Məhkəmə qərarları › İş №2(110)-751/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-751/2025

09.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-751/2025 09.09.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X5 Elmar oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı uşaqla ünsiyyətdə olmaq tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X1 atası Cavabdeh himayəsində qalmasının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, 2011-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olunmuş və həmin nikahdan 13 fevral 2012-ci il təvəllüdlü X3 adlı övlad dünyaya gəlmişdir. Tərəflər arasında xasiyyət uyğunsuzluğu səbəbindən 2013-cü ildə Şərur Rayon Məhkəməsinin qərarı ilə nikah pozulmuş, azyaşlı övlad ananın himayəsinə verilmişdir. Nikahın pozulmasından sonra hər iki tərəf Türkiyə Respublikasında çalışmış və uşaq bir yaş üç aylıq olarkən anası onu atasının himayəsinə verərək Azərbaycana qayıtmışdır. Həmin dövrdən etibarən azyaşlı X3 faktiki olaraq atası Cavabdeh himayəsində olmuş və onunla birlikdə yaşamışdır. Ana özü isə valideynlərinin himayəsində yaşamışdır. Artıq 12 ilə yaxındır ki, azyaşlı övlad atası ilə birgə yaşayır və bu səbəbdən də X1 atası Cavabdeh yanında qalmasının hüquqi cəhətdən rəsmiləşdirilməsi məqsədilə məhkəməyə müraciət olunmuşdur. İlkin mediasiya mərhələsində tərəflər arasında uşağın atasının himayəsində qalması ilə bağlı razılıq əldə olunmamışdır. İddiaçı əlavə etmişdir ki, məhkəməyə müraciət etməmişdən əvvəl qarşı tərəfə mediasiya prosesinin tətbiqi ilə bağlı təklif göndərilmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. Mülki iş üzrə 24 iyun 2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, cavabdeh ilə aralarında məsələni məhkəmədən kənar həll etdiklərini, bu səbəbdən də ərizəsini nəzərə alıb iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hazırki vəziyyətdə iddiaçının iddia ərizəsinin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1 və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdeh qarşı uşaqla ünsiyyətdə olmaq tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar