Məhkəmə qərarları › İş №2(110)-764/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-764/2023

19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-764/2023 19.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X10 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Şərur rayon Aqrar İslahat Komissiyasının 9 mart 1998-ci il tarixli 3 nömrəli qərarına əsasən Torpağa Mülkiyyət Hüququna Dair JN-480 (KOD:********) Dövlət Aktı ilə Cavabdeh1 ilə başçısı olmaqla 8 (səkkiz) nəfərden ibarət ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.56 ha (5600 m2) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair onunla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 31 iyul 2000-ci il tarixli torpağın alqısatqısı barədə Akta əsasən alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi ve həmin torpaq sahəsinə dair Çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmetinin Şərur rayon İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində 2000-ci ilin iyun ayında həmkəndlisi Cavabdeh1 ilə Şərur rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli Qərarına əsasən JN-480 (KOD:********) № ilə ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini alqı-satqısı barədə razılaşdıqlarını və 31 iyun 2000-ci ilin tarixdə 31 iyun 2000-ci il tarixində həmkəndlisi Cavabdeh1 ailə üzvlərindən arvadı Cavabdeh2 və qızı X17 ilə birlikdə Çomaxtur kənd icra Nümayəndəliyinə gələrək Şərur rayon Aqrar islahat Komissiyasının qərarına əsasən “Torpağa Mülkiyyət Hüququna Dair" JN- 480 (KOD:********) Dövlət Akı ilə Cavabdeh1 Zülfqar oğlu ailə başçısı olmaqla 8 (səkkiz) nəfərdən ibarət ailə üzvlərinin birgə mülkiyyətinə verilmi. 0.56 ha (5600 m2) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bir pudunu (1000 m2) 100 AB$ dolları dəyərində qiymətləndirilərək 0.56 ha torpaq sahəsini 560 (beş yüz altmış) ABŞ dollara ödəyərək satlıması barədə razılıq ərizəsi verdiklərini və Şərur rayon Çomaxtur kənd İcra Nümayəndəliyində kənd icra X1, icra Nümayəndəsinin müavini X6, Çomaxtur kənd Bələdiyyə sədri X4, Cavabdeh1, Cavabdeh2 və o-İddiaçı iştirakları ilə torpağın alqısatqısına dair akt tərtib olunaraq imzalandığını, həmin tarixdən 2020-ci ilin aprel ayınadək qeyd olunan torpaq sahəsinin onun istifadəsində olduğunu, bu müddət ərzinda tərəfindən əkilibbecerildiyini və torpaq vergiləri də tərəfindən ödənildiyini, Cavabdeh1 və digər ailə üzvlərinin həmin torpaq sahəsindən onun açıq-aşkar və fasiləsiz istifadəsinə 20 il ərzində heç bir etirazını bildirmədiyini, hər hansı bir tələb irəli sürmədiklərini və götərilən müddət ərzində müvafiq müqaviləni etibarlı əqd kimi qebul etdiklərini öz davranışları ilə nümayiş etdirdiklərini, bu müddət ərzində dəfələrlə Cavabdeh1 Zülfüqa oğluna onlardan aldığı torpaq sahəsinin alqı-satqısının notarial qaydada rəsmiləşdirilməsini bildirsə də hər dəfə ailəsi Türkiyə Respublikasında olduğunu, qayıtdıqdan sonra torpaq sahəsinin alqı-satqısının notarial qaydada rəsmiləşdirəcəyini bildirirdiyini, onun Cavabdeh1 və ailə üzvlərinin davranışlarına güvənərək sözügeden torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirmədiyini, 2020-ci ilin mart ayında Cavabdeh2 Türkiyə Respublikasından qayıtdıqdan sonra ona bu günə kimi torpağı rəsmiləşdirməyi bildirərək torpağı geri qaytarmasını tələb etdiyini, onun da Cavabdeh2 bu günə kimi digər ailə üzvlərinin torpağın alqısatqısını rəsmiləşdirə bilmədiyini və iyirmi il ərzində torpağın vergilərini ödədiyini bildirdiyini, daha sonra Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, Cavabdeh2 ilə məhkəmə iclasından əvvəl öz aralarında razılaşaraq torpağın sənədlərini və digər ailə üzvlərinin torpağın satılması üçün razılıq ərizələrini ona təqdim edərək gələcəkdə bunula bağlı hər hansı bir iddia tələblərinin olmayacağını yazılı surətdə bildirdiklərini, ona görə də onun iddi ərizəsini geri götürərək torpaq sahəsini adına rəsmiləşdirilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində ona Cavabdeh1 ailə başçısı kimi iştirakı olmadığından torpaq sahəsinin adına rəsmiləşdirilməsindən imtina edərək məhkəməyə müraciət etməyi bildirildiyini, ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin bağlanmış hesab edilməsi iddia tələbi ilə yenidən məhkəməyə müraciət etmək zərurətinin yarandığını bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı əf oğlu iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, onlar, məhkəmə baxışlarına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxışı iclası onların iştirakı olmadan keçirilmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatına və məhkəmə tərəfindən tədqiq olunmuş digər sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Torpağa mülkiyyət hüquqina dair JN-480 KOD 10200018 nömrəli Dövlət aktının surətindən görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 09 mart 1998-ci il tarixli 3 nömrəli qərarı ilə Şərur rayon Çomaxtur kəndində Cavabdeh1, Cavabdeh2, X11, X5, X12, X7, X15 və X8 ümumi birgə mülkiyyət hüququ əsasında 0.56 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir; - Çomaxtur kənd ƏİN rəhbərinin iştirakı, imzası və möhürü ilə təsdiq edilmiş 31 iyul 2000-ci il tarixli aktdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 8 nəfərdən ibarət ailə üzvlərinə isalahta əlaqədar “Aşıq qəbri” adlanan sahədən 5600 (beş min altı yüz) m2 çöldən torpaq payı verilmişdir. İndi vətəndaş Cavabdeh1 və Cavabdeh2 ərizə ilə müraciət edib onlara və ailə üzvlərinə çatan 5600 (beş min altı yüz) m2 bütün ailə üzvlərinin razılıq ərizəsi əsasında həmkəndliləri İddiaçı satmışlar; - X17 31 iyul 2000-ci il tarixdə Şərur rayon Çomaxtur kənd ərazi icra nümayəndəsinə verdiyi ərizədə bildirmişdir ki, kənddə aparılan aqrar islahatla əlaqədar ailə üzvlərimizə birgə 8 nəfər “aşıq qəbri” adlanan sahədə 5600 (beş min altı yüz) m2 çöldən torpaq payı düşüb. İndi həmin torpağın 5600 (beş min altı yüz) m2 həmkəndlim İddiaçı 560 $ ABŞ dollarına bütün ailə üzvlərinin razılığı əsasında satdığımızdan gələcəkdə geri qaytarmaq barədə iddiamız olmayacaqdır; - X9 31 iyul 2000-ci il tarixdə Şərur rayon Çomaxtur kənd ərazi icra nümayəndəsinə verdiyi ərizədə bildirmişdir ki, kənddə aparılan aqrar islahatla əlaqədar ailə üzvlərimizə birgə 8 nəfər “aşıq qəbri” adlanan sahədə 5600 (beş min altı yüz) m2 çöldən torpaq payı düşüb. İndi həmin torpağın 5600 (beş min altı yüz) m2 həmkəndlim İddiaçı 560 $ ABŞ dollarına bütün ailə üzvlərinin razılığı əsasında satdığımızdan gələcəkdə geri qaytarmaq barədə iddiamız olmayacaqdır; - Cavabdeh1 31 iyul 2000-ci il tarixdə Şərur rayon Çomaxtur kənd ərazi icra nümayəndəsinə verdiyi ərizədə bildirmişdir ki, kənddə aparılan aqrar islahatla əlaqədar ailə üzvlərimizə birgə 8 nəfər “aşıq qəbri” adlanan sahədə 5600 (beş min altı yüz) m2 çöldən torpaq payı düşüb. İndi həmin torpağın 5600 (beş min altı yüz) m2 həmkəndlim İddiaçı 560 $ ABŞ dollarına bütün ailə üzvlərinin razılığı əsasında satdığımızdan gələcəkdə geri qaytarmaq barədə iddiamız olmayacaqdır; - X13 28 aprel 2023-cü il tarixdə yazdığı ərizədə bildirmişdir ki, torpaq islahatı ilə bağlı bizim ailə üzvlərimizə verilən 0.56 hektar torpaq sahəsinin həmkəndlimiz İddiaçı satılmasına heç bir etirazım yoxdur və gələcəkdə də torpağın hər hansı formada geri qaytarılması ilə bağlı heç bir iddiam olmayacaqdır; - X16 28 aprel 2023-cü il tarixdə yazdığı ərizədə bildirmişdir ki, torpaq islahatı ilə bağlı bizim ailə üzvlərimizə verilən 0.56 hektar torpaq sahəsinin həmkəndlimiz İddiaçı satılmasına heç bir etirazım yoxdur və gələcəkdə də torpağın hər hansı formada geri qaytarılması ilə bağlı heç bir iddiam olmayacaqdır; - X14 yazdığı ərizədə bildirmişdir ki, torpaq islahatı ilə bağlı bizim ailə üzvlərimizə verilən 0.56 hektar torpaq sahəsinin həmkəndlimiz İddiaçı satılmasına heç bir etirazım yoxdur və gələcəkdə də torpağın hər hansı formada geri qaytarılması ilə bağlı heç bir iddiam olmayacaqdır; - X18 28 aprel 2023-cü il tarixdə yazdığı ərizədə bildirmişdir ki, torpaq islahatı ilə bağlı bizim ailə üzvlərimizə verilən 0.56 hektar torpaq sahəsinin həmkəndlimiz İddiaçı satılmasına heç bir etirazım yoxdur və gələcəkdə də torpağın hər hansı formada geri qaytarılması ilə bağlı heç bir iddiam olmayacaqdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; - 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlər 31 iyul 2000-ci ildə yarandığından hazırkı mübahisə xx.xx.2000-ci ilədək qüvvədən olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normalarına əsasən həll edilməlidir. xx.xx.2000-ci ilədək qüvvədən olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 39-cu maddəsinin 1-ci hissəsinə əsasən vətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir; - 40 - cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən, vətəndaşlar arasında, qanunla yazılı formada olması tələb edilən digər əqdlər yazılı formada bağlanmalıdır; - 43-cü maddəsinin 2-ci hissəsinə əsasən tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. Beləliklə də, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 09 mart 1998-ci il tarixli 3 nömrəli qərarı ilə Torpağa mülkiyyət hüquqina dair JN-480 KOD 10200018 