 20 iyul 2016-cı ildə vətəndaş İddiaçı doğulmuş X3 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 26 avqust 2016-cı il tarixdə 44 nömrə ilə qeyd edilmişdir; - Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13 oktyabr 2015-ci il tarixli AZ-İİİ № 533227 nörməli doğum haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş görünür ki, iş üzrə tərəflər xx.xx.2014-cü iİ təvəllüdlü X2 valideynləridir; - Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 avqust 2016-cı il tarixli AZ-İİİ № 537418 nörməli doğum haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş görünür ki, iş üzrə tərəflər xx.xx.2016-cı iİ təvəllüdlü X3 valideynləridir; Məhkəmə təqdqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, iş üzrə tərəflər 2012-ci ildə rəsmi nikah qeydiyyatına düşmədən faktiki evlənmişlər. Onların birgə evliliyindən iki övladı doğulmuş, keçən müddət ərzində isə müxtəlif səbəblərdən tərəflər arasındakı münasibət pozulmuş və onlar ayrılmışlar. Tərəflər ayrıldıqdan sonra isə onların birgə evliliyindən doğulmuş övlaları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 anası - cavabdeh İddiaçı yanında qalmışlar. İddiaçının dediyinə görə cavabdehin uşaqların saxlanmasında ona heç bir maddi və ya mənəvi köməklik göstərmədiyini, uşaqların isə günbəgün böyüməkdə və tələbatlarının artmaqda olduğunu, eyni zamanda uşaqların səhhətində mövcud olan problemlərlə əlaqədar onların daimi müalicəyə ehtiyacı olduğunu, böyük oğlunun anadangəlmə gözündə çəplik və iç orqanlarında olan tərslik qızının isə doqquz aylığından epilepsiya xəstəsi olması səbəbindən onların mütəmadi olaraq müayinə və müalicəyə ehtiyacları olduğunu, onların müayinə və müalicəsinin isə vaxtı ilə Türkiyə Respublikasında aparıldığından və hazırda da cavabdehin uşaqların Türkiyə Respublikasına aparılması üçün ona zəruri olan vəkaləti vermədiyindən də uşaqların səhhəti ilə bağlı problemlər yaşamaqda olduğunu, özünün isə uşaqların vəziyyəti ilə əlaqədar işləyə bilmədiyini, onların tələbatını ödəməkdə çətinlik çəkdiyini, ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iddiaçı üçün yuxarıda qeyd edilən diqqətəlayiq halları, qanunvericilik aktlarının tələblərini, uşaların üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsini, hər iki valideynin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşaqları saxlamağa borclu olmasını, cavabdehin aliment təyin edilməsinə etirazının olmamasını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, 15 noyabr 2023-cü il tarixdən hesablanmaqla xx.xx.2014-cü iİ təvəllüdlü X2 və xx.xx.2016-cı iİ təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 220 (bir yüz iyirmi) manat olmqla, ümumilikə iki uşaq üçün 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli iddia tələbi digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən, valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur; - 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; - 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; - 100.2-ci maddəsində deyilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 172.1.1-ci maddəsinə əsasən işə bərpa, aliment tutulması barədə işlərə 2 ay müddətdən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür; - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Eyni zamanda məhkəmə iddia tələbinin uşaqların səhhəti və təhsil ilə bağlı əlavə xərclərin çəkilməsinə görə isə hər ay bir uşaq üçün 230 manat olmaqla, ümumilikdə iki uşaq üçün 460 manat miqdarında sabit pul məbləğində alimentin cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunmalıdır ki, məhkəmə tərəfindən valideynlərdən birinin əlavə xərclərdə iştirakı məsələsi həll edilərkən ilk növbədə Ailə Məcəlləsinin 81-ci maddəsində nəzərdə tutulmuş halların mövcud olub-olmaması halı müəyyən edilməlidir. Lakin qanunun məzmunundan göründüyü kimi valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirak etməsinin əsasları konkret müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli qərarında qeyd etmişdir ki, təhsil cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayan, strateji əhəmiyyəti ilə fərqlənən fəaliyyət sahəsidir. Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. Belə ki, Konstitusiyanın 42-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Məhkəmə qeyd edir ki, dovlət təhsil muəssisələri fəaliyyət gostərdikləri halda, iddiaçının övladının əlavə odəniş tələb edən məşğələlərə cəlb etməsi könüllü xarakter daşıyır, həmçinin uşaqların əlavə məşğələlərə cəlb etməsinin zəruri olmasını iddia tələbində əsaslandırmamışdır. Dovlət təhsil muəssisələrində təhsilin pulsuz olmas nəzərə alınarsa, belə bir zərurət olmadan iddiaçının cavabdehin qarşılıqlı razılığı olmadığı halda uşaqların əlavə məşğələlərə cəlb etməsi nəticəsində yaranan xərclərə cavabdehin cəlb edilməsi tələbi əsaslı hesab edilə bilməz. Həmçinin iddiaçı iddia tələbində uşaqlarının səhhətində problemlərin olduğunu, onları müalicəsinə xeyli xərc çəkdiyini qeyd etsədə bunula bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Beləliklə də, məhkəmə Konstitusiya Məhkəməsinin sözügedən qərarında təsbit olunmuş hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, iddia tələbi üzrə uşaqların səhhəti və təhsil ilə bağlı əlavə xərclərə görə cavabdehdən hər ay bir uşaq üçün 230 manat olmaqla, ümumilikdə iki uşaq üçün 460 manat miqdarında sabit pul məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsində rədd edilməlidir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı iddianın qiyməti 2640 manat (220x12) təşkil etdiyindən, buna müvafiq olaraq da 46.40 (qırx altı manat qırx qəpik) manat (30+1640x1%) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.Çünki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. 15 noyabr 2023-cü il tarixdən hesablanmaqla xx.xx.2014-cü iİ təvəllüdlü X2 və xx.xx.2016-cı iİ təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmqla, ümumilikə iki uşaq üçün 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamə aliment tutulmasına dair hissədə dərhal icra edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 46.40 (qırx altı manat qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar