Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-759/2021 30.09.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu Kreditor "xxxx" MMC-nin Borclu qarşı “borcun tutulması” barədə məhkəmə əmri haqda ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən e t d i m: Kreditor "xxxx" MMC məhkəməyə müraciət edərək Borclu 26.11.2019-cu il tarixli ******* saylı “Alqı-Satqı Müqaviləsi” üzrə əsas məbləğ 692 (altı yüz doxsan iki) manat, 69 (altmış doqquz) manat cərimə və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutulmasına dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 151-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır; - 277.1-ci maddəsinə əsasən məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir; - 13.4-cü maddəsində qeyd edilir ki, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; - 152-ci maddəsinin tələbinə əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. - 152.1.3-cü maddəsində deyilir ki, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, iş materiallarında olan DİN BPQMİ–nin MAPS şöbəsinin arayışından görünür ki, Borclu ünvan 1i ünvanında qeydiyyatdadır. Kreditor "xxxx" ərazi aidiyyatı üzrə ərizə ilə Cəbrayıl rayon Məhkəməsinə müraciət etməli idi. Göründüyü kimi, kreditor tərəfindən ərazi aidiyyət qaydaları pozulmaqla hazırkı məhkəmə əmri haqqında ərizə ilə Şərur Rayon Məhkəməsinə müraciət edilmişdir. Ərazi aidiyyət qaydalarının pozulmasına yol verilmədiyindən, məhkəmə əmri haqqında ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; - 40.1-ci maddəsin əsasən ərazi aidiyyat qaydalarının pozulmasına yol verilmir; - 152.2-ci maddəsində əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə maneə olmur. Buna görə də göstərilən səbəbdən bu nəticəyə gəlirəm ki, məhkəmə əmri haqda ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və kreditora hazırki mülki iş üzrə tələb ərazi adiyyətinə görə Cəbrayıl Rayon Məhkəməsinin səlahiyyətinə aid olduğundan, həmin məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə uyğun olaraq iddia ərizəsi geri qaytarıldığından, Kreditor "xxxx" MMC tərəfindən Hökumət ödəniş Portalı vasitəsilə 19.09.2021-ci il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu da geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267- 268-ci maddələrini rəhbər ruraraq, qərara aldım: Kreditor "xxxx" MMC-nin Borclu qarşı borcun tutulması” barədə məhkəmə əmri haqda ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Kreditor "xxxx" MMC tərəfindən Hökumət ödəniş Portalı vasitəsilə 19.09.2021-ci il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardadda qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra kreditora ərazi adiyyətinə görə Cəbrayıl Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-759/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-759/2021
30.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver