Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-765/2022 21.12.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində müəyyən olunmuş alimentin aylıq qazanca münasibətdə müəyyən olunmasına dəyişdirilməsi tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)-285/2020 saylı qətnaməsi ilə sabit pul məbləğində müəyyən edilmiş alimentin dəyişdirilməsi və cavabdehin aylıq qazancına və (və ya) digər gəlirlərinə münasibətdə müəyyən edilməsi, hər ay bir uşağa görə Cavabdeh aylıq qazancının və (və ya) digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)-285/2020 saylı Qətnaməsi ilə bu nikahdan olan azyaşlı övladları xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 (bir yüz qırx) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsinin müəyyən edildiyini, daha sonra aralarında olan şifahi razılaşma əsasında alimentin məbləğini artıraraq hər ay 200 manat miqdarında olmaqla sabit pul məbləğində aliment ödədiyini, Qürbət Bağırlının artıq böyüdüyünü, artıq onun 12 yaşının olduğunu və onun X3 Liseyində oxuduğunu, onun gündəlik tələbatlarının da artdığını, cavabdehin ödədiyi alimentin miqdarı isə uşağın gündəlik tələbatının ödənilməsinə yetmədiyini, Cavabdeh Şərur rayon İcra Aparatında təlimatçı vəzifəsində işlədiyini və maddi imkanının yaxşı olduğunu, Şərur rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)-285/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin sabit pul məbləğində yox, cavabdehin aylıq qazancına və (və ya) digər gəlirlərinə münasibətdə tutulmasının bu nikahdan doğulmuş övladımızın mənafeyi üçün daha əlverişli olacağını hesab etdiyini qeyd etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında xx.xx.2010-cu il tarixdə Şərur Rayon Kosacan kənd İcra Nümayəndəliyində İddiaçı ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduqlarını, onların bu nikahdan xx.xx.2010-cu il təvəllüdlü X8 doğulduğunu, xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən Şərur Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(110)-194/2018 saylı qətnaməsi ilə aralarında nikahın pozulduğunu, bu nikahdan doğulmuş azyaşlı uşaqlarının iddiaÇının yanında saxlanılmasının müəyyən edildiyini, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsinin müəyyən edildiyini, daha sonra aralarında olan şifahi razılaşma əsasında alimentin məbləğini artıraraq cavabdehə hər ay 200 manat miqdarında sabit pul məbləğində aliment ödədiyini, özünü yenidən ailə qurduğunu, yeni evliliyindən bir qız uşağının da doğulduğunu, Şərur rayon İcra Aparatında məsləhətçi vəzifəsində işlədiyini, aylıq qazancının təqribən 1200 (bir min iki yüz) manat olduğunu, iddiaçıya hər ay 270 (iki yüz yetmiş) manat aliment ödəməyi təklif etdiyini, lakin onun təklifi ilə razılaşmadığını qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarına və toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İ № 202952 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş görünür ki, Cavabdeh ilə X7 arasında olan nikah 12 noyabr 2018-ci il tarixdə pozulmuş və nikahın pozulması haqqında akt qeydi kitabında 84 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Nəcəfova” soyadı verilmişdir. - Şərur rayon Xanlıqlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 may 2022-ci il tarixli AZ-İV 630380 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2010-cu il təvəllüdlü X2 valideynləridir. - Şərur şəhər Mənzil İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli 1536 nöməli arayışıdan görünür ki, X1 Zəhra Qürbət qızının himayəsində yaşayır. - Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)-285/2020 saylı qətnaməsindən çıxarışdan görünür ki, iddia qismən təmin edilməklə cavabdeh Şərur rayonu, Kosacan kəndində yaşayan Cavabdeh xx.xx.2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq Şərur şəhərində yaşayan İddiaçı ödənilməsi müəyyən edilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)-285/2020 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq uşağın anası İddiaçı ödənilməsini qət edilmişdir. İddiaçı yenidən məhkəməyə müraciət edərək, izahatında cavabdehin ayda uşaq üçün 140 manat aliment ödədiyini, bundan başqa uşağın maddi vəziyyəti ilə maraqlanmadığını, cavabdehin ödədiyi alimentin miqdarı isə uşağın gündəlik tələbatının ödənilməsinə yetmədiyini, haliyyədə uşağın təminatını ödəməyə çətinlik çəkdiyini, çünki uşaq böyüdükcə tələbatının artdığını, cavabdehin sabit işinin və maddi imkanının yaxşı olduğunu, ona görədə müəyyən olunmuş alimentin sabit pul məbləğində yox, cavabdehin aylıq qazancına və (və ya) digər gəlirlərinə münasibətdə tutulmasının bu nikahdan doğulmuş övladının mənafeyi üçün daha əlverişli olacağını hesab etdiyini qeyd etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; - 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; - 76.1.1-ci maddəsinin tələbinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üşün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun: -13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. X6 Məhkəməsi Plenumu qeyd etmişdir ki;
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərini, tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və uşaqların əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, uşağın üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsini, hər iki valideynin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşaları saxlamağa borclu olmasını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbi təmin edərək Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)-285/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının və (və ya) digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırkı iddia tələbi üzrə cavabdehin dövlət qulluqçusu olmasını, təqribən 1200 manat əmək haqqı almasını nəzərə alsaq qeyd olunmalıdır ki, cavabdehdən 1200 manatın dörddə bir hissəsi, yəni 300 manat məbləğində alimentin tutulması müəyyən olunacaqdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə (300x12=3600) müəyyən edilir. Buna müvafiq olaraq da 56 (əlli altı) manat (3600-1000=2600/100*1=30+26=56) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır... Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq,
qət etdi : İddia təmin edilsin. Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)-285/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının və (və ya) digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 56 (əlli altı) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Seymur Qarayev