nömrəli Dövlət aktı əsasında Şərur rayon Çomaxtur kəndində Cavabdeh1, Cavabdeh2, X11, X5, X12, X7, X15 və X8 ümumi birgə mülkiyyət hüququ əsasında 0.56 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş, Çomaxtur kənd ƏİN rəhbərinin iştirakı, imzası və möhürü ilə təsdiq edilmiş 31 iyul 2000-ci il tarixli aktdan görünür ki, Torpağa mülkiyyət hüquqina dair JN-480 KOD 10200018 nömrəli Dövlət aktı əsasında Şərur rayon Çomaxtur kəndində Cavabdeh1 və Cavabdeh2 8 nəfərdən ibarət ailə üzvlərinə “Aşıq qəbri” adlanan sahədən verilmiş 5600 (beş min altı yüz) kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsini Cavabdeh1 və Cavabdeh2 həmkəndliləri İddiaçı satmışlar. Bundan sonra onlar mülkiyyətlərində olan torpaq sahəsini iddiaçının faktiki istifadəsinə vermişlər. Mübahisə predmetinə aid olan, iddiaçının alqı-satqı əqdinin etibarlı sayılmasını tələb etdiyi torpaq sahəsi hazırda iddiaçının faktiki istifadəsindədir. Qeyd olunan torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi üçün cavabdehlərin Notariat Kontoruna gedərək alqı-satqı müqaviləsinə imza etmələri, ailə üzvlərinin razılıq vermələri tələb olunur. Cavabdehlərin Notariat Kontoruna gəlmədiklərindən, ailə üzvlərinin isə əksəriyyətinin isə ölkə hüdudlarından kənarda yaşadıqlarından notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinin alınması mümkün olmadığından, alqı-satqı müqaviləsinin notariat qaydasında qeydə alınması və həmin torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi mümkün olmamışdır. Hazırda isə iddiaçı mübahisə predmeti olan torpaq sahəsinin satılması ilə bağlı onunla cavabdehlər arasında bağlanmış alqı - satqı əqdinin etibarlı sayılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlmədiklərindən onların iddia tələbinə dair münasibətlərini öyrənmək mümkün olmamışdır. Eyni zamanda İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Belə ki, iş materialından görünür ki, tərəflərin arasında mübahisiəli torpaq sahəsinin iddaçıya satılmasına dair sadə yazılı formada tərtib edilmiş müqavilə vardır. Hansı ki, həmin əqd bağlanarkən iş üzrə cavabdehlər yazılı əqdi imzalamışlar. Həmçinin işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinin qarşılıqlı razılığa əsasən həmin dövr üçün müəyyən edilmiş dəyəri olan 560 ABŞ dolları cavabdehlərə tam şəkildə ödəmiş, bununla da qeyd edilən torpaq sahələsinin satın alınması ilə bağlı alıcı kimi öz üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra etmişdir. Hazırki iş üzrə tərəflər arasında alqı-satqı müqaviləsinin notarial qaydada təsdiqlənməsi qaydasına riayət edilməməsi cavabdehlərin təqsiri ucbatından baş vermiş, cavabdehlər əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmışlar. Tərəflər arasında sadə yazılı formada bağlanmış əqd qanuna zidd olmamış və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmişdir. Cavabdehlər notariat kontoruna getməkdən yayındıqlarına görə məhkəmə qərarı olmadan hazırki mübahisə predmeti olan torpaq sahəsi barəsində iddiaçı ilə cavabdehlər arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılmasının başqa qaydada qeydə alınması mümkün deyildir. Həmçinin “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2006-cı il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyindən göründüyü ki, göstərilən maddənin (əvvəlki MM 43-cü maddənin) tələblərinə görə tərəflərin biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. “İnsan hüquqları haqqında Ümumi Bəyənnamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqlarının pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qisməb təmin edilməli, Şərur rayon Çomaxtur kəndi ərazisində Şərur rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli Qərarına əsasən JN-480 (KOD:********) № Dövlət Aktı ilə Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyətlərinə verilmiş 0.56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi barəsində tərtib edilmiş 31 iyul 2000-ci il tarixli Akta əsasən İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında torpağın alqı-satqı müqaviləsi bağlanmış hesab edilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Çomaxtur kəndi ərazisində Şərur rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli Qərarına əsasən JN-480 (KOD:********) № Dövlət Aktı ilə Cavabdeh1, Cavabdeh2 xüsusi mülkiyyətlərinə verilmiş 0.56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi barəsində tərtib edilmiş 31 iyul 2000-ci il tarixli Akta əsasən İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında torpağın alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar