Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-752/2023 13.09.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X8 məhkəmə iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “alimentin aylıq qazancına və digər gəlirlərə münasibətdə tutulması tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehla birgə nikahdan doğulmuş övladları xx.xx.2012-ci iİ təvəllüdlü X3 yetkinlik yaşına çatanadak saxlanılması üçün cavabdehin aylıq qazancının və digər gəlirlərinin ¼ (25%) miqdarında və üzum bağından əldə edəcəyi gəlirlərə münasibətdə isə hər ay əlavə olaraq 200 (iki yüz) manat miqdarında sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməsi barədə qətramə qebul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı X4 iddia ərizəsində Cavabdeh ilə aralarında xx.xx.2010-cu il tarixdə Şərur rayon Danyeri kənd İƏD üzrə Nümayəndəlikdə bağlanmış 02 № ilə nikah qeydinin Şərur rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-334/2022 saylı Qətnaməsi ilə pozulduğunu, bu nikahdan doğulmuş - xx.xx.2010-cu il təvəllüdlü X5 atası Cavabdeh, - xx.xx.2012-ci il təvəllüdlü X3 isə yaşayış yerinin onun yanında saxlanılması müəyyən edildiyini, onun cavabdehlə xx.xx.2022-ci il tarixdən ayrı yaşadıqlarını və ayrı yaşadıqları müddətdə Cavabdeh bir dəfə də olsun uşaqla maraqlanmadığını, gündəlik zəruri tələbatının ödənilməsinə köməklik göstərmədiyini, birgə nikahdan doğulmuş övladları Həlimənin böyüdüyünü, onun artıq 11 yaşı olduğunu və gündəlik zəruri tələbatının da artdığını, övladının bütün qayğısını onun özünün çəkdiyini, onun özünün heç bir yerdə işləmədiyini, uşağın qayğısına qalmaq və gündəlik zəruri tələbatını ödəmək tək qadın olaraq onun üçün çox çətin olduğunu, Cavabdeh isə uşaqla ümumiyyətlə maraqlanmadığını, Cavabdeh birgə nikahdan doğulmuş övladları Həlimə Hüseynovanın yetkinlik yaşına çatanadək saxlanılması və gündəlik zəruri təlabatının qarşılanması üçün ona aliment ödəməli olduğunu hesab etdiyini, onun aralarında olan ailə münasibətlərindən irəli gələn aliment tələbinə dair mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə Mediasiya Təşkilatına müraciət etdiyini, ilkin mediasiya sesiyasının yeri və vaxtı Cavabdeh bildirilsə də, onun ilkin mediasiya sessiyasında iştirak etmədiyini, ona görə də xx.xx.2023-cü il tarixdə Mediasiya prossesinə xitam verilməsi barədə protokol tərtib edilərək H- 876/2023 saylı arayış verildiyini, birgə nikah dövründə 0.5 ha çöl təsərrüfatı təyinatlı torpaq sahəsində üzüm bağı saldıqlarını, ildə ən azından 15-20 ton məhsul götürdüklərini, onun həmin bağın ərsəyə gətirilməsində əməyi olduğunu və həmin bağın məhsulundan gələn gəlirdən də hər ay 200 manat ödəməsini, əlavə olaraq da Cavabdeh DİO-da polis nəfəri kimi xidmət etdiyini və aylıq qazancınında yaxşı olduğunu və alimentin onun aylıq qazancına və digər gəlirlərinə münasibətdə tutulmasını istədiyini, üzüm bağından əldə etdiyi gəlirlərə görə hər ay 200 manat və birgə nikahdan doğulmuş övladları Həlimə Hüseynovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq qazancının və digər gəlirlərinin ¼ hissəsi (25 %) miqdarında aliment ödəməsi Cavabdeh maddi cəhətdən sıxıntıya salmayacağını, ona görə də Cavabdeh qarşı alimentin cavabdehin aylıq qazancına və digər gəlirlərinə münasibətdə tutulması tələbi ilə məhkəməyə müraciət etmək zərurəti bildirmişdir. İddiaçı X2 məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxışlarına gəlməmiş, lakin, nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında iddiaçının iddia ərizəsində qeyd edilən xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında həqiqətəndə X4 ilə 2010-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduqlarını, birgə nikahlarındandan iki övladları – xx.xx.2010-cu iİ təvəllüdlü X6 və xx.xx.2012-ci iİ təvəllüdlü X3 doğulduğunu, münasibətlərinin hər zaman yaxşı olduğunu, sonradan 2022-ci ilin aprel ayında iddiaçının səhvliyindən nikahlarının məhkəmə qaydasında pozulduğunu, uşaqlarıdan xx.xx.2010-cu iİ təvəllüdlü X6 onun və xx.xx.2012-ci iİ təvəllüdlü X3 isə anasının yanında qalmasının müəyyən olunduğunu, uşaqların birinin onun, digərinin anasının yanıda qaldığından qarşılıqlı razılıq əsasında alimentin müəyyən edilmədiyini, lakin buna baxmayaraq qızının bütün geyimlərini, əlavə nə istəyiblərsə aldığını, ümumiyyətlə bütün təminatını könüllü ödədiyini, iddiaçının yalan danışdığını, belə olan təqdirdə o da cavabdehdən aliment tutulması üçün məhkəməyə müraciət edəcəyini, həmçinin iddiaçının üzum bağından əldə edilmiş gəlirlərə görə də aliment tələbi ilə bağlı qeyd edim ki, həmin üzüm bağının yerləşdiyi torpaq sahəsinin bütün ailə üzvlərinə məxsusdur, bağın qardaşına məxsus olduğunu, bütün xərcinin qardaşının çəkdiyini, həmin bağdan əldə edilən gəlirlərin alimentlə nə əlaqəsi olduğunu başa düşə bilmədiyini, iddiaçının həmin tələblə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyini, ümumiyyətlə üzüm bağının hələki məhsul vermədiyini, çubuqlardan ibarət olduğnu bildirərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin izahatlarını və iş materialında olan digər sübutlara qarşılıqlı qiymətləndirərək verərək belə nəticəyə gəlir ki, iddiaqismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon Nikah Evi tərəfindən verilmiş 14 iyul 2023-cü il tarixli AZ-İ № 402436 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X4 arasında bağlanmış nikaha 02 dekabr 2022-ci il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 06 yanvar 2023-cü il tarixdə 01 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Allahverdiyeva” soyadı verilmişdir; - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 avqust 2013-cü il tarixli AZ-İİ № 858937 nörməli doğum haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş görünür ki, iş üzrə tərəflər xx.xx.2012-ci iİ təvəllüdlü X3 valideynləridir; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş 14 iyul 2023-cü il tarixli çıxarışdan görünür ki, iş üzrə tərəflər xx.xx.2010-cu iİ təvəllüdlü X6 valideynləridir; - Şərur rayon Məhkəməsinin 2(110)-334/2022 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilməklə iddiaçı Cavabdeh ilə cavabdeh X4 arasında Şərur rayon Danyeri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə xx.xx.2010-cu il tarixdə 02 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, iş üzrə tərəflərin birgə nikahlarından doğulmuş övladları - xx.xx.2010-cu il təvəllüdlü X9 iddiaçı Cavabdeh, xx.xx.2012-ci il təvəllüdlü X7 isə anası - cavabdeh X1 yanında saxlanılmışdır. Məhkəmə təqdqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, iş üzrə tərəflər faktiki olaraq 2010-cu ildə rəsmi olaraq nikah qeydiyyatından keçərək evlənmişlər. Onların birgə evliliyindən iki övladı doğulmuş, keçən müddət ərzində isə müxtəlif səbəblərdən tərəflər arasındakı münasibət pozulmuş və onlar arasındakı nikah Şərur rayon Məhkəməsinin 2(110)-334/2022 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Tərəflər arasında nikah pozulduqdan sonra isə onların birgə evliliyindən doğulmuş övlalarından xx.xx.2010-cu il təvəllüdlü X9 iddiaçı Cavabdeh, xx.xx.2012-ci il təvəllüdlü X7 isə anası - cavabdeh X1 yanında qalması müəyyən edilmişdir. İddiaçının dediyinə görə övladının saxlanmasında maddi cəhətdən çətinlik çəkir, cavabdehin isə övladının tələbatını ödəməkdə iddiaçıya heç bir köməklik göstərmədiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iddiaçı üçün yuxarıda qeyd edilən diqqətəlayiq halları, qanunvericilik aktlarının tələblərini, uşaların üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsini, hər iki valideynin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşaqları saxlamağa borclu olmasını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu 20 iyul 2023-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq xx.xx.2012-ci iİ təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün anası iddiaçı X2 ödənilməlidir. Eyni zamanda məhkəmə iddia tələbinin üzum bağından əldə edəcəyi gəlirlərə münasibətdə hər ay əlavə olaraq 200 (iki yüz) manat miqdarında sabit pul məbləğində aliment tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsi ilə əlaqədar qey edir ki, həmin hissə hazırki iddia tələbinin predmetinə aid olmadığından həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 172.1.1-ci maddəsinə əsasən işə bərpa, aliment tutulması barədə işlərə 2 ay müddətdən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən, valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur; - 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; - 76.1.2-ci maddəsinin tələbinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üşün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur; - 100.2-ci maddəsində deyilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür; - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.2-ci maddəsinə əsasən Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə müvafiq olaraq da 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. 20 iyul 2023-cü il tarixdən hesablanmaqla xx.xx.2012-ci iİ təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı X2 ödənilsin. Qətnamə aliment tutulmasına dair hissədə dərhal icra edilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-752/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-752/2023
13.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver